Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir. 1news.az xəbər verir ki,Komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər. Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.
 Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib. <iframe allow="accelerometer;" autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen="" frame height="456" src="https://www.youtube.com/embed/UWCQAm9suQ0" title="Komandoların" taktiki xüsusi məşqləri davam etdirilir" width="758"> <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır. 1news.az ATV-yə istinadən xəbər verir ki, adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb. Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib. 8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik: 
Biz Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun və Birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda bildirib.
“Əlbəttə, Viktora (Viktor Orban-red.) əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib.
1news.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda bildirib.
“Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deyə Viktor Orban vurğulayıb.
Laçın və Kəlbəcər rayonlarının yüksək dağlıq ərazilərində fəaliyyət göstərən eksperimental yak təsərrüfatında monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Qırğızıstan respublikasından dəvət olunmuş ekspertlərlə birgə təsərrüfata baxış keçirib, heyvanları müayinə ediblər. Nazirlikdən 1news.az-a verilən məlumata görə, qırğız ekspertlər yak təsərrüfatının idarə olunması ilə bağlı yerli mütəxəsislərə təlim keçib, onlara heyvanların təsərrüfatda və vəhşi təbiətdə davranışları, onlara qulluq qaydaları barədə geniş məlumat veriblər. Xarici və yerli mütəxəssislər arasında heyvan xəstəlikləri, yakların yem rasionu, döl dövrünə hazırlıq və digər mövzular barədə fikir mübadiləsi aparılıb. Təsərrüfatın fəaliyyətini qənaətbəxş hesab edən qırğız ekspertlər yakların sürətli çəki almasını, yerli şəraitə qısa müddətdə adaptasiya olunmasını Laçın və Kəlbəcər yaylaqlarının qış otlaqların yem bolluğu, keyfiyyətli su mənbələrinin olması ilə izah ediblər. Yarımvəhşi formada bəslənən yakların otlaq sahələrinə baxış keçirilib, otlaqların vəziyyəti dəyərləndirilib, yay aylarında yakların köç edə biləcəyi potensial ərazilər müəyyənləşib. Qeyd edək ki, ötən il dekabrın 8-də Azərbaycana ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib. Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib. Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Yaklar mütəxəssis nəzarətində saxlanılır. Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir. Yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizə qədərdir Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir. 
Güclü qar yağdığına görə Rusiyanın Yakutsk şəhəri buz bağlayıb.
1news.az xəbər verir ki, Yakutskda -50 temperatur qeydə alınıb.
Hazırda şaxtadan və şiddətli qardan hətta şəhər əhalisi belə görünmür. 
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür. 1news.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib. 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət İli" elan edilib. 
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,12 ABŞ dolları, yaxud 1,26 % azalaraq 87,79 ABŞ dolları təşkil edib. Bu barədə 1news.az-a neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 84,5 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayonun Yuxarı Qəsil kəndi ərazisində 220 metr uzunluğunda rabitə kabellərinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri – Nicat Qarayev və Elcan Zülfüqarov saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf edib və oğurladıqları kabelləri əridərək Mingəçevir şəhərində metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər. Keçirilən digər əməliyyat nəticəsində isə usta kimi işlədiyi evdən müxtəlif məişət əşyaları və evdəki qapıları oğurlayan Zaur Abidov tutulub. Araşdırma zamanı saxlanılan şəxsin evdə heç kimin olmamasını fürsət bilərək oğurluq etdiyi və həmin əşyaları ayrı-ayrı şəxslərə dəyərindən ucuz qiymətə satdığı məlum olub. Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə daha 2 nəfər rayon sakini- əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rafiq Muradlı və Tehran Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı R.Muradlıdan metamfetamin və heroin, T.Nağıyevdən isə heroin aşkar edilərək götürülüb.
 Faktlarla bağlı saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 32 müntəzəm marşrut xətti üzrə 72 avtobusun hərəkət intervalında gecikmələr var. 1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. 1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-14 dəqiqə gecikmə müşahidə olunur. 
 2.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 3. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur. 
 4. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur. 
 5 Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur.
Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib. 1news.az-ın məlumatına görə, rayon ərazisində yerləşən kafelərin birində sərxoş müştəri ilə ofisiant arasında düşən mübahisə dava ilə nəticələnib. Xəsarət alan 1981-ci il təvəllüdlü Əhmədova Sədaqət təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub. S. Əhmədovanın dediyinə görə, müştəri ona başı ilə zərbə vurub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Hadisənin təfərrüatı araşdırılır.
Narkomaniya - Ağ ölüm! Bu ifadə cəmiyyətimizdə səsləndikcə normal həyat tərzi keçirən hər bir insan üçün nə qədər tükürpədici və son dərəcədə iyrənc, qorxunc səslənir. İstər-istəməz düşünürsən ki, bu xəstəliyə düçar olanları heç kim məcbur etməyib, onlar özləri bilərəkdən bu narkomaniyanın toruna düşüblər və sonda ölüm kabusu sayılan bu cəhənnəm torundan çıxmaq çox çətin olur və əksər hallarda da heç çıxmaq olmur. Bununla bağlı bütün bəşəriyyət mütəmadi olaraq həyəcan təbili çalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı bu bədnam, iyrənc vərdişlərin ölümlə nəticələnməsini, özü də çox hörmətsiz və biyabrçı ölümlə nəticələnməsini hələ də narkamanlara izah etməkdədirlər. Ancaq nə etməli?.. 1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Ağ ölümə yox deyək!" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Fəzail Sadıqov - Bakı səhər Narkoloji Mərkəzinin həkim psixiatr-narkoloqu, tibb elmləri namizədi, Sevinc Əliyeva - Bakı Dövlət Universitetinin dosenti, Elşad Səfixanov - psixoloq, Yunus Məhərrəmov - keçmiş narkotik aludəçisi və Nurlan Mustafa - keçmiş narkotik aludəçisi, mövzu ətrafında müzakirə aparıblar. “Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Barselonaya uçuşları bərpa edərək Bakıdan Avropaya marşrut şəbəkəsini genişləndirir. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib. Bakı-Barselona-Bakı marşrutu üzrə ilk reys mayın 2-də həyata keçiriləcək. Barselona İspaniyanın ikinci əhəmiyyətli şəhəri və Avropanın ən böyük turizm mərkəzlərindən biridir. Barselona həm də mülayim iqlimi, dənizi və qum çimərlikləri ilə məşhur olan kurort şəhəridir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks istiqamətdə həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü yerinə yetirəcək. 
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 31-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən 1news.az-a bildirilib ki, bankın yanvarın 31-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün prosedurların minimuma endirilməsi, vaxt limitlərinin idarə edilməsi və elektronlaşdırılması məqsədilə "Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması" üzrə yeni qaydalar layihəsi hazırlanaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə 1news.az-a "Azərsu" ASC-dən bildirilib. Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün bütün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanıb. Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üzrə müraciətlərin "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri, KOB evləri vasitəsilə qəbul edilməsi, yekun sənədlərin həmin mərkəzlər vasitəsilə "vahid pəncərə" prinsipi əsasında təqdim edilməsi təmin olunub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasında səmərəliliyin artırılması məqsədilə “Azərsu” ASC-nin idarəetmə strukturunda dəyişikliklər edilib. “ASAN Kommunal” mərkəzləri ilə çevik əlaqələndirmə və koordinasiyanın aparılması üçün Strateji inkişaf və "Asan" mərkəzlərlə işin təşkili departamenti yaradılıb. İstehlakçı hüquqlarının qorunması, müraciətlərə baxılması və nəzarətdə saxlanılması məqsədilə Şikayət və müraciətlərin araşdırılması şöbəsi yenidən təşkil edilib, su ilə bağlı ekoloji məsələlər üzrə Ekologiya şöbəsi yaradılıb. Yol Xəritəsində nəzərdə tutulan tədbirlər barədə məlumat əlçatanlığının artırılması, ictimaiyyətin maarifləndirilməsi məqsədilə “Azərsu” ASC-nin internet səhifəsinin funksionallığı artırılıb və saytda “Su təchizatı şəbəkəsinə qoşulma”, su təchizatı sistemlərində aparılacaq planlı təmir işləri ilə əlaqədar yarana biləcək fasilələrlə bağlı istehlakçıların öncədən məlumatlandırılması məqsədilə "Su təchizatında fasilə" bölmələri yaradılıb. 
“Azərsu” ASC-nin internet səhifəsinin funksionallığının artırılması, su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi digər qurumların sistemlərinə inteqrasiyasının təmin olunması istiqamətində işlər isə davam etirilir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak edib. 1news.az “Report”a istinadən xəbər verir ki, səfir Bakının Yasamal rayonunda qurulmuş yas çadırına gəlib. O, yas mərasimində iştirak edib və şəhidin atasına başsağlığı verib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb. 
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Fevralın 1-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib. DİM-dən 1news.az-a verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi yanvarın 29-da keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib. Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 12-BH-750 dövlət nömrə nişanlı “QAZ 53” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov 1news.az-a bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi avtomobilin yük yerində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində odun aşkar olunub. Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 m3 həcmində işlik meşə materialı müəyyən edilib. Bəhruz Məhəmmədovun sözlərinə görə, meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
“Aztelekom” MMC Şəkinin Kiçik Dəhnə kəndində GPON texnologiyası əsasında genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb. Yaşayış məntəqəsində “Aztelekom”un yeni texnologiyaların tətbiq olunması ilə şəbəkələrin genişləndirilməsi layihəsinin icrasına 2021-ci ilin oktyabr ayında başlanılıb. Kənd daxili şəbəkədəki bütün köhnəlmiş rabitə dirəkləri yeniləri ilə əvəz edilib, fiziki kabellərin əvəzinə fiber-optik kabellərin çəkilməsi təmin olunub. Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı (OLT) istismara verilib. Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb. Rəsmi statistikaya əsasən Kiçik Dəhnə kəndində 2800 ev təsərrüfatı var. 2022-ci ilin sentyabr-dekabr ayları ərzində mövcud TDM stansiyasının 869 abunəçisi OLT stansiyasına miqrasiya olunub, 450 kənd sakininin mənzilinə yeni telefon və internet xətti çəkilib. Hazırda kənddə 1319 GPON istifadəçisi var. Kiçik Dəhnə kəndindəki hər bir ev təsərrüfatının müqavilə əsasında GPON şəbəkəsinə qoşulması üçün texniki imkanlar mövcuddur. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir: – internet – internet + telefoniya – internet + televiziya – internet + telefoniya + televiziya Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir. Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə 156a, tel.: (024) 244 18 90, (024) 244 18 99, (024) 244 90 54,), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər. Reklam hüququnda 
Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə Nota göndərmişdir.
Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyindən 1news.az-a bildirilib ki, notada deyilir:
“Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir. Bundan əlavə qeyd olunur ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir”.