Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

AzEdu.az Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 559 nəfər müalicə olunaraq sağalıb, 10 279 nəfər vəfat edib, aktiv xəstə sayı 31 nəfərdir.

Son sutka ərzində 1041, hazırkı dövrədək isə 7 628 898 test aparılıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.

AzEdu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş seçilib.

O, səsvermənin ilk turunda deputatların 317-sinin səsini qazanıb. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.

Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.

Qeyd edək ki, spikerlik postuna 7 namizəd irəli sürülmüşdü.

Elmi məqalə sayının artırılmasının "innovativ yolu" təklif olunur

Ölkə Prezident tərəfindən təsdiqlənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.

Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Elm və Təhsil Nazirliyinə göstəriş verilib.

Görəsən Nazirlik hansı universitetlərə bu statusun verilməsini nəzərdə tutub?

Hökumətin bununla bağlı müəyyən etdiyi şərtlər, xüsusilə də SCOPUS -da ölkə üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin bu tip universitetlərə aid olması necə təmin ediləcək?

AzEdu.az xəbər verir ki, mövzunu şərh edən ekspert Osman Gündüz deyir ki, hələlik Elm və Təhsil Nazirliyinin bu istiqamətdə elə də ağlabatan addım atdığı görünmür:

"İnandırıcı olmasa da, Nazirliyin əvvəllər AMEA tərkibində olan, indi isə onun tabeliyinə verilən elmi-tədqiqat institutlarının elmi potensialını birbaşa universitetlərə aid etməyi nəzərdə tutduğu bildirilir.

Bu yaxınlarda BDU və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətin təşkili ilə bağlı imzaladığı Memorandumda bununla bağlı müddəalar nəzərdə tutulub.

Belə ki, məsələn, Riyaziyyat və Mexanika İnstitutunun indiyədək və bundan sonra beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) dərc olunan məqalələrinin BDU-ya aid edilməsi nəzərdə tutulub. Ağlasığmaz olsa da, bu, belədir.

Hətta, bundan sonrakı deyil, elmi institutların indiyədək mövcud olan elmi məqalə bazasının da universitetə aid olunmasından söhbət gedir.

Bilmirəm bu ideya kimin ağlına gəlib.
Düşünürəm ki, çox qüsurlu və səmərəsiz bir yanaşmadır.
Universitetlərin tədqiqat potensialının artırılması üçün kiminsə haqqına girmək, süni tədqiqat görüntüsü yaratmaq yox, mövcud imkanlardan və potensialdan birgə istifadə ilə dəyər formalaşdırmaq prinsipi daha ağlabatan olardı.

Tədqiqat potensialı yüksək olan universitetlərin, məsələn BDU-nun, UNEC-in, AzTU-nun, BANM-ın, BMU-nun beynəlxalq reytinq göstəricilərini yüksəltmək, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi üçün birgə əməkdaşlığın, birgə tədqiqat imkanlarının yaradılması, birgə elmtutumlu infrastrukturun formalaşdırılması daha doğru olardı.

Yoxsa, hansısa elmi institut əməkdaşının illər öncə min əziyyətlə apardığı tədqiqatın nəticəsi olan elmi məqalənin bir anda hansisa universitetə aid edilməsi, yumşaq desəm, ədalətsizlik və kiminsə haqqını tapdalamaqdır.

Düzü, belə bir Memoranduma elmi institut rəhbərlərinin də imza atması xeyli düşündürücüdür".

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

AzEdu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edək ki, spikerlik postuna 7 namizəd irəli sürülmüşdü.

Böyük Britaniyanın Coventry Universitetinin Tədqiqat məsələləri üzrə prorektoru Riçard Daşvud və universitetin nəzdində Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun icraçı direktoru Maykl Hardi Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, AzTU-da görülən işlər haqqında məlumat verən rektor Vilayət Vəliyev universitetin fəaliyyətində universitet-sənaye işbirliyi, multidisiplinar tədqiqatlar və beynəlmiləlləşmənin əhəmiyyətini vurğulayıb.

Coventry Universiteti haqqında məlumat verən prorektor Riçard Daşvud bildirib ki, sözügedən ali təhsil müəssisəsinin Şərqi Avropa və Asiyada da nümayəndəlikləri var. O, qeyd edib ki, Coventry Universitetində əsasən təbiət elmləri, humanitar, səhiyyə və mühəndislik sahələrində tədris və tədqiqatlar aparılır.

Görüş zamanı birgə tədris və tədqiqat imkanları da müzakirə olunub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrası və universitetin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) mərkəzinin birgə təşkilatçılığı ilə “Laboratoriya dərslərinin yeni təlim üsulları” layihəsinə həsr olunmuş elmi-metodik seminar keçirilib.

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, seminarda universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasimov, elm və innovasiya məsələləri üzrə prorektoru Nigar Aslanova, professor-müəllim heyəti və digər universitetlərdən qonaqlar iştirak ediblər.

Seminarı açıq elan edən kafedranın müdiri professor Adil Abdullayev iştirakçıları salamlayıb və layihənin tələbələr üçün əhəmiyyətinə diqqət çəkib.

Laboratoriya dərslərinin yeni təlim üsulları haqqında danışan kafedranın dosenti, layihənin rəhbəri Şəhla Əhməd qiymətləndirmə sisteminə uyğun yeni dərs vəsaitinin hazırlanmasının 3 mərhələsini (mühəndis ixtisaslarına uyğun nəzəri və təcrübi hissənin yazılması, hər təcrübənin video görüntüsünün olması və bu videoların tələbələr tərəfindən izlənməsi) və müəllimin e-jurnalına yerləşən bu təcrübələrin bir neçəsini nümayiş etdirib.

İKT Mərkəzinin əməkdaşı Sənan Süleymanov əyani vəsaitin tələbə kabinetindən izlənməsi prosesini mərhələli şəkildə nümayiş etdirib.

Laboratoriya dərs vəsaitinin üstün cəhətləri barədə danışan professor Nəbi Babayev mövcud dərsliklə yeni vəsaitin təcrübələrini müqayisəli şəkildə izah edib, bu vəsaitdə kafedranın nəzdindəki laboratoriyalarda aparılan yeni təcrübə işlərinin yer aldığını deyib. Professor video dərslərin qiyabi təhsil alan tələbələr üçün xüsusi ilə faydalı olacağını vurğulayıb.

Seminarda çıxış edən kafedranın gənc müəllimi Rəna Xankişiyeva laboratoriya təcrübələrinin ingilis dilində də yazılacağını, eyni zamanda video dərslərdə subtitrlərin ingilis dilində də olacağını söyləyib. O, ikili diplom proqramı ilə təhsil alan tələbələr üçün proqramın digər ölkələrin kimya proqramları ilə üst-üstə düşməsi üçün apardığı müqayisəli araşdırmaların qrafiki və zəruri dəyişiklərdən danışıb.

Sonda professor Akif Qasımov və professor Nigar Aslanova çıxış edərək layihənin tələbələr üçün gələcək faydalarından danışıb, belə layihələrin AzMİU-da bundan sonra da dəstəklənəcəyini qeyd ediblər.

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısı genişləndirilib.

AzEdu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya idman sahəsi üzrə yeni vəzifə əlavə olunub.

Bu, idman sahəsində seleksiya üzrə baş mütəxəssis vəzifəsidir.

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 35 nömrəli tam orta məktəbdə keçirilib.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Fazil Mustafa olub.

Qonaq məktəb illəri, ilk müəllimi, gənclik dövrü ilə bağlı xatirələrindən, həyat yolunun maraqlı məqamlarından söz açıb. Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə F.Mustafa oxu vərdişləri, mütaliənin üstünlükləri, gələcəyə hesablanmış doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlər, yad təsirlərdən qorunması yolları və digər mövzular barədə şagirdlərə tövsiyələrini verib.

F.Mustafa bir xalq, millət üçün birliyin, həmrəyliyin önəmi və bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən, şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan danışıb, milli-mənəvi dəyərlərə hörmət hissləri, nəsillərarası müqayisə və mübarizə və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb.

Daha sonra qonaq məktəbə kitab hədiyyə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabı isə qonağa təqdim olunub.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Dövlət İmtahan Mərkəzi iyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçirəcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlarda ümumilikdə 2324 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1841 nəfər (1795 nəfər ingilis dili, 26 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 483 nəfər (470 nəfər ingilis dili, 6 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 4 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ayrılır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 29 imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 217 nəzarətçi-müəllim, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 11-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Qeyd 2. Həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək.

Böyük Britaniyanın Coventry Universitetinin Tədqiqat məsələləri üzrə prorektoru Riçard Daşvud və universitetin nəzdində Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun icraçı direktoru Maykl Hardi Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, AzTU-da görülən işlər haqqında məlumat verən rektor Vilayət Vəliyev universitetin fəaliyyətində universitet-sənaye işbirliyi, multidisiplinar tədqiqatlar və beynəlmiləlləşmənin əhəmiyyətini vurğulayıb.

Coventry Universiteti haqqında məlumat verən prorektor Riçard Daşvud bildirib ki, sözügedən ali təhsil müəssisəsinin Şərqi Avropa və Asiyada da nümayəndəlikləri var. O, qeyd edib ki, Coventry Universitetində əsasən təbiət elmləri, humanitar, səhiyyə və mühəndislik sahələrində tədris və tədqiqatlar aparılır.

Görüş zamanı birgə tədris və tədqiqat imkanları da müzakirə olunub.

Dövlət İmtahan Mərkəzi iyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçirəcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlarda ümumilikdə 2324 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1841 nəfər (1795 nəfər ingilis dili, 26 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 483 nəfər (470 nəfər ingilis dili, 6 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 4 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ayrılır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan binası, 29 imtahan rəhbəri, 11 ümumi imtahan rəhbəri, 217 nəzarətçi-müəllim, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 11-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Qeyd 2. Həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək.

İyunun 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Böyük Britaniyanın Koventri Universitetinin nümayəndə heyəti ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin təsisçisi Mayk Xardi və Koventri Universitetinin professoru Riçard Daşvord, habelə Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.

Nazir müavini “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunan hədəflərə uyğun olaraq elm və təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə qonaqlara məlumat verib. Firudin Qurbanov xaricdə təhsil üzrə həyata keçirilən dövlət proqramlarının ölkəmizdə insan kapitalının formalaşdırılması və inkişafına verdiyi müsbət töhfəni vurğulayıb. Qeyd olunub ki, Böyük Britaniya universitetləri dövlət proqramları çərçivəsində ən çox müraciət olunan xarici ali təhsil müəssisələri sırasındadır və ölkələrimizin təhsil müəssisələri ilə əməkdaşlıq genişlənir.

Firudin Qurbanov qeyd edib ki, 2018-ci ildə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ölkə vətəndaşlarının nüfuzlu xarici universitetlərdə doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramına əsasən hazırda gənc tədqiqatçılarımız təhsillərini Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə davam etdirirlər.

Firudin Qurbanov Mayk Xardinin “Bakı Prosesi”nə verdiyi töhfəni də yüksək qiymətləndirib.

Sonda nazir müavini əlavə edib ki, təhsil sahəsində səmərəli, fəal əməkdaşlıq, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqe, həmçinin birgə fəaliyyət bundan sonra da ölkələrimizdə elm və təhsilin inkişafına xidmət edəcək.

Mayk Xardi öz növbəsində Koventri Universitetinin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

Budəfəki həmsöhbətimiz AzEdu.az-ın digər layihəsi olan “Brend tələbə”lərdən biri olan Nərmin Mirzəyevadır. Müsahibimiz 5 xarici dildə danışa bilir, XI sinifdə İELTS-dən C1 səviyyəsində beynəlxalq sertifikat alıb, gimnastika üzrə respublika çempionudur, pianoda da ifa edir və onun hələ sadəcə 18 yaşı var...

- Nərmin, özünü oxucularımıza necə tədqim edərdin?..

- Mən - Nərmin Mirzəyeva, 18 yaşım var. 2022-ci ildə Bakıdakı 164 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib 557.1 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul olunmuşam. Hazırda I kurs tələbəsiyəm. Ailəm 4 nəfərdən ibarətdir. Anam ixtisasca müəllim, atam tikinti şirkətlərinin birində mühəndis, qardaşım isə 11-ci sinif şagirdi - abituriyentdir.

- Uşaqlıqda hansı peşəyə sahib olmaq istəyirdin?

- Uşaq yaşlarımdan mühəndislik peşəsinə marağım çox böyük idi. Bunun əsas səbəblərindən biri atamın da o ixtisas sahibi olmasıdır. Universitetə qəbul zamanı da ADNSU və BMU-dakı ingilis dilində olan mühəndislik ixtisaslarını seçmişdim.

- Bəs “Brend tələbə” statusu sənə hansı təəssüratları yaşatdı?

- Çox böyük motivasiya və stimul oldu, daha da fəallaşmağıma səbəb oldu. Təzəlikcə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fakültə üzrə sədri seçildim və yeni tədbirlər hazırlamağı planlaşdırırıq. Bundan əlavə, universitetimizin daxilində aktiv fəaliyyət göstərən “conversation club”un “speaker” və sədr müavini kimi tələbələrə İngilis dilini rahat danışmaqda yardımlar edirik.

- Başqa hansı fəaliyyətlərlə məşğulsan?

- 4 yaşımda həvəskar olaraq başladığım gimnastika idman növü ilə 12 ilə yaxın məşğul olduqdan sonra idman ustasına namizəd adını qazandım. Hazırda tələbə olduğum üçün həvəskar kimi idmana davam edirəm. Bir çox yarışlarda iştirak etmişəm, şəhər və ölkə üzrə dəfələrlə qrup hərəkətləri üzrə çempion olmuşam. Pianoda ifa edə bilirəm, amma professional deyiləm. Təyyarələrə marağım xüsusilə böyükdür, ona görə London tarix və elm muzeyindəki təyyarə muzeyini də ziyarət etmişəm. Getmişkən London Albert muzeyində Şeyx Səfi xalçasını əyani şəkildə görmək də qismət oldu.

Dil öyrənməyə çox marağım var, 5 xarici dil bilirəm. Mühəndislik sahəsində uğurlu olmaq üçün praktikalarda, yay və qış məktəblərində aktiv iştirak edirəm. Hazırda bir tikinti şirkətində dərsdən sonra "part-time" təcrübə qazanmaq üçün işləyirəm, direktor işimi bəyənir və tezliklə məni işə götürəcəyini vəd verib.

- Qeyd etdin ki, gimnastika sahəsində böyük nailiyyətlərin var. Lakin indi sənaye mühəndisliyi ixtisası üzrə təhsil alırsan. Bəs idman sahəsində davam etməyi düşünürsən?

- Hədəfim yaxşı mühəndis olmaqdır, idman isə hər zaman hamıya lazımdır. Mən də həmişə əlavə fəaliyyət kimi idmanla məşğul olmağı davam etdirəcəm.

- Hansı dilləri bilirsən?

- Ana dilim olan Azərbaycan dili öz yerində, başqa 4 dili – türk, rus və ingilis dillərini əla, alman dilini B1 dərəcəsində bilirəm. Düzünə qalsa, ispan dilini yeni öyrənməyə başlamışam, hal hazırda A1 səviyyəsini öyrənirəm.

- Dillərə marağın nə vaxt yaranıb və necə öyrənmisən?

- Azyaşlı olanda Avropa ölkələrinə ailəmlə birlikdə tətil məqsədli səyahətlərimdən sonra dil öyrənmək mənə rahat və maraqlı gəlməyə başladı. Nənəm ingilis dili müəllimi olduğundan onun və ibtidai müəllimimin yardımı ilə mənim bu işə həvəsim artdı. İbtidai sinifdə oxuyarkən məktəb dərsliklərindən əlavə öz üzərimdə işləməyə başladım. Yəni bədii kitablar oxumağa, bütün mahnılara ingiliscə qulaq asmağa, filmlər və çizgi filmləri izləməyə üstünlük verdim. 11-ci sinifdə isə beynəlxalq ingilis dili üzrə səviyyə testi olan İELTS imtahanına hazırlaşıb C1 dərəcəsini əldə etdim. Rus dilini ətrafımda olan rusdilli dostlarım və qrammatika kursu sayəsində öyrənmişəm. Alman dilini isə əvvəlcə internetdən, daha sonra isə qrammatika hissəsi üçün müəllim köməyi ilə tez bir zamanda lazımi dərəcədə öyrənmişəm. Arzularımdan biri poliqlot olmaqdır. İspan, Fransız və Çin dilini öyrənməyi çox istəyərdim.

- Dil öyrənmək istəyənlərə tövsiyələrin nələrdir?

- Əgər bir dili öyrənmək istəyirlərsə, həyatlarını o dilə çevirməlidirlər və daim həmin dildə ünsiyyətdə ola biləcəkləri insanlarla vaxt keçirməlidirlər. O zaman istəklərinə nail olacaqlar.

- Xarici dövlətdə təhsil almaq fikrin var?

- Bəli, İtaliya və Böyük Britaniya universitetlərində təqaüdlə təhsil almaq üçün dövlət proqramına müraciət etmişəm, qəbul dəvəti alsam, gedəcəm. ERASMUS proqramı ilə I semestrlik, ya da ümumiyyətlə xarici ölkədə bakalavr təhsili almağı düşünürəm. Prosedurların gedişatına görə gedib-getməyəciyim bəlli olacaq. Hələ dəqiq qərar yoxdur, lakin qeyd etdiyim hər iki variant ürəyimcədir.

- Ümumiyyətlə, gənclərin əksəriyyətinin xaricdə təhsil istəklərinin olduğunu görürük. Sənin əsas səbəbin nədir?

- Hazırda oxuduğum ixtisasda dərslər Siegen universitetinin proqramı ilə keçirilir və bundan çox məmnunam, amma daha geniş bilik, təcrübə, dünyagörüşü qazanmaq üçün xaricdə beynəlxalq tələbələrlə təhsil almaq, öyrənmək istəyərəm.

- Son olaraq, yaşıdlarına uğurlu tələbə və gənc olmaq yolunda hansı tövsiyələri verərdin?

- Onlara demək istədiyim budur ki, tələbəlik sadəcə aktiv olub hər tədbirə getmək və ya ancaq dərs oxumaq deyil. Bir tələbə o zaman uğurlu gənc sayılır ki, bütün sadalananları eyni zamanda edə bilsin.

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının nümayəndələri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olublar.

BŞTİ-dən AzEdu.az-a bildiri8lib ki,Özbəkistan Respublikasının nümayəndələri, “Zamin” beynəlxalq ictimai fondun icraçı direktoru Tamila Əliyeva və fondun sosial layihələrin icrası üzrə rəhbəri Şahnaz İşmatova inklüziv təhsil siniflərində tədrisin təşkili ilə maraqlanıblar.

Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının sədri Anar Xələfov, BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Ümumi təhsilin təşkili sektorunun nümayəndəsi Elşad Səfixanov, Sosial Xidmətlər Agentliyinin aparıcı mütəxəssisi Hümbət Mustafayev iştirak ediblər.

Məktəblə tanışlıqdan sonra qonaqlara məktəbin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.

Tədbirdə çıxış edənlər “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və inklüziv təhsil siniflərində müəllimlərin üzərinə düşən vəzifələr barədə məlumat veriblər.

Görüş zamanı sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Özbəkistanın təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr müzakirə olunub.

Tədbirdə məktəbin şagirdi tərəfindən özbək rəqsi ifa olunub.

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 35 nömrəli tam orta məktəbdə keçirilib.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Fazil Mustafa olub.

Qonaq məktəb illəri, ilk müəllimi, gənclik dövrü ilə bağlı xatirələrindən, həyat yolunun maraqlı məqamlarından söz açıb. Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə F.Mustafa oxu vərdişləri, mütaliənin üstünlükləri, gələcəyə hesablanmış doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlər, yad təsirlərdən qorunması yolları və digər mövzular barədə şagirdlərə tövsiyələrini verib.

F.Mustafa bir xalq, millət üçün birliyin, həmrəyliyin önəmi və bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən, şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan danışıb, milli-mənəvi dəyərlərə hörmət hissləri, nəsillərarası müqayisə və mübarizə və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb.

Daha sonra qonaq məktəbə kitab hədiyyə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabı isə qonağa təqdim olunub.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

Budəfəki həmsöhbətimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Brend tələbə”lərindən biri olan Nərmin Mirzəyevadır. Müsahibimiz 4 xarici dildə danışa bilir, XI sinifdə İELTS-dən C1 səviyyəsində beynəlxalq sertifikat alıb, gimnastika üzrə respublika çempionudur, pianoda da ifa edir və onun hələ sadəcə 18 yaşı var...

- Nərmin, özünü oxucularımıza necə tədqim edərdin?..

- Mən - Nərmin Mirzəyeva, 18 yaşım var. 2022-ci ildə Bakıdakı 164 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib 557.1 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul olunmuşam. Hazırda I kurs tələbəsiyəm. Ailəm 4 nəfərdən ibarətdir. Anam ixtisasca müəllim, atam tikinti şirkətlərinin birində mühəndis, qardaşım isə 11-ci sinif şagirdi - abituriyentdir.

- Uşaqlıqda hansı peşəyə sahib olmaq istəyirdin?

- Uşaq yaşlarımdan mühəndislik peşəsinə marağım çox böyük idi. Bunun əsas səbəblərindən biri atamın da o ixtisas sahibi olmasıdır. Universitetə qəbul zamanı da ADNSU və BMU-dakı ingilis dilində olan mühəndislik ixtisaslarını seçmişdim.

- Bəs “Brend tələbə” statusu sənə hansı təəssüratları yaşatdı?

- Çox böyük motivasiya və stimul oldu, daha da fəallaşmağıma səbəb oldu. Təzəlikcə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fakültə üzrə sədri seçildim və yeni tədbirlər hazırlamağı planlaşdırırıq. Bundan əlavə, universitetimizin daxilində aktiv fəaliyyət göstərən “conversation club”un “speaker” və sədr müavini kimi tələbələrə İngilis dilini rahat danışmaqda yardımlar edirik.

- Başqa hansı fəaliyyətlərlə məşğulsan?

- 4 yaşımda həvəskar olaraq başladığım gimnastika idman növü ilə 12 ilə yaxın məşğul olduqdan sonra idman ustasına namizəd adını qazandım. Hazırda tələbə olduğum üçün həvəskar kimi idmana davam edirəm. Bir çox yarışlarda iştirak etmişəm, şəhər və ölkə üzrə dəfələrlə qrup hərəkətləri üzrə çempion olmuşam. Pianoda ifa edə bilirəm, amma professional deyiləm. Təyyarələrə marağım xüsusilə böyükdür, ona görə London tarix və elm muzeyindəki təyyarə muzeyini də ziyarət etmişəm. Getmişkən London Albert muzeyində Şeyx Səfi xalçasını əyani şəkildə görmək də qismət oldu.

Dil öyrənməyə çox marağım var, 4 xarici dil bilirəm. Mühəndislik sahəsində uğurlu olmaq üçün praktikalarda, yay və qış məktəblərində aktiv iştirak edirəm. Hazırda bir tikinti şirkətində dərsdən sonra "part-time" təcrübə qazanmaq üçün işləyirəm, direktor işimi bəyənir və tezliklə məni işə götürəcəyini vəd verib.

- Qeyd etdin ki, gimnastika sahəsində böyük nailiyyətlərin var. Lakin indi sənaye mühəndisliyi ixtisası üzrə təhsil alırsan. Bəs idman sahəsində davam etməyi düşünürsən?

- Hədəfim yaxşı mühəndis olmaqdır, idman isə hər zaman hamıya lazımdır. Mən də həmişə əlavə fəaliyyət kimi idmanla məşğul olmağı davam etdirəcəm.

- Hansı dilləri bilirsən?

- Ana dilim olan Azərbaycan dili öz yerində, başqa 3 dili – rus və ingilis dilini əla, alman dilini B1 dərəcəsində bilirəm. Düzünə qalsa, ispan dilini yeni öyrənməyə başlamışam, hal hazırda A1 səviyyəsini öyrənirəm.

- Dillərə marağın nə vaxt yaranıb və necə öyrənmisən?

- Azyaşlı olanda Avropa ölkələrinə ailəmlə birlikdə tətil məqsədli səyahətlərimdən sonra dil öyrənmək mənə rahat və maraqlı gəlməyə başladı. Nənəm ingilis dili müəllimi olduğundan onun və ibtidai müəllimimin yardımı ilə mənim bu işə həvəsim artdı. İbtidai sinifdə oxuyarkən məktəb dərsliklərindən əlavə öz üzərimdə işləməyə başladım. Yəni bədii kitablar oxumağa, bütün mahnılara ingiliscə qulaq asmağa, filmlər və çizgi filmləri izləməyə üstünlük verdim. 11-ci sinifdə isə beynəlxalq ingilis dili üzrə səviyyə testi olan İELTS imtahanına hazırlaşıb C1 dərəcəsini əldə etdim. Rus dilini ətrafımda olan rusdilli dostlarım və qrammatika kursu sayəsində öyrənmişəm. Alman dilini isə əvvəlcə internetdən, daha sonra isə qrammatika hissəsi üçün müəllim köməyi ilə tez bir zamanda lazımi dərəcədə öyrənmişəm. Arzularımdan biri poliqlot olmaqdır. İspan, Fransız və Çin dilini öyrənməyi çox istəyərdim.

- Dil öyrənmək istəyənlərə tövsiyələrin nələrdir?

- Əgər bir dili öyrənmək istəyirlərsə, həyatlarını o dilə çevirməlidirlər və daim həmin dildə ünsiyyətdə ola biləcəkləri insanlarla vaxt keçirməlidirlər. O zaman istəklərinə nail olacaqlar.

- Xarici dövlətdə təhsil almaq fikrin var?

- Bəli, İtaliya və Böyük Britaniya universitetlərində təqaüdlə təhsil almaq üçün dövlət proqramına müraciət etmişəm, qəbul dəvəti alsam, gedəcəm. ERASMUS proqramı ilə I semestrlik, ya da ümumiyyətlə xarici ölkədə bakalavr təhsili almağı düşünürəm. Prosedurların gedişatına görə gedib-getməyəciyim bəlli olacaq. Hələ dəqiq qərar yoxdur, lakin qeyd etdiyim hər iki variant ürəyimcədir.

- Ümumiyyətlə, gənclərin əksəriyyətinin xaricdə təhsil istəklərinin olduğunu görürük. Sənin əsas səbəbin nədir?

- Hazırda oxuduğum ixtisasda dərslər Siegen universitetinin proqramı ilə keçirilir və bundan çox məmnunam, amma daha geniş bilik, təcrübə, dünyagörüşü qazanmaq üçün xaricdə beynəlxalq tələbələrlə təhsil almaq, öyrənmək istəyərəm.

- Son olaraq, yaşıdlarına uğurlu tələbə və gənc olmaq yolunda hansı tövsiyələri verərdin?

- Onlara demək istədiyim budur ki, tələbəlik sadəcə aktiv olub hər tədbirə getmək və ya ancaq dərs oxumaq deyil. Bir tələbə o zaman uğurlu gənc sayılır ki, bütün sadalananları eyni zamanda edə bilsin.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov bakalavriat və magistratura səviyyələrində keçirilən yaz semestrinin imtahan sessiyasının gedişatı ilə tanış olub.

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, auditoriyalarda tələbələrlə səmimi söhbət aparan Havar Məmmədov imtahan suallarının tərtibi, BMU-da tədrisin səviyyəsi, keyfiyyəti və s. məsələlərlə bağlı onların fikirləri ilə maraqlanıb. Tələbələrlə söhbətində universitetdə əsas hədəfin yüksəkixtisaslı, savadlı və peşəkar kadr hazırlığına yönəldiyini deyən rektor tələbə biliyinin qiymətləndirilməsində ədalət, şəffaflıq və obyektivlik kimi meyarların əsas götürüldüyünü vurğulayıb və tələbələrə imtahanlarda müvəffəqiyyətlər arzulayıb.

Auditoriyalara baxış zamanı rektora imtahanların qüvvədə olan normativ sənədlər əsasında və təlimata uyğun təşkili üzrə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, sessiya ilə bağlı imtahan keçiriləcək bütün auditoriyalarda müvafiq texniki və təşkilati işlər vaxtında tamamlanıb, imtahan zallarında tələbələrin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan prosesinin imtahan zallarında quraşdırılmış müşahidə kameraları vasitəsilə daim izlənilməsi, tələbələrin imtahanlarda iştirakı zamanı universitetdaxili tələb və qaydalarla əvvəlcədən tanış edilməsi istiqamətində işlərin görüldüyü qeyd edilib.

Sonra Qərargah və Apelyasiya komissiyasının fəaliyyəti ilə tanış olan Havar Məmmədova daxil olan müraciətlərin operativ araşdırılması, cavab kağızlarının kodlaşdırılması, eləcə də müəllimlər tərəfindən yoxlanılmasının icrası, imtahan nəticələrinin imtahanın keçirildiyi gün universitetin Elektron Məlumat Sisteminə daxil edilməsi və s. məsələlərlə bağlı görülən işlər təqdim olunub.

Rektor Apelyasiya komissiyasına daxil olan hər bir müraciətə çevik baxılması mexanizmlərinə diqqətin artırılması, o cümlədən imtahan nəticələrinin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hər iki təhsil pilləsi üzrə əyani formada təşkil olunan imtahan sessiyası iyul ayının 5-də başa çatacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Çinarə Qəhrəmanovanın məqaləsi türkiyə mətbuatında dərc olunub.

AzEdu.az xəbər verir ki, “www.akgazete.com.tr” saytında dərc olunan “Tək millət iki dövlət: Sarsılmaz dostluq” başlıqlı məqalədə Azərbaycan-Türkiyə münasibətləri geniş şərh edilib. Müəllif qeyd edir ki, ölkələrimiz arasındakı səmimi münasibətlər, etibarlı əməkdaşlıq sayəsində dövlətlərimiz günü-gündən möhkəmlənir. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı təkcə iki dövlətin ümumi tərəqqisi deyil, həm də regionda sabitliyin bərqərar olması məqsədi daşıyır. Müasir dövrdə türkdilli dövlətlərin yaxınlaşması və onlar arasında əlaqələrin qurulması üçün ən mühüm şərtlərdən biri də Azərbaycan-Türkiyə münasibətləridir.

Məqalədə iki qardaş ölkə arasındakı əlaqələr, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı, 44 günlük Vətən müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyi diqqətə çatdırılır.

Bakı Slavyan Universitetinin (BSU) iki fakültəsinə yeni dekan seçilib.

AzEdu.az xəbər verir ki, universitetin Tərcümə və Xarici dil müəllimliyi fakültələrinə dekan vəzifəsinə seçki keçirilib.

Ümumi iclasda səs çoxluğu ilə filologiya elmləri namizədi, dosent Hacıyev Kamran Əliverdi oğlu Tərcümə fakültəsinə, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəmova-Ağayeva Güney Asif qızı isə Xarici dil müəllimliyi fakültəsinə dekan seçilib.

Bakı Slavyan Universitetinin (BSU) iki fakültəsinə yeni dekanlar seçilib.

AzEdu.az xəbər verir ki, universitetin Tərcümə və Xarici dil müəllimliyi fakültələrinə dekan vəzifəsinə seçki keçirilib.

Ümumi iclasda səs çoxluğu ilə filologiya elmləri namizədi, dosent Hacıyev Kamran Əliverdi oğlu Tərcümə fakültəsinə, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəmova-Ağayeva Güney Asif qızı isə Xarici dil müəllimliyi fakültəsinə dekan seçilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Özbəkistanda səfərdədir.

Universitetdən AzEdu.az-a bildirilib ki, rektor Ədalət Muradov Türk Universitetlər Birliyinin (TÜRKUNİB) sədri kimi UNEC-in ilk tədbiri olan Rektorların Xüsusu İclasında iştirak üçün Səmərqənd şəhərindədir.

Qeyd olunub ki, tədbirdə UNEC-in sədrliyi dövründə (2023-2024-cü illər) TÜRKUNİB-in fəaliyyətinə dair UNEC-in hazırladığı Yol Xəritəsi layihəsi, Orhun mübadilə proqramının mövcud vəziyyəti, Türk universitetləri arasında kommunikasiyanın gücləndirilməsi, TÜRKUNİB-in saytının təkmilləşdirilməsi və digər məsələləri müzakirə ediləcək.

Türk Universitetlər Birliyinin ötən ilin noyabrında Qazaxıstanın Türküstan şəhərində keçirlimiş VI yığıncağında UNEC 2023-2024-cü illər üzrə TÜRKÜNİB-in sədri seçilib.

Birliyin sədri vəzifəsini UNEC rektoru professor Ədalət Muradov həyata keçirir.

TÜRKUNİB Azərbaycan universitetlərinin türk dövlətləri ilə elm və təhsil sahəsində əməkdaşlıq etdiyi mühüm platformadır.

Türk Dövlətləri Təşkilatları çərçivəsində fəaliyyət göstərən bu platformanın məqsədi türk dövlətləri universitetləri arasında əməkdaşlığın institutlaşdırılmasına nail olmaqdır.

Türk dünyasına üzv ölkələr arasında ali təhsil sahəsi üzrə iş birliyini həyata keçirmək məqsədilə ilə yaradılmış TÜRKUNİB 2012-ci ildə təsis edilib. Hazırda birliyin 50-yə yaxın üzvü var.

Azərbaycandan 5 universitet (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti) bu birliyin üzvüdür.