“Azəriqaz”dan qazın təzyiqi ilə bağlı AÇIQLAMA

"Ölkə.az" xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev Reaksiya TV-yə açıqlamasında deyib.

O bildirib ki, təzyiqin aşağı olması birbaşa olaraq “Azəriqaz” İstehsalat Birliyinə ziyandır:

“Təzyiq aşağı olduqda bizim qaz sayğacları sərfiyyatı düzgün yazmır və daha çox xəta edir. Təzyiq 16 millibardan aşağı olmamalıdır. Təzyiqin normada olması bizim yerli işçilərə əsas tələbimizdir. Ən azından ki, bizim ölçmə avadanlıqları daha az xəta ilə işləsin. Biz normal təzyiqin təmin edilməsində daha çox maraqlıyıq”.

Ruslan Əliyev qeyd edib ki, ötən illərlə müqayisədə hazırda bu tipli abonent müraciətlərinin həcmi 30-40 faizində azalıb.

Mənbə:
0
47
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar