“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Nigar Mirzəyeva “Uşaqlarda astma xəstəliyi haqqında nə bilirik və bu xəstəlikdən uşaqlarımızı necə qoruyaq?” sualını cavablandırıb.
Bronxial astma bronхların spazmı vә selikli qişasının ödemi nәticәsindә vaхtaşırı bronх keçiriciliyinin pozulması vә boğulma tutmaları ilә müşayiәt olunur. Astma - hava yollarının daralması nəticəsində tutmalar şəklində gedən, öskürək, xışıltı və nəfəs darlığı ilə müşahidə olunan və uşaqlarda çox rast gəlinən xronik xəstəliklərdən biridir. Coğrafi mühit, bitki örtüyü, rütubәt, ifrat soyuma, kәskin temperatur dәyişikliklәri vә s. bronxial astmanın әmәlә gәlmәsi üçün şәrait yaradır.
Hazırda dünyada 300 milyon insan bronxial astmadan əziyyət çəkir. Azərbaycanda aparılan araşdırmalar göstərir ki, 2021-ci ildə astma xəstəliyi ilə bağlı qeydiyyatdan keçənlərin sayının 8797 nəfər olmuşdur. Valideynlərdən birində allergik astma varsa, onun övladında allergik astma olma ehtimalı 20-30%-dir. Bu xəstəlik hər iki valideyndə olarsa, uşaqların bu xəstəliyə tutulması ehtimalı 80%-ə qədər artır.
Astma tutmalarına ən çox səbəb olan faktorlar yuxarı tənəffüs yolu infeksiyaları, daha sonra müxtəlif allergenlərə məruz qalma (dərman maddələri, qida maddələri, müxtəlif polenlər), havanın çirkli olması, fiziki aktivlik (qaçma, hoppanma, çox hərəkət etmək), bəzi qıcıqlandırıcılar (siqaret tüstüsü, parfüm, yuyucu maddələr) və s.-dir.
Son vaxtlar ABŞ-da aparılan araşdırmaların nəticələri göstərir ki, qaz sobaları uşaqlarda astma xəstəliyinə yol açan səbəblərdən biridir. Düzdür, Azərbaycanda qaz sobalarının uşaqlarda astmaya səbəb olması haqqında araşdırma yoxdur. Lakin dünyada araşdırılan məlumata əsasən qaz sobalarından havaya qalxan azot dioksid, formaldehid kimi kimyəvi maddələr tənəffüs yollarına qıcıqlandırıcı təsir göstərərək iltihab yaratmaqla, astmanın meydana gəlməsinə səbəb ola bilər.
Uşaqlarımızı bu xəstəlikdən qorumaq üçün yuxarıda sadalanan səbəbləri aradan qaldırmaq lazımdır. Bu səbəblərin hamısını aradan qaldırmaq mümkün olmasa da, uşaqları siqaret tüstüsündən, çirkli havadan, rütubətdən, qaz sobalarından çıxan zəhərli maddələrdən və s. qoruya bilərik. Uşaqlarınızın yaxşı nəfəs ala bilmədiyini, öskürəkdən əziyyət çəkdiyini müşahidə etdikdə, dərhal həkimə müraciət edin. Vaxtında aşkar olunan xəstəliyin müalicəsi daha keyfiyyətli olur. İdman mәşğәlәlәri, dәniz kәnarında gəzintilәr, normal hәyat tәrzi bronxial astmanın profilaktikasında әsas yer tutur.
İnfluenza (qrip) infeksiyasına yoluxmadan qorunmaq üçün paytaxt sakinləri arasında maskadan istifadə edənlər var. Bu, kimə görə zərurət, kimə görə məcburiyyətdir. Həkimlər tərəfindən isə bu sadəcə tövsiyə xarakteri daşıyır.
Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-infeksionist Aytən Ziyadova deyib: “Qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi daha düzgündür. İnfeksiya hava-damcı yolu ilə ötürüldüyündən tibbi maskalar taxılması tövsiyə olunur. Şəkərli diabet, ürək-damar, bronxial astma və xroniki xəstəlikləri olanların, pnevmoniya keçirənlərin maskadan istifadə etməsi xüsusilə vacibdir”.
Qeyd etmək lazımdır ki, Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət-tibb müəssisələrində Hollandiya istehsalı olan influenzaya qarşı peyvənd vurulur. Peyvəndləmə prosesi tamamilə ödənişsizdir və dövlət hesabına həyata keçirilir.
Peyvəndlənmə sürətlə yayılan virusun qarşısının alınmasına hesablanıb. Peyvənd vurduranlar yoluxma zamanı xəstəliyi daha yüngül keçirirlər.
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 51 gündür ki, davam edir.
Aztibb.az xəbər verir ki, Şuşaya ezam olunan əməkdaşının məlumatına görə,, havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Aztibb.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 827 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, hazırda 228 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 634, bu günə qədər isə ümumilikdə 7 485 294 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.
Tanınmış həkim Şahin Məmmədov Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Aztibb.az xəbər verir ki, bu barədə o, feysbuk şəbəkəsində məlumat paylaşıb.
"Artıq 8 ci ildir Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyirdim. Bu gün mərkəzin direktoru, professor Elmar Qasımov məni uğurlu fəaliyyətimə görə təşəkkürnamə ilə təltif etdi və məni mərkəzin Anesteziologiya Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin etdi. Həmçinin mərkəzin Masallı, Gəncə və Şəki filiallarının anesteziologiya xidmətinə də nəzarət etməli olacam.
Qeyd edim ki mərkəzimizin 12 əməliyyatxanası var və 24/7 anestezioloji xidmət göstərir.
Xəstələrimiz əsasən uşaqlar, yenidoğulmuşlar və yanaşı xəstəlikləri çox olan yaşlı insanlardır.
İşin məsuliyyətini yaxşı dərk edirəm. Çalışacam mənə göstərilən etimadı doğruldum, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlim", - Şahin Məmmədov qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk tibbi seminar keçirilib.
“Yeni klinika”-dan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayevin iştirakı ilə baş tutan tibbi seminarda klinikanın həkim heyəti iştirak edib.
Beynəlxalq terminologiyada ürəyin qapalı masajı CPR (Cardiopulmonary Resuscitation – ürək-ağciyər reanimasiyası) mövzusuna həsr olunan seminarda çıxış edən “Yeni klinika”nın Təcili və Təxirə salınmaz Tibbi Yardım şöbəsinin müdiri Nicat Nəcəfov “CPR'da tətbiq olunan son protokol”, “CPR-ın sonlandırma kriteriyaları”nın önəmini vurğulayıb.
Qeyd edək ki, ayda iki dəfə keçirilməsi nəzərdə tutulan seminarın təşkil olunmasında əsas məqsəd tibbin ən vacib mövzularında araşdırmalar edərək qarşılıqlı fikir mübadiləsinin aparılmasıdır.
Cəmiyyətdə çox rast gəlinən həzm problemlərindən biri də qəbizlikdir. Müasir həyatda yaşanan stress, hərəkətsizlik və qeyri-düzgün qidalanma kimi faktorlar qəbizlik nisbətinin artmasına səbəb olur. Qəbizliyin özü bir xəstəlik deyil, lakin hər hansı xəstəlik nəticəsində yaranan şikayətdir. Bundan əlavə, qəbizlik əksər insanların həyat keyfiyyətinə təsir edən əhəmiyyətli bir sağlamlıq problemidir.
Aztibb.az Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına istinadla xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının peşəkar və təcrübəli həkim qastroenteroloqu İlham Mayılov məlumat verib.
Həkim bildirib ki, normal hallarda sağlam insan həftədə ən azı 3 dəfə defekasiya (nəcis ifrazı) aktına çıxmalıdır. Bəzi insanlar gündə 3 dəfə, bəzi insanlar isə həftədə 3 dəfə defekasiya aktına çıxa bilirlər. Hər iki hal tamamilə normal olaraq, sağlamlıq göstəricisidir. Həftə ərzində 3 dəfədən az bağırsağın boşalması isə qəbizlik sayılır.
Qəbizliyin aşağıdakı tipləri var:
• Alimentar (orqanizimdə suyun və rasiyonda qida liflərinin azalması nəticəsində)
• Mexaniki – bağırsaq keçiriciliyinin pozulması
• Hipo və diskinetik (bağırsaqlarda tranzitin sürətinin azalması)
• İdiopatik – mexanizmi məlum olmayan qəbizliklə ən çox insanlar yaşlaşanda rastlaşırlar.
İ.Mayılovun sözlərinə görə, qəbizliyin yaranma səbəbi əsasən adekvat maye qəbulunun olmaması, lifli qidaların zəif qəbulu və oturaq həyat tərzidir: "Lfli qidalar yumşaq nəcis və həzm traktında asan hərəkət etməyə kömək edir"
Həkim qeyd edib ki, qəbizlik əlamətləri olan xəstələri tez-tez özlərini imalə etmək kimi zərərli adətlərdən və işlədici dərmanları göstərişsiz istifadə etməkdən çəkindirmək lazımdır, çünki bunlar bəzi ağırlaşmalar yarada bilər.
Qəbizliyin müalicəsi üçün ilk növbədə, onu yaradan səbəb müəyyən edilməli və aradan qaldırılmalıdır. Qəbizlik deyib keçməyin. Ciddi narahatlıq yaradan qəbizlik üçün ixtisaslı həkimə müraciət edin. Çünki erkən diaqnoz həyat qurtarır.
Bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasında Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən qanvermə aksiyası keçirilib.
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, aksiyasda 100-ə yaxın könüllü şəxs iştirak edib.
Məlumat üçün qeyd edək ki, Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanılan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstələri üçün istifadə olunacaq.
Balakən Rayon Mərkəzi Xəstəxanasına ağır itki üz verib.
Aztibb.az xəbər verir ki, uzun illərdir Balakən Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən peşəkar həkim, stomatoloq Əlyar Şibliyev vəfat edib. O, dünən gecə saatlarında yaşadığı evdə qəfil dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, İdarənin struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, qurumlararası əməkdaşlıqla bağlı Koordinasiya Şurasının yaradılmasında əsas məqsəd müvafiq qurumların təhsilalanlara, təhsilverənlərə və təhsil prosesinin digər iştirakçılarına dair daxil olmuş məlumatların və müraciətlərin çevik mübadiləsini aparmaq, təxirəsalınmaz tədbirləri təmin etmək, uşaqların müdafiəsi istiqamətində fəal iştirak etmək və əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir.
Məktəbəqədər və ümumtəhsil müəssisələrində baş verən hadisələrə qanunvericiliyə uyğun, çevik və təsirli müdaxilənin gərəkli olduğunu vurğulayan tədbir iştirakçıları Koordinasiya Şurasının həyata keçirəcəyi işlərin uşaqların müdafiəsi istiqamətində uğurlu nəticələrə yol açacağına, xoşbəxt cəmiyyətin formalaşmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin tibb bacısı, tibb xidməti giziri Qalina Belyaninova xidmətdə olmanın son yaş həddinə çatdığına görə 27 yanvar 2023-cü il tarixindən etibarən təqaüdə çıxıb.
Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsi müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəis müavini, Baş həkim vəzifəsini müvəqqətti icra edən Dr.Bəxtiyar Musayev tibb bacısı Qalina Belyaninovanın fəaliyyətini yüksək qiymətləndiriblər. Qalina xanıma gül dəstəsi və xatirə hədiyyəsi təqdim edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bütün kollektivi tibb bacısı Qalina Belyaninovaya möhkəm cansağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayır.
TƏBİB-in nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay Dünya Ticarət Mərkəzində dünyanın ən böyük səhiyyə sərgilərindən biri - “ArabHealth 2023” sərgisində iştirak edir.
Aztibb.az-ın TƏBİB-ə istinadla verdiyi xəbərə görə, yanvarın 30-dan fevralın 3-dək keçiriləcək sahəsi və iştirakçılarının sayına görə dünyanın ikinci ən böyük sərgisi olan “ArabHealth” bu il 66 ölkədən rekord sayda iştirakçını bir araya gətirəcək.
Ümumilikdə, 4.200-dən çox yerli və xarici şirkət sərgidə 170 ölkədən 60.000-dən çox peşəkar ziyarətçiyə ən son texnologiyaları və həlləri təqdim edəcək.
47 ildir ki, “ArabHealth” sərgisi səhiyyə sahəsində ən son yenilikləri bütün sərgi iştirakçılarının və ziyarətçilərin diqqətinə çatdırır.
Sərgi biznes, liderlik və davamlı tibb təhsili (CME) üzrə bir sıra konfrans və seminarlarla müşayiət olunur ki, burada ən son yeniliklər və ən yaxşı təcrübələr, metodlar və bacarıqlar haqqında məlumat verilir.
Öskürəyin səbəbini bilmədən onu müstəqil müalicə etmək cəhdləri səhvdir.
Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə terapevt Nadejda Çernışova bildirib.
Həkim-terapevt N.Çernışova öskürəyin özünümüalicəsində əsas səhvin onun müxtəlif patologiyalar tərəfindən əmələ gəldiyini nəzərə almamaqdır.
"Əsas səhv sizi narahat edən öskürəyin səbəblərini bilmədən, diaqnoz qoyulmadan onun sərbəst müalicəsidir", – həkim bildirib.
N. Çernışova əlavə edib ki, təzyiqi aşağı salmaq üçün istifadə olunan preparatların qəbulu da öskürəyin yaranmasına gətirib çıxara bilər.
"Həmçinin öskürək ürək çatışmazlığı, allergiya, orqanizmdə viruslar və ya ağciyərlərin iltihabı zamanı meydana çıxır, ", - deyə terapevt qeyd edib.
Həkim bildirib ki, öskürək vaxtı insanlar bəlğəmgətirici vasitələr və ya öskürək refleksini kəsən dərmanlar qəbul etməyə başlayır . Lakin öskürəyin səbəbi müəyyən edilmədikdə bu dərmanların istifadəsi heç bir əhəmiyyət kəsb etmir. Bundan başqa, öskürək, hansına ki, müstəqil qəbul edilən preparatlar zamanla təhlükəli ağırlaşmalara da səbəb ola bilər.
Qara istiot 4 min ildən artıqdır ki, mövcuddur. Qədim zamanlarda qara istiotu qızıla bərabər tuturdular.
Aztibb.az tibbi mənbələrə istinadən xəbər verir ki, qara istiot antioksidant xüsusiyyətlərə malik güclü ədviyyatdır. Sərbəst radikallar hüceyrələrinizə zərər verə bilən qeyri-sabit molekullardır. Bəzi sərbəst radikallar təbii olaraq əmələ gəlir. Bununla birlikdə, çirklənmə, siqaret tüstüsü və günəş işığı sərbəst radikallara səbəb ola bilər. Həddindən artıq sərbəst radikal böyük sağlamlıq problemlərinə yol açır. Bu, xroniki iltihab artrit, ürək xəstəliyi, diabet və xərçəng kimi bir çox problemlərdə əsas amil ola bilər.
Laboratoriya tədqiqatları göstərir ki, qara istiotun əsas aktiv birləşməsi olan piperin iltihabla effektiv mübarizə apara bilər.
Qara istiot:
• Həzmi yaxşılaşdırır, mədədə xlor turşusunun ifrazını artırır və həzmi asanlaşdırır.
• Bağırsaq qazının meydana gəlməsinin qarşısını almağa kömək edir və menyuya əlavə edildikdə, tərləmə və sidiyi təşviq edir.
• Yaxşı həzm arıqlamağa, bədənin daha yaxşı işləməsinə kömək edir və ciddi mədə-bağırsaq xəstəliklərinin qarşısını alır.
• Qara istiotun tərkibindəki piperin iltihab əleyhinə təsir göstərir.
Bu yaxınlarda tədqiqatçılar piperinin ağrı qavrayışına, həmçinin antiinflamatuar və artritə təsirini araşdırıblar. Nəticələr piperinin artrit üçün cavabdeh bir zülalı blok etdiyini göstərib. Bir sözlə, qara istiot təbii ağrıkəsicidir.
Qara istiot cildin bəzi hissələrinin normal piqmentasiyasını və ağlığını itirməsinə səbəb olan bir dəri xəstəliyi olan vitiliqonun aradan qaldırılmasına kömək edə bilər. Piperin melanosit piqmentinin istehsalına təkan verə bilər. Piperin həddindən artıq ultrabənövşəyi radiasiya səbəbindən dəri xərçəngi riskini də azaldır.
Körpəni sakitləşdirmək üçün, qida arasında məmnuniyyət yaratmaq, yuxuya rahat şəkildə getmək və digər hallarda əmzik körpələrlə yanaşı, valideynlərin də köməyinə çatır. Əmziklər 2-3 aydan bir yenisi ilə əvəz olunmalıdır. Əgər əzmik zədələnib və solğunlaşıbsa, onu dərhal dəyişmək lazımdır. Əmzikdən istifadə etmək körpələrin və valideynlərin seçimidir. Lakin buna baxmayaraq, onun istifadə müddətinə mütləq diqqət etmək lazımdır ki, uşağa zərəri olmasın.
Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: “Körpələrin maksimum dərəcədə əmzikdən istifadə etməsi məsləhət deyil. Körpə doğulandan sonra ilk saatlardan əmzik verilərsə, bu, sonradan ana südündən imtinaya gətirib çıxara bilər, çünki əmziklər bir qədər yumşaq olduğu üçün uşaq onu daha rahat əmir. Əmzik uşağın ağzından yerə düşür, ana onu götürərək silib yenidən körpəyə verir. Belə olanda əmzik özü bir infeksiya mənbəyinə çevrilir və körpə infeksiyanı oral yolla qəbul edir. Ona görə də gigiyenik cəhətdən də əmzikdən istifadə etmək məsləhət deyil. Elə hallar var ki, valideyn 1-2 yaşında uşağa əmzik verir. Bu, gələcəkdə dişçıxarma prosesində ağız quruluşunun formalaşmasına, dişlərinin yerlərinin dəyişməsinə səbəb olur. Alt çənədə dişlərin forması dəyişdiyi üçün uşaqda kosmetik cəhətdən də problem yaranır”.
Əmzik uşağa verilərkən heç vaxt şəkərə, mürəbbəyə, bala batırılmamalıdır, belə etmək uşağa əmziyin qidalanma mənbəyi olaraq qəbul etməsinə səbəb olacaq. Əmziyin bəzi mənbələrdə orta qulaq infeksiyasına səbəb olduğu bildirilir və körpə hər zaman ondan istifadə etməməlidir. Yuxuya gedəndə onun daimi istifadə vərdişi yaratmaması və eyni zamanda yuxunun keyfiyyətinə mane olmaması üçün onun ağızdan çıxarılması tövsiyə olunur.
Mütəxəssislər deyirlər ki, əmzikdən istifadə edən uşaqların stomatit, otit, ağız boşluğu iltihabları riski ondan istifadə etməyən körpələrlə müqayisədə iki dəfədən çoxdur. Bəzi uşaqlar hətta 3, 4, 5 yaşına kimi əmzikdən imtina etmir və bu, valideynlər üçün böyük problemə çevrilir.
Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva AZTV-nin Mədəniyyət kanalında “Səhər” proqramına canlı bağlantıda “Özümüzü virusdan necə qoruyaq?” mövzusunda müsahibə verib.
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla həmin süjeti təqdim edir:
“Həkimlərimizi tanıyaq!“ rubrikamızın növbəti qonağı Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli şəhər xəstəxanasının Poliklinika şöbəsinin şüa diaqnostika həkimi Yeganə Rüstəmovadır.
O, 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. 1992-1999-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə proflaktika fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Sumqayıt şəhər 1 nömrəli Şəhər Xəstəxanasında internatura keçib.
Yeganə Rüstəmova 2000-ci ildən Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsində fəaliyyət göstərir.
Həkim bir çox seminar və elmi-praktik konfranslarda iştirak edib.
Azərbaycanda gömrük əməkdaşlarının peşə bayramı gününün qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli lider Heydər Əliyev deyirdi: " Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən dövlət müstəqilliyini təmin etmək, qorumaq, inkişaf etdirmək üçün gömrük xidməti çox əhəmiyyətli, çox lazımlı təşkilatdır".
Aztibb.az xəbər verir ki, bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün daha da təkmilləşdirilməsi işini diqqət mərkəzində saxlayır. Hazırda ölkəmizdə beynəlxalq standartlara cavab verən modern gömrük sistemi yaradılmış və onun dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılır. Azərbaycan gömrükçüləri xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda əzmlə çalışırlar. Onların əsas məqsədi dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmaq, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarına və respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli tibbi xidmət göstərir.
Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Azərbaycanın gömrük işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara çox şərəfli və məsul fəaliyyətlərində uğurlar arzulayır.
Milli Onkologiya Mərkəzinin (MOM) Şüa müalicəsi və Tibbi fizika şöbələrinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə yeni, ən müasir ultrasəsli tomografiya Siemens NX3 ELİTE aparatı alınıb.
MOM-dan Aztibb.az-a bildirilib ki, göstərilən cihaz orqan və toxuma daxili şüa müalicəsinin daha dəqiq aparılması üçün ətraf toxumaları maksimum qorumaqla, patolojı prosesi yüksək dozada şüalandırmağa imkan yaradır. Bu da şüa müalicəsinin effektivliyinin yüksəlməsi və gözlənilən şüa fəsadlarının xeyli azalmasına imkan yaradır. Nəticədə pasientlərin yaşama və həyat göstəriciləri xeyli yüksəlir.