Bakının mərkəzində güclü yanğın nədən başladı? - Zərərçəkənlər DANIŞDI - VİDEO

Səhər saatlarında paytaxtın Nərimanov rayonu ərazisində güclü yanğın olub. Yanğın zamanı metronun ''Nərimanov'' stansiyasının qarşısında olan ticarət obyektlərindən bir neçəsi tamamilə yanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən avtomobil və 100-dən çox canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də, sahibkarlara külli midqdarda zərər dəyib. Yanğın baş verən ərazidə olmuş əməkdaşımız ömər xıdırovun müşahidələrini təqdim edirik.

Səhər saatlarında obyektinə gəlib işə başlamaq istəyən bu sahibkar gördüyü mənzərə qarşısında şok keçirir. Çünki onunla birlikdə digər sahibkarların, içərisində 100 minlərlə manatla hesablanan malları olan dükanlar bir anın içərisində yanaraq kül olub.

Yanğın hadisəsi paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində, metronun ''Nərimanov'' stansiyasının qarşısında yerləşən bir neçə obyektdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğınla əlaqədar metrostansiyanın giriş-çıxışlarından biri bağlanıb, yaxınlıqda yaşayan sakinlər isə təxliyə ediliblər. Bununla yanaşı, yanğınla əlaqədar yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkətinə bir neçə saatlıq məhdudiyyət qoyulub.

Hadisə şahidlərinin ''Xəzər Xəbər''ə verdiyi məlumata görə, yanğın ilk olaraq ticarət obyektinə bitişik yerləşən kafedən başlayıb.

Fövqəladə hallar nazirliyinin dövlət yanğından mühafizə xidmətinin qərargah rəisinin müavini Əkbər Novruzov bildirib ki, yanğının söndürülməsinə 21 yanğınsöndürən avtomobil və nazirliyin 105 əməkdaşı cəlb olunub.

Onu da qeyd edək ki, yanğın zamanı yaxınlıqda yerləşən ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından tam mühafizə olunub.(xəzərxəbər)


BiG.Az
Mənbə:
0
136
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar