Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, nazirin atası Nəbi Nəbiyev bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, N.Nəbiyev uzun illər məsul vəzifələrdə çalışıb. O, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sumqayıt Qaz İstismar İdarəsinin rəisi olub.
Mərhumun yaxın saatlarda dəfn olunacağı bildirilir.
Allah rəhmət eləsin!
Müğənni Roza Zərgərli bahalı evindən danışıb.
OLAY yazır ki, sənətçinin dəbdəbəli mənzilindən görüntülər "Zaurla Günaydın" verilişində nümayiş edilib.
"Bu ev 5 ilimin əməyidir. Həyət evi də istəyirəm. Onu da edən kimi birinci səni dəvət edəcəm", - deyə, Zərgərli qeyd edib.
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.
Baş nazir Viktor Orbanın çıxışı
- Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar.
Sizin hamınızı səmimi-qəlbdən salamlamaq istəyirəm.
Mən ana dilimdə danışacağam və sizin dilinizə tərcümə olunacaq. Eyni ölçüdə olan ölkələr, hətta rəsmi danışıqları ingilis dilində aparsalar belə, öz ana dilindən istifadə etməyi xoşlayır. Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı -bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək. Mənim Prezident Əliyevlə və birinci xanımla dostluğum məhz o vaxta təsadüf edir və mən birinci xanımı da səmimi-qəlbdən salamlamaq istəyirəm.
Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə, Avropa dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq. Çünki iki ölkə arasında mədəni oxşarlıq var. Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyini qoruyub saxlaya bildi. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən bunu da Prezident Əliyevə dedim. Macarıstanın qismində siz mükəmməl olmayan dost qazanırsınız, cənab Əliyev. O da maraqlı bir şey idi. Bundan daha da önəmlisi var. Eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar. Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.
Cənab Prezident, ötən onilliyə görə biz Sizə həmişəlik minnətdarıq. Biz sizin enerjinizə görə sizin dostunuz deyilik, çünki indi sizin çoxlu enerji dostunuz var. Biz sizinlə mədəniyyəti, oxşar keçmişi paylaşırıq. Biz Sizin bizə təklif etdiyiniz imkanları çox yüksək dəyərləndiririk. Siz macarlara Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa icazə verdiniz. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayələrdən biri, bəlkə də ən böyüyüdür. Bizim şanslarımız var. Özümüzü yaxşı aparsaq bizim gələcəkdə imkanlarımız olacaq.
Cənab Prezident, səfəriniz üçün təşəkkür edirəm. Birinci xanım, həyat yoldaşınızı müşayiət etdiyiniz üçün Sizə xüsusilə minnətdarıq. Biz indi Prezidenti və birinci xanımı salamlayırıq və bu da indi siyasətdə adət olunan hal deyil. Prezident Əliyevdən misal olaraq deyə bilərəm ki, ölkəyə rəhbərlik etmək istəyirsənsə sizin bütöv ailəniz olmalıdır. Çünki ailənizdə hər şey qaydasında olmasa, ölkəyə necə rəhbərlik edə bilərsiniz? Beləliklə, biz, sadəcə, Prezident və xanımını deyil, böyük ailənin üzvlərini salamlayırıq. Yaşasın Azərbaycan!
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Baş nazir.
Hörmətli birinci xanım.
Əziz dostlar.
Mehriban və mən Sizin gözəl ölkənizdə özümüzü evimizdəki kimi hiss edirik. Bizə göstərilən qonaqpərvərlik bizi çox xoşbəxt edir.
Əziz dostum cənab Baş nazir öz çıxışında bizim haqqımızda çox gözəl sözlər deyib, buna görə mən çox təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir. Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk.
Cənab Baş nazirlə artıq on ildən çoxdur ki, yaxın əlaqələrimiz var, deyə bilərəm ki, dostluq edirik. Həm əziz dostum Viktor dəfələrlə Azərbaycanda olub, mən artıq bir neçə dəfə Macarıstana səfərlər etmişəm və biz hər il ən azı bir neçə dəfə beynəlxalq tədbirlərdə də görüşürük. Hər bir fürsətdən yararlanmaq istəyirik ki, həm söhbət edək, eyni zamanda, ölkələrimiz üçün vacib olan məsələləri müzakirə edək və onları həll edək.
Əziz dostum dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlmişdir, xahişlər edilmişdir. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və adi qaydada müəyyən bürokratik prosedurları nəzərə almaq şərtilə müzakirə olunur və sonra əlbəttə ki, qərarlar qəbul ediləcək. Amma Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, "weekend" günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur - qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz.
Bu gün mətbuata verdiyimiz açıqlamalarda biz bir çox önəmli məsələləri əhatə etdik, onları təkrarlamaq istəmirəm. Ancaq bir şeyi burada əlavə qeyd etmək istəyirəm ki, doğrudan da biz özümüzü burada evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik.
Əlbəttə, Viktora əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki, bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək.
20:16
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.
Kanal D ekranlarında yayımlanan "Gelinim mutfakda" proqramının aparıcısı Nursel Ergin şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
"Gündəlik makiyaj etməyi sevmirəm. Yüngülvari tonal kremlərlə üzümdəki qüsurları örtürəm. Ekranda çıxarkən geydiyi rəngarəng libasları gündəlik həyatımda əsla geyinmirəm. Kiloma diqqət edirəm. Hazırda 46 kiloyam. Ən çox diqqət etdiyim şey artıq çəkidir. Kilomu qorumaq üçün çoxlu su içirəm, idman edirəm. Məncə bu səhhətimə müsbət təsir edir" deyən aparıcı əlavə edib ki, köpək bəsləyir və hər gün onu gəzməyə çıxarması həyatına aktivlik qatır.
Əri ilə münasibətləri barədə danışan aparıcı "Allah hər kəsə mənimki qədər xoşbəxt ailə qismət eləsin. Ərim Murada çox aşiqəm, hətta bu il ona ən çox aşiq olduğum ildir" deyib.
"Ondan mənə haqqını halal etməsini istəyirəm. Çünki çox əziyyətimizi çəkir. Bir dəfə qaşqabaq tökdüyünü görmədim. "Gelinim mutfakda" proqramı ilə işim daha da artdı, amma o daha çox dəstək göstərməyə başladı, ona görə Muradı bu il daha çox sevməyə başladım"- deyə Nursel Ergin söyləyib.
"Biz Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik".
"Əlbəttə, Viktora (Viktor Orban-red.) əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.
"Hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq".
"Lakin təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik", - deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev Baş nazir Viktor Orbanı münasib vaxtda Azərbaycana səfərə və fəal dialoqu davam etdirməyə dəvət edib.
"Cənab Baş nazir (Macarıstanın Baş naziri Viktor Orban-red.) qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya materiki üçün də çox böyük önəm daşıyır".
"Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.
Macarıstanda yenidən olmaqdan məmnunam. Dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.
Dövlətimizin başçısı Macarıstan Prezidentini uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək bildirib ki, biz dialoqu beləcə davam etdirə bilərik.
"Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar".
"Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir", - deyə dövlətimizin başçısı bildirib.
Müğənni Tomris "Necəsən bu gün?" adlı yeni mahnısını təqdim edib.
OLAY yazır ki, söz və musiqisi Vüqar Babayevə məxsus layihəni Emil Jaar və True Mukhtar gerçəkləşdirib.
Fərqli tərzdə ekranlaşdırılan klip görüntüləri ilə diqqət çəkib.
Polis general-mayoru Səhlab Bağırov yeni vəzifəyə təyin edilib.
Oxu.Az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.
Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.
17:55
Əlahiddə Çevik Polis Alayının rəisi işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.
Süd vəzlərindən əməliyyat olunduğu deyilən aktrisa Lent.az-a açıqlamasında bildirib ki, hazırda o, evdədir və vəziyyəti yaxşıdır:
"Səhhətimlə bağlı bir az problemim var idi. Əməliyyat olundum. Şükür indi yaxşıyam. Bədənimin harasını əməliyyat etdirməyimlə bağlı açıqlama vermək istəmirəm. Hər şey yaxşıdır. Maraqlananlar sağ olsun".
Aktrisa iki gün əvvəl efirdə rejissor və aktyorlara verilən qonorarların azlığı barədə səsləndirdiyi şikayətlər haqqında da fikirlərinə aydınlıq gətirib:
Hamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir. Bu risk qruplar həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul olunan perinatal konsepsiya çərçivəsində aparılır.
"Bu risk qruplarının ən əsas problemlərdən biri kimi qadının yaşı aiddir. Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.
Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər.
Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır (40 faizədək), hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir".
Həkim deyib ki, hamiləlik qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olur:
"Burada yaş faktoru, doğuşun təbii və ya operativ yolla (qeysəriyyə əməliyyatı) aparılması, xüsusi ağırlaşmalar, ekstragenital və digər səbəblərin rolu var. Hər bir doğuş qadın üçün imtahandır. Təkrar hamilə qalmaq və dünyaya sağlam uşaq gətirmək üçün ən azı 12-18 ay keçməlidir ki, ağırlaşmaların da sayı az olsun. Bu müddətdə qadın orqanizmi bərpa olunub, digər hamiləliyə hazır ola bilər.
Qadın reproduksiyasında, sözsüz ki, müəyyən sərhədlər var. 18 yaşdan aşağı və 35-38 yaşdan yuxarı olan hamilələr risk qrupuna aiddir. Amma həyat öz qanunlarını bizə diktə edir. Heç kəs indi 40-45 və hətta 50 yaşında hamiləyə təəccüb etmir. İnkişaf etmiş ölkələrdə bu normal qəbul edilir - qadın öz karyerasını qurur və maddi-mənəvi bazasını ciddi hazırlayandan sonra bu addımı atır. Amma təəssüf ki, bir çox hallarda bu gec olur və hamiləlik ya heç baş vermir, ya da müəyyən ağırlaşmalara səbəb olur. Ən çox rast gəlinən isə xromosom patologiyalarıdır. Biz hər bir qadına dəstək olmalı və təbabətdə ən son texnologiyaların köməyi ilə (genetik analizlər, USM, müxtəlif skrininqlər, amniosentez, kordosentez və s.) ağırlaşma və xəstə uşaqların doğulması riskini bu qrup hamilələrdə minimuma salmalıyıq. Ümumiyyətlə, qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan ən optimal 20-35 yaş aralığıdır".
Mama-ginekoloq qeyd edib ki, hamiləlik dövrü ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm də psixoloji olaraq dəyişikliklərin olduğu prosesdir:
"Eyni zamanda, hamiləlik fonunda gələcək ananın davranışında bir sıra dəyişikliklər formalaşır. Buna görə də gələcək ana üçün ən vacib amillərdən biri doğuşa psixoloji hazırlıqdır.
Qadın hamiləliyə öncədən hazırlansa daha yaxşı olar. Bu, gələcək ataya da aiddir. Çünki valideynlərin sağlam həyat tərzi, alkoqol, siqaret və hər hansı bir zərərli vərdişlərdən imtina edərək dünyaya sağlam körpə gətirməyə, eyni zamanda hamiləliyin mənfi ağırlaşmalarından mümkün qədər qaçmağa imkan verir. Həmçinin, 2-3 ay öncədən fol turşusunun qəbulu məsləhət görülür.
Bundan əlavə, əgər qadında və kişidə hansısa xroniki xəstəlik varsa mütləq onu həkimlə məsləhət etməlidilər. Ailə quran cütlüklər nikahdan öncə müəyyən irsi xəstəliklərdən rutin olaraq yoxlanılır. Lakin bəzi hallarda ailə digər patologiyaları gizlədir və bunlar sonradan hamiləlik ağırlaşmalarına və ya uşaqda anadangəlmə qüsurlara səbəb olur.
Yuxarıda qeyd olunanlarla yanaşı, düzgün qidalanmaq və bütün hamiləlik müddətində meyvə-tərəvəz, balıq, süd məhsullarına üstünlük vermək, qazlı içkilər və kofenin, şirniyyat və xəmir yeməklərin qəbulunu mümkün qədər azaltmaq tövsiyə olunur. Bundan əlavə, açıq havada gəzinti hamilə qadınlarda oksigenə olan tələbatı ödəyir.
Həkim tərəfindən hamilə qadın nəzarətə götürülərkən hər bir dəyişiklikləri ona izah edir və antenatal qulluğa aid olan hamilə qadının nəzarət kitabçasını açır. Hamiləliyin 12-13 həftəsində (əgər daha erkən aparmağa göstəriş yoxdursa) ultrasəs müayinəsi (USM) aparılır. Həmin dövrdən polivitamin və kalsium qəbuluna başlanmalı, anemiya olduqda dəmir preparatları da əlavə olunur.
Qeyd edim ki, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7-8 dəfə həkim məsləhətindən keçməlidir".
"Shrek 5" filmi üçün hazırlıqlara başlanıldığı bildirilir.
OLAY yazır ki, "DreamWorks" şirkətinin istehsalı olacaq filmin 2024-cü ildə təqdim ediləcəyi deyilir.
"Maykl MakKallrs tərəfindən yazılmış "Shrek 5" ssenarisi var. Hələ ki hekayənin nə olduğu açıqlanmayıb. "DreamWorks"ün pərdəarxasında çalışan yaradıcı komandası illər ərzində çox dəyişdiyi üçün xüsusi diqqətlə yeni insanlar cəlb edilməlidir", - deyə, bildirilib.
"İşğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda 12 762 zəlzələ olub:
"Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".
Xalq artisti Röya Ayxanın anşlaqla başa vurduğu üçgünlük konsert proqramında başına iş gəlib.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda status paylaşıb. Estrada ulduzunun sözlərinə görə, o, pərəstişkarları ilə qucaqlaşdığı, şəkil çəkdirdiyi anlarda ona xırda xəsarətlər yetiriblər:
"Gələn konsertdə dəmirdən paltar geyinəcəyəm. Sizi sevirəm, məni döydüyünüz üçün təşəkkürlər. Əllərimi yeni görürəm, bu hissələrimi hələ demirəm (qolunu göstərir, - red.). Belə sevgimi olar? Döydülər (gülür)".
Misirdə yeni müasir Böyük Misir Muzeyi kompleksi (GEM) inşa edilir.
Bu, hazırda dünyanın ən bahalı muzeyidir. Yeni muzey Böyük piramidaların yaxınlığında yerləşir. Turistləri cəlb etmək üçün muzeyin yaxınlığında Sfinks hava limanı tikilib. Bu muzey 300 min kvadrat metr ərazini əhatə edəcək və dünyanın ən iri muzeylərindən biri olacaq.
Muzeyə nəhəng sərgi salonları daxil edilir. Bunların əsasını qalereyalar təşkil edəcək - burada Tutanhamonun məzarından demək olar ki, bütün əşyaları nümayiş olunacaq.
Ziyarətçilər ilk dəfə olaraq bir məkanda əfsanəvi xəzinədən 5000 artefakt, o cümlədən fironun məşhur qızıl maskası, qızıl arabalar, sarkofaqlar, qızıl çarpayılar və döyüş arabaları, qiymətli daşlarla bəzədilmiş sədəf zinət əşyaları ilə tanış ola biləcəklər.
Həmçinin, firon Hufuya məxsus, ruhları axirətə aparan məşhur günəş gəmisi bu muzeydə sərgilənəcək. Onun uzunluğu 42 metr, yaşı 4600 ildir və dünyanın indiyədək qalan ən böyük qədim taxta gəmisidir.
Nuranə
Türkiyənin Adana şəhərində atası Gökhan Osman Yamar ilə getdiyi restoranda burger sifariş edən 10 yaşlı Aryanın yeməyindən tırtıl çıxıb.
Arya çörəyin içində daha bir tırtılın olduğunu və onu yediyini düşünərək bütün gecə yata bilmədiyini deyib.
Osman Yamar isə restoran personalının daha diqqətli olması üçün artıq hüquqi prosesi başlatdığını bildirib.
Natəvan Baxşiyeva
19 yaşlı Arsen Kusrayev adlı rusiyalı hərbçi Ukraynada edam edildiyinə dair video çəkib və sonra bunun zarafat olduğunu açıqlayıb.
OSINT eksperti İrakli Komaxidzenin sözlərinə görə, videoda hərbçi dizləri üstə, guya əlləri bağlı halda pozalar verib. O, Soledar yaxınlığında "tutulduğunu" bildirib. Bütün ailəsi, dostları və sevgilisi ilə vidalaşıb.
Videonun sonunda isə müəllif guya pulemyotu yenidən doldurur və hərbçiyə doğru yönəldib. Bu məqamda video kəsilib.
Bu video Rusiya Federasiyasında çox səs-küy yaradıb, buna görə də hərbçi edamı ilə bağlı görüntülərin yalan və öz uydurması olduğunu etiraf etmək məcburiyyətində qalıb. O, sevgilisi ilə zarafat etmək üçün bu addımı atdığını bildirib.
"Əvvəlki videoya görə üzr istəyirəm. Sevgilimlə zarafat etmək üçün çəkilib. Amma təəssüf ki, video nəzarətimizdən çıxdı və yayıldı. Görüntülərin heç biri doğru deyil. Biz zarafat edirdik, belə deyək", - deyə o qeyd edib.
Oxu.az