Bu ölkənin metrosunda ödəniş üz tanıma ilə olacaq - VİDEO

Geniş metro şəbəkəsinə malik olan Moskvada yeni sistem tətbiq edilib.

Metro stansiyalarında üz tanıma üsulu ilə ödəniş sistemi olan "Face Pay" istifadəyə verilib.

Moskva Bələdiyyəsi tərəfindən qurulan "Face Pay" sistemi sərnişinlərə kartların əvəzinə üzlərini göstərməklə metroya daxil olmaq imkanı verəcək. Bələdiyyənin təqdim etdiyi sistemə görə, sərnişinlər tətbiq vasitəsilə üzlərini tanıdaraq sistemə daxil olurlar. Qeydiyyat prosedurları başa çatan insanlar metroya minərkən üzlərini göstərən kimi gedişhaqqı əlaqəli bank hesabından avtomatik olaraq silinir./lent.az


BiG.Az
Mənbə:
0
146
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar