Şirvan Şəhər İcra Şakimiyyətində (İH) yeni təyinat olub.

“Report”un məlumatına görə, Şirvan şəhər icra başçısı İlqar Abbasovun müvafiq əmrinə əsasən Fərzəliyeva Aynur İmamverdi qızı şəhər İcra Hakimiyəti başçısının müavini - İH-in ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Buna qədər bu vəzifədə Ağayeva Elmira Soltanəli qızı çalışıb. O, 2020-ci il dekabrın 11-də 62 yaşında vəfat edib.

Qeyd edək ki, A.Fərzəliyeva bundan əvvəl Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyib.

Son bir həftə ərzində dünyanın 60-dan çox ölkəsinin liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına 28 May - Respublika günü münasibətilə təbriklər göndərmişlər. Təbriklərin sayını və göndərən dövlət başçılarının siyasi çəkisini nəzərə alsaq görərir ki, Azərbaycan lideri daha yüksək səviyyədə dəyərləndirilir. Bu İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandanın qazandığı Zəfərlə və bölgədə yürüydüyü xarici siyasətlə bağlıdır. Azərbaycan artıq dünya dövlətlərinin xarici siyasətində önəmli yerlərdən birini tutur. Hazırda Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün təkcə ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzunun və regiondakı “açar” dövlət statusunu əldə etdiyinin göstəricisidir.

ABŞ Prezidenti J.Baydeninin təbrik məktubunda göstərilir ki, Azərbaycan ABŞ-la ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir. J.Bayden Azərbaycan Prezidentini həm Novruz, həm də Respublika günü münasibətilə təbrik etmiş və xoş diləklərinin bildirmişdir. Müstəqillik əldə etdiyimiz 30 il ərzində Azərbaycan Respublikası ABŞ-la enerji, təlükəsizlik və demokratik idrəetmə sahəsində birgə fəaliyyət göstərmiş və bu tendensiya bundan sonra da davam edəcəkdir. ABŞ Cənub Qaz Dəhlizinin işə salınmasını, Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri, Xəzərdəki yatağın bu il Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir və təqdir edir.

ABŞ-ın siyasi rəhbərliyi tərəfindən terrorla mübarizədə Azərbaycanın oynadığı rol etiraf olunur, NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın nə qədər önəmli olduğunu gündəmə gətirir. Hazırda ölkələrimiz arasında münasibətlərin yeni inkişaf perspektivləri haqqında mülahizələr irəli sürülür. ABŞ-ın dövlət katibi E. Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi nəzərdə tutulmişdur. ABŞ Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında əvəzsiz töhfələr verə bilər.

Azərbaycan bölgənin digər dövlətləri ilə də yaxşı münasibətlərə malikdir və bu münasibətləri daha da inkişaf etdirmək əzmindədir. Şimal qonşumuz Rusiya fedrasiyasının Prezidenti V.Putin öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini gündəmə gətirərək və Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirmişdir. Eyni zamanda, Rusiya Prezidenti Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətlərə yüksək dəyər vermişdir.

Hazırda dünyanın suergüclərindən birinə çevrilən, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çinlə Azərbaycanın xarici əlaqələri artan templə inkişaf edir. Bu tendensiyanı Çin Xalq Respublikasının Sədri Si Cinpin öz təbrik məktubunda qeyd etmiş, ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına və ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə xüsusi diqqət çəkmişdir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdiyini göstərmişdir. Belə bir nəticəni qeyd etməliyik ki, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdırlar. Bu isə ölkəmizin artan nüfuzunu bir daha sərgiləyir.

Qonşu dövlət olan İranla Azərbaycan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda Prezident İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini göstərmişdir. Ölkələrimiz öz zəngin mədəniyyətindən və qədim tarixindən yaralanaraq gələcəkdə də siyasi, iqtisadi və mədəni sahələrdə birgə əməkdaşlıq və qarşılıqlı faydalanmadan istifadə dəcəklər.

Azərbaycan Avropada siyasi çəkisi və söz sahibliyi ilə fərqlənən İtaliya Respublikası ilə əmkdaçlıq sahəsində çox böyük nailiyyətlər əldə etmişdir. İtaliya Respublikasının Prezidenti S. Mattarella öz təbrik məktubunda ikitərfli əməkdaşlıq əlaqələrimizin perspektivlərini qeyd edərək, xalqlarımızın rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulamışdır. İtaliya Prezidenti öz məktubunda azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının, pandemiyanın ən kəskin dövrlərində belə yenidən öz təsdiqini tapdığını göstərmişdir. Azərbaycanla İtaliya təkcə enerji və mədəniyyət sahəsində deyil, digər sahələrdə də gözəl münasibətlərə malikdirlər. Işğaldan azad edilmiş torpaqlarımızda həyata keçiriləcək bərpa işlərində İtaliya şirkətlərinin yer alması buna bariz nümunədir. Bu münasibətlərin şaxələnməsi və davamlı olması hər iki ölkənin siyasi maraqlarına uyğundur.

Zaur Abbasov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, rayonun fəal gənci

Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədini keçməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ermənistanın kəşfiyyat-diversiya qrupları Azərbaycan sərhədini saat 3 radələrində Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində keçiblər. Və Azərbaycanın sərhədləri daxilində minalama işləri aparmağa və digər təxribat əməlləri törətməyə cəhd göstəriblər.

Saxta.info Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı dəqiqləşdirmələr aparıb.

Öncə hadisənin detallarına diqqət edək. Azərbaycan tərəfinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin iki kəşfiyyat-diversiya qrupu Azərbaycanın dövlət sərhədini 27 may saat 3 radələrində iki istiqamətdə keçib. Qruplardan biri 9, digəri isə 15 hərbçidən ibarət olub. Onlar ərazidə Azərbaycan hərbçilərinin təminat və digər keçid yollarını minalamağa cəhd göstəriblər. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində ermənilərin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu olmaqla ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb.

Qeyd edək ki, Ermənistan tərəfi hərbi qrupların tapşırığına dair açıqlama yayıb və bu qrupların əraziyə təxribat məqsədilə göndərildiklərini dolayı yolla etiraf ediblər.

İlk olaraq Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yayaraq hərbçilərin əraziyə mühəndis işləri aparmaq üçün göndərildiyini, Azərbaycan təfəfinin isə onları mühasirəyə alaraq əsir götürdüyünü açıqlayıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Edvard Əsryan isə bildirib ki, hədəf yeni mövqeləri təchiz etmək məqsədilə Azərbaycan hərbçilərini mühasirəyə salmaq olub. Amma Azərbaycan tərəfi kəşfiyyat vasitələri ilə bundan xəbər tutaraq ermənilərin ərazidə irəlilədiyini aşkarlayıb.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da etiraf edib ki, erməni hərbi qrupları sərhəddə təhlükəsizlik səviyyəsini qaldırmaq üçün ərazidə minalama işi həyata keçirirmiş.

Göründüyü kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin açıqlamaları üst-üstə düşmür. Biri məqsədin mühəndis işləri həyata keçirmək, digəri sərhəddə təhlükəsizliyi təmin etmək üçün mina basdırmaq, digəri isə Azərbaycan hərbçilərini mühasirəyə almaq olduğunu deyib. Bu isə Ermənistan tərəfinin sərhəddə baş verən hadisə ilə bağlı əsl təffərüatları gizlətməyə çalışıdığını deməyə əsas verir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin bu məsələdə sözü yalnız bir məqamda üst-üstə düşür. Guya Azərbaycan ordusunun bölmələri 6 erməni hərbçisini Ermənistan tərəfə keçərək əsir götürüb. İrəvan bu arqumentini sübut etmək üçün müxtəlif dezinformasiyalar yayır, ziddiyyətli açıqlamalar verir, müəmmalı xəritələr yayır.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın bu iddiasına kəşfiyyat-diversiya qruplarının saxlanıldığı ərazinin coğrafi koordinatlarını açıqlamaqla cavab verib. Həmin koordinatlar belədir: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Ermənilər Azərbaycan hərbçilərinin hər vəchlə 800-1500 metr, bəzi hallarda 3,5 km məsafədə Ermənistan ərazisinə daxil olduğunu sübut etməyə çalışsalar da bu koordinatlar sözügedən ərazinin məhz Azərbaycanın sərhədləri daxilinə düşdüyünü göstərir.

Ermənilərin tez-tez müraciət etdiyi keçmiş SSRİ Silahlı qüvvələri Baş Qərargahının topoqrafik xəritələrində də həmin ərazi Azərbaycanın sərhədləri daxilinə düşür.

Digər tərəfdən əsir götürülən erməni hərbçilərinin Ermənistan ərazisində olmasına dair İrəvanın iddiası əsaslı deyil. Bir anlığa nəzəri cəhətdən belə olduğunu qəbul edək. Bu halda sual yaranır: ermənilər sərhəddə hansısa yüksəklikdə deyil, niyə öz ərazilərində mühəndis işləri həyata keçirirdilər? Həm də 800-1500 metr arxda. Yaxud nəyə görə, öz ərazilərini minalayırdılar? Əgər doğrudan da öz ərazilərində olublarsa mühəndis-istehkam işlərini gecə saat 3 radələrində aparmağa nə gərək vardı? Bu prosesi gündüz vaxtı da icra etmək olardı.

Hərbi mütəxəssislər bildirirlər ki, mühəndis işləri kiçik qruplar tərəfindən icra edilmir. Belə qruplar yalnız kəşfiyyat-diversiya məqsədilə göndərilir.

Müdafiə və təhlükəsizlik üzrə ukraynalı ekspert Oleq Starikov caliber.az-a müsahibəsində ermənilərin gecə saatlarında mühəndis işləri “həyata keçirməsinə” diqqət çəkib. O deyib ki, istər hərbi, istərsə də mülki qurumlarda bu işlər iş vaxtı həyata keçirilir: “Bunlar isə guya gecə işləyirlər. Gecə saat üçdə işçilərin iştirakı ilə heç bir iş aparıla bilməz. Əgər müharibə və ya döyüş vəziyyəti deyilsə, həmin saatda xüsusi personal yatmalıdır. Nizamnamə bütün silahlı qüvvələr üçün eynidir”.

Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, ermənilər Azərbaycanın sərhəd dəqiqləşməsi çərçivəsində öz ərazilərində mövqe tutmasına mane olmaq üçün bu varinata əl atıblar. Yəni Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyildiyi kimi, mövqelərin təminat yollarına mina basdıraraq şəxsi heyətin itkisinə nail olmaq istəyiblər. Plan baş tutmadğından müxtəlif variantlar irəli sürməyə başlayıblar.

Saxta.info sadalanan faktorlara əsaslanaraq bu qənaətə gəlib ki, erməni kəşfiyyat-diversiya qruplarının sərhədi keçərək əraziləri minalamağa cəhd göstərməsinə dair Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması əsaslıdır.

“QEYD” İctimai Birliyinin Baş katibi Aysel Tahirova tədbirə giriş sözləri ilə Azərbaycan xalqının əzmkar xalq olduğunu, cəsur ordusunun olduğunu vurğulayıb. Azərbaycan gənclərinin vətənpərvər olduğunu dilə gətirib.

Daha sonra Milli Məclisin deputatı Müşfiq Cəfərov Ümummilli Heydər Əliyevin uğurlu siyasətindən danışıb. Davamçısı olaraq İlham Əliyevin uğurlu siyasətinidə vurğulayıb. Eyni zamanda Azərbaycan xalqının dünya arenasındakı inkişafından bəhs edib.

Daha sonra Milli Məclisin deputatı Vüqar İskəndərov isə son 2 gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklər aldığını nəzərə çatdırıb. Çin, Almaniya, Böyük Britaniya kimi ölkələrdən gələn təbrikləri müzakirə edib. Azərbaycan xalqının dostluğa önəm verən xalq olduğunu diqqətə çatdırıb.

“QEYD” İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək, Azərbaycanda keçirilən tədbirləri müzakirə edib. Ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi altında keçirilən çox saylı tədbirlərdən bəhs edib. Azərbaycan gəncliyinə ölkə rəhbərliyinin hər zaman diqqətində olduğunu vurğulayıb. Həmçinin Tural bəy bildirib ki, ”Mən fəxr edirəm ki, ölkəmizin potensiallı gəncləri var”.

Daha sonra isə söz verilib “QEYD” İctimai Birliyində xüsusi günlərdə keçiriləcək olan tədbirlərin rəhbəri Lalə Şirinzadəyə.

O, bildirib ki, bu il Azərbaycan xalqı Respublika gününü ötən illərdən fərqli olaraq qeyd edir. Bir Azərbaycan gənci, bir Azərbaycan xanımı olaraq ölkədə gedən uğurlu siyasətden bəhs edib. Çıxışının sonunda “Azərbaycan əsgəri sənin cəsarətinin çatdığı yerə erməni əsgərinin xəyalları çatmadı” cümləsi ilə yekunlaşdırıb.

Son olaraq söz verilib “QEYD” İctimai Birliyinin fəal üzvləri: Elza Əliyeva, Fidan Qarayeva, Fərid Şərifov, Mirşahin Əlizadə, və Tofik Məmmədlərimova.

Bayraktarlar bizim üçün milçəkdi. Biz onları adi fişənglə belə məhv edə bilərik. Müharibənin son günlərində Şuşa yaxınlığından açılan bir yaylım atəşi 20 Bayraktarı o biri dünyaya göndərib. Reqnum İnformasiya Agentliyinin şərhçisi Stanislav Tarasovun Ermənistanın "Hraparak" qəzetinə verdiyi bu açıqlama ilə gündəmi qarışdırıb.

Saxta.info saytı isə deyilən bu iddiaların əsaslı olub-olmadığını araşdırıb. Ortaya çox maraqlı faktlar çıxıb. "Bir Bax" YouTube" kanalı bununla bağlı video material hazırlayıb.

Buta.ws sözügedən görüntüləri təqdim edir:

"Miss Azerbaijan 2019" gözəllik müsabiqəsinin qalibi Səmra Hüseynova gözlənilməz açıqlama verib.

Buta.ws lent.az-a istinadən xəbər verir ki, həmcinsi ilə açıq-saçıq şəkillər paylaşan model biseksual olduğunu etiraf edib. O, həmkarı Ramina Məmmədli ilə səmimi fotolar çəkdirib və paylaşımına bu sözləri yazıb:

"Ruhunuzun kim olduğundan qorxmayın. Mən biseksualam".

Qədim İpək yolunun keçdiyi Azərbaycan bütün dövrlərdə Avropa və Asiyanı birləşdirən ticarət dəhlizlərin qovuşduğu yer kimi tanınıb.

Bu baxımdan ticarət və iqtisadi dəhlizlərin əhəmiyyəti bu gün də vacibliyini, qoruyub saxlayıb. Xüsusən qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edib. Azərbaycanın əlverişli coğrafi mövqeyi həyata keçirilən irimiqyaslı layihələri daha uğurlu etmiş, Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratmışdır. Hazırda ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə edilməsi bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır. Azərbaycanın zəngin enerji resursları, həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Artıq Respublikamız qlobal miqyasda uzun müddətdir ki, qaz və digər neft məhsullarını ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Bu gün Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfə göz qabağındadır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması Respublikamızın mövcud iqtisadi potensialını daha da artırmışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yeri qoymur. Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, sosial tələbatları ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Azərbaycan bununla yanaşı nəhəng ölkələrlə də eyni səviyyədə əlaqələr qurmağa malik olan bir ölkədir. Azərbaycanın ABŞ-la əlaqələri Rusiya ilə əlaqələrindən daha az çoxşaxəlidir. Bunun çox asan izahı var, iş burasındadır ki, Azərbaycanın Rusiya ilə uzun tarixə malik əlaqələri var, bununla yanaşı biz qonşu ölkələrik.

Ona görə də bizim Rusiya ilə münasibətlərimiz, demək olar ki, hər bir sahəni əhatə edir. Həm ABŞ-ın həm də Rusiyanın Azərbaycanla bağlı siyasəti, eləcə də Azərbaycanın bu ölkələrlə bağlı siyasəti hər zaman proqnozlaşdırılan və şəffaf olub. Hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var. Biz hər zaman dediyimiz sözləri əməllərimiz ilə təsdiq etmişik. Bizim bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur. ABŞ və Rusiya artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılmış "Minsk" qrupunun həmsədrləridir. Bu ölkələr arasında münasibətlərin ən soyuq olduğu vaxtlarda belə Qarabağ mövzusu hər iki ölkənin ümumi maraq mövzusu olaraq dialoq qurmalarının səbəbi olmuşdur. Artıq münaqişə Azərbaycanın öz iradəsi və gücü hesabına həll edilib. Bundan sonra gələcəyi planlaşdırmaq daha asan olacaqdır. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, münaqişənin həlli tamamilə yeni mühit yaradır və ümid etməyə imkan verir ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək. Bu isə çox mühüm məsələdir, belə ki bu iki ölkə "super güc" mənbəyidir. İqtisadiyyat cəhətdən də həmçinin. Əlbətdə ki, istənilən böyük güc əlaqə qurmaq, əməkdaşlıq etmək istədiyi istənilən dövlətin etibarlı tərəfdaş olmasını əsas götürür. Bu gün Azərbaycan əminliklə deyə bilərik ki, dünya üçün əhəmiyyətli ölkə və məkandır. Azərbaycan bütün ölkələrlə sülh və qarşılıqlı fayda əsasında münasibətlər qurmağa çalışır. Belə ölkələrdən biri də İsraildir.

Son dövrlər baş verən ən ağır hadisələr fonunda belə Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Balanslaşdırılmış siyasətindən əl çəkmir. Dostunu, qonşusunu, tərəfdaşını, düşmənini tanıyır. Bütün baş verənlərinin fonunda İsrail dövləti ilə bütün sahələrdə ikitərəfli əlaqələr eyni inkişaf templəri ilə davam edir. İnanırıq ki, bu hər iki millətə regional və beynəlxalq səviyyədə uğurlar gətirəcəkdir. Birincisi, hər iki dövlətin, geniş siyasi perspektivdə bir-biri ilə sıx əməkdaşlığa ehtiyacı var. İkincisi, bu bağlantıların təməli təkcə ticarət və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara deyil, həm də Yəhudi-Azərbaycan dostluğunun uzunillik ənənələrinə söykənir. Məlum məsələdir ki, hazırki vəziyyət dünyada gərgin siyasi və iqtisadi proseslərin gedişindən xəbər verir. Belə olan vəziyyətdə biz, bir ölkə olaraq, baş verən proseslərdən kənarda qala bilmərik. Məhz bu səbəbdən Ölkə rəhbərliyi bütün ölkələrlə yaxşı münasibətlər qurmağa və dayanıqlı inkişafa aparan addımlar atmağa çalışır. Hətta bədnam qonşularımızla belə. Prezident İlham Əliyev dəfələrlə demişdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu ölkəni iflasa aparır. Biz bu sözlərin artıq şahidi olmuşuq. İndi isə Ali Baş Komandanımızın sözlərinə qulaq asmalıyıq, onun yürütdüyü siyasəti dəstəkləyərək əməl etməliyik ki, Azərbaycan beynəlxalq arenada daha da güclü olsun. Bəli bu gün xalq öz Rəhbərini dəstəkləyir və bu belə də davam edəcəkdir!

Elşad Möhnətov,

Neftçala rayon sakini, ziyalı

“"Bayraktar"lar "Artsax" cəbhəsində narahatlıq yaradıb, bizim üçünsə onlar milçəkdi və biz onları fişənglə məhv edə bilərik”. Bu fikri Reqnum İnformasiya Agentliyinin şərhçisi Stanislav Tarasov Ermənistanın "Hraparak" qəzetinə açıqlamasında deyib. Tarasov iddia edib ki, müharibənin son günlərində Şuşa yaxınlığında, “Krasuxa”dan açılan bir yaylım atəşi ilə 20 "Bayraktar" “o biri dünyaya” göndərilib.

Saxta.info “Reqnum”un şərhçisinin bu iddialarının əsaslı olub-olmadığını yoxlayıb.

Öncə qeyd edək ki, bu açıqlamanı yayan mənbə təfərrüatlara varmayıb. Amma bununla belə söhbətin İkinci Qarabağ müharibəsi zamanı sınaqdan uğurla çıxan Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarından və Rusiyanın “Krasuxa” radio elektron mübarizə vasitəsindən gedir.

Ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağda təkcə Türkiyə deyil, İsrailin pilotsuz uçan vasitələrindən, o cümlədən kamikadze dronlardan uğurla istifadə edib.

ABŞ-ın Bard Kollecinin hərbi pilotsuz təyyarələr üzrə tədqiqat mərkəzinin verdiyi məlumata görə, bir il əvvəl Azərbaycan ordusuna İsrail kəşfiyyat və patrul pilotsuz təyyarələri Heron TP (iki hissə), Hermes 4507 (10 ədəd), Sky Striker (100 ədəd) və Harop (50 ədəd)) qəbul edilib.

Taarasov İkinci Qarabağ Müharibəsi zamanı nüfuz və say baxımından itki ilə müşayiət olunan Rusiya silahlarını təbliğ edərkən Qarabağda həm düşmənin zirehli texnikasına, həm də canlı qüvvəsinə qarşı yüksək effektivlik göstərən İsrail PUA-larından bəhs etmir. Bu faktı Azərbaycan Müdafiə Nazirliyinin açıq mənbələrdə yayılan videoları da təsdiqləyir.

Bu arada, ötən ilin sentyabr ayının 27-də Qarabağda başlayan hərbi əməliyyatların ilk günlərində saytlar və sosial şəbəkə vasitəsilə Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatının erməni mövqelərinə sarsıdıcı zərbə vurduğuna dair bir-birinin ardınca xəbərlər verilib. “Krasuxa” sistemlərinin isə Qarabağda tətbiqinə dair açıq mənbələrdə çox az məlumat var. Üstəlik, bu komplekslərin Ermənistanda yetərli sayda olub-olmadığı da dəqiq deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda məhv edilmiş erməni hərbi texnikasına dair ötən ilin dekabr ayının 1-də açıqladığı siyahıda bu sistemin adı yoxdur.

Rusiya silahlarının Ermənistana tədarükü ilə bağlı reportajlarda "Krasuxa" kompleksindən ötən yay Tovuz istiqamətində, Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına qarşı istifadə edildiyi xatırlanır.

Qarabağda gedən 44 günlük müharibə zamanı “Krasuxa” kompleksinin köməyi ilə bir neçə "Bayraktar"ın vurulduğuna dair məlumat ilk olaraq “Asia Times” tərəfindən yayımlanıb. Daha sonra bu məlumatı Ermənistan və Rusiya mətbuatı təkrarlayıb. Üstəlik, nəşr əlavə edib ki, hadisə Qarabağla bağlı deyil, guya Türkiyə-Ermənistan dövlət sərəhədinin yaxınlığında, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında qeydə alınıb. Məlumdur ki, bir neçə mənbə tərəfindən təsdiq olunmayan məlumat etibarlı hesab edilmir.

Bundan başqa 2021-ci ilin fevral ayında yayılan qeyri-rəsmi məlumata görə, İrəvan Moskvanın “Krasuxa” sistemlərinin tədarük edilməsi ilə bağlı təklifini rədd edib.

Çox maraqlıdır ki, Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsinin ilk həftələrində Ermənistanın hava hücumundan müdafiə sistemlərinin demək olar ki, 80% -ni sıradan çıxarıb.

Bununla yanaşı Azərbaycan tərəfinin yüngül An-2 təyyarələrindən Ermənistan hava hücumundan müdafiə sistemlərinin müəyyənləşdirmək üçün yararlandığı, sonra kamikadze-dronlar vasitəsilə həmin hədəfləri məhv etdiyi də məlumdur.

Belə oxşar taktikalar əvvəllər İsrail, Cənubi Afrika Respublikası və ABŞ tərəfindən müxtəlif qarşıdurmalarda istifadə olunub.

Stanislav Tarasovun Rusiyanın müasir elektron mübarizə sistemlərinin yüksək səmərəliliyi barədə sözləri bu yaxınlarda ABŞ mütəxəssisləri tərəfindən təsdiqlənib.

Belə ki, ABŞ Hesablama Palatasının mütəxəssislərinin Nümayəndələr palatasının kibernetika üzrə alt komitəsi üçün Vaşinqtonun, ABŞ-ın və Pekinin hərbi potensialına dair hazırladığı hesabatda Çin və Rusiyanın radioelektron mübarizə sistemlərini xeyli yaxşılaşdırdığı əksini tapıb.

Ancaq gəlin, araşdıraq görək, söhbət hansı silahdan gedir?

Məsələ burasındadlr ki, "Krasuxa 4" sistemi təyyarələrin, helikopterlərin, pilotsuz təyyarələrin, kosmik aparatların aşağıda qeyd edilən qurğularını önləmək üçün nəzərdə tutulub.

Yerin səthini araşdırmaq üçün radar stansiyaları;

Kəşfiyyat -zərbə komplekslərinin radarları;

“Yer-hava” və “hava-hava” tipli silahların nəzarət radarları;

Çoxfunksiyalı radarlar.

Yerdəki modulun radioelektron hissəsi düşmənin hərbi texnikasına məxsus siqnalın mənbəyini aşkar edir, onların parametrlərini müəyyən edərək əngəlləmə şüası ilə təsir edir. Radioelektron mübarizə kompleksi "AWACS" tipli uzaq radiolokasiya müşahidəli təyyərələrin, raket yönləndirmə sistemlərində kosmik aparatların fəaliyyətinə təsir edə bilir.

Qeyd edək ki, yuxarıda göstərilən məlumatlar "Krasuxa" növündən olan radiomübarizə komplekslərinin yalnız radiolokasiya stansiyaları olan konkret hava hədəflərinə qarşı yüksək effektivliyindən xəbər verir. Məhz belə cihazlara maneələr onun daşıyıcılarını dezorientasiyaya məruz qoyur və hərbi effektivlikdən məhrum edir.

Bir qədər də konkretləşdirsək “Krasuxa” radioelektron maneə kompleksidir. Yəni bu kompleks birbaşa məhvetmə vasitəsi deyil, o yalnız radioelektron avadanlıqlara malik texniki vasitələrin radio rabitəsini önləmək üçün üçün nəzərdə tutulur. “Krasuxa” təyinatına görə obyektlərin radioelektron mübarizəsini təmin etmək üçün hazırlanıb.

Bu tip hədəflər isə İkinci Qarabağ müharibəsi zamanı praktiki olaraq yox idi. Məsələ burasındadır ki, döyüş əməliyyatları ərazisinin böyük olmaması, çətin relyef, pis hava şəraiti burada hərbi aviasiyanın geniş tətbiqinə imkan vermədiyindən, üzərində radar olmayan, əsasən GPS sistemi tərəfindən idarə olunan PUA-lardan istifadə edilib. PUA-ların belə konstruktiv xüsusiyyəti onları “Krasuxa”nın müəyyənləşdirməsinə imkan vermir.

Saxta.info yuxarıda sadalanan faktlara əsasən bu qənaətə gəlib ki, Stanislav Tarasovun “Krasuxa” Radio Elektron Mübarizə vasitəsinin “Bayraktar”la mübarizədə effektivliyi barədə dedikləri əsassızdır.

Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, şairə, publisist, nasir Telli Pənahqızının doğum günüdür.

Təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Biz Telli xanımın səsi ilə böyüdük. Onun zamanın güzgüsünü əks etdirən yazıları, ürəkləri titrədən misraları, ay işığına bənzər səsi içimizdə işıqlı izlər salıb. Bu səsin sehrinə düşüb televiziyaya, radioya üz tutmuşuq. Onun kimi jurnalist olmaq, yazı adamı olmaq istəmişik. Bu arzu, bu istək bizi paytaxt Bakımıza qədər yol keçməyə, ilk təhsil ocağı sayılan Bakı Dövlət Universitetinə, sözü özlərindən böyük olan Müəllimlərə tərəf gəlməyə, sözün ən gözəllərini yığıb-yığışdırıb ən seçilən adamları tanıtmağa, olub-keçənləri nağıl etməyə, içimizdə olanları töküb-töküşdürüb söz alıb-söz verməyə sövq edib...

Qısa arayış:

Telli Panah qızı Əliyeva (Telli Pənahqızı) 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. 1971-76-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə ilk dəfə 1977-1980-ci illərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982-1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992-1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993-1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995-1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir.

12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.
O, bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.

Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Tanınmış müğənnilər Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.

Telli Əliyeva üç dəfə Həcc ziyarətində olmuşdur.

Telli Pənah qızı Əliyevanın əməyi Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

Azırbsycan Respublikasının Prezidenti İlham Əliyevin 4 noyabr 2006-cı il tarixli, 1766 nömrəli sərəncamı ilə "Əməkdar Mədəniyyət işçisi" fəxri adına və Bakı şəhəri, 4 noyabr 2008-cı il tarixli 25 nömrəli sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Həmçinin, müxtəlif illərdə “Qızıl qələm”, “H.B.Zərdabi”, “Məmməd Araz”, “Natəvan” mükafatlarına layiq görülmüşdür. “Ali Media” mükafatı laureatıdır.

O, "Ömrün qoşa izi", "Tanrımla söhbət", "Ayrılıqdan sonra çəkilmiş şəkillər", "Səsində ay işığı var", "Sizi sevən Sərdaram". "Ziya-Nurlan", "Səsin xiffəti". "Uzun, incə bir yol varmış", "Yaddaşım qaval daşı" kitablarının müəllifidir.

Azırbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 mart 2019-cu il tarixli Milli Televiziya və Radio Şurasına yeni üzvlərin təyin edilməsi haqqında Sərəncam imzalamışdır. Ölkə başçısının həmin sərəncamına görə Bəxtiyar Qaraca oğlu Balakişiyev və Telli Pənah qızı Əliyeva 6 il müddətinə Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.
Telli xanımı bir daha təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar, sevinclər arzulayırıq!

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Qarabağ probleminin həllinin açarı təkcə Rusiyada deyil”.

Bu fikirlər Ermənistanın ilk prezidenti Ter-Petrosyana məxsusdur. Sabiq dövlət başçısı Robert Köçəryan isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın fikri ilə razı deyil.

Buta.ws Konkret.az-a istinadla xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib.

“Hayastan” blokunun lideri Petrosyanın bu yanaşmasını həddindən artıq sadə adlandırıb: “Bu həmin sual deyil. Həll yolunun açarı bir yerdə ola bilməz. Bu, çox sadələşdirilmiş bir təfsirdir. Münaqişə tərəfləri, iştirak edən oyunçular və üç həmsədr var”.

Köçəryan Rusiyanın bu müddətdə, xüsusən son hadisələr fonunda əhəmiyyətli rolu ilə seçildiyi gizlətməyib. Lakin problemin həlli açarının yalnız bir yerdə olduğunu düşünmək, onun fikrincə çox primitivdir.

Koronavirus əleyhinə peyvəndin insan orqanizmində yarada biləcəyi fəsadlarla bağlı fikirlər hələ də müzakirə olunur, fərqli informasiyalar yayılır. Belə məsələlərdən biri də “Yay aylarında peyvənd vurulmaz” iddiasıdır. Azərbaycanlı infeksionist Azər Nağıyevbu fikrin yanlış olduğunu deyib. Maraqlıdır, bu həqiqətən elədirmi? Siz bir bax kanalındasınız. Bu kimi videoların davamı üçün bəyən düyməsinə basaraq bizə dəstək olun.

ı Saxta.info saytı azərbaycanlı həklimin bu açıqlamasının əsaslı olub-olmadığını araşdırıb.

"Bir Bax" "YouTube" kanalı bununla bağlı video hazırlayıb. Sözü gedən videonu təqdim edirik:

Bu günlərdə paytaxtımız növbəti dəfə nüfuzlu beynəlxalq tədbirlərdən birinə ev sahibliyi etdi. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı toplantı keçirildi. Videoformatda keçirilən bu toplantı orada səsləndirilən mesajlar və toxunulan məsələlər baxımından olduqca əhəmiyyətli tədbir kimi yadda qaldı. Dünyanın bir sıra ölkələrinin sabiq dövlət və hökumət başçılarının, nüfuzlu ictimai xadimlərinin və siyasi ekspertlərinin bu forumdakı müzakirələrə qatılması tədbirin beynəlxalq miqyasda çəkisinin, rolunun göstəricisi hesab oluna bilər. Bu VİP-iştirakçıların çıxışlarında ölkəmizlə bağlı səsləndirdikləri müsbət fikirlər dünya ictimai rəyinin lehimizə yönəldilməsi baxımından da olduqca əhəmiyyətlidir.

"Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı forumda Prezident İlham Əliyevin çıxışı isə sözügedən müzakirələrin ana xəttini təşkil etdi və əsas istiqamətlərini müəyyənləşdirdi. Mən Prezidentin öz çıxışında geosiyasi məsələlərlə bağlı verdiyi önəmli mesajlar barədə fikirlərimi ayrıca bir şərhimdə qeyd etmişəm. Bu şərhimdə isə dövlət başçımızın Ermənistan rəhbərliyini, erməni revanşizmini ifşa etməsi və Azərbaycan-Ermənistan münasibətlərinin perspektivləri barədə səsləndirdiyi fikirlərə toxunmaq istəyirəm. İlham Əliyevin bu çıxışı da əvvəlki çıxışları kimi Ermənistan rəhbərliyinin destruktiv mövqeyini, dünya ictimaiyyətini çaşdırmağa hesablanmış saxta məlumat və təbliğat kampaniyalarını alt-üst etdi. Biz Prezidentin təqdimatı ilə növbəti dəfə parlaq informasiya siyasətinin yürüdülməsinin şahidi olduq. Bu çıxışla Ermənistanın mövcud rəhbərliyinin də, revanşist müxalifətinin də iç üzü və təxribatçı mövqeyi bir daha ortaya qoyulmuş oldu.

Prezident öz nitqində öncə 44 günlük müharibədən sonra regionda yeni reallıqların yarandığını və bunun da heç şübhəsiz ki, proseslərə yeni baxış, yeni yanaşmalar tələb etdiyini vurğuladı. Eləcə də tədbir iştirakçılarını və dünya ictimaiyyətini keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri barədə məlumatlandırdı. Eyni zamanda Ermənistanın postmüharibə dönəmindəki durumundan, hazırki acınacaqlı vəziyyətindən söz açaraq, bütün bunların real səbəblərini analitik səpkidə göstərdi, işğalçı ölkənin indiyədək yol verdiyi səhvlərini qeyd etdi və bu səhvlərin nəticəsində onların nələri itirdiklərini vurğuladı. Prezident açıq mətnlə bildirdi ki, ötən 30 il ərzində ermənilər çox şey itirdilər. Sadəcə olaraq hazırda Ermənistan bir tərəfdən müharibədəki məğlubiyyətdən doğan daxili siyasi xaosa təslim olduğuna görə, digər tərəfdən isə müxalifət qüvvələrinin 20 iyun seçkilərində qalib gəlmək üçün cəmiyyəti revanşist-təhrikçi çağırışlarla “bombardman” edərək qisasçılığa kökləməsi, ermənilərə real vəziyyəti dərk etməyə, düzgün nəticələr çıxarmağa və 30 il ərzində davam edən işğalçı siyasət nəticəsində bütün ermənilərin nələri itirmələrinin fərqinə varmağa imkan vermir.

Postmüharibə, posdtməğlubiyyət sindromunu yaşayan ermənilər hazırda beyinləri dumanlanmış vəziyyətdədir. Onlar əsl həqiqətləri yəqin ki, 20 iyun seçkilərindən sonra dərk etməyə başlayacaq və Azərbaycana münasibətdə indiyə qədər yeritdikləri ekspansiya, terror siyasətinin nəticəsində nələri itirdiklərinin fərqinə varacaqlar. Əlbəttə, düşmən ölkədə Paşinyan başda olmaqla Ermənistanın hazırki acınacaqlı duruma düşməsinin gerçək səbəblərini başa düşən az-çox realist siyasətçilər də var. Azərbaycan Prezidenti də məhz belələrini nəzərdə tutaraq çıxışında qeyd etdi ki, “Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür".

Sözügedən çıxışında Ermənistanın ordusunun qalmamasından, düşmən ordusunun tamamilə məhv edilməsindən, Ermənistan hakimiyyətinin daim dünya ictimaiyyətini aldatmağa çalışmasından, Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama və Azərbaycana minnətdarlıq görməməsindən danışan Azərbaycan Prezidenti həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, eləcə də ermənilərin Qarabağa iddialarından və status xəyallarından həmişəlik əl çəkməli olduqlarını bəyan etdi: “Onlar Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməlidirlər. Bu, müzakirə mövzusu deyil”.

İlham Əliyev bu fikiri səsləndirməklə eyni zamanda ermənilərin və Minsk Qrupunun bəzi üzv ölkələrinin “Dağlıq Qarabağın statusu” məsələsi ilə “blef” etmələrinə də birdəfəlik son qoydu. Bu çıxış və ümumiyyətlə, dövlət başçısının son zamanlarda yürütdüyü çevik siyasət onu göstərir ki, formalaşan yeni reallıqlarda artıq müzakirə mövzusu Qarabağ yox, Zəngəzurdur. İlham Əliyevin Zəngəzur dəhlizi və sərhədlərin demarkasiyası ilə bağlı ortaya qoyduğu hücum diplomatiyası Ermənistanın da siyasi gündəmini tamamilə dəyişib. İndi Ermənistanda hamı Zəngəzur haqda danışır və hətta Göyçəni də itirə biləcəklərindən əndişələnirlər.

Dövlət başçısı "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı toplantıdakı çıxışında da Zəngəzur dəhlizindən danışdı və bu dəhlizin bölgədəki bütün ölkələr üçün, o cümlədən Ermənistanın özü üçün də yeni imkanlar açacağını qeyd etdi. Bu dəhliz əməkdaşlıq dəhlizi, dinc qonşuluq dəhlizi ola bilər. Azərbaycan Prezidenti də məhz bunu istəyir. Çünki biz müharibə yox, dayanıqlı sülh və tərəqqi tərəfdarıyıq. Beləliklə, dövlət başçımızın timsalında Azərbaycan tərəfindən Ermənistanla əməkdaşlığa dair növbəti dəfə real təkliflər irəli sürülmüş oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır: “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.

Gördüyümüz kimi İlham Əliyevin bu cür konstruktiv mövqe nümayiş etdirməsi ilə Azərbaycanın qonşu ölkələrin ərazi bütövlüyünə necə hörmətlə yanaşdığını və onlarla mehriban qonşuluq, dostluq, əməkdaşlıq şəraitində yaşamaq istəyini ortaya qoydu. Qoy hər kəs görsün ki, artıq Azərbaycanla Ermənistan arasında müharibə atmosferi yoxdur və Ermənistandan fərqli olaraq Azərbaycan cəmiyyəti işğalçılığa, hərbi qarşıdurma əhval-ruhiyyəsinə köklənməyib.

Azərbaycan Prezidenti “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik” fikrini səsləndirməklə həm də bir daha bütün erməniləri sağlam düşüncəyə dəvət etdi və onlara başa salmaq istədi ki, sizin ram olmaqdan, qonşu ölkələrə sərsəm torpaq iddialarınızdan əl çəkməkdən və bizimlə mehriban yaşamaqdan başqa çıxış yolunuz yoxdur!

Ümid edək ki, ermənilər heç olmasa 20 iyun seçkilərindən sonra reallığa qayıtmağa və bu həqiqəti dərk etməyə başlayacaqlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Misir Ərəb Respubilkası Qahirə şəhərində yerləşən EPS dillər mərkəzi tərəfindən dahi şairimiz Nizami Gəncəvi haqqında ərəb dilində video-sujet hazırlanıb.

Qeyd edək ki, EPS dillər mərkəzi Qahirədə Azərbaycan dilini tədris edən əsas mərkəzlərdən biridir. Video-sujetdə görkəmli şairimizin həyat və yaradıcılığına, əsərlərinə toxunularaq, şer və qəsidələrindən sitatlar gətirilmişdir. Şairin “Xəmsə”sindən sülh və tolerantlığı, sevgi və hörməti təbliğ edən məqamlar ərəb dilinə tərcümə edilərək, filmdə verilib. Bu video-sujet şair Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda Nizami ili elan olunması münasibətilə hazırlanıb. Video-sujet sözügedən Mərkəzin müdiri xanım İsra Adil və tələbələr Adil Mahmud, Hevəydə Ərəbi, Əhməd El-Nems, Əymən Əbu Zeyd və Hacər Amr tərəfindən hazırlanıb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir ordu quruculuğu bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Arsenalımızın müasir silahlarla təmin olunması, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi prioritet seçilmiş istiqamətlərdəndir. Bu gün ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində rəşadətli ordumuz gündən-günə qüdrətlənir. Tam əminliklə deyə bilərik ki, atılan qətiyyətli addımlar sayəsində Azərbaycan Ordusu qısa müddət ərzində böyük uğurlara imza atmağı bacarıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu rəhbərliyi tərəfindən aparılan hərbi islahatlar nəticəsində şəxsi heyətin döyüş hazırlığı, peşəkarlığı daha da artır. Görülən işlərin məntiqi nəticəsidir ki, bir zamanlar düşmən işğalında olan əzəli torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımız dalğalanır. Müharibə başa çatsa da, ordumuzun aparıcı qoşun növlərinin müasirləşməsi, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi fonunda görülən işlər bu gün də uğurla davam etdirilir."N" hərbi hissəsinin avtomobil parkında günün nizam qaydasına uyğun olaraq “BTR-82A” döyüş maşınının heyəti onlara təhkim olunmuş texnikaya qulluq göstərirdi. Parkda zabit Yusif Kərimovla kəlmələşdik. "Hər bir ordunun gücü onun əsgərinin döyüş ruhu və hərbi hazırlığı ilə ölçülür", - deyə zabit söhbətə başladı. - Qürurluyuq ki, hər bir azərbaycanlının Vətən, torpaq həsrətinə rəşadətli ordumuz tərəfindən artıq son qoyulub. Bir zamanlar mənfur düşmən işğalında olan torpaqlarımız artıq bu gün azaddır. Azərbaycan əsgəri hər qarışı uğrunda döyüşərək, canını qurban verərək torpaqlarımızı işğaldan azad edib. Döyüş meydanında ermənilər Azərbaycan əsgərinin qarşısında uzun müddət tab gətirə bilmədilər və nəhayət, gec də olsa başa düşdülər ki, torpaqlarımızı tərk etməsələr, ordumuz onları tamamilə məhv edəcək. 10 noyabr Zəfər günü kimi tarixləşdi. 44 günlük döyüşlərdə bizim bölməmiz də düşmənə sarsıdıcı zərbələr vuran qüvvələrdən biri idi. Artıq şəhidlərimizin qisası düşməndən alınıb.

Şəxsi heyət fəaliyyətini başa vurduqdan sonra onlarla tanış olduq. İlk müsahibim gizir Yaşar Həsənov qeyd etdi ki, “BTR-82A” döyüş maşını böyük işgörmə qabiliyyətinə malik texnikalardandır. "Ordumuzun arsenalında olan zirehli texnika döyüş fəaliyyətində şəxsi heyətin mühafizə altında hərəkətini təmin etməklə yanaşı, motoatıcı bölmələri atəş dəstəyi ilə təmin etmək iqtidarındadır. Bu texnika yüksək atəş gücünə malikdir və çevik hərəkətin təşkilində həlledici rol oynayır. Onun mühüm özəlliklərindən biri də odur ki, yerüstü hədəflərlə yanaşı, hava hədəflərinə qarşı effektiv təsir göstərməyi bacarır. Bu, 44 günlük Vətən müharibəsi zamanı öz təsdiqini tapdı. Bölməmizin şəxsi heyəti döyüşlərin ilk günü həyəcan siqnalı ilə qaldırılaraq, cəmləşmə rayonlarına tərəf çıxdı. Ermənistan ordusu Azərbaycan Ordusundan bütün kriteriyalarda geri qalırdı. Silah-sursat, texnika təchizatı, döyüş ruhu Azərbaycan Ordusu ilə müqayisə oluna bilməzdi. Döyüşlərdə ermənilərin necə qorxaq olduğunun şahidi olduq. Qoyub getdikləri hərbi texnikalar, silah-sursat onların qorxaqlığından xəbər verirdi. Ermənilər bu günə qədər etdiyi vəhşiliklərin cəzasını rəşadətli ordumuz sayəsində layiqincə aldılar və düşmən bilsin ki, Ali Baş Komandanın rəhbərliyi ilə bundan sonra da Vətənimizi göz bəbəyimiz kimi qoruyacağıq. Bunun üçün canımızdan da keçməyə hazırıq. Xalqımız da əmin olsun ki, bu gün Vətənimizin müdafiəsi etibarlı əllərdədir".

Gizir Yaşar Həsənov Vətən müharibəsinin iştirakçısı olmaqla yanaşı, 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısıdır. “Hər iki tarixi döyüşdə iştirak etməkdən fəxarət hissi duyuram. Şükürlər olsun ki, düşməndən xalqımızın qisasını alan oğulların sırasında mən də varam. Bir oğlum var, onu da gələcəkdə hərbçi görmək istəyirəm. Bir ata üçün övladını hərbi formada görməkdən qürurverici nə ola bilər? Hər birimiz bu gün müqəddəs vəzifədə - Vətənin müdafiəsindəyik. Qalib ordunun hərbi qulluqçularıyıq və bununla fəxr edirik!"

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Ağazadə keçirilən təlimlərin vacibliyindən danışdı. "Komandirlərimizin rəhbərliyi ilə dərs proseslərində iştirak edir, praktiki və nəzəri biliklərimizi durmadan artırırıq. Təlim və döyüş hazırlığı məşğələləri hərbi qulluqçunun bir döyüşçü kimi formalaşmasında çox əhəmiyyətlidir. Lakin "Dəmir yumruq" əməliyyatı bizim təcrübəmizin artmasında çox mühüm rol oynadı. Real döyüşdə olmaq, onun həyəcanını duymaq heç bir sözlə izah olunmayacaq bir prosesdir. Dərs və təlim kiçik döyüş mühiti olsa da, burada müddət, şərait və fəaliyyət plan üzrə təşkil olunur. Lakin müharibə anlayışı başlanğıcı və sonu bilinməyən prosesdir. Təbii ki, təlimdə qazanılan uğur, döyüşdə birbaşa açar rolu oynasa da, döyüşdə qazanılan təcrübə heç nə ilə müqayisə oluna bilməz. Ordumuz öz gücünü qısa müddətdə düşmənə göstərdi. Azərbaycan əsgəri yüksək döyüş ruhu və qələbə əzmi ilə, böyük dözümlülük göstərməklə, intizamlı olmaqla, düşməni döyüş meydanında darmadağın etdi. Qazanılan uğurlar bizi daha yeni uğurlara səsləyir və 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbə gələcək uğurlarımızın açarı olacaq.

Artıq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərimizdə bərpa, abadlaşdırma işləri aparılır. O torpaqlara artıq can gəlib, yeni nəfəs gəlib. Bu torpaqları qorumaq hər birimizin müqəddəs borcudur. Çünki onun hər qarışına görə igid oğullarımız son damla qanınadək savaşıb, bu yolda şəhadətə yüksəlib, qazi olublar. Hər birimiz üzərimizə düşən ümdə vəzifəni dərindən dərk edir, Vətən torpaqlarını göz bəbəyimiz kimi qoruyuruq”.

"Hərbi gücü və qüdrəti ilə dünyanın aparıcı orduları sırasında olan Azərbaycan Ordusu illərdir beynəlxalq qurumların bərqərar edə bilmədiyi ədaləti 44 günə bərpa etdi", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vəli Cəfərov söhbətə başladı. "Bu döyüşlər Azərbaycan əsgərinin cəsarətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətindən, xalqın etimadından güc alan Azərbaycan əsgəri qarşısına qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyə hər an hazırdır. Döyüşlərdə iştirak etmiş biri kimi qeyd etmək istərdim ki, tarixi ərazilərimizi azad etmək niyyətimiz qarşısında düşmənin müqavimət göstərməsi mümkün deyildi. Ərazilər təmizləndikcə tarixi torpaqlarımızda ucaldılan üçrəngli bayrağımız hər birimizi daha da irəli səsləyirdi. Xalqımızın dəstəyini də xüsusi qeyd etmək istərdim. Döyüşlər başlayan gündən Ali Baş Komandanın da dediyi kimi, tək yumruq halında birləşməyimiz qələbəni şərtləndirən amillərdən biri oldu. Rütbəsindən, yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsin qəlbi döyüş meydanında döyünürdü. Ali Baş Komandanımızın torpaqlarımızın azad olunması ilə bağlı verdiyi Qələbə müjdəsi hər birimizin qəlbinə sevinc toxumları səpirdi. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımız artıq işğaldan azad olunub. Şəhidlərimizin qisası alınıb. Bu döyüşlərdə Azərbaycan əsgəri Vətənə olan şərəf borcunu layiqincə ödədi. Bundan sonra da Azərbaycan Ordusu mətin addımlarla daim irəli gedəcək".

Fuad Cəfərov "Azərbaycan Ordusu"

Bakıda yol hərəkəti qaydasını pozan sürücü etdiyi hərəkətləri videoya çəkərək sosial şəbəkədə paylaşıb. Buta.ws Avtosfer.az-a istinadla xəbər verir ki, 90-MS-988 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü paytaxtın müxtəlif küçələrində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozub. O, Ceyhun Səlimov küçəsində dəfələrlə əks istiqamətə çıxaraq bir tərəfli yolun tam olaraq əksi istiqamətinə hərəkət edib. Daha sonra Abdulvahab Salamzadə küçəsində hərəkət edərkən qəzadan son anda yayınıb. Sürücü paylaşdığı videoda sükan arxasında telefondan istifadə etdiyini və buna görə qəza şəraitinin yarandığını etiraf edib. Digər videoda isə o, 160-170 km/saat sürətlə hərəkət edərək yolda qoyulmuş sürət həddini aşıb.

Bakıda 17 yaşlı qız itkin düşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Bakının Səbail rayonu, Bayıl qəsəbə sakini 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı mayın 20-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onu görənlərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.

Hadisə ilə bağlı polisə müraciət olunub.

Buta.ws oxu24.com-a istinadən videonu məlumatı təqdim edir:

"Latviya Azərbaycana azad edilmiş torpaqların bərpası məsələsində kömək edə bilər".

Bu barədə “Report”a Latviya Seyminin deputatı Armands Krauze bildirib.

O deyib ki, bu məsələ ilə bağlı əməkdaşlıq üç əsas istiqamət üzrə inkişaf edə bilər: “Birinci istiqamət, texnologiyalar, rabitə və genişzolaqlı internetdir. Latviyada yalnız şəhərlərdə deyil, əksər kənd yerlərində də çox müasir və sürətli internet şəbəkəsi mövcuddur. “MicroTik” və digərləri kimi texnologiya şirkətlərimiz var. İkinci istiqamət inşaatdır, çünki Latviya şirkətləri artıq müxtəlif ölkələrdə müxtəlif təmir-bərpa layihələrində iştirak ediblər”.

Onun sözlərinə görə, üçüncü istiqamət meşə təsərrüfatı və meşələrin bərpasıdır: "Hazırda Azərbaycanda meşələrin ümumi sahəsi ölkə ərazisinin cəmi 11 faizini təşkil edir, lakin tarixən meşə sahələri daha böyük olub. Kömək edə bilərik, çünki Latviyada meşə təsərrüfatı çox yüksək səviyyədədir. Meşə sahələri Latviyanın ümumi ərazisinin 53 faizini təşkil edir, hərçənd 20-ci əsrdə təxminən 27 faiz təşkil edirdi. Meşə bərpası dünyanın bütün ölkələri üçün vacibdir, çünki iqlim dəyişikliyinin təsirlərini yumşaldır”.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə kommunikasiyaların açılması məsələsini şərh edən A.Krauze bunun nəqliyyat və logistikanın yaxşılaşdırılması üçün çox vacib olacağını qeyd edib: “Hazırda məhz mürəkkəb logistika ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrini mürəkkəbləşdirir, çünki malların çatdırılması üçün daha qısa, daha ucuz və daha sürətli yolları seçə bilmirik”.