ABŞ Konqresində Alabama ştatını təmsil edən, Respublikaçılar Partiyasının üzvü Robert Aderholt Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib.

Day.Az xəbər verir ki, bu barədə konqresmen öz Tvitter səhifəsində yazıb.

"Tehrandakı Azərbaycan səfirliyinə bu yaxınlarda olunan hücumu qətiyyətlə pisləyirəm. İran hakimiyyətini bu terror hücumunu tam və operativ şəkildə araşdırmağa çağırıram", - R.Aderholt deyib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Azərbaycanın İrandakı səfirliyindəki terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi yanvarın 29-da axşam saatlarında Bakıya gətirilib və dünən ikinci Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib.

Nazirlikdən Day.Az-a verilən məlumatda deyilir:

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.

İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.

İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9

TEL: (+98413) 333 48 03

FAKS: (+98413) 331 53 80

E-MAIL: [email protected]

WEBSITE: tabriz.mfa.gov.az"

Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında, onun Böyük Vətən Müharibəsindəki peşəkarlığı və qəhrəmanlıqları haqqında təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarında da danışılır.

Həmin dövrdə həmvətənimizin vaxtında məruzə etməsi sayəsində 1943-cü il 28 noyabr tarixində Tehran konfransı öncəsi SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

Sui-qəsd cəhdi haqqında ilk dəfə ABŞ prezidenti Franklin Ruzvelt 1943-cü il 17 dekabr tarixində mətbuat konfransı zamanı geniş ictimaiyyətə məlumat verib.

Müharibə illərində Əsədov sovet kəşfiyyatının əməkdaşı və "Uzun sıçrayış" əməliyyatının iştirakçılarından biri olub. Azərbaycanın geosiyasi mövqeyi ilə əlaqədar olaraq regional kəşfiyyat əməliyyatlarında ölkənin təhlükəsizlik orqanları işçilərinə xüsusi rol ayrılırdı.

Məmmədhüseyn Əsədov 19 yaşı tamam olduqda Qırmızı Ordunun xüsusi təyinatlı hissələrindən birində xidmətə başlayıb. Böyük Vətən Müharibəsi başlaqıdan sonra Baş Kəşfiyyat İdarəsi Əsədovu İrana ezam edib, belə ki, o operativ mühitə çox yaxşı hakim idi, bir neçə xarici dil bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi. 1942-1947-ci illərdə Məmmədhüseyn Əsədov SSRİ-nin İranda ticari nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Həmin dövrdə İran Stalin, Çörçil və Ruzvelt arasında danışıqlar üçün ən uyğun yer olaraq seçildi. Konfransa hazırlıq tam ciddi məxfilik şəraitində aparılırdı. Müttəfiqlər təhlükəsizlik məqsədilə hətta İran tərəfə də bu barədə məlumat vermirdi. İran konfransın keçiriləcəyi yer haqqında yalnız konfransdan altı gün əvvəl, yəni 1943-cü il noyabrın 22-də məlumat aldı.

24 noyabr gecəsi Baş Komandanlığın üzvü, Baş Qərargah rəisi, Sovet İttifaqının marşalı Aleksandr Vasilevski Astaraya gəldi və burada onu Məmmədhüseyn Əsədov qarşıladı. Onlar daha sonra birlikdə İrana yola düşdülər. Stalinin göstərişinə əsasən Vasilevskinin gəlişinin əsas məqsədi anti-Hitler koalisiyasının liderlərinin görüşünə hazırlığın yoxlanılması və təhlükəsizlik məsələlərinə nəzarətdən ibarət idi.

Tehran konfransı öncəsi Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinə sui-qəsd hazırladığına dair məlumat aldı. Əsədov təkcə bu məlumatı alan deyil, həm də Stalin, Çörçil və Ruzveltə qarşı sui-qəsdin qarşısının alınmasında aktiv şəkildə iştirak edən ilk şəxslərdən idi.

Bu əməliyyatın keçirilməsindəki müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni vaxtda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olundu.

Day.Az azərbaycanlı kəşfiyyatçının qəhrəmanlığı haqqında videoreportajı təqdim edir.

2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Day.Az-a verilən məlumata görə, onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır.

Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1337 monitorinq aparılıb.

Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır.

"Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Anama söylədim ki, ilk dəfə səndən məni 10 yaşım olanda Zeynəb Xanlarovanın Heydər Əliyev Sarayındakı konsertinə aparmağını istədim. Anam dedi ki, aparacağam səni. Anam mənə ən sonuncu sırada bilet aldı. Çünki onun pulu yalnız o biletə çatmışdı".

Day.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

Sənətçi uşaqlıq xatirələrini yada salaraq kövrəlib:

"Konsert günü Heydər Əliyev Sarayınnı pilləkənlərində səhnəyə doğru qaçaraq Zeynəb Xanlarovaya baxdım, sonra anama dedim ki, ana o da sənin kimi üzünə krem vurur. İndi isə anama deyirəm ki, 2005-ci ildən bu günə kimi ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm. Çünki mən o günü xatırlayıram.

Sənin imkanın olmadı, ən uzaqda olan bileti aldın. Mən oraya artıq özüm qaça-qaça gedirəm, o, yuxarı mərtəbələrə. Çünki orada uşaqlıq xatirələrim var. Ona görə də hər kəsə təşəkkür etmək istəyirəm. Siz harada olsanız, mən oradayam. Sizi və anamı, yaxşı insanları sevirəm".

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb.

Day.Az APA-ya istinadən bildirir ki, bu gün Birləşmiş Xəstəxananın direktoru Nazim Əhmədovun işinə xitam verilib. Onun yerinə hələlik təyinat yoxdur.

Naxçıvanda yeni dövr bazara da azadlıq gətirib. Məsələn, əvəllər xaricdə istehsal olunmuş elektrik lampasını satmaq qadağan imiş. Keçmiş rəhbərliyin nəzarətində olan şirkətlərin məhsullarına rəqib olduğu üçün.

O məhsullar isə həddinən artıq baha satılırmış. İndi isə vəziyyət dəyişib, köhnə bazara yeni qiymətlərlə təzə mallar gəlib.

Qeyd edək ki, bir ay əvvələ kimi bazarda sadəcə Naxçıvan istehsalı olan elektrik lampasının satışına icazə verilirdi. Həmin məhsul isə 2 manata satılırdı və bu qiyməti əhaliyə sərf etmirdi.

İndi həm alıcılar, həm də satıcılar bazarlarda vəziyyətin xeyli dəyişdiyini dilə gətirirlər. Onlar 1 ay öncəyə qədər baha olan məhsulların indi sərfəli qiymətə satıldığını bildirirlər.

Naxçıvan sakinləri bundan sonra bazardakı süni qiymət artımlarından əziyyət çəkməyəcəklərinə ümid edirlər. Onlar düşünürlər ki, sahibkarlıq fəaliyyəti ilə bağlı indiyədək mövcud olan qadağaların aradan qaldırılması Muxtar Respublikada iqtisadi artıma təkan vercək.

Day.Az Xəzərxəbər-ə istinadən mövzu ilə əlaqəli sujeti təqdim edir:

Mənbə: Trend

Müəllif: Maryana Əhmədova

Prezident İlham Əliyevin Macarıstan səfəri ölkənin siyasi rəhbərliyinin növbəti strateji addımıdır. Özünü müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində etibarlı tərəfdaş olaraq doğruldan Azərbaycan beynəlxalq arenada diqqət mərkəzində qalmağa davam etməklə avropalı həmkarları üçün daha cəlbedici tərəfdaşa çevrilməkdədir. Bu baxımdan Macarıstan Azərbaycana dəstək üçün müraciət edən ilk Avropa ölkəsi deyil.

Səfərin məqsədi iki ölkə arasında münasibətlərin gələcək inkişafına şərait yaratmaq və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarət idi.

Macarıstanın baş naziri Viktor Orbanla Budapeştdəki əhatəli görüş zamanı Prezident İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərinin keçmişdə də qarşılıqlı dəstək, inam, tərəfdaşlıq və dostluğa əsaslandığını qeyd edib.

"Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb", - Prezident İlham Əliyev deyib.

Macarıstan Azərbaycanla enerji tərəfdaşlığına böyük önəm verir. Ölkə Cənub Qaz Dəhlizini (CQD) dəstəkləyir və ona qoşulmaqda maraqlı olduğunu ifadə edib. Macarıstan adətən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının illik iclaslarında iştirak edir. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Cənub Qaz Dəhlizininin Məşvərət Şurasının 2023-cü ilin 3 fevral tarixində keçiriləcək illik iclasında iştirak edəcəyi gözlənilir.

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda Macarıstanın "Wizz Air" aşağıbüdcəli aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirir.

Macar şirkətləri həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər və bununla əlaqədar müvafiq layihələr təqdim ediblər. Macarıstan həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyətin dəstəklənməsi üçün könüllü yardım qismində 25 min avro ianə edib.

Bundan başqa, bu qədər qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsində nəzərəçarpan dərəcədə artım yüksək səviyyədə tərəfdaşlığın əyani sübutudur. 2021-ci ildə Azərbaycanla Macarıstan arasında ümumi əmtəə dövriyyəsi 35,16 milyon dollar təşkil edib, ötən il isə bu göstərici 34,81% artaraq 47,4 milyon dollar olub.

Prezident İlham Əliyevin səfəri zamanı Budapeştdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra vacib sənədlər imzalandı. Buraya genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu daxildir.

Enerji sahəsində əməkdaşlığın inkişafı Prezident İlham Əliyevin səfəri zamanı əsas müzakirə mövzularından birini təşkil edib. Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolunu qəbul edir.

Ötən ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış və Avropaya "yaşıl" enerjinin Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə tədarükünü nəzərdə tutan saziş bu geniş əməkdaşlığın daha bir sütununu təşkil edir.

Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşün yekunlarına dair mətbuat açıqlamasında da dediyi kimi, "yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək".

Prezident İlham Əliyevin Macarıstan səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn inkişafının parlaq sübutudur. Bu səfər iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq.

Bu səfər Azərbaycanın öz iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə istifadə edərək yeni inkişaf mərhələsinə daxil olduğunu, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və Cənubi Qafqazda aparıcı ölkəyə çevrilməklə daha çox tərəfdaş cəlb etdiyini göstərir.

Abşeron rayonu, Novxanı kəndində iki nəfər zəhərlənərək ölüb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Teymur Əliyev küçəsindəki tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və onlarla birlikdə həmin evdə yemək yemiş 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu ilkin ehtimala görə, dəm qazından və ya yedikləri qidalardan zəhərləniblər.

Nəticədə Kamil Alıyev hadisə yerində, Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası vəfat edib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki nazirin atası Nəbi Nəbiyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, N.Nəbiyev uzun illər məsul vəzifələrdə çalışıb. O, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sumqayıt Qaz İstismar İdarəsinin rəisi olub.

Mərhumun yaxın saatlarda dəfn olunacağı bildirilir.

Allah rəhmət eləsin!

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.

Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.

Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

İranda ümumxalq etirazları zamanı tutulan tələbə Nigar Davudi 2 il 3 ay müddətinə həbs edilib.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, İlam şəhər İnqilab Məhkəməsi gənc xanım barəsində 74 şallaq zərbəsi və əlavə cəzalar tətbiq edilməsinə də qərar verib.

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Day.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Day.Az-a açıqlamasında bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, daha 150 nəfərin yaralandığı qeyd edilir.

Bundan əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.

Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Partlayış zamanı məsciddə 500-ə qədər adamın olması istisna edilmir.

Hücuma görə məsuliyyəti "Tehreek-e-Taliban Pakistan" təşkilatı öz üzərinə götürüb.

Şəhid Orxan Əsgərovun Tehran hava limanında yola salınması zamanı diqqətçəkən mənzərə yaşanıb.

Belə ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" xüsusi təyinatlıları bu şərəfli missiyanı üzərinə götürərək İran hərbçilərinin tabutu təyyarəyədək daşımasına icazə verməyiblər.

Day.Az xəbər verir ki, "Yarasa" səfirlik əməkdaşlarının və Orxan Əsgərovun cənazəsinin Azərbaycana təxliyyəsinin təşkilinə cavabdeh olub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır. Şəhid Orxan Əsgərov yanvarın 30-u İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Mənbə: Trend

Müəllif: Elvin Səxavətoğlu

Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi, həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir.

Hazırda Bakı ilə Budapeşt arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir.

Əvvəlcə iki ölkə arasında siyasi əlaqələrin inkişaf dinamikasına nəzər yetirək:

- Azərbaycan-Macarıstan diplomatik əlaqələri 1992-ci ildə qurulub;

- 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub;

- Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir;

- İndiyədək iki ölkə arasında 50 sənəd imzalanıb;

- Ölkələr BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əmədaşlıq edir.

Təbii ki, Azərbaycanla Macarıstan arasında siyasi əlaqələrin sistemli inkişafı iqtisadi münasibətlərin də möhkəmlənməsinə gətirib çıxarır. Bu inkişafı ölkələr arasında ilbəil artan ticarət dövrüyyəsində də hiss etmək olur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır.

Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin inkişafına nəzər salaq:

- Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər;

- Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb;

- İki ölkə arasında ticarət dövrüyyəsi da ilbəil artır. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir;

- Rəsmi Budapeşt Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir. Macarıstanın enerji sahəsindəki əsas hədəflərindən biri CQD-yə qoşulmaqdır. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur;

- 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb;

- İki ölkə arasında logistika sahəsində də inkişaf müşahidə olunur. Macarıstanın "Wizz Air" şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.

- Ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında "yaşıl enerji"nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara Dəniz Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutur.

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bütün dövrlərdə əməldə sübut edən rəsmi Budapeşt işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bərpa-quruculuq işlərində yaxından iştirak edir. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.

Göründüyü kimi, Azərbaycan-Macarıstan ticari əlaqələrinin daha da inkişaf etdirilməsi üçün sistemli iş aparılır. Bu məqsədlə hər iki ölkə siyasi və iqtisadi münasibətlərlə yanaşı, enerji, nəqliyyat və logistika sahəsində də əməkdaşlığa böyük önəm verir.

Xüsusilə qeyd etmək lazımdır ki, Avropa dövləti Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Bu isə iki ölkənin vahid hədəflərinin və ortaq maraqlarının olduğunun göstəricisidir.

Macarıstanın həm Avropa İttifaqının üzvlüyü, həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunması əlaqələrin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Bu ölkələrin beynəlxalq aləmdə bir-birinin maraqlarını dəstəkləməsi baxımından da önəmlidir.

Həmçinin Bakı ilə əməkdaşlıq Budapeşt üçün Avropada yaşanan qaz böhranı fonunda çox faydalıdır.

Ona görə də Prezident İlham Əliyevin Macarıstana dördüncü səfəri Bakı-Budapeşt əlaqələrində yeni mərhələnin başlanğıcı hesab olunur.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.

Həmçinin Prezidentin səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdə imzalanan sənədlər də qarşılıqlı əlaqələrin inkişafının göstəricisidir.

İmzalanan sənədlər sırasına miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər, bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumlar var.

Bundan başqa, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol", Şuşa və Macarıstanın Vesprem şəhəri arasında Anlaşma Memorandumu imzalanıb.

Xüsusilə vurğulanmalıdır ki, genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər.

Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunan mövzular arasındadır. Çünki 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.

Göründüyü kimi, Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Prezidentin bu səfərinin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcəyini, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəyini əminliklə deyə bilərik.

Bakıda 8 yük avtomobilinin sürücüsü eyni anda cərimə olunub.

Day.Az Xezerxeber-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda, "Ukrayna dairəsi" adlanan ərazidə qeydə alınıb.

Nəqliyyat vasitələrini dairənin yaxınlığında park edən sürücülər qanunsuz yerə cərimə olunduqlarını iddia edirlər. İllərdir avtomobillərini sözügedən ərazidə saxlayan sürücülər əvvələr belə halla üzləşmədiklərini deyirlər. Onların sözlərinə görə, son günlər onlara protokollar tərtib edilir.

Yük avtomobillərinin sahibləri yolda digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadıqlarını iddia edirlər.

Məsələyə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, sürücülər parkalnma qaydalarını pozduqlarına görə cərimə olunublar.

Araz Əsgərli əlavə edib ki, avtomobillər yalnız yol nişanlarında göstərilən qaydalara uyğun saxlanıla bilər.

Daha ətraflı süjetdə:

"Mənim oğlum baş leytenant idi, Şuşada qəhrəmancasına şəhid olub".

Day.Az xəbər verir ki, bu sözləri İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi zamanı Xalq artisti Əli Nuri deyib.

Xalq artisti oğlu Rövşənin yoldaşlarının ona, Şuşanı azad edərkən 10-a qədər İran vətəndaşı olan snayperi məhv etdiklərini bildiriblər:

"Bəlkə də, Rövşəni yaxın məsafədən snayperlə vuran şəxs fars nümayəndəsi olub".

İnsult beyin damarlarının patologiyası səbəbli meydana çıxır. Bu zaman ətrafların kapillyarlarında da müxtəlif patologiyalara rast gəlmək olur. Əgər yaxın adamlarınızdan birində insult və ya yüksək təzyiq xəstəliyi şübhəsi varsa, onun vəziyyətini adi iynə vasitəsilə yüngülləşdirə bilərsiniz. Bunun üçün beyin əlamətləri baş verən xəstəni yarımoturaq vəziyyətdə oturub Qədim Çin üsulu vasitəsilə iynə müalicəsi etmək lazımdır. Siz bunu ev şəritində özünüz də edə bilərsiniz.

Proseduru yerinə yetirmək üçün steril və ya tikiş iynəsi götürülür. Tikiş iynəsi olduğu zaman iynənin dəriyə batırılacaq hissəsi odda qızdırılaraq sterlizasiya edilməlidir.

1. İynə ələ götürülür və əlin bütün barmaqları spirtlə silinir.

2. Digər əllə barmaqlar tutulur və dırnaqdan bir millimetr aşağı nahiyə diqqət mərkəzinə alınır.

3. İynə həmin nahiyəyə batırılır və qanın çıxması gözlənilir. Az miqdar qanın çıxması kifayətdir.

4. Qan çıxmadıqda barmağın ucu yüngül sixilmalı və ya masaj edilməlidir.

5. Bütün barmaqlardan (10 barmaq) bir-neçə dəqiqə qan axdıqdan sonra xəstədə arterial təzyiq aşağı düşəcək və xəstə yavaş-yavaş özünə gələcək.

6. Bu müddət ərzində xəstənin ağzı açıq və selikli qişalar avazımış olarsa, bu zaman onun qulaqlarını massaj edin. Massaj xəstənin dodaqlarının rəngi qızarana kimi olunmalıdır.

7. Əgər xəstə özünə gəlməsə bu zaman onun qulağının sırğalıq hissəsinin hər iki tərəfindən 2 dəfə iynə ilə deşilib qan axıdılmalıdır.

Bu prosedur yüksək təzyiqlı xəstələri iflic və insultdan qoruyur. Bu üsuldan hipertonik risk zamanı istifadə edildikdə beyində zədələnmələr baş vermir.

Milli.Az

"SearchLab" tərəfindən paylaşılan məlumata görə, "Google" növbəti yeniləməni sınaqdan keçirir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ilk olaraq ABŞ-da istifadəyə veriləcək yeniləmə istifadəçilərə "Google Axtarış"-dan çıxmadan yaxınlıqda satılan avtomobilləri görməyə imkan verəcək.

"Google"-da biznes profili olan dilerlər "Avtomobil İdentifikasiya Nömrəsi" olan bütün avtomobilləri bu siyahıya əlavə edə biləcəklər.