"Ermənilər bu cinayətlərinə görə cəzalandırılmalıdır" - Yusif Bağırzadə

“Ermənilərin terror hədəflərindən biri də tarixi-mədəni abidələrimiz olub”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ermənilər tərəfindən məhv edilən tarixi-mədəni abidələrimiz haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və burada tarixən müxtəlif tarixi, mədəni və dini abidələr mövcud olub və bu gün də mövcuddur.

"Əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus olan mədəni, dini abidələr yüksək səviyyədə qorunub. Tarixi-mədəni abidələr xalqın təkcə tarixi deyil, həm də mənəvi yaddaşını hifz edir. Bu baxımdan ermənilərin tarixi-mədəni abidələri, o cümlədən məbədlərimizi məhv etmələri erməni xislətinə uyğun hərəkətdir. Onlar bu yolla bizim minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək istəyirlər. Ermənilər tərəfindən Azərbaycana məxasus olan tarixi-dini, mədəni abidələr təkcə işğal olunmuş ərazilərimizdə deyil, həmçinin indiki Ermənistan adlanan ərazilərdə də məhv edilib. Zəngəzurdan İrəvana qədər Azərbaycan-türk abidələri, tarix-mədəniyyət nümunələri Ermənistan tərəfindən dağıdılıb, eyni zamanda da saxtalaşdırmaya məruz qalıb. Ermənilərin tarixi-dini abidələrimizə qarşı vandal davranışları müxtəlif istiqamətlərdə aparılıb. Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələr tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib", - deyə politoloq qeyd edib.

Y.Bağırzadə bildirib ki, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüz kimi qiymətləndirilməlidir: "Tarixi, mədəni və dini abidələrimizə qarşı həyata keçirilən terror əməllərinə dair adi bi misalı qeyd etmək istərdim. İndiki Ermənistan ərazisində, təkcə İrəvan qəzası, Ecmiədzin və Zəngəzurda məhv edilən məscidlərimizn sayı 100-dən artıqdır. Ümumilikdə isə həmin ərazilərdəki məscid və dini abidələrimizin sayı 300-dən artıq olub ki, onların da hamısı ya məhv edilib ya da saxtalaşdırmaya məruz qalıb. Bizlərə məxsus bütün məzarlıqların dağıdılması ilə bağlı da çoxlu sübutlar var. Qısası qoç daşlardan məzarüstü abidələrə, türbələrə, məscidlərə, tarixi binalara qədər bütün maddi-mədəni irsimizin Ermənistan tərəfindən talandığı, məhv edildiyi faktdır. Bütün bunları edərkən təbii ki, yalnız bir məqsəd güdülüb. Məqsəd bizim izlərimizi öz doğma torpaqlarımızdan silmək, bu yerləri saxtakarlıqla “erməni torpağı” kimi qələmə verməkdən ibarət olub. Heç şübhəsiz ki, ermənilərin bu cinayətləri cəzasız qalmamalı və onlar bu cinayətlərə görə cavab verməlidirlər. Bunun üçün isə həm dövlət, həm də vətəndaş olaraq hər birimiz ermənilərin bu cinayətlərinin ifşasında fəal olmalı və həqiqətləri bütün mümkün olan vasitələrlə dünya birliyinin nəzərinə çatdırmalıyıq”.

Mənbə:
0
1325
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar