Zədə səbəbindən Niderland milli komandasının düşərgəsinə getməyən "Barselona"nın futbolçusu Frenki de Yonqun durumu bəlli olub.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin dizində zədə aşkarlanıb.
Niderlandlı futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Frenki de Yonq İspaniya Kral Kubokunun "Real"la cavab oyununu buraxacaq. "El Klasiko" 5 aprel tarixində keçiriləcək.
"Real"ın yarımmüdafiəçisi Luka Modriç iş yerini dəyişmək istəmədiyini bildirib.
Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan xorvatiyalı "kral klubu"nda qalacağını bildirib:
"Hamı bilir ki, mənim arzum “Real”da qalmaqdır. İnanıram və ümid edirəm ki, belə də olacaq. Qalan hər şey şayiələr və fərziyyələrdir".
37 yaşlı futbolçu 2012-ci ildə “Tottenhem”dən “Real”a keçib.
"Zirə"nin hücumçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində növbəti matçını keçirib.
Sportinfo.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində öllkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi matçın 46-cı dəqiqəsində meydana çıxıb.
Qəsəbə klubunun digər legioneri İssa Cibriella isə Nigerin səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu görüşdə ehtiyatda qalıb.
AVRO-2024-ün seçmə mərhələsində ilk oyununa çıxan Azərbaycan millisi Avstriyaya uduzub.
Sportinfo.az xəbər verir ki, yığmamız statistik göstəricilərdə də rəqibindən zəif olub.
Avstriya – Azərbaycan
Qollar: 4-1
Qapıya zərbələr (çərçivəyə) 25(12) – 5 (3)
Künc zərbəsi: 8-5
Ofsayd: 2-1
Topa sahibolma: 54 % - 46 %
Dəqiq ötürmələr: 74 % - 68%
Sarı vərəqələr: 1-5
Foullar: 11-19
Vynada rəqibinə 1:4 uduzan millimiz ikinci görüşünü martın 27-də İsveç yığmasına qarşı oynayacaq.
Afrika Millətlər Kubokunun seçmə mərhələsində bir neçə oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycanda legioner həyatı yaşayan iki futbolçu üz-üzə gəlib.
Belə ki, Cənubi Afrika millisi üçüncü tur çərçivəsində evdə Liberiya yığmasını sınağa çəkib. Matç 2:2 hesabı ilə yekunlaşıb.
“Turan-Tovuz”un müdafiəçisi Siyanda Xulu start heyətində meydana çıxıb və sona qədər oynayıb.
Liberiya millisinin heyətində “Sumqayıt”ın legioneri Terrens Tisdell də start heyətində oyuna başlayıb. O, 67-ci dəqiqədə komanda yoldaşı ilə əvəzlənib.
AVRO-2024-ün seçmə mərhələsinin birinci turunun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşıb
Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. "Ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub.
35-ci dəqiqədə Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.
Ermənistan - Türkiyə 1:2
Qollar: Ozan Kabak 10 (avtoqol) - Orkun Kökçü 34, Kerem Aktüroğlu 63
Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsinin ilk turunda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazibu haqda sualları cavablandırıb:
- 27-ci dəqiqəyə kimi bərabər səviyyəli oyun gedirdi. Problemimiz yox idi, topa nəzarət edirdik. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə özünəinamı itirdik. Bundan sonra bizim üçün çox çətin oldu.
- Buraxılan qolları və heyət seçiminizi necə şərh edirsiz?
- Matçdan əvvəl Bəxtiyar Həsənalızadə ilə Anton Krivotsyuk arasında seçim etməli idik. Anton 9 saatlıq yol gəlmişdi deyə risk etmədik.
- Azər Əliyev və Yusif İmanov millidə debüt etdilər. Onların oyununu necə dəyərləndirirsiz?
- Gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Azər təcrübəli futbolçudur, bizə fayda verəcək. Elvin Cəfərquliyevin sarı vərəqəsi olduğuna görə onu əvəzlədik.
- Avstriya millisi haqda nə deyə bilərsiz?
- Avstriya çox güclü komandadır. Bu gün Alaba və Arnautoviç yox idi. Sabitzer əla oyun nümayiş etdirdi. Texniki və fikizi fərq özünü göstərdi. Bu, bizim üçün gələcəkdə dərs ola bilər.
- Azərbaycana gələndə qarşınıza hansı hədəflər qoyulmuşdu. 3 ildə nəyə nail olmusuz?
- 3 il əvvəl mən bura gələndə yeni bir yola başladıq. Düşündük ki, gənclərə yol verək. Son matçlara baxsaz, inkişafı görərsiz. Bu gün bizimlə Avstriyanı müqayisə etmək doğru olmaz. Son 5 matçda 5 qələbə qazanmışıq. Azərbaycan millisinin tarixində belə nəticə olmamışdı.
- Gəncləşdirmədən danışdınız. Riçard Almeyda, Höccət Haqverdi bu siyasətə uyğun gəlmir...
- Adını çəkdiyiniz futbolçulardan yaxşısını tapsaq, miliyə dəvət edəcəyik. Geniş seçim imkanımız yoxdur. Bu günə kimi hər şey yaxşı idi. Qısa vaxtda hər şey dəyişdi. Gələcəyə inamla baxmalıyıq. Növbəti matçlarda yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik.
AVRO-2024-ün seçmə mərhələsində I tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, A, D və I qruplarında ümumilikdə 3 oyun keçirilib.
İspaniya millisi evdə Norveçin qapısından 3 cavabsız qolla qalib gəlib. Xorvatiya yığması doğma meydanda Uelslə heç-heçə edib - 1:1. Rumıniya isə səfərdə Andorradan üstün olub.
A qrupunda Şotlandiya millisi Kipr yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 21-ci dəqiqədə Con Makginn, 87-ci və 90+3-cü dəqiqələrdə isə Skott Maktominey vurublar.
Oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə qonaqlardan Nikolas Yoannu ikinci sarı vərəqə ilə meydandan qovulub.
A qrupu
18:00. Şotlandiya - Kipr - 3:0
Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5
23:45. İspaniya - Norveç - 3:0
Qollar: Dani Olmo, 13. Xoselu, 84; 85
Xal durumu: Şotlandiya - 3, İspaniya - 3, Gürcüstan - 0 (oyun keçirməyib), Kipr - 0, Norveç - 0
D qrupu
21:00. Ermənistan - Türkiyə - 1:2
Qollar: Ozan Kabak, 10 (avtoqol) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64
23:45. Xorvatiya - Uels - 1:1
Qollar: Andrey Kramariç, 23 - Neytan Brodhed, 90+3
Xal durumu: Türkiyə - 3, Uels - 1, Xorvatiya - 1, Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0.
I qrupu
21:00. Belarus - İsveçrə - 0:5
Qollar: Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65
21:00. İsrail - Kosovo - 1:1
Qollar: Don Perets, 56 - Eli Dasa, 36 (avtoqol)
23:45. Andorra - Rumıniya - 0:2
Qollar: Dennis Man, 35. Denis Alibek, 49
Qırmızı vərəqə: Mark Rebes, 61 (Andorra)
Xal durumu: İsveçrə - 3, Rumıniya - 3, Kosovo - 1, İsrail - 1, Andorra - 0, Belarus - 0.
AFFA Region Liqasının pley-off mərhələsinin püşkatmasının vaxtını dəyişib.
Martın 28-də keçirilməsi planlaşdırılmış mərasim aprelin 6-na ertələnib.
Beş zonanı əhatə edən yarışmanın növbəti mərhələsində 12 komanda mübarizə aparacaq.
Federasiyanın püşkatmanı sonraya saxlaması, güman ki, hansısa ciddi səbəblə əlaqədardır. Əks halda, çempionatın təşkilat komitəsi son anda klublara belə bir xəbərdarlıq etməzdi.
SPORTİNFO.AZ
Sabah Azərbaycanda Ramazan ayının dördüncü günüdür.
İmsak saat 05:07, iftar isə 19:13-ə təyin olunub.
Ramazanın dördüncü gününün duası:
“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.
Tərcüməsi:
“İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul etsin!
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 7 nəfər vəfat edib.
Ötən mövsüm uğurlu çıxışla yadda qalan futbolçulardan biri də Nicat Mehbalıyev olmuşdu.
“Sabah”a məxsus gənc qolkiper icarədə olduğu “Qəbələ”də parlaq performansı ilə diqqətləri üzərinə çəkə bilmişdi. Hətta millinin baş məşqçisi Canni De Byazi də onu ölkənin bir nömrəli komandasına dəvət etmişdi.
Bölgə klubunun əsas qolkiperinə çevrilən Nicat 28 oyunda forma şansı qazanmışdı.
Yayda məxsus olduğu “Sabah”a geri dönən dönən “əlcək sahibi” burada Yusif İmanovun kölgəsindən çıxa bilmir.
Cəmi 102 dəqiqə oynamaq fürsətini ölkə kubokunda qazanıb. Orda da aldığı qırmızı vərəqə ilə yadda qalıb. Premyer Liqada isə bir dəqiqə belə ona oynamaq müəssər olmayıb.
Belə sürətli eniş “qırmızı qaralar”ın tərəfdarlarının da diqqətinin qaçmayıb.
Belə ki, “Qəbələ”nin azarkeş səhifələrindən biri yuxarıdakı mənzərəni özündə canlandıran maraqlı video rolik paylaşıb:
"Qarabağ"ın prezidenti Tahir Gözəl "Qalatasaray"la keçirəcəkləri xeyriyyə oyunu haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunmuş brifinqdə iki qardaş ölkənin komandalarının bu cür matçda bir araya gələcəyinə görə sevincli olduğunu deyib:
"Bilirsiz ki, bu yaxınlarda Türkiyədə böyük faciə baş verdi. Azərbaycan dövləti, xalqı öz həmrəyliyini, möhtəşəm qardaşlıq iradəsini göstərdi. Türkiyəyə böyük yardımlar edildi. Çox sevinirəm ki, "Qarabağ” və “Qalatasaray” əl-ələ verib, Türkiyənin bu ağır durumunda kömək və dəstək üçün bir yerə gəldilər. Belə möhtəşəm oyunu təşkil etmək imkanımız oldu.
Oyun keçirmək üçün təklif hər iki tərəfdən oldu. Biz təklif etdik, “Qalatasaray” tərəfi də müsbət cavablandırdı. Bundan əvvəl “Beşiktaş”la da söhbətimiz olmuşdu. Sadəcə “Qalatasaray”dan konkret addım gəldi. Bu cür oyunun olmasını çox istəyirdik. Qismət bu vaxta imiş".
T. Gözəl qeyd edib ki, stadionda gözəl ab-hava olacaq: "Sabah gözəl gün olacaq. Stadionda möhtəşəm ab-havanın olacağını düşünürəm. Sabah kimin qalib gəlməsinin önəmi yoxdur.Əsas odur ki, 2 qardaş ölkənin komandaları üz-üzə gəlir. Biri Azərbaycan çempionu, digəri Superliqanın hazırkı lideri. Azarkeşlərin əlində 20 min Azərbaycan, 20 min Türkiyə bayrağı olacaq. Bəzi futbolçularımız millidə çıxış etdikləri üçün komandada yoxdurlar. Bəzi oyunçuları geri çağırdıq".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
İsveç və Azərbaycan arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun hakim təyinatları bəlli olub.
Sportinfo.az xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.
Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.
Dekabrda 40 yaşını tamamlayan Stefani 14 yaşından hakimlik etsə də, FİFA dərəcəsinə 2009-cu ildə yiyələnib. O vaxtdan qızlar və qadınlar arasında keçirilən yerli və beynəlxalq turnirlərə təyinat alıb.
2019-cu ildə Fransanın Liqa-1-də komandaları meydana baş hakim qismində çıxarıb. Elə həmin ilin sentyabrında karyerasının unudulmaz oyununa – Superkubokun final qarşılaşmasına təyinat alıb. “Liverpul”la “Çelsi” arasındakı “qırğın”da iş başında olub ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşdə mersisaydlılar rəqibini penalti vuruşlarında üstələyib.
Sınaqdan uğurla keçən Frappar UEFA-nın Hakimlər Komitəsində yer alanların etimadını qazanan kimi avrokubokların qapıları üzünə açılıb. Odur ki, son 3 ildə Çempionlar Liqasının qrup mərhələsində 2, Avropa Liqasının qrup mərhələsində 7, Konfrans Liqasının qrup mərhələsində 2 və pley-off mərhələsində 1 oyuna təyinat alıb.
Ötən ilin noyabrında Çempionlar Liqasının qrup mərhələsində Madriddə keçirilən “Real” – “Seltik” duelində meydanda yaşananlara fransız xanım nəzarət edib. İspanlar rəqibi üzərində 5:1 hesablı qələbə ilə yadda qalıb.
Frappar 2020-ci ildən həm də kişilərin milli komandalarının oyunlarına da təyinat alır. O, bu müddətdə müxtəlif yarışlarda 6 beynəlxalq qarşılaşmada meydanda əsas söz sahibi olub. Diqqətli futbol azarkeşləri ötən ilin iyununda Millətlər Liqası çərçivəsində Türkiyə ilə Litva arasında baş tutan və qardaş ölkənin 2:0 hesabı ilə qalib gəldiyi oyunu mütləq ki, xatırlayır. Fransalı fit sahibi həmin qarşılaşmada baş hakim funksiyasını yerinə yetirib.
Bir sözlə, son illər adı dillər əzbəri olan Stefani Frappar bu dəfə İsveç – Azərbaycan görüşünü idarə edəcək. Görəsən, UEFA-dakıların etimadını layiqincə doğrulda biləcək?
HƏBİB