Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib. Lakin indiyənə kimi təqdim edilmiş fotolarda elektromobil xüsusi örtükdə olub və bu səbəbdən də onun xarici görünüşünü lazımi səviyyədə qiymətləndirmək mümkün olmayıb. Sonunda Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi-nin ilk elektromobilinin xarici görünüşünü lazımi şəkildə sərgiləyən fotolar ortaya çıxıb. Ortaya çıxmış fotoların keyfiyyətlərindən belə qənaətə gəlmək olar ki, onlar elektromobilə həsr edilmiş reklam videosunun baxışı zamanı smartfon vasitəsilə çəkilib. Fotolarda görmək olar ki, elektromobilin ön hissədən nömrə yerində MS11 yazılıb. Məlumata əsasən bu, elektromobilin kod adıdır və onun final adı Modena olacaq.

Bununla yanaşı fotolarda əks olunmuş elektromobil şüşə panoram tavana və LiDAR skanerə sahibdir. Böyük ehtimal ilə LiDAR skaner elektromobilin avtopilot sistemində istifadə ediləcək. Qeyd etmək lazımdır ki, LiDAR skaner ümumi olaraq elektromobilin dizaynına axıcı şəkildə uyğunlaşdırılıb. Elektromobilin arxa şüşəsində isə kamera yerləşdirilib. Həmçinin fotolardan da görmək olar ki, elektromobil böyük ölçülü tormozlanma sistemlərinə sahib olacaq. Bununla yanaşı elektromobilin təkər disklərində Mi loqosunu görmək olar. Məlumatda qeyd edilib ki, öz elektromobili üçün nəzərdə tutulmuş mühərriki Xiaomi özü hazırlayıb. İnsayderlər dəfələrlə qeyd ediblər ki, Xiaomi öz ilk elektromobilini bu il təqdim etməyi planlaşdırır. Onun satışlarına isə gələn il start verilməlidir.

Xiaomi şirkəti yaxın zamanda MIUI 14 istifadəçi interfeysini əldə edəcək cihazlarının siyahısını genişləndirib. Söhbət, təkcə flaqman smartfonlardan getmir. Belə ki, MIUI 14-ü əldə edəcək smartfonlar siyahısına həmçinin müxtəlif qiymət kateqoriyasına daxil olan cihazlar da əlavə edilib. Onların arasında Redmi modelləri daha çoxdur. Beləliklə MIUI 14-ü yaxın zamanda əldə edəcək cihazlar siyahısına 24 ədəd smartfon əlavə edilib. Siyahı aşağıdakı kimidir.

Xiaomi: Mix 4, 12X, 11 Ultra, 11 Pro, 11, 11 Youth Vitality Edition, 10S, Civi 1S, Civi 2

Redmi: K40 Pro, K40S, K40, Note 12 Pro, Note 12 Pro+, Note 12 5G, Note 12 Discovery Edition, Note 12 Trend Edition, Note 11T Pro, Note 11T Pro+, Note 11E, K40 Gaming Enhanced Edition, Note 10 Pro, Note11 Pro, Note11 Pro+.

Məlumatda qeyd edilib ki, siyahıda olan bütün bu smartfonlar MIUI 14 istifadəçi interfeysini mart ayının sonuna kimi əldə edəcəklər. Daha yeni smartfonlar üçün MIUI 14 Android 13 əsasında, daha köhnə smartfonlar üçün isə Android 12 əsasında təqdim ediləcək. Qeyd etmək lazımdır ki, MIUI 14-ün sözügedən smartfonlar üçün mart ayının sonuna kimi istifadəyə verilməsi hələ ki, Çin bazarı üçün aktualdır. Digər regionlar üçün isə bu smartfonlarda MIUI 14 daha sonra istifadəyə veriləcək.

Niderlanddan olan hacker keçən ilin noyabr ayında hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi. Məsələ burasındadır ki, hacker Avstriyanın demək olar bütün vətəndaşlarının məlumatlarını oğurlamış və onları satışa çıxartmışdı. Hacker tərəfindən oğurlanmış məlumatlar arasında milyonlarla avstriyalının adları, yaşayış ünvanları və doğum tarixləri mövcud olub. Məlumatda qeyd edilib ki, məlumatları oğurlamış hacker onları 2020-ci ilin may ayında online forumlardan birində satmağa çalışıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq çərçivəsində onlar hackerin əldə etdikləri məlumatların həqiqəti əks etdirdiklərini təsdiqləyiblər.

Məlumata əsasən nəticə etibarilə hacker Avstriyanın 9.1 milyon vətəndaşının məlumatlarını oğurlayıb. Həmin hacker həmçinin İtaliya, Niderland və Kolumbiya vətəndaşlarının da məlumatlarını oğurlamağa çalışıb. “Bu məlumatların internetdə açıq şəkildə mövcud olmalarını nəzərə alsaq, yüksək əminliklə güman etmək olar ki, bu qeydiyyat məlumatları qismən və ya tam şəkildə cinayətkarların əllərinə keçib” - deyə Avstriyanın hüquq-mühafizə orqanları qeyd ediblər. Məlumatda həmçinin bildirilib ki, oğurlanmış məlumatlar hackerin həbs olunmamasından öncə kimliyi bilinməyən şəxslərə satılıb. Hackerin özünə gəldikdə isə o, 25 yaşlı Amsterdam sakinidir. O, beynəlxalq hüquq-mühafizə orqanları tərəfindən tanınırdı və artıq Niderlandda istintaq altında idi.

Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib. Lakin bu xəbərin ən maraqlı tərəfi ondan ibarətdir ki, konqresmen OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu tərəfindən tərtib edilmiş mətndən istifadə edərək öz çıxışını reallaşdırıb. Öz çıxışı ilə konqresmen qanunvericilərin diqqətlərini süni zəka əsaslı texnologiyaların vacibliyinə və onların inkişaf etdirilməsinin zəruriliyinə tərəf çəkməyə çalışıb. ChatGPT tərəfindən tərtib edilmiş mətn vasitəsilə çıxış edən zaman konqresmen neyron şəbəkələrinin gələcək inkişafları və onların müxtəlif fəaliyyət sahələrinə inteqrasiya edilmələri üçün süni zəka üzrə Amerika-İsrail mərkəzinin yaradılması yolunda qanunun qəbul edilməsinin vacibliyini qeyd edib.

Məlumatda qeyd edilib ki, Jake Auchincloss öz köməkçiləri ilə birlikdə ChatGPT-ya yuxarıda qeyd edilmiş qanunun qəbulu istiqamətində “Nümayəndələr Palatasında çıxış üçün 100 sözdən ibarət mətnin tərtib edilməsi” tapşırığını veriblər. Məlumata əsasən süni zəka əsaslı çat-botun reallaşdırdığı bir neçə cəhddən sonra Nümayəndələr Palatasında çıxış üçün uyğun olan mətn seçilib. “Süni zəka ümumi təyinatlı və hər bir sektorda fundamental texnologiya ola bilər. Dünən mən, süni zəka tərəfindən tərtib edilmiş mətn vasitəsilə Konqresdə çıxış etdim. Siyasətçilər məqsədyönlü və aktiv olmalıdırlar” - deyə Jake Auchincloss qeyd edib.

Qeyd etmək lazımdır ki, barəsində son zamanlarda çox danışılan ChatGPT çat-botunun uğurlu olması öz növbəsində OpenAI şirkətinə külli miqdarda investisiyaların yatırılmasına gətirib çıxarıb. Hələ keçən həftə məlum oldu ki, Microsoft şirkəti OpenAI ilə əməkdaşlığını daha da genişləndirib və bu əməkdaşlıq çərçivəsində Microsoft OpenAI-ya milyardlarla dollar investisiya yatıracaq. Bəzi məlumatlara əsasən növbəti illər ərzində Microsoft tərəfindən OpenAI-ya ümumilikdə 10 milyard dollar investisiya təqdim ediləcək.

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər üzrə komitəsi TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin gələn ay səsverməyə çıxarılmasını planlaşdırır. Sözügedən qanun layihəsi Ağ ev-ə siyasi üstünlüklər verəcək və o, həmin siyasi üstünlüklərdən istifadə edərək TikTok-u ABŞ-da qadağan edə bilər. “Bu tətbiqin Çin hökuməti üçün bizim telefonlarımıza giriş üsulu olması ilə bağlı narahatedici hallar var” - deyə komitənin rəhbəri Michael McCaul qeyd edib. Qeyd etmək lazımdır ki, TikTok-un ABŞ ərazisində bloklanmasına hələ ölkənin keçmiş prezidenti Donald Trump və onun administrasiyası nail olmağa çalışırdı.

Lakin ABŞ-ın keçmiş prezidentinin qərarları ABŞ məhkəməsində ləğv edilmişdi. Joe Biden isə hakimiyyətə gələndən sonra onun administrasiyası bu məsələni ümumiyyətlə aradan qaldırdı. Yeniyetmələr arasında çox məşhur olan bir tətbiqi qanun səviyyəsində qadağan etmək heç də asan olmayacaq. Bu məsələdə Konqresin hər iki palatasında ciddi maneələr olacaq. TikTok-un ABŞ üzrə istifadəçi kütləsi 100 milyona bərabərdir. Son 3 il ərzində TikTok administrasiyası Vaşinqtona sübut etməyə çalışır ki, o, amerikalı istifadəçilərin konfidensial məlumatlarına sahib deyil və Pekin sosial şəbəkədəki kontentləri heç cür manipulyasiya edə bilməz.

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən janrda musiqi tərtib etməyi bacarır. Məlumatda qeyd edilib ki, şirkət MusicLM-in təlimatlandırılmasında ümumilikdə 280 000 saat təşkil etmiş müxtəlif audio kontentdən istifadə edib. Google tərəfindən təqdim edilmiş bu süni zəka əsaslı alqoritmin çalışma prosesində olan əsas diqqət çəkən məqam ondan ibarətdir ki, o, müxtəlif musiqi janrlarının və alətlərinin kombinasiyasını reallaşdırmaqla yanaşı həmçinin abstrakt fikirlərin mətn formatında təqdim edilmiş təsvirləri əsasında musiqiləri tərtib edə bilir. Məsələn, MusicLM özündə kosmik melodiya ilə reggeton (1990-cı illərin sonlarında Puerto-Rikoda yaranmış musiqi və rəqs üslubu) rəqs musiqisini birləşdirmiş mahnını tərtib edə bilib.

İstifadəçi bu və ya digər musiqinin tərtib edilməsi üçün hər hansısa fotonu təsvir edə və ya planlaşdırılan musiqini oxuya bilər. Bununla belə sözügedən alqoritm ideal nəticələrin əldə edilməsi mərhələsindən hələ çox uzaqdır. Belə ki, alqoritm tərəfindən tərtib edilmiş bəzi musiqilər qəribə səslənir və onların vokal hissələrini ümumiyytlə anlamaq mümkün deyil. Bununla yanaşı Google şirkəti MusicLM-i açıq şəkildə istifadəçilərə təqdim etməyə tələsmir. Belə ki, şirkət müəllif hüquqları ilə bağlı məhkəmə proseslərində iştirak etmək niyyətində deyil. Çünki alqoritm tərəfindən tərtib edilmiş bu və ya digər musiqidə bir-iki not kifayət edir ki, şirkətə qarşı məhkəmə iddiası qaldırılsın.