Laporta Koutinyonu klubda istəmir

"Barselona" futbolçusu Filippe Koutinyonu (Philippe Coutinho) satmaq fikrindədir. 
 
AzxeberSport xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 
 
Xəbərə görə, Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta 29 yaşlı braziliyalının bu qış klubu tərk etməsini istəyir. 
 
Qeyd edək ki, Koutinyo 2018-ci ildən "Barselona"nın futbolçusudur. Ancaq 2019-2020-ci illər mövsümünü icarə əsasında "Bayern Münhen"də keçirib. 
Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar