Ötən il Azərbaycanda baş verən yanğın hadisələrinin statistikası açıqlanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 2022-ci il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2095 olub.
Yanğın hadisələri zamanı 51 nəfər həlak olub, 219 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 34 faiz, xəsarət alanlar üzrə 74 nəfər və ya 70 faiz çoxdur.
2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır.
Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.
Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1337 monitorinq aparılıb.
Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır.
İranda zəlzələdən sonra həmyerlilərimiz fəryad edir.
https://t.me/mouzeiran/2466
“Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Lent.az-a verilən xəbərə görə, İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: [email protected]
WEBSITE: tabriz.mfa.gov.az”.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 10 nəfər, o cümlədən Sabirabad rayonunun Qalağayın kəndində “Mercedes” markalı minik avtomobili və “KamАZ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Türkiyədə yayımlanan "Yemekteyiz" proqramının aparıcısı Zühal Topal istrahətə yollanıb.
Lent.az xəbər verir ki, o, ailəsi və dostları ilə Maldiv adalarına gedib.
46 yaşlı aparıcı fit görünüşü ilə ağ bikinidə pozalar verərək, foto çəkdirib. Fotoları "Instagram" hesabında paylaşan Zühala izləyiciləri "gənclərə acıq verirsən", "gənclərdən daha cavansan" və s. kimi şərhlər yazıblar.
Fotoları təqdim edirik:
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 10 nəfər, o cümlədən Sabirabad rayonunun Qalağayın kəndində “Mercedes” markalı minik avtomobili və “KamАZ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Braziliyada futbol komandasını daşıyan avtobus körpüdən aşıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qəza nəticəsində 4 nəfər ölüb.
Faciə Minas-Jerais ştatının Alen Paraiba şəhəri yaxınlığında, ölkənin şimal-şərqi ilə cənubunu birləşdirən ən uzun federal magistralda baş verib. Avtomobil 10 metr hündürlükdə olan körpüdən uçaraq damın üstünə düşüb.
Avtobusda Rio-de-Janeyrodan olan “Esporte Clube Vila Maria Helena” gənclər komandasının 28 futbolçusu, həmçinin dörd məşqçi və bir sürücü olub. Oyunçular bir gün əvvəl 18 yaşadək kateqoriyada qalib gəldikləri və 16 yaşadək idmançılar arasında finalçı olduqları həvəskar turnirdən qayıdırmışlar.
Ölənlər arasında bir gənc və 14-17 yaşlı üç yeniyetmə var. Daha 28 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi də bildirilir.
“Barbaros Hayreddin Sultanın Fermanı” serialında çəkilən türkiyəli məşhur aktyor Tolgahan Sayışmanın başına xoşagəlməz hadisə gəlib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün döyüş səhnəsi zamanı aktyorun topuğu əzilib və əli kəsilib. Tolgahan Sayışman tez bir zamanda xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, aktyorun vəziyyəti stabildir.
Yanvarın 30-da ölkədə qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
İtaliyalı baş məşqçi Cennaro Qattuzo “Valensiya”dan ayrılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bununla bağlı komandanın bəyanatında bildirilib. Bəyanatda, "Klub baş məşqçi kimi bu aylar ərzində göstərdiyi öhdəliyə və çalışdığına görə, məşqçiyə təşəkkür edir və ona gələcək həyatında uğurlar arzulayır", - qeyd olunub.
"Valensiya" 20 xalla La Liqa cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
İtaliyalı baş məşqçi Cennaro Qattuzo “Valensiya”dan ayrılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bununla bağlı komandanın bəyanatında bildirilib. Bəyanatda, "Klub baş məşqçi kimi bu aylar ərzində göstərdiyi öhdəliyə və çalışdığına görə, məşqçiyə təşəkkür edir və ona gələcək həyatında uğurlar arzulayır", - qeyd olunub.
"Valensiya" 20 xalla La Liqa cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Sağlam həyat tərzi yaddaş itkisini ləngidir.
Lent.az bildirir ki, Çinin CGTN kanalında yer alan xəbərə görə, Çin Milli Psixi və Nevroloji Xəstəliklər Mərkəzi və digər tibb elmləri institutlarının tədqiqatçıları normal koqnitiv qabiliyyətə malik, 49 faizi 60 yaşdan yuxarı qadın olan 29 min adamı 10 il ərzində müşahidə ediblər.
2009-cu ildə tədqiqatın başlanğıcında iştirakçılar müxtəlif yaddaş funksiyaları və Alzheimer xəstəliyi üçün sınaqdan keçirilib.
Testlər iştirakçıların təxminən 20 faizinin Alzheimer risk genini daşıdığını göstərib.
2012, 2014, 2016 və 2019-cu illərdə müşahidı edilən iştirakçılar sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, aktiv sosial əlaqələr, koqnitiv fəallıq, siqaret çəkməmək və heç vaxt spirtli içki qəbul etməmək kimi 6 sağlam həyat tərzi faktoru çərçivəsində təhlil olunub.
10 illik təqib zamanı 7164 iştirakçı dünyasını dəyişib, 3567 nəfər isə müxtəlif səbəblərdən araşdırmanı tərk edib.
Tədqiqatda uyğun və orta həyat tərzinə malik olan iştirakçılar Alzheimer risk geninin daşıyıcısı olsalar belə, mənfi həyat tərzi olanlara nisbətən daha yavaş yaddaş itkisi yaşayıblar. Yaddaşa ən çox müsbət təsir göstərən amilin sağlam qidalanma olduğu bildirilib.
Həmçinin aktiv idrak fəaliyyəti, müntəzəm fiziki məşq, fəal sosial qarşılıqlı əlaqə, siqaret çəkməmək və spirtli içki qəbul etməmək öz növbəsində yaddaşa müsbət təsir göstərir.
Araşdırma “British Medical Journal”da dərc olunub.
Türkiyədə ər boşanma əsnasında olan arvadını öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbulda, Turqutrəis məhəlləsində qeydə alınıb. 45 yaşlı Serdar Semiz küçədə boşanma ərəfəsində olduğu arvadı 37 yaşlı Canan Semizi odlu silahla qətlə yetirib.
Daha sonra o, baldızı Ülkü Uza Canan öldü mesajını göndərib.
Ülkü Uzun sözlərinə görə, onun bacısı qızı 16 yaşlı S.S Serdarın qardaşları Gökhan və Sezer tərəfindən istismar edilib. Qətl isə naməlum şəxsin Serdara zəngindən sonra baş verib. Belə ki, kimsə, Serdara zəng edərək, arvadı haqqında mənfi məlumatlar verib. O da əsəbi halda odlu silahla küçəyə çıxaraq, arvadını öldürüb.
Serdar Semiz saxlanılıb. Araşdırmalar davam edir.
Tükiyəli məşhur aktrisa Funda Eryiğit ilə rejissor sevgilisi Berkun Oya ailə qurmağa hazırlaşır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın günlərdə evliliyə hazırlaşan aktrisa hamilə olduğunu öyrənib.
Funda Eryiğit sosial şəbəkədə hamiləliyindən ilk fotosunu paylaşıb.
Qeyd edək ki, cütlük iki ildir ki sevgilidir.
Qusarda narkotikin təsirində olan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Qusar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.
Z.Vəlimətovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.
Bakıda yeniyetmə oğlan itkin düşüb.
Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 14 yaşlı Rəhmətulin Nihat Sənan oğlu yanvarın 27-də saat 22 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası İ. Məmmədova Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində müraciətində bildirib. Onun sözlərinə görə, oğlu əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxıb və geri qayıdıb.
Hazırda adı çəkilən şöbədə axtarış tədbirləri keçirilir.
Dietoloq Anton Burkin soyuq havalarda insan orqanizmi üçün ən faydalı, vitamin və qidalandırıcı məhsulların adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloq bildrib ki, xurmanın tərkibində yod, A və C vitaminləri, kalsium, xrom və maqnezium var.
Onun sözlərinə görə, tərkibndə qlükoza çox olduğuna görə xurma şəkərli diabetdən əziyyət çəkən insanlar üçün əks göstərişdir.
Dietoloq tərkibində D vitamini və orqanizmdə metabolik prosesləri sürətləndirən və pis xolesterinin əmələ gəlməsini maneə törədən sinefrin olan naringilərin faydalarından da danışıb:
“Naringinin yüksək kalium və aşağı natrium tərkibi də qan təzyiqini tarazlamağa kömək edir. Naringi A vitamini və karotenoidlərlə zəngin bir meyvə olduğundan gözü sarı ləkə xəstəliyindən qoruyur. Eyni zamanda gözdəki təzyiqi azaldaraq göz sağlamlığına qoruyucu təsir göstərir".
Şamaxıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Burada 39 yaşlı Abdullayev Daşqın Eldar oğlu yaşadığı evdə tüfənglə atəş açaraq, özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.