Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Marja xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı əsnasında Şarl Mişel 2023-cü il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub.
Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.
Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.
Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat məlumatı
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.
Məlum olduğu kimi, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.
Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.
Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir.
Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.
Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.
Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.
Müdafiə Nazirliyinin məlumatı
Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.
Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.
Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı olub.
Danışıq zamanı Qarabağdakı son vəziyyəti müzakirə edilib.
Mişel Avropa İttifaqının normallaşma prosesinə, regionda sülh və sabitliyi inkişaf etdirməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellin Ermənistanın baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub.
Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Bildirilib ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.
Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.
Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Türkiyənin "Ziraat Bankası" 2,5 milyard türk lirəsi (TL) kapitalla "Ziraat Dinamik Banka AŞ" adlı bank yaradır.
Marja xəbər verir ki, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) "Ziraat Dynamic Bank AŞ" adlı rəqəmsal bankın yaradılmasına icazə verib.
Bankın təsisçiləri "Ziraat Bankası AŞ", "Ziraat Gayrimenkul Yatırım Ortaklığı AŞ", "Ziraat Girişim Sermayesi Yatırım Ortaklığı AŞ", "Ziraat Yatırım Menkul Değerler AŞ" və "Ziraat Teknoloji AŞ"-dir.
Həmçinin BDDK, Hardan Ayyed, Mohammed Noori Ayyed, Noor Ayyed, Vadeea Ayyed və Vedat Ayyed tərəfindən Türkiyədə 600 milyon TL sərmayə ilə "Asır Yatırım Bankası AŞ" adlı bir investisiya bankı qurulmasına icazə verib.
Bunlardan başqa BDDK, "Hayat Finans Katılım Bankası AŞ"yə əməliyyat lisenziyası verilib. Bu banka 21 aprel 2022-ci ildə təsis icazəsi verilmişdi.
ABŞ prezidenti Co Bayden ölkənin bank sektorundakı vəziyyətlə bağlı narahatlığı anladığını, lakin bu sektorda gözlənilən “partlayış” əlaməti görmədiyini bildirib.
"Məncə, vəziyyətin sadəcə olaraq sakitləşməsi üçün müəyyən vaxt lazımdır, lakin mən üfüqdə bu sektorun "partlayacağına" dair heç nə görmürəm. Bununla belə, narahatlıqların olduğunu başa düşürəm. Orta seqment banklar bundan sağ çıxa bilməlidirlər. Düşünürəm ki, qalanlar bunu bacaracaqlar”, - Bayden Kanadanın Baş naziri Castin Trüdo ilə keçirdiyi mətbuat konfransında deyib.
ABŞ-ın bank sektorunda problemlər martın 10-da ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını bağlandıqdan sonra başlayıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğu idi.
Ekspertlərin hesablamalarına görə, ABŞ hökumətinə böhranı sabitləşdirmək üçün ən azı 2 trilyon dollar lazımdır və hakimiyyət struktur problemini həll etməmiş daha 50 bank müflis ola bilər.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 23 mart 2023-cü il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı mediaya açıqlama verib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir.
"Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir.
Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb.
Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə isə qeyd etmək istərdik ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.
Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır.
Bir daha, Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır".
Rublun məzənnəsinə təzyiq göstərən əsas amillər sıralanıb.
Marja.az xəbər verir ki, amillər aşağıdakılardır:
- geosiyasi risklər;
- Rusiyanın büdcə kəsiri;
- sanksiyalar (neftin qiymətinin tavanı daxil);
- ABŞ Mərkəzi Bankının (FED) yüksək faizləri səbəbindən aşağı neft qiymətləri;
- ABŞ-da inkişaf edən bank böhranı fonunda tənəzzül gözləntiləri.
Yuxarıda göstərilən amilləri nəzərə alınaraq hələ də rublun ucuzlaşacağı gözlənilir. Aprelin 1-nədək dolların 78,30 rubl, avronun 85 rubl, yuanın 11,50 rubl səviyyəsində olması kifayət qədər real hesab edilir.
Keçən həftə rubla aşağıdakılar təsir edib:
- Çin sədri Si Cinpinin Rusiyaya səfəri;
- vergi tutulan dövr;
- ABŞ bank sektorunda gərginliyin azaldılması;
- ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq qərarından sonra dolların ucuzlaşması.
FED uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 5%-ə çatdırıb. Mərkəzi Bank öz qərarı ilə aydınlaşdırıb ki, bankların problemlərinə baxmayaraq, inflyasiya ilə mübarizə davam etdirilməlidir. İnvestorlar uçot dərəcəsinin artırılmasını əhəmiyyətsiz saydıqları üçün dollar təzyiq altına düşüb. Dollar indeksi 101,55 bəndədək geriləmiş, Dollar/rubl məzənnəsi 75,71 rubladək düşmüşdü.
"Faiz dərəcələrinin artması səhmləri, istiqrazları, daşınmaz əmlakı və ABŞ dollarını ucuzlaşdıracaq".
Marja xəbər verir ki, bunu amerikalı maliyyə şərhçisi və investor Robert Kiyosaki bildirib.
Martın 22-də ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faizlərini 0,25 faiz bəndi artıraraq 4,75% - 5%-ə qədər artırıb. Bu, 2006-cı ildən bəri ən yüksək səviyyədir.
"FED sədri Pauel hər şeyi məhv etdi. Faizlərin artırılması səhmləri, istiqrazları, daşınmaz əmlakı və ABŞ dollarını aşağı salacaq. Sonra nə olacaq? Sonrakı çöküş, kapitallaşması bir katrilyon dollar olan törəmə alətlər bazarında (fyuçers, opsionlar və s. - red) baş verəcək. Bir katrilyon min trilyona bərabərdir. Allah dünyamıza rəhmət eləsin" - deyə o, Twitter- də yazıb .
Martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını (SVB) bağladılar. Bu, 2008-ci il böhranından sonra ABŞ-da maliyyə institutunun ən böyük iflası idi. Bundan əlavə, səlahiyyətlilər sistemli risklərə görə Nyu-Yorkda yerləşən nəhəng Signature Bank-ı bağladılar. Ardınca kripto yönümlü Silvergate bankının bağlandığı da məlum oldu.
ABŞ Mərkəzi Bankının (FED) yaydığı yazılı açıqlamada bankın 2022-ci il üçün gəlir və xərclərinə dair məlumatlar paylaşılıb.
Marja xəbər verir ki, FED-in xalis mənfəəti faiz xərclərinin artması səbəbindən keçən il 49,1 milyard dollar azalaraq 58,8 milyard dollar olub.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Bankın ABŞ Xəzinədarlığına köçürdüyü mənfəət 2022-ci ildə əvvəlki illə müqayisədə 33 milyard dollar azalaraq 76 milyard dollar olub.
Keçən ilin sonuna olan məlumata görə, FED-in cəmi aktivləri 2021-ci ilin sonu ilə müqayisədə 187 milyard dollar azalaraq təxminən 8,6 trilyon dollara düşüb.
Digər tərəfdən, FED-in 12 filialının əməliyyat xərcləri 2022-ci ildə 9,2 milyard dollar təşkil edib.
Almaniya kansleri Olaf Şolz , Brüsseldə keçirilən Avropa Birliyi (AB) Liderlər Zirvəsi sonunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Marja-nın məlumatına görə, Scholz bildirib ki, AB liderləri bugünkü görüşlərində qlobal bazarlardakı son hadisələri və Avropa ölkələrindəki vəziyyəti müzakirə ediblər.
Avropa bank sisteminin sabit olduğunu vurğulayan Şolz, AB-də bankların ciddi nəzarətə tabe olduğunu və güclü kapital qaynaqlarına malik olduğunu bildirib.
Jurnalistin Almaniya federal hökumətinin Almaniyanın ən böyük bazar payı bankı olan Deutsche Banka təcili yardım təklif edə biləcəyi ilə bağlı sualına Şolz belə cavab verib: “Heç nədən narahat olmağa ehtiyac yoxdur”.
Şolz, "Deutsche Bank biznes modelini modernləşdirərək tamamilə yenidən strukturlaşdırdı və çox gəlirli bir bankdır" şərhini edib.
Deutsche Bank-ın səhmləri FED-in son faiz artımasından sonra bank sistemindəki stressin artmağa davam etməsi səbəbindən kəskin şəkildə ucuzlaşıb.Bankın səhminin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.
Almaniyanın digər bankı Commerzbank-ın səhmləri də 5 faizdən çox ucuzlaşıb.
Deutsche Bank və Commerzbank səhmləri ABŞ-da Silikon Vadisi Bankının iflası və təxminən iki həftə əvvəl bank böhranının başlamasından sonra 25 faizdən çox dəyər itirib.
İsveçrənin Credit Suisse bankında baş verən hadisələr, ABŞ-da Silicon Valley Bank (SVB) və Signature Bank-ın iflası qlobal bank sektorunun sağlamlığı ilə bağlı narahatlıqları artırıb, bu narahatlıqlar17 Martdan etibarən Avropa banklarını təzyiq altında qoyub.
Rəqib UBS tərəfindən Credit Suisse-ə təcili yardım göstərildikdən sonra belə bir çox investorlar böhranının digər maliyyə institutlarına yayılacağından narahatdırlar.
Avropada UBS və Credit Suisse arasındakı sövdələşmənin nominal dəyəri 16 milyard frank (17,3 milyard dollar) olan subordinasiyalı borc aləti olan AT1 istiqrazlarını sildikdən sonra banklar təzyiqə məruz qalıb. Bankların istiqraz qiymətləri təzyiq altında olduğu üçün Avropa bazarlarında volatilliyə səbəb olub.
UBS, Societe Generale kimi digər böyük maliyyə qurumlarının CDS də bu gün yüksəlib.
Avropa Mərkəzi Bankının (ECB) sədri Christine Lagarde bank sisteminin güclü olduğunu və inflyasiyanın 2 faizə qaytarılmasında qərarlı olduqlarını bildirib.
Ford, 5,6 milyard dollarlıq investisiya ilə həyata keçirdiyi "BlueOval City" zavodunda elektrik yük maşınları istehsal edəcəyini açıqlayıb.
İldə 500 min ədəd elektrik avtomobili istehsal gücünə malik zavodda ilk elektrik yük maşınının 2025-ci ildə xəttdən çıxması planlaşdırılır.
İnvestisiya ilə bağlı Ford İdarə Heyətinin sədri Bill Ford deyib: “BlueOval City Ford-un dünyanın elektrik gələcəyi üçün planıdır”.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatı:
Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatı (CMA) Microsoft-un Activision Blizzard-ı alması ilə bağlı apardığı araşdırmanı yekunlaşdırmaqdadır. Təşkilat satınalmanın rəqabətə zərər verməyəcəyini açıqlayıb.
Marja xəbər verir ki, əvvəlki hesabatında Microsoft-un Activision Blizzard-ı 69 milyard dollara satın almasının rəqabətə mənfi təsir göstərə biləcəyindən "narahat olduqlarını" qeyd edən CMA, son hesabatında satınalmanın rəqabətə zərər verəcəyinə "inanmadıqlarını" bildirib.
CMA-nın son hesabatını şərh edən Microsoft sözçüsü deyib: "Biz CMA-nın ciddi və hərtərəfli araşdırmasını yüksək qiymətləndiririk. Bu razılaşma daha çox oyunçuya Call of Duty-də və onların sevimli oyunlarını necə oynayacaqlarında daha çox seçim verəcək. Biz hər hansı mühüm narahatlığı həll etmək üçün CMA ilə işləməyi səbirsizliklə gözləyirik"
CMA-nın satınalma ilə bağlı davam edən araşdırmasının yekun hesabatının 26 aprel 2023-cü il tarixinə qədər dərc olunması gözlənilir.
Xbox-ın sahibi olan Microsoft, 2022-ci ilin yanvarında oyun sənayesi tarixində ən böyük alış sövdələşməsində Activision-u 68,7 milyard dollara almağa razılaşdığını açıqlayıb. Bu açıqlamadan sonra tənzimləyici orqanlar, o cümlədən Britaniya Rəqabət və Bazarlar İdarəsi Microsoft-un Activision Blizzard-ı satın almasının rəqabətə mənfi təsir göstərə biləcəyindən narahat olduqlarını bildirmişdilər.
8 dekabr 2022-ci ildə ABŞ Federal Ticarət Komissiyası (FTC) alışı dayandırmaq üçün şikayət etmişdi.
Wall Street-in əsas indeksləri cümə günü aşağı düşüb, çünki investorlar rəsmilərin zəmanətlərinə baxmayaraq bank sektorunda yoluxmanın tam qarşısının alınmadığına dair artan narahatlıqlar səbəbindən riskli aktivlərdən qaçırlar.
Marjanın məlumatına görə, ABŞ-ın maliyyə naziri Janet Yellen cümə axşamı günortadan sonra bildirib ki, amerikalıların əmanətlərini təhlükəsiz saxlamaq üçün tədbirlər görüləcək. Lakin bankların kreditləşməni məhdudlaşdıracaqları və bunun iqtisadiyyatları ciddi tənəzzülə sürükləyə biləcəyi gözlənilir. Buna görə investorların əhval-ruhiyyəsi pisləşib.
Mərkəzi banklar insanların narahatlığını aradan qaldırmağa çalışırlar, lakin insanların tam sabitliyin olduğuna hələ də əmin deyillər.
JPMorgan Chase & Co, Wells Fargo və Bank of America kimi əsas ABŞ banklarının səhmləri erkən ticarətdə 1% - 2% arasında ucuzlaşıb.
Regional banklar - First Republic Bank, PacWest Bancorp, Western Alliance , Bancorp və Truist Financial Corp-un səhmləri 1%-dən 5%-ə qədər ucuzlaşıb.
Əvvəlki sessiyada 2020-ci ilin sonundan bəri ən aşağı səviyyəyə çatan S&P 500 bank indeksi və KBW regional bank indeksi müvafiq olaraq 1,6% və 1,2% azalıb.
ABŞ-ın Credit Suisse və UBS ilə bağlı araşdırmalar apardığına dair xəbər əhval-ruhiyyəni daha da pisləşdirdikdən sonra Avropa bankları da təzyiqə məruz qalıb. Onların ABŞ-da siyahıya alınmış səhmləri müvafiq olaraq təxminən 5,4% və 4,1% ucuzlaşıb.
Deutsche Bank- ın səhmləri bankın kredit defolt svoplarının dörd ilin ən yüksək səviyyəsinə çatmasından sonra 10%-dən ucuzlaşıb.
Fed-in iki regional bankının iflasından qaynaqlanan qlobal bank böhranı başlayıb. Treyderlər may ayında FED-in faiz artırmağa fasilə verəcəyini gözləyirlər.
FED-in Atlanta şöbəsinin sədri Raphael Bostic və Sent-Luis şöbəsinin sədri Ceyms Bullard bank sektorunun gərginliyinə baxmayaraq, inflyasiyanın aşağı salınmasının mərkəzi bankın prioriteti olduğunu bildiriblər.
ABŞ Mərkəzi Bankının (FED) son faiz artırmasından sonra bank sistemindəki stress artmaqda davam edir.
Marja xəbər verir ki, böyük maliyyə təşkilatı Deutsche Bank-ın səhmləri Almaniyanın Frankfurt Fond Birjasında 11,7% ucuzlaşıb.
Marja xəbər verir ki, bunu ticarət platformasının saytında dərc olunan məlumatlar göstərir.
Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, Deutsche Bank səhmləri 11.68% ucuzlaşıb və 8,25 avroya düşüb. Commerzbank səhmləri 8,50% dəyər itirib.
Deutsche Bank-ın səhmləri son üç gündə təxminən 13 faiz dəyər itirib.
Deutsche Bankın səhmlərinin ucuzlaşması defolt riskindən sığortalanma qiymətində kəskin artımdan sonra sürətlənib. Kredit defolt svopunun (credit default swap - CDS) kəskin artması avrobankların sabitliyi ilə bağlı ən mühüm qorxudur.
Deutsche Bank-ın istiqrazlarının CDS xərci son üç gündə təxminən 35 faiz artaraq 190 bəndə yaxınlaşıb.
ABŞ-da Silicon Valley Bankın (SVB) və Signature Bank-ın iflası, İsveçrənin Credit Suisse bankında baş verən hadisələr qlobal bank sektorunun sağlamlığı ilə bağlı narahatlıqları artırıb, bu narahatlıqlar isə 17 Martdan etibarən Avropa banklarını təzyiq altında qoyub.
Avropada Stoxx 600 Bankinq İndeksi martın 15-dən bəri təxminən 10 faiz düüşb.
İsveçrənin Credit Suisse bankına inamın azalması böhranı qlobal maliyyə bazarlarında şok dalğaları yaradıb. UBS martın 19-da mərkəzi bankın dəstəyi ilə Credit Suisse-i 3 milyard frank almağa razılaşıb.
Avropada UBS və Credit Suisse arasındakı sövdələşmənin nominal dəyəri 16 milyard frank (17,3 milyard dollar) olan subordinasiyalı borc aləti AT1 istiqrazını sildikdən sonra banklar təzyiqə məruz qalıb.
Bankların istiqraz qiymətləri təzyiq altında olduğu üçün Avropa bazarlarında volatilliyə səbəb olur. AT1 istiqrazları 2008-ci ildə qlobal maliyyə böhranından sonra bankların iflası nəticəsində yaranan şokları "udmaq" üçün Avropada satışa çıxarılsa da, bu istiqrazlar böhran dövründə banklar üçün əlavə bufer təmin etmək məqsədi daşıyırdı.
Avropada AT1 istiqraz bazarının həcminin təxminən 250 milyard avro olduğu bilinir.
İndiyə qədər AT1 istiqrazları Avropada yalnız bir dəfə silinib: 2017-ci ildə İspaniyanın Santander Bankı müflis olan rəqibi Banco Popular-ı 1 avroya aldıqda.
ABŞ Mərkəzi Bankının (FED) son faiz artırmasından sonra bank sistemindəki stress artmaqda davam edir.
Marja xəbər verir ki, böyük maliyyə təşkilatı Deutsche Bank-ın səhmləri Almaniyanın Frankfurt Fond Birjasında 11,7% ucuzlaşıb.
5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Marja xəbər verir ki, bunu ticarət platformasının saytında dərc olunan məlumatlar göstərir.
Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, Deutsche Bank səhmləri 11.68% ucuzlaşıb və 8,25 avroya düşüb. Commerzbank səhmləri 8,50% dəyər itirib.
Deutsche Bank-ın səhmləri son üç gündə təxminən 13 faiz dəyər itirib.
Deutsche Bankın səhmlərinin ucuzlaşması defolt riskindən sığortalanma qiymətində kəskin artımdan sonra sürətlənib. Kredit defolt svopunun (credit default swap - CDS) kəskin artması avrobankların sabitliyi ilə bağlı ən mühüm qorxudur.
Deutsche Bank-ın istiqrazlarının CDS xərci son üç gündə təxminən 35 faiz artaraq 190 bəndə yaxınlaşıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatı:
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.
Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.
Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.