Azərbaycanın Zəfər Günü münasibətilə Hindistanda tədbir təşkil olunacaq

Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Naqif Həmzəyev oktyabrın 28-dən 31-dək Dehli şəhərində səfərdə olacaq. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a bildirilib ki, deputat ölkəmizin Hindistandakı səfirliyi və Hindistan Gənc Liderlər Konfederasiyası tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Vətən müharibəsində qazanılan Qələbənin ildönümü münasibətilə təşkil olunmuş tədbirə qatılacaq. Oktyabrın 29-da keçiriləcək tədbirdə Hindistanın dövlət qurumlarının nümayəndələri, parlamentin üzvləri, ictimai fəallar və KİV nümayəndələri iştirak edəcəklər.

Səfər çərçivəsində Naqif Həmzəyevin Hindistan parlamentində bir sıra görüşləri də nəzərdə tutulur.
 

 

Mənbə:
0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar