Baydendən Ermənistana TAM DƏSTƏK məktubu

“ABŞ Bakıdakı erməni əsirlərin azad edilməsi üçün addımlar atmağa davam edəcək”.

ONN media xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi məktubunda ​​bildirib.
Bayden son bir il ərzində erməni xalqının ciddi problemlərlə üzləşdiyini, Qarabağdakı döyüşlərin faciəli insan tələfatlarına səbəb olduğunu qeyd edərək “”Erməni xalqının kədərini bölüşərək, ATƏT-in Minsk Qrupu çərçivəsində və digər regional formatlarda hökumətinizlə əl-ələ verərək regional sabitliyi təmin etmək və münaqişəni həll etmək üçün çalışacağıq” deyə Bayden vurğulayıb.
O xatırladıb ki, hər iki ölkəni tarixi əlaqələr birləşdirir, eyni zamanda ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verən erməni əsilli 1,5 milyon amerikalı var. Bayden yazıb ki, bu il İrəvan və Vaşinqton diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər.
Prezident qeyd edib ki, Amerika Birləşmiş Ştatları demokratik təsisatların gücləndirilməsi, insan haqlarının təşviqi, korrupsiya ilə mübarizə və qanunun aliliyinin təmin edilməsində Ermənistana dəstəyi davam etdirməyə hazırdır.
Ağ Evin rəhbəri Vaşinqtonun koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirəkər ABŞ-ın artıq Ermənistana 14,2 milyon dollardan çox vəsait ayırdığını qeyd edir.
Öz növbəsində, ABŞ dövlət katibi Entoni Blinken təbrik mesajında ​​qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla, Dağlıq Qarabağın uzunmüddətli siyasi həlli ilə bağlı danışıqlarda tərəflərə kömək etməyə sadiqdir”. O, Vaşinqtonun bütün məhbusların azad edilməsi və itkin düşənlərin axtarışı da daxil olmaqla, hərbi əməliyyatların humanitar nəticələrini aradan qaldırmağa hazır olduğunu qeyd edib.

Mənbə:
0
346
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar