Erməni terrorçu yenidən açılmış “27 Oktyabr” işi üzrə dindirilib

Hələ 2010-cu ildən psixotrop dərmanlardan istifadə edən “27 Oktyabr” qruplaşmasının rəhbəri Nairi Hunanyan “27 Oktyabr” cinayət işinin yenidən açılmış hissəsi çərçivəsində dindirilib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorunun KİV-lər üzrə müşaviri Qor Abrahamyan bildirib.

O qeyd edib ki, cinayət işi üzrə Nairi Hunanyan, Karen Hunanyan və digər məhkumlar da daxil olmaqla ümumilikdə 10-a yaxın şəxs dindirilib.

“Bir neçə versiya hazırlanıb və irəli sürülüb, istintaq planı hazırlanıb, buna əsasən də istintaq davam edir”, - deyə Abrahamyan vurğulayıb.

Alpər Mövludoğlu
 

Mənbə:
0
23
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar