Hafiz Hacıyevin səhhəti qəfildən pisləşdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Partiya sədri siyasi fəaliyyətinə ara verib. Hətta mətbuatla təmaslarını da dayandırıb.

Yenisabah.az Hafiz Hacıyevin səhhəti ilə maraqlanıb. Siyasətçi saytımıza açıqlamasında özünü pis hiss etdiyini desə də, hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb. Hafiz Hacıyev danışmağa çətinlik çəkdiyi üçün ölkənin siyasi gündəminə qarşı suallarımızı cavablandırmaqdan imtina edib.

Xatırladaq ki, səhhəti ilə əlaqədar uzun müddət Türkiyədə müalicə olunan MMP sədri Azərbaycana bir neçə gün əvvəl dönüb.

Mənbə:
0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar