“Ölkə ATƏT-in Minsk qrupunun çoxtərəfli formatı çərçivəsində əməkdaşlığı istisna etmir” - Tarasov

“Ərdoğanın bu dəfəki səfəri iki ölkə prezidentlərinin Zəngəzur dəhlizinin Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının təməl daşının qoyulması istəyi, eləcə də Füzulidə hava limanının açılış mərasimi ilə əlaqədardır”. Ordu.az xəbər verir ki, bunu öz məqaləsində qafqazşünas, siyasi şərhçi və “Regnum” agentliyinin redaktoru Stanislav Tarasov yazıb.

Tarasov qeyd edib ki, bir sıra ekspertlərin sözlərinə görə, bu səfərin səbəbləri başqadır.

“Məsələ burasındadır ki, Rusiya Prezidenti Vladimir Putin “Valday” Müzakirələr Klubunda çıxışı edərək Moskva-Ankara-Bakı-İrəvan qarşılıqlı münasibətlərindən keçən müəyyən prosesə eyham vurub”. - deyə Tarasov bildirib.

Ekspertin sözlərinə görə, Moskvanın ikinci prinsipial mövqeyi budur ki, ölkə ATƏT-in Minsk qrupunun çoxtərəfli formatı çərçivəsində əməkdaşlığı istisna etmir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
40
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar