Qarabağ erməniləri və azərbaycanlıların birgəyaşayışı ilə bağlı dövlət proqramı hazırlanır?

Silahlı insidentlərin yaşandığı bir məqamda, Qarabağ erməniləri və azərbaycanlıların birgəyaşayışı ilə bağlı dövlət proqramı hazırlanır?

Sosial şəbəkələrdə və mediada dolaşan məlumata görə, Azərbaycan hökuməti, Qarabağ erməniləri və azərbaycanlıların gələcək birgəyaşayışı ilə bağlı dövlət proqramı hazırayır.

Qarabağda silahlı insidentlərin yaşandığı bir məqamda, bu proqr am nə dərəcədə mümkündür və lazımdır?

Politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu mövzuda Bizimyol.info saytına danışan zaman bildirib ki, indiki mərhələdə aktual mövzu terroçuları zərərsizləşdirmək və onları məsuliyyətə cəlb etmək olmalıdır.

“Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Bu baxımdan da indi orada aktiv şəkildə inteqrasiya prosesi başlanmalıdır.

Bu prosesin əsas məqsədi ondan ibarətdir ki, orada Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan qanunlarına qarşı cinayət törətməyən insanlar üçün şərait yaradılsın və onlar Azərbaycan qanunvericiliyə uyğun olaraq, vətəndaşlığa qəbul olunsunlar.

Amma təbii ki, orada bu mövqeyə zidd olan dairələr, qurumlar, terror qruplarıda var. Çünki bu atəşlər, həmlələr, təxribatlar və s. həmin terrorçular tərəfindən həyata keçirilir.

Bu səbəbdən də Azərbaycan öz partnyorları yəni, Rusiya və Türkiyə ilə birgə xüsusilə manitorinq qrupunun texniki vasitələrini istifadə edərkən bu terror qrupları aşkar etməli, uzaqlaşdırmalı və cinayət məsuliyyətinə cəlb etməlidir.

Qarabağ erməniləri və azərbaycanlıların gələcək birgəyaşayışı ilə bağlı proqramın digər mərhələləri və sahələri ola bilər, amma indiki mərhələdə aktual mövzu terroçuları zərərsizləşdirmək və onları məsuliyyətə cəlb etməkdir”,-deyə bildirib.

Leyla Mirzə

Mənbə:
0
169
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar