Njdenin heykəli söküləcək!– “Sülhməramlılar etməsə də, Azərbaycan əsgəri...”

İkinci Qarabağ savaşından sonra aktual mövzulardan biri də erməni faşizminin banilərindən olan Qaregin Nijdenin Xocavənddə separatçılar tərəfindən ucaldılmış abidəsinin sökülməsi idi. Lakin müharibənin bitməsindən bir il keçməsinə baxmayaraq abidə hələ də yerindən tərpədilməyib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi analitik, politoloq Turab Rzayev bir sıra nüanslara toxunub:
 
"Qaregin Nijde böyük vətən müharibəsində Hitler cəbhəsində çalışıb, yeni bir faşist ideologiyasının əsasını qoyub. Faşist məktəbləri təşkil edən bir şəxsə heykəl qoyublar. Bu şəxs müharibə dövründə həm alman cəbhəsində döyüşüb, həm də faşist ideologiyasını təbliğ edib. Bu gün də Ermənistanda həmin ideologiyanın davamçıları var.Bu adam Qarabağda əlini azərbaycanlıların qanına boyayıb. Krımda yerli ermənilərin vasitəsi ilə kəşfiyyat xarakterli məlumatların götürülərək faşistlərə satılmasında iştirak edib. Belə bir şəxsə heykəl qoyulur, onun təntənəli yubileyi keçirilir".
 
 T.Rzayev bunun Azərbaycan xalqına tamamilə zidd olduğunu vurğulayıb:
 
"Maraqlıdır ki, həm Rusiya böyük vətən müharibəsindən qalib çıxdığını öz kontitusiyasına daxil edir, həm də Rusiya ilə müttəfiq olduğunu iddia edən Ermənistan Nijdeyə heykəl qoyur. Bu ziddiyyətli bir haldır.
 
Çox təəssüflər olsun ki, həmin heykəl hazırda da Xocavənddədir. Biz - Azərbaycan tərəfi heykəlin götürülməsini tələb edirik. Rusiya cəmiyyətində məsələyə qarşı fikir ayrılığı var. Onlarda da bir qisim şəxs bu addımla Ermənistanın faşizmi təbliğ etdiyini düşünür. Hər halda bütün məqamlar nəzərə alınaraq heykəl ordan götürülməlidir" .
 
Siyasi analitik ya müvəqqəti olaraq ərazidə yerləşdirilən rus sülhməramlılarının, ya da onlar ərazidən getdikdən sonra Azərbaycan ordusunun bu işi həyata keçirəcəyini diqqətə çatdırıb:"Gec ya tez o heykəl ordan söküləcək”.         
 
0
5024
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar