PAŞİNYAN “QAŞ DÜZƏLDƏN YERDƏ GÖZ ÇIXARDI”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Məlum olduğu kimi, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında İranı Ermənistanla əlbir olaraq, işğal olunmuş ərazilərimizdən 30 il ərzində narkotrafik üçün istifadə etməkdə günahlandırıb: “Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin narkotrafiklə bağlı ittihamlarına cavab verməyə çalışan Ermənistanın Baş naziri Nikol Paşinyan bir növ “qaş düzədən yerdə göz çıxarıb”.

Paşinyan deyib ki, müharibədən sonra Ermənistanın da İranla sərhəddə ələ keçirdiyi narkotiklərin həcmi, yəni ümumi narkotrafik dəfələrlə artıb:Biz İran hüquq-mühafizə orqanlarıl ilə narkotrafikə qarşı sıx əməkdaşlıq edirik. Biz də narkotik vasitələrin ələ keçirilməsi faktları və onların həcmi ilə bağlı rəqəmlər verə bilərik, hansı ki, müharibədən sonra bunlar 3-4 dəfə artıb”.

Özündən olsa, narkotrafikin artmasının başqa səbəblərlə bağlı olduğunu demək istəyən və bununla İranı müdafiə edən Paşinyan əslində, dolayısı ilə məhz işğal altında olan sərhədlərimiz azad olunandan sonra İran-Ermənistan sərhəd keçidi vasitəsilə İrandan daşınan narkotikin dəfələrlə artdığını etiraf edib.

Bu isə bir daha təsdiq edir ki, sərhədlərimiz ermənilərdən və İran rejiminin nəzarətindən təmizlənəndən sonra həmin ərazilər üzrə daşınan narkotiklər digər istiqamətlərdə - Azərbaycanın cənubdakı gömrük keçidi və Ermənistanla İran arasındakı keçidlə daşınmağa başlayıb. Çünki narkotrafikin dəfələrlə artmasını başqa cür izah etmək mümkün deyil. Axı, müharibədən sonrakı bir ildə Avropa bazarlarında nə baş verdi ki, narkotikə tələbat dəfələrlə artdı? Heç nə.

Deməli, daşınan narkotikin ümumi həcmi yox, daşınma marşrutu dəyişib. Və vaxtilə işğal altında olan ərazilərimizdən keçirilən narkotik vasitələr digər məlum marşrutlara yönəldildiyindən, həmin marşrutlardakı həcmlər artıb.

“AzPolitika.info”

Mənbə:
0
100
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar