Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa "Legiya"sında son 10 ilin bombardirləri siyahısına düşüb.

Sportinfo.az "Sport.tvp.pl" nəşrinə istinadən xəbər verir ki, 2021-ci ildə Varşava təmsilçisində 33 oyunda 11 dəfə fərqlənən 26 yaşlı hücumçunun qol ortalaması 0,33-ə bərabər olub.

Hazırda Xorvatiyada - "Dinamo"da (Zaqreb) çıxış edən forvard bu göstəriciyə görə 10-cu sıradadır.

Tam siyahı isə aşağıdakı kimidir:

1. Nemanya Nikoliç - 0,64 (55 qol / 86 oyun)

2. Yaroslav Niezqoda - 0,48 (29 qol / 60 oyun)

3. Tomaş Pexart - 0,43 (39 qol / 90 oyun)

4. Marek Saqanovski - 0, 41 (58 qol / 135 oyun)

5. Vladimir Dvalişvili - 0,40 (21 qol / 53 oyun)

6. Daniel Lyuboya - 0,38 (30 qol / 78 oyun)

7. Orlando Sa - 0,36 (15 qol / 42 oyun)

8. Karlitos - 0, 36 (24 qol / 66 oyun)

9. Aleksandar Priyoviç - 0,33 (24 qol / 72 oyun)

10. Mahir Emreli - 0,33 (11 qol / 33 oyun)

Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

AFFA 19 yaşlı qızlardan ibarət yığmaya yeni baş məşqçi təyin edib.

Həbib Ağayev komandanın sükanı arxasına gətirilib. O, bu vəzifədə Zamir Həsənovu əvəzləyib.

İkinci bundan sonra oğlanlardan ibarət U-18 millisində çalışacaq. Həsənov burada Elxan Abdullayevin köməkçisi təyin olunub.

Maraqlıdır ki, H.Ağayev də E.Abdullayevin köməkçisi olub. Cütlük U-17-də birlikdə işləyib.

SPORTİNFO.AZ

Braziliyada futbol komandasını daşıyan avtobusun körpüdən aşması nəticəsində 4 nəfər ölüb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli “g1.globo.com” saytı məlumat yayıb.

Bildirilib ki, hadisə Minas-Jerays ştatında baş verib.

Adı açıqlanmayan komandanın avtobusunun aşması nəticəsində xəsarət alan digər 29 sərnişin xəstəxanaya aparılıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Ölənlərin adları açıqlanmasa da, onlardan üçünün 14-17 yaş arası yeniyetmə olduğu bildirilib.

Açığı, «Sumqayıt» yeni ilin ilk rəsmi oyununu da pis keçirməmişdi.

Zirədə azından 1 xal qazana bilərdilər. Kapitan (Vurğun Hüseynov) «gəmi»ni vaxtından əvvəl tərk etdi, Xəzər dənizinin soyuq sularına «qərq oldular».

«Sumqayıt» dünən yenə Xəzər dənizinin sahilində idi. Bu dəfə dənizin doğma Sumqayıtın «ayağını yuyan» sahilində.

Son pillədən uzaqlaşmaq yolunda növbəti addımı atdılar. İstəkli və bir qədər də düşünülmüş oyunun hesabına. Sürət artıb - deyəsən, Samir Abasov Antalya toplanışı zamanı fiziki hazırlığın üzərində xüsusi dayanıb.

Aleksey Baqanın vaxtında «Sumqayıt» meydanda tez yatıb, gec oyanırdı, onda da çox vaxt iş-işdən keçmiş olurdu.

Yeni gələnlər, hansılar ki. baş məşqçi onların səviyyəsindən razılıqla danışırdı, «Turan Tovuz»la matçda bunun işartıları göründü – Karim Abubakar qələbə topunu vurdu. Dieqo Karioka və Terrens Tisdel xoş təsir bağışladı.

Yalnız Musaki Muratanın adaptasiya prosesini tam keçmədiyi hiss olunur.

Yapon da tezliklə ritm tutsa, Samir Abasovun gecələr rahat yuxuya gedəcəyini güman edirəm.

Hər halda irəliyə yönəlik dəyişiklik, fərq var «Sumqayıt»da. Yenilənmiş heyətə baş məşqçinin sözü, tapşırığı daha tez çatır.

Bu, komandanın oyununa məzmun verməklə yanaşı, özünəinamını da artırır. Daha da yaxşı ola bilərmi? Bir müddət sonra.

KAMİL

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bürünc medalçısı Eltac Səfərli yarışın yekun nəticələri barədə AŞF-nin rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, oyunundan narazı qaldığını gizlətməyib:

“Ümumilikdə Azərbaycan çempionatında çıxışım məncə pis alındı. Çox reytinq itirdim. Son görüşdə qələbə qazanmaqla üçüncü yeri təmin etdim.

Bürünc medal az da olsa bir qədər təsəllidir mənim üçün. Oyunum çox pis idi. Əvvəldən oyunum alınmadı.

Final mərhələsinə vəsiqə qazanmaq çox çətin oldu. Yarımfinalda Vasif Durarbəyli ilə ilk görüşdə üstünlüyüm var idi, mənasız səhv etdim və uduzdum. İkinci görüşdə də qələbə qazanmaq şansım yarandı, amma uda bilmədim”.

Şahmatçı uğursuz çıxışın əsas səbəbi kimi yorğun olmasını qeyd edib: “Səbəb yorğun olmağımdadır. İstirahətə fikir verməliyəm.

Son aylarda Avropada müxtəlif yarışlarda iştirak etmişəm. Təxminən 3 ay ərzində 70 oyun oynamışam. Burada hiss etdim ki, gücüm çatmır”.

E.Səfərli finalçıların hər birinin çempionluğa layiq olduğunu bildirib:

“Vasif turnirin ilk hissəsindən çox yaxşı start götürdü. Sonra da yaxşı oynadı. Finalın ikinci görüşündə bir qədər bəxti gətirdi.

Hər bir yarışda çempion olmaq üçün az da olsa bəxt lazımdı. Vasifi təbrik edirəm, növbəti yarışlarda uğurlar arzu edirəm.

İkinci yerin sahibi Vüqar da əla oynadı. Hazırda hərbi xidmətdə olduğunu nəzərə alsaq finala vəsiqə qazanmağı böyük uğurdu. Onun hazırlığı az idi. Fikrimcə hər ikisi çempionluğa layiq idi”.

Polşa çempionatında 18-ci turun oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) səfərdə "Leçiya"nın qonağı olub.

Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Krivotsyuk sona qədər oynayıb.

"Visla" 18 turdan sonra 28 xalla 6-cı sıradadır.

“Valensiya” baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.

Tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qattuzo ötən ilin iyunundan İspaniya klubunu çalışdırırdı.

Azərbaycanlı kikboksçu Çingiz Əlləzov gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.

Sportinfo.az xəbər verir ki, nazir bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Qayıbov paylaşımda "Champion!" (Çempion) yazıb.

"One Championship" Dünya Qran Prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan Çingiz Əlləzov yanvarın 27-də Bakıda mətbuat konfransına da qatılıb.

FİFA dərəcəli hakim Aliyar Ağayev və qadın FİFA referisi Fəridə Lütfəliyeva UEFA-nın İtaliyanın Roma şəhərində təşkil etdiyi seminarda iştirak edirlər.

Sportinfo.az xəbər verir ki, Əliyar Ağayev top hakimlər üçün nəzərdə tutulan təkmilləşdirmə, Fəridə Lütfəliyeva isə yeni FİFA dərəcəli hakimlər üçün təşkil edilən kurslara dəvət alıb.

FİFA yan xətt hakimi Zeynal Zaynalov da 25-28 yanvar tarixlərində təşkil edilən kurslarda iştirak edib.

Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra qapıçı axtarışına çıxan "Qarabağ" "Bayer"ə məxsus olan Andrey Lunyovu heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, hələ tərəflər arasında danışıqlar gedir.

Ağdam təmsilçisi2023-cü il iyunun 30-na qədər "Bayer"ə məxsus olan rusiyalını icarəyə götürmək niyyətindədir.

Rusiya millisinin də şərəfini qorumuş 31 yaşlı qapıçının transfer dəyəri 1,5 milyon avrodur. O, karyerası ərzində "Torpedo"(Moskva), "İstra", "Kaluqa", "Saturn", "Ufa", "Zenit"in qapısını qoruyub.

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin APA-ya müsahibəsini təqdim edirik:

– Ramil müəllim, öncəliklə Qərbi Azərbaycana Qayıdış Konsepsiyanın təsdiq edilməsi münasibətilə sizi təbrik edirəm. Söhbətimizə də elə buradan başlayaq: Qayıdış Konsepsiyası nə vəd edir?

– Çox təşəkkür edirəm. Mən də hər birimizi təbrik edirəm.

Bildiyiniz kimi, cənab Prezidentin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimindəki tarixi nitqindən sonra bir aydan çox müddətdir ki, biz Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı mütəxəssislərə və Azərbaycan ictimaiyyətinə müraciət edərək və verilən təklifləri dəyərləndirərək ortaq müzakirələr əsasında Qayıdış Konsepsiyasını hazırlamışıq. Təhlükəsiz formada qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlı bütün prosedurları hüquqi cəhətdən özündə ehtiva edən bu konsepsiya yeddi istiqamətli hədəflərdən ibarətdir. Konsepsiyanın hazırlanmasında əsas məqsədlərdən biri beynəlxalq təhlükəsizliyin təmin edilməsidir. Bilirsiniz, qərbi azərbaycanlılar 1905-1906, 1918-1923, 1948-1953 və nəhayət, 1988-1991-ci illərdə öz yurdlarından qovulublar. Konsepsiya bu proseslər nəticəsində yurd-yuvalarından qovulmuş azərbaycanlıların və onların hüquqi varislərinin geri qayıtmasının təmin edilməsi, onların təhlükəsiz şəkildə yaşayışının təmin edilməsi, eyni zamanda, lazım olan iqtisadi-sosial təminatlarının həyata keçirilməsi, həmçinin Ermənistan hökumətindən tələb etmiş olduğumuz haqlı tələblərimizin yerinə yetirilməsi ilə bağlı beynəlxalq zəmanətin alına bilməsi ilə əlaqədar müddəaları özündə ehtiva edir.

– Qayıdış Konsepsiyası beynəlxalq hüquqdakı hansı qanunları əsas götürür?

– Beynəlxalq Qaçqınlar Konvensiyasında yer alan qaçqınların geri qayıdışına dair müddəalar, Mülki və Siyasi Hüququn Təminatı ilə bağlı Beynəlxalq Pakt, BMT-nin qəbul etmiş olduğu İnsan Hüquqları ilə bağlı Beynəlxalq Konvensiya, eyni zamanda, digər bu kimi insan hüquqları və azadlıqları, sərbəst və azad yaşayışın təminatı, həmçinin qaçqınların öz evlərinə qayıdışını təmin edən sənədlər burada əsas götürülüb.

– Ramil müəllim, illər boyu düşmənçilik şəraitində yaşamış iki xalqın – söhbət azərbaycanlılarla ermənilərdən gedir – birgə yaşayışı ilə bağlı müəyyən problemlər çıxa bilər, bu, aydındır. Bununla bağlı nə düşünürsünüz?

- Haqlısınız. Düzü, birinci mərhələdə Ermənistan hökumətinə güvənmirik. Bu baxımdan, prosesin yekunlaşacağı dövrə qədər icma hüquqi varis olduğu üçün qayıdış həyata keçirildiyi müddətdə, həm də qayıdış həyata keçirildikdən sonra belə Ermənistan hökuməti, beynəlxalq təşkilatlar, eyni zamanda, bizə qucaq açan Ana Vətənimiz olan Azərbaycan hökuməti və digər strukturlar qarşısında rəsmi, hüquqi zəmanətimizin təmsilçisi olaraq, Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirəcək. Yəni hər hansısa bir problem olacağı təqdirdə, icma rəsmi və hüquqi təmsilçilik missiyasını yerinə yetirəcək.

Biz tarixi ata-baba torpaqlarımızda bilavasitə reinteqrasiyanın, reabilitasiyanın tərkib hissəsi olacağıqsa, həm Ermənistan hökuməti BMT tərəfindən və BMT-yə üzv olan bütün dövlətlər tərəfindən tanınan öhdəlikləri, eyni zamanda, milli azlıqlarla bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsi ilə bağlı məsuliyyət daşımaqdadır. Bu məsuliyyəti dərk edib həyata keçirməsindən ötrü Qərbi Azərbaycan İcması qərbi azərbaycanlıların hüquqlarını və müdafiəsini qoruyan rəsmi bir struktur kimi çalışma planını özünə hədəf seçib.

– Aydındır. Konsepsiyada Beynəlxalq Təhlükəsizlik missiyası öz əksini tapıb. Ümumiyyətlə, bu anlayış barədə danışmağınızı istəyirəm.

– Burada beynəlxalq qüvvələrdən ibarət olan missiyanın qərbi azərbaycanlıların qayıdacağı ərazilərə öncədən yerləşdirilməsi və reinteqrasiya prosesi başa çatana qədər, xalqların bir-biri ilə normal qonşuluq münasibətində yaşaması prosesi baş tutana qədər o missiyanın özfəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur. Biz bu prosesdə Azərbaycan hökuməti və onun müvafiq qurumları ilə daimi məsləhətləşmələr aparırıq, köməyindən və dəstəyindən beynəlxalq təhlükəsizlik missiyasının formalaşması, eyni zamanda, vurulmuş maddi-mənəvi zərərin Ermənistan tərəfindən ödənilməsi ilə bağlı qarşıya çıxa biləcək bütün proseslərin beynəlxalq məhkəmələr qarşısında qaldırılması və Ermənistan hökumətindən tələb olunması ilə bağlı Qərbi Azərbaycan İcmasının qaldıracağı məsələlərin də hökumət və dövlət strukturu kimi Azərbaycan tərəfindən xahiş edəcəyik. Çünki bu məsələdə daim Azərbaycan hökumətinin dəstəyinə inamımızı ifadə edirik. Əminəm ki, qayıdış planımız normallaşma prosesini də özündə ehtiva edəcək. Düşünürəm ki, Ermənistan tərəfi bizim qayıdışımızın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməklə bərabər, həmçinin sərbəst şəkildə ana dilində təhsil, məhkəmə orqanlarında və icra strukturlarında Azərbaycan dilində öz fikirlərini, problemlərini ifadə eləməklə bağlı məsələlər də Ermənistan tərəfindən də təmin olunmalıdır.

– Ramil müəllim, qayıdışın neçə mərhələdən ibarət olması nəzərdə tutulub?

– Bu, bir neçə mərhələdən ibarət olacaq. Bu mərhələlərdən birincisi, sənədlər paketinin Azərbaycan ictimaiyyətinə və dünya ictimaiyyətinə təqdim edilməsidir. İkincisi, Ermənistan Respublikası və BMT-nin Qaçqınlar Ali Komissarlığı ilə birlikdə digər mərhələlərin həllinə start verməkdir. Biz məhz BMT-nin Qaçqınlar Ali Komissarlığının sözügedən prosesdə vasitəçi olmasını istəyirik.

Onu da deyim ki, qayıdış könüllü formada həyata keçiriləcək, məcburi yox. Həmçinin artıq insanların siyahıya alınması da başlayıb. Yaxın gələcəkdə bununla bağlı elektron sistem də tətbiq edəcəyik. Çünki bilirsiniz, dünyanın bir çox ölkəsinə səpələnmiş və kökü qərbi azərbaycanlılara bağlı olan və öz torpağına qayıtmağa həvəsli olanlar üçün bu sistem əlverişli olacaq. Növbəti mərhələdə iqtisadi və sosial cəhətdən o insanların təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda, kompakt şəkildə yaşayışlarını təmin etmək əsas məqsədimizdir. Əvvəllər də azərbaycanlılar orada kompakt formada yaşayıblar. O prosesin təmin olunması da əsas məqsədimizdir. Bilirsiniz, Qərbi Azərbaycanda kəndlərin əksəriyyətində azərbaycanlılar kompakt formada yaşayıb. Çox az sayda kənd var ki, orada hər iki millətin nümayəndəsi birlikdə yaşayıb. Mən həmçinin oraya qayıdan soydaşlarımızın təhlükəsizlik zəmanətinin verilməsini də qeyd eləmək istəyirəm. Evlərinin təmiri, yaxud inşası, iş yerlərinin tikilməsi, işlə təmin olunması məsələsini də Ermənistan hökumətindən tələb etməkdəyik. Yəni bu özü də mərhələli formada həyata keçiriləcək müddəalardan biridir.

Bilirsiniz ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesi gedir. Bəzən bu Ermənistan tərəfinin məsuliyyətsizliyinə görə, dalana dirənir, ləngiyir, amma Azərbaycan qayıdış prosesinin sülh yolu ilə əldə etmək istədiyini davamlı formada vurğulayır. Biz arzu edirik ki, yaxın gələcəkdə imzalanması gözlənilən böyük sülh sazişinə qərbi azərbaycanlıların yurdlarına qayıtmaları ilə bağlı müvafiq bir müddəa da salınsın.

"Zirə"nin bu qış heyətinə qatdığı futbolçulardan biri Vladislav Kulaç oldu.

Adıçəkilən futbolçu Ukraynada yetərincə tanınmış biridir və müxtəlif klublarda qol vurmaq bacarığını nümayiş etdirib.

Ölkəmizə gələnə qədər "Dinamo"ya məxsus olmuş 30 yaşlı hücumçu zədə səbəbindən bir ara meydanlardan uzaq qalmışdı.

Karyerası ərzində 11 fərqli klubda oynamış Kulaç indiyə qədər Azərbaycan futboluna tanış simalarla eyni komandada forma geyinib (sportal.az).

Ruslan Fomin

Kulaç Ukrayna Premyer Liqasındakı ilk təcrübəsini "İlyiçevets"də yaşayıb. Həmin vaxtı onun komanda yoldaşları arasında "Qəbələ"nin sabiq hücumçusu da olub. 2013/2014 mövsümündə Kulaç Fominlə birlikdə 24 matçda meydana çıxıb və3 qolla yadda qalıb. Yeri gəlmişkən, Fomin artıq aktiv futbolçu karyerasını başa vurub.

Zurab Oçiqava

2013/2014 və 2014/2015 mövsümündə "İlyiçevets"lə Kulaçın komanda yoldaşları arasında Fominlə yanaşı, "Sabah"ın müdafiəçisi Zurab Oçiqava da olub. 2021-ci ildən "Sabah"da çıxış edən gürcüəsilli ukraynalı futbolçu “Zirə”nin yeni transferini məhz həmin vaxtdan tanıyır.

Pavel Paşayev

Hazırda klubsuz qalan Azərbaycan millisinin sabiq üzvü Pavel Paşayev də Vladislav Kulaçla komanda yoldaşı olub. 2015/2016 mövsümündə "Şaxtyor"dan icarə əsasında "Metallurq"a (Zaporojye) yollanmış "Zirə"li Paşayevlə məhz həmin dönəmdə forma geyinmək imkanı tapıb.

Vladimir Mazyar

Son olaraq Qazaxıstanın "Akjayik" klubuna rəhbərlik etmiş Vladimir Mazyar da Kulaçın nəyə qadir olduğunu daha yaxşı bilir. Azərbaycanda "Standart" və "Simurq" klublarında oynamış ukraynalı 2015/2016 sezonunda "Stal"da(Dneprderjinsk) "Zirə"nin yeni transferinin baş məşqçisi olub. Bu mənada, forvardın nəyə qadir olduğuna daha yaxından bələddir.

Dorukhan Toköz

Uzun illər "Şaxtyor"a məxsus olan "Zirə"nin yeni forvardı 2015/2016 sezonunun qalan hissəsini Türkiyədə keçirib. Belə ki, o, "Eskişehirspor"da oynayıb. Onun komanda yoldaşları arasında hazırda Türkiyə millisinin üzvü, "Trabzonspor"da çempionluq yaşamış Dorokhan Toköz da var. Bu iki futbolçu məhz "Eskişehirspor"da birlikdə çıxış edib.

Mixail Sivakov

Son illərdə "Orenburq"un aparıcı üzvünə çevrilmiş "Qəbələ"nin sabiq müdafiəçisi Mixail Sivakov da Kulaçın nəyə qadir olduğunu daha yaxşı bilir. Belə ki, "Zirə"nin yeni forvardı vaxtı ilə "Zarya"da eyni forma uğrunda mübarizə aparıb.

Ruslan Malinovski

Avropada legioner həyatını sürdürən Ruslan Malinovski Vladislav Kulaçla dost münasibətindədir. Belə ki, 1993-cü il təvəllüdlü oyunçular birlikdə Ukraynanın U-19 və U-21 yığmalarında çıxış edib. Malinovski bu qış "Atalanta"dan "Marsel"ə transfer olub.

Sportinfo.az xəbər verir ki, bu gün İtaliya futbolunda ən çox müzakirə olununa məsələ “Montsa” və onun sahibi Silvio Berluskonidir.

Buna səbəb təkcə "qırmızı-ağlar"ın İtaliya A seriyasıın 20-ci turunda “Yuventus”a qalib gələrək (2:0) sensasiyaya imza atmaları deyil.

Komandanın qələbəsindən çox başqa məsələ müzakirə edilir -

“Montsa”nın sahibi Silvio Berluskoninin verdiyi vəd. O, ötən ilin dekabrın 14-də müsahibə verərkən maraqlı fikir səsləndirib, bildirib ki, böyük komandalardan birinə qalib gəlsələr, maraqlı "hədiyyə"si olacaq:

“Biz gənclər komandamızda olmuş məşqçiyə (Raffaele Palladino) şans verdik. O, ağıllıdr, yaxşı işləyir və uşaqları motivasiya etməyi bacarır.

Mən qərara gəldim ki, əlavə motivasiya verim. Əgər böyük klublardan birini, məsələn, “Yuventus” və ya “Milan”ı məğlub etsələr, tapşırıq verəcəm ki, komandanı bir avtobus fahişə qarşılasın”.

Bu açıqlamanın üstündən düz ay yarım vaxt keçib. Oyundan sonra Berluskoniyə həmin sözlər xatırladılıb. Onun cavabı isə belə olub: “Onlar məndən sözümün üstündə durmağımı istəyirlər. Mən yüzlərlə telefon zəngi almışam”.

Diqqət çəkən başqa məqam isə "Yuventus"la qələbədən sonra "Montsa"nın bütün sosial şəbəkə hesablarında avtobus şəklinin paylaşılmasıdır.

"Mad Gee" təxəllüsü ilə tanınan amerikalı dicey Kriştiano Ronaldo ilə restoranda necə tanış olduğundan danışıb.

Sportinfo.az xəbər verir ki, hadisə “Əl-Nəsr”in forvardının iki mühafizəçi və menecmentinin müşayiəti ilə gəldiyi Ər-Riyaddakı elit yapon restoranı “Miyazu”da baş verib.

Dicey hadisəni belə təsvir edib: "Mən sözün əsl mənasında şokda idim. Ronaldo orada iki saata yaxın qaldı.

Musiqini çox xoşladı.
Kriştiano oturduğu yerdə rəqs edir, əllərini qaldırıb salfetini yelləyirdi. Bizə bir neçə dəfə gülümsədi və bu, buzları qırdı.

Gedəndə DJ kabinəsində bizə baxdı, sonra gülümsədi, qayıdıb bizimlə əl sıxdı.

Mən çox sevindim və onun necə şirin və təvazökar olduğuna təəccübləndim. O dedi: "Musiqi heyrətamizdir. Mən mütləq qayıdacağam".

“Belaydi Pusi haqda geniş məlumata sahib deyiləm.

Sadəcə, gənc olduğunu və "Skenderbeu"da oynadığını bilirdim”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Albaniya millisinin sabiq futbolçusu Sabien Lilay deyib.

Azərbaycanda “Qəbələ”nin şərəfini qorumuş, hazırda vətənində “Dinamo”nun (Tirana) formasını geyinən 34 yaşlı yarımmüdafiəçi həmyerliləri - Belaydi Pusinin “Turan Tovuz”a, Redon Cicanın “Qarabağ”a transferini şərh edib.

O bildirib ki, hər 2 futbolçunun Premyer Liqada uğurlu çıxışına inanır:

“Pusi üçün ölkə xaricinə çıxmaq yaxşı addımdır. Ümidvaram ki, onun da Azərbaycandakı karyerası uğurlu alınacaq.

Redon Cica barədə isə çox söz demək olar. Çünki o, Albaniya Superliqasının ulduzu idi. Cica çox yaxşı futbolçudur, özünü Albaniyada müsbət tərəfdən göstərə bildi.

Son iki ildə çox yaxşı oynadı, çoxlu qollar vurdu, assistlər etdi. Məncə, o, ölkə xaricinə çıxmağa tam hazır idi. "Qarabağ"da oynayaraq Albaniya millisinə də dəvət olunmağa hazır olacaq.

Fikrimcə, Cica özünü ən yaxşı şəkildə göstərəcək. Çünki "Tirana"dakı performansı bunu deməyə əsas verir”.

Lilay 2018/2019 mövsümündə “Qəbələ”də oynayıb.

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç Argentina millisinin DÇ-2022-də qazandığı qələbədən danışıb.

Sportinfo.az xəbər verir ki, İbrahimoviç həmçinin, PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəkdə Fransa yığması ilə birlikdə daha bir dəfə dünya çempionu olacağı ilə bağlı fikirlərini bildirib:

“Dedim ki, Argentina dünya çempionu olacaq. Çünki Qətərdə keçirilən dünya çempionatının əbədi olaraq yadda qalmasını istəyirsənsə, kim qalib gəlməlidir?

Lionel Messi tarixin ən yaxşı oyunçusu sayılır və onun qalib gələcəyinə əmin idim.

Mbappe daha bir dəfə dünya çempionu olacaq. Mən onun üçün narahat deyiləm. Amma digər argentinalı futbolçulara görə narahatam.

Çünki sadəcə Messi xatırlanacaq. Mən bunu yüksək səviyyəli peşəkar futbolçu kimi deyirəm”.

“Mançester Siti”nin icraçı direktoru Ferran Soriano Xosep Qvardiolanın “Barselona”ya geri dönəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, “DAZN”a açıqlama verən klub rəsmisi məsələ haqda bu cür danışıb:

"Qvardiolanın dediklərini eşidən hər kəs bilsin ki, o, "Mançester Siti”də baş məşqçinin köməkçisi olsaydı və “Barselona”dan zəng gəlsəydi, gedəcəyini bildirib.

O, köməkçi deyil, “Mançester”in baş məşqçisidir”. Müqaviləsinin sonuna qədər heç yerə getməyəcək".

52 yaşlı mütəxəssis 2025-ci il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.

Sportinfo.az sizi Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Turan Tovuz” matçından (2:1) hazırlanmış videoreportajla tanış edir:

Ermənistan öz xoşbəxtliyini regionda, qonşularla dil tapmaqda axtarmaq əvəzinə, Qərbə sarı boylanmağa davam edir.

Kapitulyant ölkə və onun rəhbərliyi heç cür anlamaq istəmir ki, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra artıq ona hətta ənənəvi köhnə dostların da münasibəti dəyişib və əvvəlki tək olmayacaq.

Ermənilərin klassik yalvarışları və “timsah göz yaşları” da işə yaramayacaq. Çünki Ermənistan son savaşdan sonra olan-qalan subyektivliyini də itirib və yalnız hansısa məsuliyyətsiz qlobal gücün əlində zəif təzyiq aləti ola bilər.

Azərbaycan XİN-in bəyanatında da vurğulandığı kimi, Ermənistan bu günədək 1988-2020-ci il münaqişəsindən düzgün nəticə çıxarmayıb. Sanki ordusu darmadağın edilən, məğlub olan tərəf o deyil. Yenə özünü diktə edən tərəf kimi göstərməyə çalışır, sülh müqaviləsini müxtəlif bəhanələrlə əngəlləyir. Havadarlarının sırf özlərinin milli maraqlarından qaynaqlanan bəzi boş vədlərinə aldanır, havaya girir. O səbəbə bayırda 2023-cü ilin olduğunu fərq edə bilmir. Ağıllı çağırış və təklifləri qulaqardı edir. Demək, növbəti zərbəni də yeməli olacaq.

“Ermənistan doğrudan da 1991-ci ildən 2020-ci ilə kimi Qarabağ məsələsində Qərbin dəstəyinə ümid edə bilərdi”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a bu barədə Minval.az-a WeltTrends Beynəlxalq Siyasət İnstitutunun (Potsdam, Almaniya) professoru, politioloq Aleksandr Rar deyib.

“Qərb ölkələri daim öz aralarında mübahisə edirdi ki, beynəlxalq hüququn hansı prinsipi daha önəmlidir: ərazi suverenliyinin toxunulmazlığı, yoxsa xalqların öz müqəddəratını təyinetmə hüququ. Nə qədər ki, Kosovo hadisəsi Qərb siyasətçilərinin və ziyalılarının beynində möhkəm "oturmuşdu", ermənilər Qarabağın işğalının beynəlxalq birlik tərəfindən “öz müqəddəratını təyinetmə hüququ” ruhunda bəyəniləcəyinə ümid edə bilərdilər. Ancaq 2014-cü ildə Ukrayna epopeyası - Qərblə Rusiya arasında yeni “soyuq müharibə” başladı. Qərb Rusiyaya münasibətdə qəti şəkildə barışmaz mövqe tutdu: Rusiya uduzmalıdır. Rusiyanın Krım və Donbasdakı vəziyyəti Kosovodakı vəziyyətlə müqayisə etməsi Qərbi ciddi şəkildə təşvişə saldı və Qərb ərazi bütövlüyü prinsipi mövqeyində qətiyyətli mövqe tutmağa qərar verdi", - deyə alman ekspert qeyd edib.

Onun təbirincə desək, beləcə, Azərbaycan mövqeyi legitimləşmiş oldu. “Beynəlxalq hüquq baxımından Qərb birmənalı şəkildə Azərbaycanı dəstəklədi, Ermənistan isə Rusiya kimi günahkar tərəf qismində qəbul olundu. Belə vəziyyət hələ uzun müddət davam edəcək. Bakıda bunu yaxşı başa düşürlər, Ermənistanda isə görünür, yox”, - alman professor fikrini yekunlaşdırıb.

Dünyadakı geosiyasi ab-havanı tuta bilməyən Ermənistanın bu laqeydliyi isə ona 44 günlük savaşdakından da baha başa gələ bilər. Məsələ ondadır ki, Qarabağ anklavında həm də İrəvanın birbaşa və dolayı dəstəyi ilə separatçılıq, təhlükəli “dövlətcik” oyunu səngimir - nəyə ki, Azərbaycan dövləti uzun müddət dözüm göstərməyəcək. Laçın yolunda 48 gündür davam edən etiraz aksiyası ermənilərə ən əvvəl bunun anonsu və mesajıdır. Yəni haylar özlərini yığışdırmasalar, bir gecə komandoslar qəfil gələ bilərlər. Artıq bunun üçün bütün zəruri əsaslar hazırdır. Hüquqi zəmin də öz yerində.

“Müşahidələr onu göstərir ki, Novruz bayramına qədər Azərbaycan III Qarabağ müharibəsinə başlamasa da, ən azı güclü bir antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində qalacaq. Azərbaycanı bu saat məhz buna təhrik edirlər. Paşinyanın əli ilə Azərbaycanı müharibəyə təhrik etdilər və "Dəmir yumruq"la cavablarını aldılar. İndiki cavab isə Azərbaycanın “Polad yumruğu” ola bilər".

Bunu isə politoloq Cümşüd Nuriyev deyib (Teleqraf.com).

Təəssüf ki, öz zavallı xalqının hissləri üzərində oynayan Ruben Vardanyan kimi çağırılmamış qonaq-dələduzlar onları hansı faciənin gözlədiyini hesablaya bilmirlər. Ağılları gedib uzaq 1988-ci ilə. Girdikləri bataqlığa öz soydaşlarını təzədən soxmağa cəhd edirlər.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova görə, ermənilər 1988-ci ildə Xankəndidə baş verənləri yenidən təkrarlamaq istəyirlər. O, Xankəndidə çox gərgin vəziyyətin hökm sürdüyünə diqqət çəkərək deyib: “Əslində Xankəndidə əsas problem Vardanyandır. Ağıllı adamlar bilirlər ki, Vardanyan Xankəndinə ona görə gəlib ki, 1988-ci ildə başlayan hadisələri təkrar həyata keçirsin. Ermənilər düşünür ki, o zaman arxamızda Rusiya dururdu, özümüzün gücümüz var idi, Azərbaycan zəif idi. Eləcə də Türkiyə Azərbaycana kömək edə bilmirdi. Fikirləşirlər ki, amma 30 ildən sonra uduzduq, indi yenidən sıfırdan buna necə başlayaq, köhnə müharibəni alovlandıraq?”

Sabiq diplomat hesab edir ki, erməni əhalisi oradan qaçacaq. “İndi Laçın yolunda sadə ermənilərin hərəkətinə maneə yaradan nə bizim ekoloqlardır, nə də rus sülhməramlıları. Özləri problem yaradır, imkan vermirlər ki, ermənilər bu yoldan yararlansın. Bu səbəbə mən təklif etmişəm ki, Qarabağdakı sıravi ermənilərə Kəlbəcərdən keçməyə imkan verməliyik. Burada da Azərbaycan gömrüyü, sərhəd məntəqəsi olsun. Onlar da sonda Vardanyana sual versinlər ki, deyirsən dərman, ərzaq yoxdur, bəs nədən bizi ora buraxmırsan?”

Qısası, Vardanyanın “Köhnə bazara təzə nırx qoyması” alınmayacaq. Bədələni isə yenə sıravi ermənilər ödəyəcək. Odur ki, Qarabağdan onu nə qədər tez qovsalar, bir o qədər özlərinə yaxşılıq eləmiş olarlar. Çünki 1988-ci ilə qayıdış mümkün deyil, heç vaxt da olmayacaq. “Miatsum” qatarı “status” vaqonu ilə birgə çoxdan gedib. Vardanyan, onun cinayət ortaqları gecikib...

Sportinfo.az xəbər verir ki, ukraynalı Marina Moroz son zamanların ən çox müzakirə edilən qadın döyüşçülərindən biridir.

O, həm UFC-də döyüşən, eyni zamanda “Playboy” jurnalının modeli olan ilk xanımdır.

Moroz MMA-da ən çətin rəqilbərdən biri hesab edilir. O, bu idman növündən əvvəl vətənində boks və kikboksinq yarışlarında iştirak edib.

Diqqətəlayiq nəticələri var. Kikboksinqdə böyüklər arasında, boksda isə yeniyetmələr arasında Ukrayna çempionu olub.

Moroz UFC-də cəmi 10 döyüş keçirib. Onun aktivində 6 qələbə və 4 məğlubiyyət var. Son vaxtlara qədər Marina 3 görüşlük qələbə seriyasına sahib idi. Lakin ötən ilin noyabrında Cennifer Mayaya uduzaraq, öz divizionunun ilk onluğuna düşmək fürsətini əldən verib.

O, sosial şəbəkələrdə tez-tez “isti fotosessiyalar”la gündəmə gəlir. Marinanın sözlərinə görə, bu, onun hobbisidir:

“Əvvəllər çox qapalı və utancaq idim, Amerika məni dəyişdi. İndi mən açıq və enerjiliyəm. Çılpaq fotolar göstərirəm, insanlar mənə müsbət mesajlar göndərirlər.

Məşqlər mənim üçün hər şeydən əvvəl gəlir, amma bu kimi fotolar mənə rahatlıq verir, həyatımı dəyişir. İndi tamamilə fərqli bir insanam”.

Maraqlıdır ki, Marina ərinin tam dəstəyi ilə açıq-saçıq məzmun hazırlayır: “Onun buna münasibəti müsbətdir. Deyir ki, gözəl bədən quruluşum var, onu gizlətməyə ehtiyac yoxdur. Belə kişilər nadirdir”.

Marina Moroz öz kateqoriyasında ən yaxşı 10-15 döyüşçüdən biri hesab olunur. Lakin hazırda o, rəsmi reytinqdə deyil. UFC-yə yeni daxil olanda, Joan Kaldervud üzərində qələbə sayəsində yeddinci sıraya yüksəlsə də, sonradan nəticələri pisləşib.

Üstəlik Marina çoxsaylı zədələr səbəbindən oktaqondan kənar qalıb. 2022-ci ildə Moroz cəmi 2 döyüş keçirə bilib. Fanatları Morozun zədələrin sağaltmasını səbrsizliklə gözləyirlər. Hələlik isə o fotoları ilə onları valeh edir.

"Bayer"də çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun "Qarabağ"a keçidi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel "Championat" nəşrinə açıqlama verib.

Funksioner Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib:

“Təəssüf ki, Andrey Lunyovun transferi ilə bağlı “Bayer”lə razılaşa bilmədik. Danışıqlar başa çatıb”.

"Köhlən atlar" əsas qolkiperi Şahruddin Məhəmmədəliyev əlindən ciddi zədə aldığı üçün qapı xəttinə yeni oyunçu axtarır.

Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.