Türkiyə klubunun baş məşqçisi: "Azərbaycan millisinə dəvət olunsam, qaçaraq gələrəm"

"Dilimiz, mədəniyyətimiz, dinimiz birdir. Azərbaycan milli komandasının baş məşqçilik postuna dəvət olunaramsa, qaçaraq gələrəm".

Bu fikirləri Türkiyə Super Liqasında mübarizə aparan "Kasımpaşa" klubunun baş məşqçisi Cihat Arslan "Türkiyədən futbol" verilişinin qonağı olarkən açıqlayıb.

Mütəxəssis əlavə edib ki, bu, seçim məsələsidir:

"İlk növbədə bu işə cavabdehlər qərar verməlidir. Bilirsiniz, ötən illərdə bir çox türkiyəli məşqçilər Azərbaycanda çalışdı. Bəlkə də uyğunlaşmaya görə uğurlu nəticələr qazana bilmədilər. Ancaq bizimlə bərabər yüksələn yeni nəsil məşqçilər var ki, biz daha duyğu dolu yanaşarıq bu məsələyə. İki ölkənin qan, bayraq bağı birdir. Bütün sahələrdə uğurlu əməkdaşlıqlar mövcuddur, futbolda niyə olmasın?", – deyə Cihat Arslan əlavə edib.(oxu.az)


BiG.Az
Mənbə:
0
136
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar