“Vaşinqton Moskva ətrafına çəmbəri daraldır” – Politoloq Donbassın atəşə tutulmasını şərh edir

"Ukrayna Silahlı Qüvvələrinin Donbass separatçılarının artilleriya mövqeyinə "Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən istifadə edərək zərbə endirməsi rəsmi Kiyevin nə separatçılardan, nə də onların havadarı olan Rusiyadan çəkinmədiyini göstərir”.

 

Bu sözləri Sfera.az-a politoloq, siyasi analitik Turab Rzayev deyib. O, bildirib ki, Ukrayna uzun müddətdir ki, Türkiyədən "Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini alır:

"PUA-ların ilk hissəsi keçmiş Prezident Paraşenko dövründə alınıb. Bu proses hazırkı Prezident Vladimir Zelenski dövründə daha da geniş vüsət almağa başladı. Ukrayna təkcə "Bayraktar TB2” PUA-ları almır, həm də mövcud PUA-larını Türkiyədə modifikasiya etdirir. O ki qaldı Ukrayna Silahlı Qüvvələrinin Donbas separatçılarına cavab zərbəsi vurmasına deyə bilərəm ki, rəsmi Kiyev bu davranışı ilə açıq şəkildə Rusiya və separatçıların aqressiv hərəkətlərindən qorxmadığı, lazım gəldikdə adekvat addımların atıla biləcəyi mesajını verdi. Xatırlayırsınızsa, bir müddət öncə Donbasda gərginliyin artması fonunda Rusiya-Ukrayna sərhədinə böyük ordu cəmləmişdi. Hətta bu hadisə sonrası Ukrayna ictimaiyyəti də belə bir təəssürat yarandı ki, Kreml nə edir etsin, Kiyev ona cavab verməyəcək. Lakin Ukrayna bu addımla bir daha göstərdi ki, o nə separatçılardan, nə də onları dəstəkləyən Rusiyadan çəkinmir”.

 

T. Rzayevin sözlərinə görə, Ukraynanın Rusiya və separatçılar qarşısında cəsarətlənməsinə səbəb olan bir amil də Kreml əleyhinə formalaşan qlobal siyasi təzyiqdir:

 

"Son günlər Rusiya ətrafında gərginlik artmaqdadır. Diqqət edirsinizsə hazırda həm Alyaska, həm Baltik dənizi, həm də Qara dənizdə ABŞ hərbi mövcudluğunu artırır. Belə bir nəticəyə gəlmək olar ki, hazırda Kremlə qarşı qlobal təzyiq başlayıb. Vaşinqton Moskva ətrafına çəmbəri daraldaraq ondan narazı olan ölkələri də ətrafına topalaya bilir. Ukrayna buna ən yaxşı nümunədir”.

Turan Rzayev

0
6525
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar