Türkiyənin Antalya şəhərində yerləşən beşulduzlu hotelin barında güclü yanğın baş verib.
Yenicag.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb edilib.
Qeyd olunur ki, güclü yanğını meşəlik əraziyə keçmədən lokallaşdırmaq olub.
Yanğının baş verdiyi barın bütün əşyaları yanıb, müxtəlif texniki avadanlıq yararsız hala düşüb.
Bərdə sakininə qarşı 16 min manatlıq dələduzluq edilib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə Lək kənd sakini F.Qədimovudan dələduzluq yolu ilə 16 min manat almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov və Bərdə şəhər sakini O.Həsənov saxlanılıb.
Araşdırma aparılır.
“Mövcud şərtlər yalnız parlament seçkilərində iştirak edərək ən azı üç faiz səs toplayan partiyaların dövlətdən maliyyələşməsinə imkan verir”.
“Bir müddət əvvəl siyasi partiyalar haqqında qanunun yenilənməsi ilə bağlı öz təkliflərimizi hazırlayıb göndərməyimiz üçün bizə də müraciət olundu.
Bizim hazırlayıb təqdim etdiyimiz əsas təkliflərimiz siyasi partiyalarla dövlət arasında münasibətlərin tənzimlənməsinə həsr olunmuşdu.
Yəni təkliflərimizin birində dövlətin siyasi partiyaların fəaliyyətinə qarışmasının yolverilməzliyi öz əksini tapıb.
Eyni zamanda, yenilənəcək qanuna siyasi partiyaların dövlətdən maliyyələşməsinin vacibliyinə dair müddəanın daxil edilməsinin vacibliyini düşünürük.
Bildiyiniz kimi, mövcud şərtlər yalnız parlament seçkilərində iştirak edərək ən azı üç faiz səs toplayan partiyaların dövlətdən maliyyələşməsinə imkan verir.
Hesab edirik ki, bu partiyalar üçün kifayət qədər ağır şərtdir və ona görə də o üç faizlik baryer ya aradan qaldırılmalı, ya da, heç olmasa, bir faizə endirilməlidir. Bununla da partiyaların dövlətdən maliyyələşməsi təmin edilməlidir.
Həmçinin təqdim etdiyimiz təkliflərdə siyasi partiyaların strukturu, nəzarət orqanlarının formalaşdırılması və digər məsələlərin nizamlanması kimi məqamlar yer alıb.
Ancaq siyasi partiyalar haqqında qanundan fərqli olaraq, seçki qanunvericiliyinə dair təkliflərimizin göndərilməsi üçün bizə müraciət olunmayıb. Bildiyim qədər, bu barədə hələ ki heç bir müzakirə yoxdur”.
A.Zeynalov
Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkəmizi İslam Həmrəyliyi Oyunlarında təmsil edən idmançılara dəstək olmaq üçün yarışları tribunadan izləyib.
“Haber Global”a müsahibə verən nazir qeyd edib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında idmanın 22 növü üzrə təmsil olunur.
“Özümüzü burada evimizdəki kimi hiss edirik”, – deyə Fərid Qayıbov vurğulayıb.
Gənclər və idman naziri qeyd edib ki, artıq Azərbaycan idmançıları İslam Oyunlarında dörd qızıl medal qazanıblar (hazırda beş qızıl medal qazanılıb – red.) və təmsilçilərimizin növbəti uğurlara imza atacaqlarına inanır:
“Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət ayrılır. İdmançılarımız da öz növbəsində qazandıqları medallarla bizi sevindirirlər”.
ABŞ-də vəhşi ayı avtomobilin içərisinə girərək maşını yararsız hala salıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, meşəlik ərazidə park edilmiş avtomobilə ayı girib.
Həmin anlar ətrafdakılar tərəfindən qeydə alınıb. Ayı uzaqlaşdıqdan sonra avtomobilin sahibi maşına yaxınlaşıb. Qapını açdıqda salonun yararsız hala düşdüyünü görən avtomobil sahibi şok yaşayıb.
Bakıda sürücü və polislər arasında insident baş verib.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ilə yol polisləri arasında çəkişmə baş verib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə avqustun 9-u saat 13:20 radələrində baş verib:
“Belə ki, “Toyota Corolla” markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Lerik sakini, 1977-ci il təvəllüdlü Azad Rufullayev “20 Yanvar” istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyi üçün “Velotrek” adlanan ərazinin qarşısında YPX əməkdaşları tərəfindən saxlanılması üçün işarə verilib.
Şəxs avtomobilini saxlayıb, daha sonra ona yaxınlaşıb, sənədlərini təqdim etməli olduğunu bildirən polis əməkdaşına tabe olmayıb, onu aldatmağa çalışıb. Bir anda qəfil hərəkətə başlamaqla yoluna davam edib. Təhlükəli manevr hərəkətləri isə əhalinin sıx olduğu “20 Yanvar” dairəsi ərazisində digər vətəndaşlar üçün ciddi təhlükə yaradıb.
YPX əməkdaşları şəxsi təqib etmədən, qarşıda xidmət aparan naryadlara məlumat verməklə Salamzadə körpüsünün altında süni tıxac yaradılmaqla saxlayıblar. Sürücü ərazi üzrə polis bölməsinə aparılıb, tabesizlik göstərən şəxs barəsində toplanmış material Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə İXM-in 535-ci maddəsinə uyğun qərar qəbul edib.
Əlavə olaraq onu da qeyd edək ki, sürücünün sürücülük hüququ olmayıb”.
A.Əsgərli sosial şəbəkələrdə YPX əməkdaşlarının sürücü ilə o formada çəkişməyə girmək hüququnun olmaması ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
“Onu da qeyd edək ki, hadisədə iştirak edən YPX əməkdaşları barədə də xidməti araşdırma başladılıb, onların da hərəkətlərinə hüquqi qiymət veriləcək”./Oxu.az/
Azərbaycan Milli Elmlər Akdemiyasının Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında palçıq vulkanın püskürməsi ilə bağlı məlumat yayıb.
İnstitudan Yenicag.az-a bildirilib ki, bu, güclü püskürmədir.
Qeyd edilib ki, gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb: “Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib”
Vətəndaşlara satılan internetin qiyməti bahalaşdı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, “Bakı Telefon Rabitəsi” MMC ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Alidə Mustafayeva “Xəzər Xəbər”ə deyib ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq 4 mbit/saniyə və 10 mbit/s tarifləri ləğv edilərək abunəçilərin daha sürətli internetə keçidi təmin edilib.
Alidə Mustafayeva bildirib ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manat olub. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manat olub.
Abunəçilərə əvvəlcədən xəbərdarlıq edilmədən internetin qiymətinin artırılması məsələsində gəldikdə isə, qurum rəsmisi qeyd edib ki,”Bakı Telefon Rabitəsi” MMC tariflərdə edilən bu dəyişikliklə bağlı bir ay əvvəldən qurumun internet saytında, sosial şəbəkə hesablarında bu barədə məlumatlar paylaşılıb.
“Televiziyalarımız sosial şəbəkələrə uduzur, bunun da səbəbləri var. Çünki televiziyalarımız elə bil başqa planetdə yaşayır”.
Bunu tanınmış televiziyaçı Kamran Həsənli Yenicag.az-ın “televiziyalarımız niyə sosial şəbəkələrə uduzur?” sualını cavablandırarkən deyib.
Həsənli TV-lərlə cəmiyyət arasında ünsiyyət olmadığını və bir çox problemlərin də bundan qaynaqlandığını bildirib:
“Televiziya ilə cəmiyyət arasında ünsiyyət yoxdur deyə bir topa qeyri-peşəkar insan yığışıb gecə dairələrində olan əhval-ruhiyyəni efirə gətirir. Sanki başqa plantetdə yaşayırlar, cəmiyyətin nəbzini tuta bilmirlər. Buna görə də televiziyaya heç kim baxmır. Baxanların da çoxu yaşlı insanlardır. O adamlar ki, televiziyada işləyir, dünyada və Azərbaycanda gedən proseslərin episentrində olmaq onları nə maraqlandırır, nə də onu anlayırlar. Efirdə işlərini başa vurandan sonra qeybətlə məşğul olurlar, intriqalar yaradırlar, fikirləşirlər, haradan pul çıxarmaq olar və sair. Hamısı varlı sponsor axtarışındadırlar. Bu da camaata maraqsızdır.
Sosial şəbəkəyə gəlincə, əvvəla, bu, interaktiv televiziyadır. Tamaşaçı ilə üzbəüzsən, izləyici dərhal rəy bildirərək səninlə üsiyyətə girir. Bu, tamamilə başqa meydan və başqa bir düşüncədir. Həyatda baş verənlərə, dünyada gedən proseslərə azad şəkildə fikirlərini bildirə bilirsən. Sosial şəbəkələrdəki televiziyalarda nə böyük dekorasiyalar var, nə musiqi, nə gur işıqlar. Amma baxışı ənənəvi televiziyadan dəfələrlə, bəlkə də, yüz dəfələrlə çoxdur. Səbəbi də məhz dediyimdir”.
Cəvahir
Adında mənzil olan və ipoteka almaq istəyən şəxslər üçün qaydalar sərtləşdirilir.
Yenicag.az İTV-yə istinadən xəbər verir ki, evi olan şəxslər daha çox ilkin ödəniş etməli olacaqlar.
Yeni qaydaya görə, mənzil sahibi olan vətəndaşlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər.
Yeni qaydalar Mərkəzi Bankın kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərində təsbit olunub.
Ətraflı süjeti təqdim edirik:
2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 3,2 milyard dollara bərabər olub.
Yenicag.az xəbər verir ki, bu barədə “TurkicWorld”a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 418,4 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 17 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 5,3 milyard dollar məbləğində sement və şüşə ixrac edib.
Oktyabrın 4-dən 7-dək Bakıda XII Beynəlxalq Taxıl Ticarət Konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Rusiya Taxıl İttifaqıdır.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Təşkilatçılar Azərbaycanı Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasında “taxıl qapısı” kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.
Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.
İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın “ədalətli” qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.
Əhəmiyyətli və aktual məsələlər arasında taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən taxıl tədarükü üçün “İpək Yolun”dan istifadə edilməsi, Fars körfəzinə çıxışı olan Şimal-Cənub taxıl dəhlizinin yaradılması və digər istiqamətlər yer alır.
Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.
Yenicag.az xəbər verir ki, hadisə “Montin” adlanan ərazidə qeydə alınıb.
Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəliblər. Bu zaman onlar dörd nəfər naməlum şəxsin hücumuna məruz qalıblar. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.
İdarədən Yenicag.az-a verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər avqustun 11-dən anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi avqustun 22-si saat 18:00-da başa çatacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 35 sual (25 təhsil qanunvericiliyi, 5 məntiq, 5 informatika) veriləcək. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.
Bu barədə Yenicag.az-a hava limanından bildirilib.
Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.
Kür çayının sahilində çətənə bitkiləri yetişdirən şəxs tutulub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Mühafizə İdarəsinin Salyan Regional Şöbəsinin Neftçala Rayon Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Araşdırmalarla onun rayonun həmin kənd sakini, əvvəllər məhkum olunmuş Akif Qəniyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı yaş çəkisi 50 kiloqram, hündürlüyü isə 1.3-3 metr olan 65 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 14 müntəzəm marşrut xətti üzrə 40 avtobusun hərəkət intervalında gecikmələr var.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektinə qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 29, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.
“Paytaxtın digər küçə və prospektlərində avtobusların hərəkət intervallarına təsir göstərə biləcək sıxlıq müşahidə olunmur”, – məlumatda qeyd edilib.