Daşkəsəndə qadın itki düşüb.
Lent.az-ın məlumatına görə, rayonun Quşçu kənd sakini 29 yaşlı Məmmədova Tünzalə Əfqan qızı mayın 19-da saat 23 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun əri Tağıyev Təbiət Şahin oğlu rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Divok Oriqinin yay transfer pəncərəsində “Liverpul”dan gedəcəyi dəqiqləşib.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu mersisaydlıların baş məşqçisi Yurgen Klopp açıqlayıb.
Almaniyalı mütəxəssis belçikalı hücumçu ilə vidalaşmadan danışıb: “Divokla xüsusi şəkildə vida təşkil olunacağını gözləyirəm. O, mənim üçün həmişə “Liverpul”un əfsanəsi olacaq. Onunla çalışmaq xoş idi. Oriqi karyeram ərzində çalışdığım ən vacib oyunçulardan biridir. Hara getsə, orada uğur qazanacaq”.
Qeyd edək ki, Divok 2014-cü ildən “Liverpul”da çıxış edir. O, “Milan”a keçidini italiyalılarla razılaşdırıb.
Şirvanda çöl ərazidə meyit tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan kişi meyiti səhər saatlarında dəmir yolu stansiyası yaxınlığında tapılıb.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib. Vizual baxış zamanı onun gənc və ya yeniyetmə yaşında olduğu ehtimal olunur.
Hüquq-mühafizə orqanların tərəfindən gəncin hansı şəraitdə öldüyü və meyitin kimə məxsus olması barədə araşdırma aparılır.
Boliviyanın Universitetlər Konfederasiyasının 52 yaşlı sədri 33 ildir tələbə statusu daşıyır.
Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, o, çox sayda fakültədə pusuz təhsil alsa da, diplom əldə etməyib. Təbii ki, bu da məqsədlidir.
1989-cu ildən həmkarlar təşkilatının sədri olan Maks Mendozanın 200-dən çox kəsiri var. O, vəzifəsinə görə ayda təxminən 3100 dollar maaş alır. Diplom alacağı təqdirdə bu pul və əldən çıxacaq.
Lakin bu yalanın da sonu gəlir. Bu günlərdə polislə tələbələr arasında baş vermiş qarşıdurmada 70 nəfər xəsarət alıb. Deputatlar bu fakta görə Mendozanın məsuliyyət daşıdığını önə sürərərk prokurorluğa şikayət ediblər.
“2022 IIHF” Xokkey üzrə Dünya Çempionatında jurnalistin Almaniya yığmasının köməkçi məşqçisi Cessika Kempbelldən açıqlama alan jurnalistin sualı qalmaqal yaradıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistin xanım məşqçiyə “Cəlbedici kişilərin əhatəsində belə cazibədar qadının olması necədir?”, sualı çaşqınlıq doğurub.
Cessika Kempbell sulı cavablandırmamış, müxbirin növbəti, “Bəlkə kimisə başqalarından daha çox sevirsiz? sualı məşqçini özündən çıxarıb.
Lakin məşqçi sualı cavabsız qoymayıb. O, işinə peşəkar yanaşdığını, komandanın oyunçuları ilə yalnız iş münasibətlərinin olduğunu vurğulayıb.
Müsahibədən sonra Almaniya milli komandasının mətbuat xidməti jurnalistin sualının yersiz olduğunu bildirib.
Bir çox KİV mənsubları da həmkarlarını “həddi aşdın”, deyə qınayıblar.
Qeyd edək ki, Kempbell Almaniya millisinin baş məşqçisi Toni Söderholmun köməkçisidir. Kanada komandasının üzvü kimi o, gənclər arasında dünya çempionatında qızıl və gümüş medal qazanıb. Həmçinin, Kempell böyüklər arasında dünya çempionatının gümüş mükafatçısı olub. İdman karyerasını başa vurduqdan sonra Kempbell Almaniyanın Nürnberq şəhərində təcrübə keçib.
Estetik əməliyyatları ilə gündəmdən düşməyən 59 yaşlı Seda Sayan sürətli çəki itirməsi ilə yenidən adından söz etdirib.
Lent.az xəbər verir ki, bu dəfə müğənninin sosial şəbəkələrdə yayılmış şəkilləri gündəm yaradıb.
Belə ki, Seda Sayanın yeni görkəmi birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun yeni görünüşünü sevsə də, əksəriyyət tərəfindən bəyənilməyib.
Qeyd edək ki, müğənni xüsusi olaraq buzla yağ əritmə proseduru ilə özünü 31 sm incəldib.
Onu da xatırladaq ki, ifaçı keçən ay özündən 25 yaş kiçik sevgilisi ilə nikah masasına oturub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında döyülmə hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində həbs qərarı çıxarılan 1996-ci il təvəllüdlü Məmmədli İmran Cəlil oğlu inzibati binadan çıxarılarkən hələlik naməlum şəxs ona təpiklə zərbə vurub. Zərbə onun aşağı ətrafına ciddi xəsarət yetirib. Dərhal xəsarət alan məhkum xəstəxananın urologiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.
Nurlan Əli
Mayın 16-dan bu günədək Serbiyadakı ümumilikdə 231 məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar paytaxt Belqradla yanaşı, Novi Sad, Pirot və Nis şəhərlərində qeydə alınıb.
Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyi bu gün 134 məktəbə bomba qoyulması ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Açıqlamada bildirişlərin məktəblərə elektron poçt vasitəsilə göndərildiyi qeyd olunub.
Qaxda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb.
Lent.az-ın məlumatına görə, hadisə səhər saat 06 radələrində Qax-İlisu avtomibil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən şıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan iki sərnişin, rayonun İlisu kənd sakini 1998-ci il təvəllüdlü Tural Şəfi oğlu Rəşidov və Ənbərçay kənd sakini, 1993-cü il təvəllüdlü Rövşən Tacəddin oğlu Əhmədli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-stabil olduğu və müayinələrin aparıldığı bildirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Gülçülük Sovxozu adlanan ərazidə yol kənarı ilə hərəkət edən 2007-ci il təvəlllüdlü Gülməmmədli Şəmsiyyə Yusif qızı və onun bacısı 2010-cu il təvəllüdlü Gülməmmədli Gülzar Yusif qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (I cəhd) keçiriləcək.
DİM-dən Lent..az-a verilən xəbərə görə, imtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
İmtahan saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Mayın 21 və 22-də imtahan keçiriləcək şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158 nəzarətçi–müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Braziliyada tibb unuiversitetinin tələbəsi tədris vaxtı ağır xəstə olduğunu öyrənib.
Lent.az xəbər verir ki, Tibb fakültəsində dərs zamanı professor tələbələrdən birini nümunə göstərmək üçün yanına çağırıb. O, qızın boynuna və boğazına toxunduqda onun xərçəng xəstəsi olduğunu görüb. Xəstəlik artıq yayılmağa başlayıb. Qıza elə dərsdəcə tiroid vəzi xərçəngi diaqnozu qoyaraq onu yoxlanmağa göndərib.
Məsələ qıza pis təsir etsə də, laborator müayinə professoru haqlı çıxarıb. Lakin hadisə yenə də qız üçün yaxşı nəticə ilə bitib. O, radioloji müalicə ilə sağalıb.
Ölkədə son 24 saatda 219 013 yoluxma faktı qeydə alınıb, 1 nəfərin həyatını itirib.
Lent.az-ın xəbərinə görə, ümumi yoluxma sayı 2 milyon 460 min nəfərə çatır. İnfeksiyadan ümumi tələfat sayı 66-ya yüksəlib. Ötən həftə yüz minlərlə insanın yüksək hərarətdən şikayət edərək həkimə müraciət etməsi ölkə boyu nəhayət pandemiya həyəcanı yaradıb. Koreya Mərkəzi teleqraf Agentliyi bu cür hallara baxmayaraq, ölkədə istehsal fəaliyyətlərinin davam etdiyini bildirib.
Mütəxəssislər 25 milyondan çox əhalisi olan Şimali Koreyada tibbi avadanlıq və peyvənd çatışmazlığı səbəbindən böhranın yaranacağından narahatdır. Xəstəliyin nəzarətsiz yayılmasının daha ölümcül yeni mutasiyalara səbəb ola biləcəyi də vurğulanır.
Bir çox ölkədə seçki kampaniyası vaxtı səs toplamaq üçün əhali ilə yaxın təmasda olmaq normaya çevrilib.
Lent.az-ın xəbərinə görə, Avstraliyanın Baş naziri Skot Morrison da belə edərkən xoşagəlməz halla rastlaşıb.
Azyaşlı uşaqlarla futbol oynayarkən ilk dəqiqələrdə hər şey yaxşı gedirdi. Lakin növbəti topu tutarkən Morrison bir qədər irəli çıxıb və hücum edən uşaqla toqquşub. Lakin Baş nazir cəld tərpənərək uşağı tutub və yuxarı çevirib. Hadisə zamanı heç kim xəsarət almayıb.
"Boeing" şirkətinin layihələndirdiyi “Starliner” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşib.
Lent.az-ın xəbərinə görə, NASA prosesi canlı yayımlayıb.
Birləşmə Bakı vaxtı ilə saat 04.28-də başa çatıb. Gəmi təxminən 2 saat ərzində stansiya ətrafında manevr edərək ona 400 metr məsafədə yaxınlaşıb. Bundan sonra birləşmə prosesi başlayıb. Texniki problemə görə proses təxminən 1 saat gecikib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Alovlanma ilk olaraq Yefim Saratov küçəsində yerləşən fərdi yaşayış evinin damında müşahidə edilib. Bunu görən qonşular aidiyyatı üzrə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verib. Əraziyə 3 yanğınsöndürən texnika və canlı briqada cəlb edilib. Alovun hadisə baş verən ünvana bitişik digər evlərə keçməsinin qarşısı alınıb.
Qonşuların APA-nın hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, yanğın zamanı evin sakinləri başqa ünvanda olub. Yanğın evin mətbəxindən başlayıb.
Hadisə nəticəsində evin əşyaları yanaraq külə dönüb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulacaq.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, sonuncu – XXVIII turun matçları eyni gündə baş tutacaq.
Çempion və gümüş mükafatçı bəlli olduğundan son tur yalnız bürünc medalçını müəyyənləşdirəcək. Hazırda üçüncü sırada qərarlaşan “Zirə” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Paytaxt təmsilçisi mövqeyini qorumaq üçün qalib gəlməlidir.
“Qəbələ” isə ilk “dördlük”dən kənar qalan “Sabah”ı sınağa çəkəcək. Elmar Baxşıyevin yetirmələri üçüncü yeri tutmaq üçün həm qalib gəlməli, həm də “Zirə”nin xal itirməsinə ümid etməlidir. Bu baş verməsə Rəşad Sadıqovun yetirmələri ilk “üçlük”də qalacaq.
Autsayderlər Sumqayıtda qarşılaşacaq. Eyniadlı komanda “Səbail”i sınağa çəkəcək.
Mövsümə “Azersun Arena”da yekun vurulacaq. 9-cu çempionluğunu təmin edən “Qarabağ” bu göstəricidə çatdığı “Neftçi”ni sınağa çəkəcək. Bu görüşdən sonra Premyer Liqanın mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ki, başa çatacaq mövsüm 8 komanda ilə keçirilən sonuncu yarışdır. Növbəti mövsümdən Premyer Liqada 10 klub mübarizə aparacaq.
Premyer Liqa
XXVIII tur
21 may (şənbə)
17:00. “Zirə” – “Şamaxı”
Baş hakim: Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
17:00. “Qəbələ” – “Sabah”
Baş hakim: Əliyar Ağayev
Qəbələ şəhər stadionu
19:00. “Sumqayıt” – “Səbail”
Baş hakim: Rəvan Həmzəzadə
“Kapital Bank Arena”
19:30. “Qarabağ” – “Neftçi”
Baş hakim: Fərid Hacıyev
“Azersun Arena”
Fransanın O-de-Sen kommunasında (Parisin mərkəzi) yerləşən məktəbdə kütləvi zəhərlənmə qeydə alınıb.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, 363 şağird və 20 müəllim qidadan zəhərlənib.
Onların hamısında qusma və mədə ağrısı qeydə alınıb. Hadisəyə görə məktəbin yeməkxanası bağlanıb və qidalardan nümunə götürülüb. Xəstələrə ilkin yardımdan sonra əksəriyyəti evə buraxılıb. Hadisə yerində dövlət qurumları işləyir.
NASA 4 il əvvəl kosmosa buraxdığı və Mars planetində tədqiqat aparan “InSight” zondu ilə vidalaşır.
Lent.az-ın xəbərinə görə, buna səbəb aparatın enerji təchizatının azalmasıdır. Zond bir neçə aydan sonra “qırmızı planet”də öz işini yekunlaşdıracaq. Bildirilir ki, “InSight” 2018-ci ilin noyabrında Marsa eniş etdikdən sonra günəş panelləri hər gün təxminən 5 min vatt-saat enerji istehsal edib. Layihə rəhbərinin sözlərinə görə, kosmik zondun fəaliyyətinin yekunlaşdırılması tamamilə enerjinin bitəcəyi ilə bağlıdır. Missiyasını başa vuracaq “Insight” gözləniləndən daha çox müddətdə Marsda tətqiqat aparıb. Aparat 1313-dən çox zəlzələ aşkar edib.
Qeyd edək ki, kosmik gəmi 2018-ci il mayın 5-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından Atlas V raketi ilə kosmosa buraxılıb.
Amaniyada baş verən tornadoda infrastruktur dağılıb, əhaliyyə ciddi maddi ziyan deyib.
Lent.az-ın xəbərinə görə, Şimali Teyn-Vestfaiya əyalətində ötən gün bir neçə tornado qeydə alınıb.
Təbii fəlakət zamanı 40-dək sakin xəsarət alıb. Başqa təfərrüatıar açıqlanmır.