Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşüb – FOTO
20 may 2022-ci il tarixində nazir Ceyhun Bayramov ilə Turin Politexnik Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində humanitar sahənin əhəmiyyəti, bu xüsusda İtaliya-Azərbaycan Universitetinin oynayacağı önəmli rol və İtaliya-Azərbaycan Universitetində mühəndislik ixtisasları üzrə proqramların qurulmasında Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə İtaliya Senatının Turin şəhərindən olan üzvü, Senat daimi komissiyasının sədri, İtaliya Parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq Assosiasiyasının sədr-müavini senator Mauro Marino da iştirak edib.
Zelenski Mədəniyyət evinə zərbə barədə: “İşğalçılar mədəniyyəti, təhsili, insanlığı özlərinə düşmən seçiblər”
Prezident Volodimir Zelenski mədəniyyət evlərini və ya Ukrayna muzeylərini hədəfə alan işğalçıları pis və axmaq insanlar hesab edir. Prezident öz “Telegram” kanalında Xarkov vilayətinin mədəniyyət evinin raketlə vurulmasına bu sözlərlə reaksiya verib.
“Xarkov vilayəti. Lozovaya şəhəri. Rusiya raketi yeni rekonstruksiya edilmiş mədəniyyət binasına zərbə endirib. 7 qurban, o cümlədən 11 yaşlı uşaq.
İşğalçılar mədəniyyəti, təhsili, insanlığı özlərinə düşmən kimi təyin ediblər. Bunun üçü də nə raket, nə də bomba əsirgəmirlər. Belə hədəfləri seçən insanların ağlında nə var? Mütləq şəkildə pislik, mütləq axmaqlıq”, – deyə Ukrayna prezidenti qeyd edib.
Xilasedicilərin verdiyi məlumata görə, atəş nəticəsində bina qismən dağılıb, damın qızdırıcısı yanıb.
Yanğının saat 15.25-də operativ şəkildə söndürülməsinə nail olunub.
Lozovadakı Mədəniyyət Evi 2021-ci ildə Prezidentin “Böyük tikinti” proqramı çərçivəsində yenidən qurulmuşdu.
Mənbə: Ukrainskaya pravda
Bayden: “Azərbaycan dünya bazarlarının təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır”
“Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”.
Bunu ABŞ prezidenti Co Bayden Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib.
“Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik” – deyə ABŞ prezidenti vurğulayıb.
Bu gün vəfat edən jurnalist Qadir İbrahimli dəfn olunub.
APA xəbər verir ki, jurnalist doğulduğu Lənkəran şəhərindəki Sardaxlı qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhum jurnalistin yaxınları, media nümayəndələri iştirak edib.
11.46
Bu gün xəstəxanada vəfat edən jurnalist Qadir İbrahimlinin cənazəsi ailəsinə təhvil verilib.
APA xəbər verir ki, jurnalistin cənazəsi Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılıb.
Daha sonra Qadir İbrahimli ilə “Jurnalistlər binası”nın qarşısında vida mərasimi keçiriləcək.
Jurnalist doğulduğu Lənkəran şəhərində dəfn ediləcək.
Qeyd edək ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
16-20 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib.
APA nazirliyin saytına istinadən xəbər verir ki, FHN işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 190-a yaxın idmançı iştirak edib. Çempionatın final mərhələsini Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir Həsənzadə və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər. Çempionatın baş hakimi Babək Quliyev olub.
Əvvəlcə, FHN-in İdman-sağlamlıq klubunun inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.
Sonra tədbir iştirakçıları İdman-sağlamlıq klubunun İdman guşəsi ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir Həsənzadə Ulu Öndərin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salaraq vurğulayıblar ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Qeyd olunub ki, son onilliklər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ümummilli Liderin adı ilə bağlıdır. Natiqlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətimizin və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışıblar.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev gənclər və idman naziri Fərid Qayıbova və AFFA-nın texniki direktoru Cahangir Həsənzadəyə çempionatın keçirilməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib və xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, çempionatda iştiak edən komandalar 4 qrupa bölünüb və 4 qrupdan 1-ci və 2 ci yerləri tutanlar növbəti tura vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası Mülki müdafiə qoşunlarının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Maddi-texniki Təchizat İdarəsinin komandası Dövlət Yanğından Mühafizə Xidmətinin komandasına qalib gələrək çempionatın qalibi olub.
Çempionatda ən yaxşı qapıçı Vüqar Qadaşlı, ən çox qol vuran oyunçu Turxan Əliyev, veteran oyunçu Rasim Əliyev, əzmkar komanda isə Mülki müdafiə qoşunlarının komanadası olub.
Sonra qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.
10 mindən çox şəxsə sosial ödənişlər elektron qaydada təyin olunub Xəzərdə zəlzələ baş verib Nazirlər Kabinetinin Aparatında Heydər Əliyevin xatirəsi anılıb
“Azərbaycanda “Meymun çiçəyi” virusu olub” – Həkim-infeksionist
Avropa ölkələrində son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusuna yoluxma halları Azərbaycanda da cəmiyyət arasında təşvişə səbəb olub. Mövzuya aydınlıq gətirmək üçün bildirim ki, bu xəstəlik suçiçəyi infeksion xəstəliyinə bənzəyir.
Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Meymun çiçəyi” xəstəliyi daha çox Afrikada, xüsusilə də tropik meşələrin yaxınlığında müşahidə edilir:
“Virusun iki ştammı – Qərbi və Mərkəzi Afrika ştammları var. Simptomları isə qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, zəiflik və əzələ ağrısı kimi büruzə verə bilər. Qızdırma azaldıqdan sonra səpkilər əmələ gəlir. Səpkilər ilk olaraq üz nahiyəsindən başlayır və bədənin digər hissələrinə yayılır. Əksər hallarda isə ovuclarda və ayaqlarda daha çox rast gəlinir və çox qaşıntılı olur. Səpkilər sonra yaraya çevrilir və izləri qala bilər. Ona görə də yaranın qaşınması və qopardılması məsləhət görülmür”.
Həkim-infeksionist qeyd edir ki, “Meymun çiçəyi” xəstəliyi yaxın təmas zamanı, tənəffüs yolları vasitəsilə keçə bilər:
“Eyni zamanda virus insandan-insana cinsi əlaqə yolu ilə də ötürülə bilər. Yoluxmuş meymundan, tələdən, siçovuldan da xəstəliyi tutmaq olar. Həmçinin yoluxmuş insanın paltarlarından da bu xəstəlik insana keçə bilər. Xəstəlik adətən yüngül formada keçir, bəzən iki-üç həftə ərzində öz-özlüyündə keçib gedə bilir. Suçiçəyinə çox bənzəyir. Virus aşkarlanan ölkələrdə xəstəlikdən ölüm halları da az qeydə alınıb”.
L.Qalimova ölkə vətəndaşlara müraciət edərək ölkədə bu virusun olmadığını qeyd edib:
“Xəstəliyin ölkəmizdə aşkarlanmaması üçün kifayət qədər tədbirlər görülür. Vətəndaşlara isə bildirmək istərdim ki, sadalanan əlamətləri özündə hiss edənlər dərhal həkimə müraciət etsinlər. Onu da qeyd edim ki, suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin “Meymun çiçəyi”nə qarşı qorunmaq effektliyi yüksək faiz dərəcəsi ilə sübut edilib”.
Həkim-infeksionist Kəmalə Hüseynova da Oxu.Az-a açıqlamasında qeyd edib ki, “Meymun çiçəyi” xəstəliyi suçiçəyi xəstəliyi ilə bənzərlik təşkil edir:
“Bizdə daha əvvəllər belə faktlar olub. “Meymun çiçəyi”nə yoluxurlar, amma suçiçəyinə oxşayır. Xəstəliklərin fərqi odur ki, “Meymun çiçəyi” zamanı uşaqlarda əlin içərisində, ayaqlarının altında səpkilər olur. İnfeksion xəstəlik kimi gedişatı suçiçəyinə oxşadığı üçün bir çox həkimlər əvvəllər diaqnoz qoyanda çoxuna suçiçəyi diaqnozu qoyurdular”.
Könül Cəfərli
Kürdəxanıda 19-cu əsrin yadigarı qəzalı vəziyyətdədir – FOTOREPORTAJ
Kürdəxanıda əsrlərlə yaşı olan iki məsciddən biri bu gün dağılmış vəziyyətdədir. Söhbət Ləhiş bağlarında yerləşən Hacı Soltanəli məscidindən gedir. Kəndin ayağında yerləşən digər məscid isə Cümə məscididir.
“Global Photo Stock”un əməkdaşı 19-cu əsrin sonunda dövrün görkəmli şəxsiyyətlərindən olan Hacı Soltanəli Həşimovun inşa etdirdiyi yararsız vəziyyətdə olan məscid binasını çəkib.
Məscidin kitabəsində onun 1897-1898-ci illərdə tikildiyi qeyd edilib. Məbəd bu gün qəzalı vəziyyətdədir və təmirə ehtiyacı var. Məscidi inşa etdirən xeyriyyəçi Hacı Soltanəlinin məzarı da elə tikilinin yaxınlığında yerləşir.
Təəssüf ki, məzarın da üzəri çatlayıb və baxımsız vəziyyətdədir.
Həmin fotoları təqdim edirik:
Ataya “oğlunu əfv etdirəcəm” dedi, 2500 manat aldı – “Ailəlikcə həbsxananın qarşısında gözlədik”
Bakıda tanışının həbsdə olan oğlunun adını əfv siyahısına saldıraraq ona köməklik edəcəyini deyərək, aldadıb 2500 manatını ələ keçirən şəxsə hökm oxunub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martında baş verib. Belə ki, Habil Məmmədov (soyad şərtidir) tanışı Xəyyam Məlikovun qardaşının 2015-ci ildə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini öyrənərək onlara kömək edə biləcəyini deyib. Bundan sonra tanışının atası Arif Məlikovdan 3000 manat pul istəyərək bildirib ki, bu məbləğ müqabilində oğlunun adını əfv siyahısına saldıra bilər. Habil Məmmədov onları aldadaraq ayrı-ayrı vaxtlarda ümumilikdə aldığı 2500 manat pulu öz ehtiyaclarına xərcləyib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Habil Məmmədov bildirib ki, özü ikinci qrup əlildir və əməlindən peşmandır:
“Xəyyamgilin qardaşı Kənanı həbsdən çıxarmaq istədiklərini bilirdim. Buna görə də onlara dedim ki, kömək edə bilərəm. Lakin verdiyim heç bir vədə əməl etmədim. Onlardan aldığım ümumilikdə 2500 manatı öz şəxsi ehtiyaclarıma xərclədim. Həmin puldan 1500 manatı qaytarmışam. 1000 manatı da hissə-hissə qaytaracam. Özüm ikinci qrup əliləm. Vətən müharibəsi müddətində daim orduya yardım etmişəm. Əməlimdən çox peşmanam”.
Hadisə zamanı zərərçəkən Arif Məlikov bildirib ki, Habil onlara söz vermişdi ki, oğlu Novruz bayramında azadlıqda olacaq:
“Onu əvvəllər tanımırdım. Oğlumun vasitəsilə tanış olduq. Onlar daim birlikdə çörək kəsiblər. Əvvəlcə bizdən 3000 manat istəmişdi. Birinci 2000 manat aldı. Daha sonra 1000 istədi. Qəfil olduğu üçün ancaq 500 manat verə biləcəyimizi dedik. Bundan sonra ümidlə həmin günü gözlədik. Martın 20-də ailəlikcə yığılıb 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına getdik. Kənanın həbsdən çıxmasını gözlədik. Amma sonra başa düşdük ki, oğlum çıxmayacaq. Habilə zəng edib səbəbini soruşanda dedi ki, narahat olmayaq, həll olunacaq. Amma bir müddət keçsə də, səs-soraq olmadı. Buna görə də ondan pulumuzu tələb etdik. O da hər dəfə pulu verəcəyini deyib, vermədi”.
Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən Habil Məmmədov 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
ABŞ və bəzi Avropa ölkələrində yoluxma halları müəyyən edilmiş “Meymun çiçəyi” virusu müalicəsi olmayan təhlükəli xəstəlikdir.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev deyib. Onun sözlərinə görə, virusun hansı səbəbdən Avropada yayılmağa başladığı məlum deyil:
“Virus uzun müddətdir məlumdur. Ümumiyyətlə, dünyada kifayət qədər az sayda çiçək virusu məlumdur, insan çiçək virusunu məhv edib, lakin bir çox heyvanların çiçək virusları dövr etməkdə davam edir. İndiyə qədər “Meymun çiçəyi”nin yalnız təcrid olunmuş halları və ya kiçik epidemiyaları müşahidə edilmişdir. Avropada yayılma bu günə qədər məlum deyildi, buna görə də indi baş verənlər olduqca qeyri-adidir, lakin hələlik heç bir izahat yoxdur.
Ola bilsin ki, virus virusun ötürülməsinin daha çox olduğu mühitə, məsələn, təmas yolu ilə daxil olub. Ola bilsin ki, onun ötürülməsi mümkün olub, çünki indi bir çox insan çiçək xəstəliyinə qarşı peyvənd olunmayıb. Yaxud da mutasiyaya uğrayıb və insandan insana keçmək imkanı qazanıb. Bu fərziyyələrdən hansının doğru olduğunu bilməyincə, vəziyyətin necə inkişaf edəcəyini təxmin edə bilmərik”.
Lukaşev əlavə edib ki, xəstəliklərin təxminən 1%-i ölümcül ola bilər, lakin virus yavaş yayılır, ona görə də ona nəzarət etmək koronavirusdan daha asan olacaq.
Qeyd edək ki, artıq “Meymun çiçəyi”nə yoluxma halları ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, İspaniya, Portuqaliya, Avstraliya və Kanadada qeydə alınıb. Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Xəstəlik kəskin, qəfildən başlayır. Bədən temperaturunun artması, baş ağrıları və əzələ ağrıları, başgicəllənmə, ürəkbulanma və qusma ilə müşahidə olunur. Xəstəliyin sonrakı dinamikası çiçək xəstəliyinin simptomlarına bənzəyir.
İlkin Nəcəfzadə
AzVision.az
“Uşaq pulu iqtisadi imkanları güclü olan ölkələrdə verilir, məsələn, bəzi Avropa və ərəb ölkələrində. Uşaq pulunun verilməsi uşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən amildir. Ölkəmizdə 2006-cı ilə qədər uşaq pulu verilirdi, amma məbləği az olduğu üçün sosial dəstəyə ehtiyacı olan ailələrə müavinətin ünvanlı sosial yardım şəklində verilməsi daha məqsədəuyğun hesab olundu. Beləliklə, ölkəmizdə uşaq pulunun əvəzinə ünvanlı sosial yardım proqramı icra olunur və ehtiyacı olan ailələrə dövlət dəstəyi göstərilir. Ona görə də bu gün yenidən uşaq pulunun ödənilməsi məsələsi gündəlikdə yoxdur və aktual deyil”. Millət vəkili qeyd edib ki, ünvanlı sosial yardımın dayandırılması və həmin vəsaitin uşaq pulu ilə əvəz olunması daha doğru olardı: “Düzdür, bu məsələ daha böyük maliyyə tələb edir, amma hər bir uşağın böyüyəndə vətən qarşısında borcu olduğu kimi, dövlət də ehtiyacı olan ailələrdə uşağın sağlam böyüməsi üçün uşaq pulunu bərpa etməlidir. Hesab edirəm ki, dövlətimizin iqtisadi imkanları genişləndikcə gələcəkdə bu məsələyə də baxılacaq”.
Fəridə Baku Post
Vətən müharibəsinə özü ilə apardığı Türkiyə bayrağını Ərdoğana təqdim edən 11 medallı XTQ zabiti ilə MÜSAHİBƏ
Vətən müharibəsində doqquz, ümumilikdə xidmətlərinə görə 11 medalla təltif olunmuş XTQ-nin ehtiyatda olan baş leytenantı Şəmsəddin Qurbanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Oxu.Az-ın əməkdaşı əfsanəvi Şuşa döyüşlərinin real iştirakçısı, düşməni məhv etmək üçün əlindəki bütün şansları istifadə edən, güllə, mərmi bitdikdə belə, bıçaq və əlbəyaxa mübarizə ilə düşməni məhv edən qəhrəmanımız Şəmsəddin Qurbanovla həmsöhbət olub.
Əslən Zaqatala rayonunun Muxax kəndindən olan, ehtiyatda olan XTQ baş leytenantı məhz Şuşa uğrunda döyüşlərdə yaralanıb:
“Biz çox çətin və qürurlu döyüş yolu keçdik. Sizə deyim ki, döyüşə girərkən yalnız qələbəni düşünürdük. O yüksəkliklərə çıxmaq çox təhlükəli idi, hər an ayağımızın altından qaya parçaları sürüşə bilərdi. Biz o cür şəraitdə, düşmənin hava zərbələri altında, noyabrın 6-da Şuşaya daxil olduq. Şuşa döyüşlərində sağ ayağımdan yaralandım. Ayağımı hiss etmirdim, o qədər qəlpə dolmuşdu ki, elə bilirdim, ayağım daha yoxdur. 20 dəqiqə yaralı halda qaldıqdan sonra özümdə güc tapıb ayağa qalxdım. Yaxın məsafədə də olsa yoldaşlarıma imkan vermədim ki, gəlib məni çıxarsınlar. Döyüş meydanından çıxdım. İcazə vermədim ki, kimsə mənə görə yaralansın. Həmin dəqiqələr içərisində düşmən 20 “Qrad” mərmisi atdı. Çox ağır döyüş idi”.
– On bir medalla təltif olunmusunuz, onların doqquzu Vətən müharibəsi ilə bağlıdır, doğrudurmu?
– Bəli, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azal olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən müharibəsi qəhrəmanı”, “Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli” medalları ilə təltif edilmişəm.
– Necə oldu Türkiyə səfəriniz, müalicə ilə bağlı idi, yoxsa necə?
– Xeyr, Türkiyə dövlətinin təşkil etdiyi səfər çərçivəsində bir qrup Vətən müharibəsi qazilərindən ibarət heyətlə səfərə getdik. Səfər çərçivəsində dövlət rəsmiləri ilə görüşdük. İstanbul, İzmir, Ankara, Konya şəhərlərində olduq. Şəhərlərin rəsmi qurumlarının nümayəndələri, valilər ilə birlikdə Mustafa Kamal Atatürkün məzarını ziyarət etdik.
– Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırılırdı, yoxsa necə?
– Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümüz mayın 18-də baş tutdu. Görüşümüz planlaşdırılmışdı və protokola uyğun hərəkət etdiyimiz üçün hər şey ardıcıllıqla aparıldı. Türkiyə bayrağını əvvəlcədən ütüləyib, qablaşdırmışdım.
Türkiyə Böyük Millət Məclisinin binasında baş tutan görüş zamanı mən ona 44 günlük Vətən müharibəsi zamanı öz şanlı, üçrəngli bayrağımızla birlikdə ürəyimin üzərində gəzdirdiyim şanlı Türkiyə bayrağını təqdim etdim. Bu bayraq da ən az bizim kimi Zəfərə, qələbəyə aparan Vətən müharibəsi yolunu keçib. Prezidentlə görüşdə bu bayrağı Şuşaya qədər Azərbaycan bayrağı ilə birgə apardığımı bildirdim.
– Mətbuatda yazılıb ki, Vətən müharibəsində üzərinizdə olan Azərbaycan bayrağını Hulusi Akara hədiyyə etmisiniz.
– Bu məsələ ilə bağlı mətbuatda bir qədər yanlış informasiya dərc edilib. Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın “Tək Vətən Hərəkatı”nın qaziləri arasında bir görüş keçirilmişdi. Biz də orada iştirak etmişdik. Döyüş zamanı mənim üzərimdə həm Türkiyə, həm də Azərbaycan bayrağı olub. Türkiyə bayrağını Prezident Ərdoğana təqdim etdim, öz bayrağımız isə bu gün də mənim üzərimdədir.
“44 gün üzərimdə gəzdirdiyim bayrağımızda üç güllə izi var”
– Bizim bayraqla şəhid general-mayor Polad Həşimovun nəşinin gətirildiyi gün izdihamın arasında olmusunuz. Elə həmin bayraqdırmı?
– Bəli, həmin bayrağı o gün aldım. General-mayor Polad Həşimovun şəhadətə ucaldığı gün aldığım bayraq ilə onun nəşi gətiriləndə qarşılamağa getdim. Döyüşlərin başlayacağını bilirdim, o bayrağı da özümlə cəbhəyə apardım. Bayrağımda üç güllə izi var.
– Necə oldu bu hadisə, danışa bilərsiniz?
– Oktyabrın dördündə bizim rütbəli zabit heyətimiz pusquya düşdü. Mən heyətimizi pusqudan çıxarmağa çalışırdım. Bu niyyətlə bayrağımızı sol əlimdə tutub, sağ əlimlə isə silahla düşmənə atəş açırdım. Döyüş yoldaşlarımıza çatana qədər bu şəkildə 500 metrə yaxın məsafə qət etdim. Yanıma minaatan mərmiləri düşürdü, lakin xoşbəxtlikdən, mənə dəymədi. Üstəlik, snayper atırdı. Sonradan bayrağa baxanda güllə izlərini gördüm.
– Hər iki bayrağı Şuşada dalğalandırdınız?
– Əhd etmişdim ki, Şuşaya qalxanda hər iki bayrağı dalğalandırım. Lakin qismət olmadı. Şuşa döyüşlərində 70 yaralı, 20-yə yaxın şəhid verdik. Komandir kimi mənim vəzifəm onlar idi. Əhd etsəm də, əsgərlərimlə məşğul olduğumdan əhdimi yerinə yetirə bilmədim. Şükür ki, Türkiyə bayrağını rəhbər şəxslərə verməyi əhd etsəm də, birbaşa Rəcəb Tayyib Ərdoğana təqdim etmək nəsib oldu.
– Bəs bizim bayrağımızla bağlı planınız nədir?
– Qismət olarsa, döyüşdə üzərimdə olan bayrağı Ali Baş Komandan, Prezident İlham Əliyevə təqdim etmək istəyirəm. Bizim Türkiyədəki fəaliyyətimizlə bağlı Ali Baş Komandan da məlumatlıdır. Ümid edirəm ki, dövlət başçımıza bu şanlı bayrağımızı təqdim etmək mənə nəsib olacaq.
Könül Cəfərli
Müasir yeniyetmələri anlamaq barədə “lifehack”lar – FOTO
Rusiyalı keşiş Pavel Ostrovski müasir yeniyetmələri başa düşmək üçün “lifehack”lar paylaşıb. O, ilk olaraq yeniyetmələrin zövqlərini tanımağı və hörmət etməyi məsləhət görüb.
“Əgər manqa, manhva və manhuanı qarışdırmasanız, onların yanında nüfuzunuz dərhal 10 faiz artacaq. Adətən auditorların yaşından asılı olan “anime” janrlarını – “kodomo”, “senen”, “sece”, “seynen” və “cesey”i başa düşmək yaxşı olardı”, – deyə bildirən keşiş, “manqa”nın komiks, “anime”nin isə cizgi filmi olduğunu dəqiqləşdirib.
Ostrovski rolk, fanfikt və fandomların janrlarını, xüsusiyyətlərini və digər incəliklərini başa düşməyi məsləhət görüb.
Onun sözlərinə görə, kibersportu (“DotA”, “pubg”, “cs go”, “tanks” və s.), “Netflix”də serialları, “TikTok”da özünüifadə və bir çox başqa mövzuları da qaçırmaq olmaz.
Keşiş bildirib ki, yeniyetmələrin etdiklərini bəyənsək də, bəyənməsək də, bu onların dünyasıdır.
“Ona görə də biz gənclər mühitinə yeni ideyalar gətirmək istəyiriksə, o zaman ən ağlabatan şey onlara yol vermək, dəstək olmaq olardı”, – deyə o, bildirib.
Ostrovski onların az adam tərəfindən dinlənildiyini və fikirlərinin böyüklər tərəfindən tənqid olunduğunu qeyd edib.
“Ətrafdakı hər kəs onlara necə həyat sürməli olduqlarını bildirir, lakin indi və burada necə yaşadıqlarından xəbərsizdirlər”, – deyə keşiş sözlərini yekunlaşdırıb.
Mənbə: Lenta.ru
Bir həftə cəngəllikdə tək, susuz və qidasız qalan 75 yaşlı turist qadın sağ tapılıb – FOTO/VİDEO
Tailandda yeddi gün vəhşi cəngəllikdə su və yeməksiz yaşayan və möcüzə nəticəsində sağ qalan yaşlı qadın xilas edilib.
Almaniyadan olan 75 yaşlı turist Barbara Elizabet Monika Qleq Lenq Phuketdəki hoteldən gəzinti üçün çıxıb və bir həftə ondan məlumat almaq mümkün olmayıb.
Yerli polis qadının tapılması üçün genişmiqyaslı axtarışlar təşkil edib – xilasedicilər bir neçə gün helikopterlərlə ətrafa baxış keçiriblər. Lakin turist qadın təsadüfən aşkar olunub. Evlərindən bir qədər aralıda cəngəllikdə gəzən dağ kəndindən olan oğlan yerdə uzanmış qadını görüb.
Səyahətçi qadına ilkin tibbi yardım göstərilib və sonrakı müayinə üçün tibb məntəqəsinə aparılıb. İlkin məlumatlara görə, Lenq Alzheymer xəstəliyindən əziyyət çəkir.
Mənbə: Daily Mail
İmtahanlara görə həyəcanlanan yeniyetmə tamamilə keçəlləşdi – FOTO
Britaniyanın Birmingem şəhərindən olan Sem Teylor məktəb imtahanlarına görə keçirdiyi həyəcan səbəbindən 15 yaşında tamamilə keçəl olub.
Bildirilir ki, yeniyetmə bir neçə ay ərzində başında, üzündə və bədənindəki bütün tükləri itirib. Dermatoloqun təyin etdiyi müalicə kursu da kömək etmir.
Teylorun sözlərinə görə, məktəbdə onun üçün çətin olub: hamı ona diqqət yetirib və xərçəng olub-olmadığını soruşub.
Yalnız universitetə daxil olduqdan sonra özünə dostlar qazana bilib – onlar gəncin xarici görünüşünə əhəmiyyət verməyiblər.
Hazırda 19 yaşında olan gənc vəziyyəti ilə barışıb və hətta anası kimi qaşlarını permanent makiyaj etməyə başlayıb.
Mənbə: Lenta.ru
Ölümdən son anda xilas oldular – ANBAAN VİDEO
Türkiyənin Bursa şəhərində qohumlarını ziyarətə gələn insanlar yola düşərkən qapı önündə sağollaşıblar. Qonaqlar avtomobilə minmək üçün qapıdan ayrıldıqdan bir saniyə sonra sürətlə gələn avtomobil qapıya çırpılıb.
Həmin anlar anbaan təhlükəsizlik kamerasına əks olunub. Xoşbəxtlikdən, qəzada ölən olmasa da, avtomobildə olan iki nəfər yüngül xəsarət alıb.
Mənbə: Haber7
150 il ömrü olan EVLƏR: Onların müsbət və mənfi tərəfləri nələrdir? – FOTO
İlkin mənzil bazarında monolit binalarla bağlı elanlara tez-tez rast gəlmək olur.
Bəs bu binalar nə ilə fərqlənir?
Monolit ev bütün bina çərçivəsinin, xarici divarların və əsas mərtəbələrin betondan töküldüyü, birləşmələr olmadan vahid bir quruluş meydana gətirdiyi şəkildə qurulmuş bir kompleksdir. Hazırda yalnız çoxmənzilli binalar deyil, həm də şəxsi koteclər və digər obyektlər də belə tikilir. Hesab olunur ki, monolit evlər daha davamlıdır və 100-150 il dayana biləcəklər. Bu dizayn həmçinin rütubət və küləyin keçməsinə imkan vermir, zəlzələlərə davamlıdır.
Monolit evlərin tikintisi bütün işlərin yerində həyata keçirilməsi ilə fərqlənir. Panel və ya digər növ evlərdən fərqli olaraq, bu tip tikililər üçün bütün materiallar tikinti sahəsinə gətirilir. Əvvəlcə, təməl tökülür. Təməl çox vaxt bir metr uzunluğunda bir beton plitədən ibarət olur, zəruri hallarda idarə olunan yığınlarla gücləndirilir. Özül çərçivənin kəmərinə çevrilən möhkəmləndirici ilə gücləndirilir.
Daha sonra tökmə beton divarların tikintisinə başlanır. Birbaşa yerində, beton tökmək üçün forma ilə dayanacaq strukturlar yığılır. Qəlib müxtəlif materiallardan hazırlana bilər – ağac, polad və ya alüminium. Ən çox istifadə olunan material polistiroldur.
Qəlib artıq qurudulmuş və bitmiş divardan ayrıldıqda və daha yüksək səviyyəyə köçürüldükdə çıxarıla bilər. Bu ən sərfəli seçimdir. Sabit konstruksiya divarda qalır, divarların əlavə gücünə istilik və səs izolyasiyasına xidmət göstərir. Bu, ən çox azmərtəbəli binaların tikintisində edilir.
Çoxları üçün monolit evlər etibarlılıq və keyfiyyətlə sinonimdir. Bu yolla getdikcə daha çox yeni binalar tikilir.
Ekspert Elnur Azadov “Report”a belə tikililərin üstünlüklərindən danışıb:
“Belə tikililərin bir çox üstünlükləri var. İlk öncə tikintinin sürəti. Çoxmərtəbəli binalar bu üsulla bir-iki ilə tikilə bilər. Bitişik və mümkün çatların olmaması hesabına bu binaların aşınma müqaviməti 100 ildən çox ola bilər. Monolit binalar həm də yüksək seysmik davamlıdır. Quruluşun bütövlüyünə görə ev bərabər şəkildə daralır, divarlardakı çatlar isə minimaldır. Bu şəkildə fərdi bir ev tikirsinizsə, son işləri görmədən də dərhal içəri keçə bilərsiniz. Xarici divarların səs və istilik izolyasiyası təmin edilir.
Bundan başqa bu cür tikililərin geniş imkanları var. Monolitdə daşıyıcı divarlar xaricidir. Bütün daxili divarlar, bir qayda olaraq, köçürülə və çıxarıla bilər. Üstəlik, bir çox tərtibatçı mənzillərdə daxili divarları olmayan monolit evləri icarəyə götürür ki, sahiblər layihəni özləri planlaşdıra bilsinlər. Qəliblərlə əldə edilən hamar divarlar tikinti bitmədən kirayəyə verildikdə üstünlük hesab olunur. Sonrakı təmir üçün daha az material və iş tələb olunur”.
Ekspert monolit binaların çatışmazlıqları haqqında da danışıb:
“Pis hava şəraitində tikintini aparmaq mürəkkəbdir. Xüsusən də yağış və qar altında islanan yarımçıq tikililər bundan əziyyət çəkir. Uzunmüddətli mənfi təsir nəm betona, digər xoşagəlməz nəticələrə səbəb ola bilər. Doğrudur, indi beton istilik texnologiyası kimi istifadə olunur, bu da qışda monolit tikməyə imkan verir. İnşa mərhələsində tikintiyə ciddi nəzarət tələb olunur. Bütün ev yerində tikildiyi üçün inşaatçılar yüksək səviyyəli peşəkarlar olmalı və nə etdiklərini başa düşməlidirlər. Məsələn, panel evlərin tikintisi zamanı inşaatçılar yalnız konstruktor kimi fabrikdə hazırlanmış hissələri yerində yığırlar.
İstilik izolyasiyası kərpic evlərə nisbətən monolit binalarda daha aşağıdır. Xüsusilə qışda mənzillərin həmişə soyuq olacağı riski var. Digər bina növləri ilə müqayisədə üstünlüklərə görə monolit evlərdə mənzil bahalıdır. Bir mənzilin qiyməti paneldən və hətta bəzi kərpic evlərdən daha yüksək olur”.
Tikinti şirkətlərindən birinin direktoru Melanya Süleymanova hesab edir ki, yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının inşasında monolitdən istifadə edilməsi mütləqdir:
“Monolit birinci növbədə binanın təhlükəsizliyi, yük daşıması dayanıqlığı, sığortası deməkdir. Əgər hər hansı bir tikili monolitsiz inşa edilirsə, o binanın möhkəmliyindən söhbət gedə bilməz. Hər hansı bir təbii fəlakət yaranarsa, monolitsiz inşa edilən binaların uçma təhlükəsi 100 % olar.
Onun üçün də hər hansı bir bina inşa ediləcəksə, ilk növbədə onun eskiz layihəsi hazırlanır və onun monolit hissəsi qeyd olunur. Onun üzərində də hesablamalar aparılır. Monolit binalardan mənzil almaq sərfəlidir. Monolit binalara xərc çox çıxır, material çox sərf olunur. Amma nəticədə təhlükəsizdir”.
MN: “Azad edilən ərazilərdə 140 km-dən artıq yeni təminat yolu çəkilib” – FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən yollar minalardan təmizlənir, abadlaşdırılır, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata keçirilir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 km-dən artıq yeni təminat yolu çəkilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.
Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndir. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm.
Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər kəs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı Rövşənə hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir.
Oxu.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında “oğru aləmi”də “Rövşən Lənkəranski” kimi tanınan avtoritet Rövşən Canıyevin qohumu və Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Millət vəkili Rövşən Lənkəranski ilə dəfələrlə görüşdüyünü qeyd edib:
“Rövşənlə dəfələrlə görüşlərimiz olub. Onunla həm Moskvada, həm də Bakıda görüşmüşəm. Rövşən kifayət qədər intellektə, mədəniyyətə və güclü iradəyə malik bir insandır. Rövşən Azərbaycanı çox sevir. O, Azərbaycanın istiqlalına və dövlətçiliyinə bağlı bir insandır. Təbii ki, onun öz aləmi, öz dünyası var.
O dünyanın şərtləri daxilində Rövşən öz taleyini yaşayır. Lakin bununla yanaşı Rövşən Azərbaycana çox bağlı bir insandır. Mən bunun altından xətt çəkərək deyirəm ki, Rövşən vətənə bağlıdır. O, çox səmimidir, dostlar və yaxınlara varlığı ilə bağlı bir insandır. Rövşənin xarakterində çox qeyri-adi xüsusiyyətlər var. Rövşəni yaxından tanıyan və onunla ünsiyyətdə olan hər kəs bir mənalı olaraq ona rəğbət bəsləyir”.
Millət vəkili Rövşəni 17 yaşından tanıdığını deyib. Qeyd edib ki, hər zaman R.Canıyevi müdafiə edib. Deputat avtoritetlə qohumluq əlaqəsindən söz açıb.
“Mənim qardaşım qızı Rövşənin qardaşının həyat yoldaşıdır. Yəni Rövşən mənim qardaşım qızının qaynıdır. Rəhmətlik qardaşım da, mən də Rövşən atasının intiqamını məhkəmədə alan zaman onun yanında olduq. Onu müdafiə etdik. Ona gücümüz çatan qədər kömək etdik. O etmiş olduğu bu hərəkətlərə görə zərrə qədər həyəcan keçirmirdi. Və biz ona görə də Rövşənin yanında olduq”.
Deputat Lənkəranskinin atasının qatilini məhkəmədə öldürməsindən danışıb. O, Rövşənin bu hərəkətinin hər kəs tərəfindən qəbul edilməli olduğunu söyləyib. Onun sözlərinə görə, bu məsələyə hüquqi çərçivədən yanaşmaq düzgün deyil:
“Azərbaycan xalqını sağ olsun ki, Rövşənin bu hərəkətinə dəstək verdilər. Məhkəmədə atasının intiqamını alan 17 yaşlı bir gənc hər kəs tərəfindən rəğbətlə qarşılandı. Hamı deyirdi ki, oğlu Rövşən kimi olmalıdır. Çünki o, atasının intiqamını almışdı. Hamı onun düzgün bir hərəkət etdiyini söyləyirdi. Ola bilsin ki, bu hərəkət hüquqi dövlətdə başqa bir fikir ifadə edə bilər. Atasının ölümünə görə sarsıntılar keçirən bir uşağın belə bir fürsəti əldən verməmək şansını sadəcə düşünmək lazım idi. Sadəcə olaraq onu dəyərləndirmək lazım idi. Məhz biz bunu da etdik. Sağ olsunlar ki, hər kəs Rövşənin bu hərəkətlərini başa düşdülər.
Təbii ki, elə bir hərəkətlər var ki, onlar qanun və hüququn çərçivələrindən çıxdıqda belə ona bu və ya digər dərəcədə haqq qazandırmaq lazım gəlir. Rövşən hədsiz dərəcədə ədalətli adamdır, hər zaman haqqın yanındadır. O, heç vaxt haqqı nahaqqa qurban vermir”.
Daha sonra F.Ağamalı Lənkəranskinin Bakıya gələndə onunla görüşdüyünü bildirib.
“Rövşənlə bizim xatirələrimiz elə bir silsiləyə daxildir. Düşünürəm ki, onları mətbuatla bölüşmək düzgün çıxmaz. Rövşənin xətrini çox istəyirəm. O, çox səmimi və mehriban bir insandır. İnşallah o, heç vaxt Azərbaycandan getməyəcək. Rövşən Azərbaycana bir-iki günlük gəlib-gedir. Azərbaycana gələndə onunla görüşürəm. Rövşən Lənkəranski bütün Azərbaycan üçün çox dəyərli bir insandır”.
Milli Məclsin depuatatı həmçinin qeyd edib ki, Rövşən Lənkəranski oğul atasıdır. Deputatın sözlərinə görə, Rövşən oğlunun onun yolu ilə getməsini istəmir:
“Rövşən bu gün özü də atadır. O, öz oğlunu da, ailəsini də çox istəyir. Rövşən ailəsinə çox bağlıdır. Onun atasının intiqamını məhkəmə zalında alması hər şeyə bir sübutdur. Demək ki, Rövşən rəhmətlik atasına və anasına bağlı olduğu kimi bu gün ailəsinə də, bacı-qardaşına da eyni zamanda qohumları və ətrafındakılara, dostlarına da son dərəcədə səmimi münasibət bəsləyir və onlara başucalığı gətirən bir Azərbaycan övladıdır. Rövşən Lənkəranski heç vaxt
haqsız, ədalətsiz bir addım atmayıb. Bu Rövşənin ən üstün cəhətidir. Rövşən özü oğul atasıdır. Heç vaxt arzulamıram ki, Rövşənin oğlu onun yolu ilə getsin. Arzu edirəm ki, Rövşənin oğlu atasının arzuları ilə böyüsün. Rövşən özü də istəməz ki, oğlu onun yolu ilə getsin. Rövşən oğlu haqqında daha fərqli fikirlərdədir, oğlu ilə bağlı daha uca fikirləri var. O, övladının təhsil almasını istəyir. Allahdan arzu edirəm ki, Rövşən oğlunu arzuladığı kimi böyütsün. Allah Rövşənin oğlunun həyatını qəzavi qədərdən, pis məqamlarda uzaq eləsin”.
Daha sonra millət vəkili Canıyevin qoşulduğu “oğru” aləmindən danışıb. O, qeyd edib ki, Rövşən həmin aləmin üzvü olmasını heç vaxt istəməyib:
“Rövşəngilin öz aləmi var. Mən istəməzdim ki, o bu aləmə düşsün. Ancaq həyat bu insanı o aləmə düşməyə məcbur elədi, atasının intiqamını almaq istəyi onu bura çəkdi. O aləmin çox özünəməxsus xüsusiyyətləri, qayda-qanunları var. Onların bir yaşam tərzləri var. O da ki, Rövşəngil heç vaxt haqqı nahaqqa qurban vermirlər. Onların söykənmiş olduqları ən əsas prinsip ədalətə qulluq, haqq işidir.
Bu baxımından Rövşən kimi insanlar çox hörmətə layiqdirlər. Lakin onların da həyatı kifayət qədər çətin və mürəkkəbdir. Onlar üçün hər dəqiqə təhlükə var. O insanları hər dəqiqə ən müxtəlif təhdidlər, təhlükələr gözləyir”.
Sonda millət vəkili F. Ağamalı “Rövşən Lənkəranski” ilə bağlı arzularını açıqlayıb:
“Rövşən həmişə vətənlə bərabərdir. Ümidvaram ki, o hər zaman da Azərbaycanın yanında olacaq. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara o həmişə dəstək olur, onların haqq işini müdafiə edir. Rövşənə Allahdan cansağlığı arzulayıram.
Rövşən o qədər təvəzökar bir insandır ki, o heç vaxt adının mətbuatda bu və ya digər şəkildə hallandırılmasını istəmir. Bu mənim duyğularımdır, mövqeydimdir. Bir insan haqqın da bir fikir söyləyirsənsə əlbəttə ki, onu əsaslandırmalısan. Mən Rövşənin insani keyfiyyətlərini hər kəs görsün deyə bütün bunları dedim. Allah Rövşən Lənkəranskini hifs eləsin”-deyə, millət vəkili qeyd edib.
ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.
Şikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov “AzPolitika.info”ya açıqlamasında bildirib ki, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17-si may 2022-ci il tarixlərində yayımlanan verlişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.
“İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də A.Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci (böhtan) bəndi ilə Nərimanov rayon Məhkəməsinə şikayət edib” –deyə, vəkli bildirib.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kənində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən davam etdirilir.
Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb: “Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəminin əxlaqına bələtdirlər…”
A.Muradovun sözlərinə görə, “Səni axtarıram” verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.
Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon Məhkəməsinə təqdim edilib.
Müjgan adında yaxından-uzaqdan sənətə, müğənniliyə, səsə və musiqiyə heç bir aidiyyəti olmayan birinin “Rəisim” mahnısı niyə bu qədər əks-səda doğurdu?
Sualın cavabı budur: bu problemin yalnız bir “rəislə” və onun Müjganıyla yekunlaşmadığı üçün!
Rəislərin hansı yollarla milyonlar qazandığını hər birimiz yaxşı bilirik: əxlaqsız yollarla əldə olunan vəsaitin əxlaqsızlığa da xərclənməsində qeyri-adi heç nə yoxdur. Ancaq əxlaqsızlığının nəticəsini cəmiyyətə mədəniyyət, sənət adına sırıyanda çox dağıdıcı bir mənzərə ortaya çıxır.
Pis tendensiyadır: biri oğurluqla qazandıqları hesabına mədəniyyətə, biri sənətə, biri ədəbiyyata, biri elmə, hətta biri Milli Məclisə “adam” yerləşdirə bilir…
Sən oğru ola, haram yeyə bilərsən – nə vaxtsa mütləq DTX-yə onsuz da cavab verəcəksən; ya DTX-nın əlindən qurtarsan da, əmin ol, Allahın nizamından və ədalətindən yayına bilməyəcəksən: öz həyatın və öz seçimindir – özün bilərsən. Ancaq bu əxlaqsızlığı mədəniyyətə, ədəbiyyata, sənətə, musiqiyə… gətirmək olmaz.
Bu cəmiyyət sizə nə edib ki, ondan qisas alırsınız?
Bunun cəmiyyətə verdiyi mesaj gənclərə yalnız əxlaqsız yol təklif etməkdir!
Belə “rəislərin” narkotik istehsal edən və cəmiyyəti zəhərləyən insanlardan fərqi var: narkobaronlar heç olmasa təqib edilir, qanunla cəzalandırılır, bu əxlaqsızlığın isə qarşısında duracaq hüquqi maneə yoxdur.
Onsuz da bu cəmiyyətdə dəyərlərə həddən artıq böyük təzyiqlər var: Avropanın bəlli mərkəzlərindən Azərbaycanda transların, geylərin, LGBT təmsilçilərinin “haqq və hüquq” davası aparılır, ailə dəyərlərinin məhvinə milyonlar xərclənir. Onlar LGBT-ni, bunlar isə fahişəliyin imtiyazlarını ciddi şəkildə təbliğ etməklə məşğuldurlar.
Belələrinin Azərbaycana düşmənçilik edən, bu xalqın məhvinə çalışan erməni mərkəzilərindən qəti fərqi yoxdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu xalq üçün gördüyü ən önəmli işlərdən birincisi efir əxlaqsızlığı və əxlaqsızlıq təbliğinin qarşısında durmasıdır: efirlərdən rüsvayçı şouların yığışdırılmasından tutmuş Milli Məclisdə biabırçı davaların bitməsinə qədər; muğamın təbliğindən tutmuş Ağdam məscidinin torpaqlı döşəməsinə ayaqyalın girməsi misalında ziyarətgahlara ənənəmizə uyğun yanaşmasına qədər; geyiminə, ərkanına və davranışına qədər; qolunu çirməyib ailəsi üçün mətbəxə girməsinə qədər; Şuşada hamının gözü qarşısında ərini saxlayıb, köynəyini düzəltməsinə qədər… – bir əxlaq nümunələri ortaya qoyur, bu xalqın ailə dəyərlərini hansı səviyyədə qoruduğunu nümayiş etdirir, yol göstərir…
Çünki Mehriban xanım xalqın özünü qoruması, mövcudluğu və yaşamı üçün nələrin vacib olduğunu çox yaxşı bilir və onları himayə edir!
Bu dövlət ərkanını qarşısında rəislər məşuqələri ilə efirlərdən dəyərlərimizə necə hücum edə bilərlər?
…Burda məsələnin konkretləşməsinə qarşıyıq: əlbəttə ki, “Rəisim” bütövlükdə mövcud problemin ifadəsi üçün sadəcə bir tutalğacdır.
Ancaq birmənalı şəkildə bu “rəislər” – hacılar, deputatlar, məmurlar və s. – tapılmalıdır, cəzalanmalıdır, onlara “dur” deyilməlidir!
Onları “tapmaq” iki vur ikidir: heç bir yerdə işləməyən gözəllərin bahalı həyatının maliyyə mənbəyi dövlətin bəlli qurumlarına çoxdan bəllidir. Kim hansı dərədə hansı qələt edir – cəhənnəm olsun, özü bilər, Allahı bilər; ancaq bu qələtlər xalqı ayaqda saxlayan sütunlara hücuma yönələr və əxlaqsızlığın təbliğinə çevrilərsə, xalq da, dövlət də gərəkəni etməlidir.
Təki bu rüsvayçılıqlar Bizim Mehribana məruzə oluna…
Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir” – VİDEO
Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin budəfəki buraxılışında millət vəkili Siyavuş Novruzovla ölkə gündəmi və bir çox maraqlı məqamlar müzakirə edilib.
Verilişin qonağı deputat parlamentdə müxtəlif mövzularla bağlı səs-küyə səbəb səbəb olan çıxışlarından danışıb.
Daha ətraflı verilişin növbəti buraxılışında: