Bu gün qəbul imtahanı var
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (I cəhd) keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Mayın 21 və 22-də imtahan keçiriləcək şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158 nəzarətçi-müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Bakıda azyaşlı bacıları avtomobil vurub
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Yer kürəsi qaynama nöqtəsinə çatıb - Alimlərdən iqlim XƏBƏRDARLIĞI
İsveçin SEİ institutu son elmi tədqiqatının nəticəsi olaraq bəyan edib ki, hazırda Yer kürəsi "qaynama nöqtəsindədir".
İnstitut Energetika qurumu ilə müştərək planetin vəziyyətini analiz edib.
"Bir çox sahələrdə qaynama nöqtəsindəyik. Cənubi Asiyada hava, enerji və yanacağın bahalaşması, ərzaq qıtlığı, müharibə və münaqişələr dünyanı son 50 ilin ən qaynar nöqtəsinə gətirib", – deyə direktor Persson bildirib.
Alimlər planetin gələcəyi barədə keçiriləcək İsveç masasına hesabat təqdim edib. Onlar gəncliyin krisiz şəraitində həyat tərzini dəyişmələri ilə bağlı forum yaradılmasını, eləcə də bitki, heyvanat aləminin qeydinə qalmağı, qida rasionunu dəyişməyin zəruri olduğunu bildirir.
Bəşəriyyət təcili olaraq quraqlıqla mübarizəyə başlamalıdır. Əgər tədbirlər görülməsə, 700 milyon insan məcburi öz evini, torpağını tərk etməli olacaq.
Qeyri-adi təbiət hadisəsi görənləri heyrətə gətirdi – VİDEO
Uruqvayda "Yakekan" qasırğası zamanı qeyri-adi təbiət hadisəsi lentə alınıb. Belə ki, Punta del Este şəhərinin Atlantik sahilləri dəniz köpüyü ilə dolub-daşıb.
Dəniz bioloqlarının fikrincə, köpük suyun tərkibində çoxlu miqdarda mikroyosun olması səbəbindən əmələ gəlib.
Nazirlikdə YOXLAMA: Qanunsuzluqlar aşkarlandı
Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditinin nəticələri məlum olub.
Olimpiya və idman komplekslərinin daxilolmalarla bağlı istifadə imkanlarının tam və düzgün reallaşdırılmaması, eləcə də icarə haqlarının aşağı səviyyədə müəyyənləşməsi əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla idman komplekslərinin fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmin edilməsinə səbəb olub.
Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsinə yol verilib, layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi əlavə vəsait istifadəsinə şərait yaradıb, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Nazirlik tərəfindən ictimai birliklər arasında qrant müsabiqələrinin mövzusu olan məsələlərin satınalma müqavilələri vasitəsilə icra edilməsi, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılması hallarına yol verilib.
Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO
Şirniyyatın ən böyük təhlükəsi yüksək kalorili olmasıdır; istehlak edildikdə çox miqdarda insulin qana daxil olur və aclıq hissi yalnız güclənir. Buna görə də, yalnız desertlə qəlyanaltı etmək həddindən artıq yeməyə səbəb olur.
Bu barədə tanınmış rusiyalı endokrinoloq Zöhrə Pavlova özünün "Telegram" kanalında xəbərdarlıq edib.
O, şirniyyatı yalnız doyurucu nahar və ya səhər yeməyindən sonra istehlakı tövsiyə edib.
"Doyunca yedikdən sonra aclıq mərkəzi artıq yeni siqnallara daha az cavab verəcək; çünki artıq tox və məmnundur", - deyə tibb elmləri namizədi izah edib.
Həkim piroqlardan hissə-hissə, özü də çay, yaxud qəhvə ilə istehlakı tövsiyə edib, çünki maye onların dadını "yuyub aparır".
Bu pomidorlarda təhlükəli zəhər olur - DİQQƏT!
Pomidor yalnız tam yetişdikdə orqanizmə faydalı olur. Yetişməmiş, yarısı yaşıl, kal pomidorlar toksiki zəhərlidir.
Əgər tərəvəz tam qırmızı olmayıbsa, onu yeməyin.
Xüsusən yaşlı insanlar, uşaqlar ehtiyatlı olsun.
Yetişmiş pomidorda həmçinin oksalat turşusu çoxdur. Bu isə pankreatit, mədə-bağırsaq problemi, qastriti olanlara zərərlidir
İstixanalarda çox miqdarda nitratlar tətbiq olunan pomidorlar ürək-damarlar üçün təhlükəlidir.
Pomidorda nitrat çox olduğunu belə bilmək olur: tərəvəzi kəsəndə çoxlu sarı arakəsmələr, sap kimi çıxıntılar varsa, deməli, nitrat çoxdur.
Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO
"The New York Times" rusiyalı hərbçilərin martın 4-də Buçada ən azı səkkiz ukraynalını edam etməsi barədə kadrlar təqdim edib.
Martın 4-də müşahidə kameraları tərəfindən lentə alınan ilk videoda rusiyalı hərbçilərin ukraynalı əsirləri (onların arasında xarakterik mavi köynəkdə olan bir adam da var) necə apardıqları göstərilir. Əsirlər daha sonra müvəqqəti bazaya çevrilən yaxınlıqdakı ofis binasının arxasına aparılır.
Şahidlərin göndərdiyi ikinci videoda binanın arxasında baş verənlər əks olunub: atəş səsləri eşidilib, bundan sonra məhbuslar aparıldıqları yerdən qayıtmayıblar.
Martın 5-də drondan çəkilmiş üçüncü videoda ofis binasının yaxınlığında yerdə uzanmış cəsədlər və onların yanında mühafizədə olan iki rusiyalı əsgər görünür. Cəsədlər arasında ilk videodakı mavi köynəkli adam diqqət çəkir.
"Meymun çiçəyi" daha bir Avropa ölkəsində peyda oldu
Niderlandda aparılan laboratoriya müayinələri nəticəsində Belçikanın ikinci böyük şəhəri Antverpendə nümunələri götürülən bir şəxsin "meymun çiçəyi" virusuna yoluxduğu məlum olub.
Virusun geniş yayılma şansının çox aşağı olmasına baxmayaraq, vəziyyət nəzarətdədir.
Belçikalı xəstənin karantinə alınması istənilib. Oxşar simptomlar "meymun çiçəyi" virusuna yoluxmuş şəxsin həyat yoldaşında da aşkarlanıb.
Belçikalı ekspertlər bu gün ümumi fəaliyyət planı müəyyən etmək üçün bir araya gələcəklər.
Qeyd edək ki, Avropada ilk dəfə Britaniyadan gələn şəxsdə aşkar edilən virusa artıq bir çox ölkələrdə rast gəlinib./Oxu.az
İngiltərədə uşaqla birlikdə böyüyən ayaqqabılar satışa çıxarılacaq - FOTO
Britaniyanın "Pip&Henry" startapı uşağın yaşı artdıqca böyüyən uşaq idman ayaqqabısı hazırlayır - ayaqqabı onu geyinən uşağa çox kiçik olana qədər üç yarım ölçüyə qədər böyüyə bilir. İdeya müəllifləri hesab edirlər ki, onların kəşfi iqlim böhranı ilə mübarizəyə kömək edəcək.
Yaradıcıların fikrincə, texnologiya bir cüt ayaqqabının ömrünü ən azı iki dəfə artıracaq. Bu o deməkdir ki, zibilxanada tullantıların miqdarı da azalacaq.
Brendin yaradıcısı Jeru Dudmal uzanan ayaqqabı yaratmaq ideyasının qızı dünyaya gələndən sonra ağlına gəldiyini söyləyib.
"Pip&Henry" hazırda uzanan ayaqqabılar üçün altlıq variantları üzərində işləyir. Mümkün variantlar arasında uzanan və yerində bağlana bilən çevik material və ayaqqabıya quraşdırılmış sürüşmə mexanizmi var.
Ekoloji ayaqqabıların 2023-cü ildə satışa çıxarılması nəzərdə tutulur. Yaradıcılar idman ayaqqabısı üçün mümkün qədər aşağı qiymət təyin edəcəklərinə söz verirlər ki, mümkün qədər çox ailə ala bilsin./oxu.az
Məktəblərin yaxınlığında satılan TƏHLÜKƏ: Uşaq içən kimi xəstələnir - VİDEO
Son zamanlar şagirdlərin elə məktəblərin yanındakı mağazalardan aldığı bu buzlu içkilərlə yəqin ki, hər birimiz rastlaşmışıq. "Lili" adlanan bu şirələri istənilən kiçik marketdən çox ucuz qiymətə almaq mümkündür. Buzlu formada satılan bu içkilər uşaqlarda boğaz gəlməsinə və yüksək hərarətə səbəb olur.
Elə uşaqların özləri də bu şirələri içdikdən sonra xəstələndiklərini söyləyirlər.
Həkimlər isə deyir ki, uşaqların qida rasionuna salınması mütləq olan məhsullarla yanaşı, onların birmənalı şəkildə uzaq durmalı olduğu məhsullar da var. Pediatr Günay Rəsulova deyir ki, bu cür ucuz, kimyəvi qatqılardan ibarət içkilər isə birbaşa xəstəlik mənbəyidir: "Bu "Lili"lər uşaqların boğazı üçün stress faktorudur. Gizli yatan infeksiyaların baş qaldırmasına səbəb olur. Nəticədə uşaqlarda boğaz ağrısı və qızdırma yaranır".
Qida üzrə ekspert Ağa Salamov da deyir ki, yetkinlik yaşına çatmayan şəxslərin bu içkilərdən istifadə etməsi heç də müsbət hal deyil: "Aromalı, rəngli içkilərin tərkibində fosfor turşuları olur. Fosfor turşusu da birbaşa olaraq yetkinlik yaşına çatmayanlarda sümük inkişafının qarşısını alır. Yaşlılarda isə sümük əriməsinə səbəb olur. Eyni zamanda, bu içkilərin tərkibində süni şəkərlərdən, rəngləndiricilərdən və qida qatqı boyalarından istifadə olunur ki, bu da orqanizmə zərərsiz ötüşmür. Yetkinlik yaşına çatmayan gənclərə bu cür içkilər satmaq düzgün deyil və bunun qarşısı təcili alınmalıdır".
Araşdırmamız zamanı məlum oldu ki, sən demə, şirənin üzərində qeyd olunan ştrix kod da saxta imiş.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu içki ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxlu zənglər daxil olur: "Şirə adlandırılan bu mayenin əslində heç bir natural şirə ilə əlaqəsi yoxdur. Üzərindəki ştrix kod da saxtadır. Azərbaycanda qeydiyyata alınmayıb, amma Azərbaycan prefiksi göstərilən ştrix kod qoyulub. Buraxılma müddəti ilə son yararlılıq müddəti arasındakı məsafə də çoxdur".
"Yeyinti məhsulları haqqında" Qanuna əsasən, istehlakçılar Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməlidirlər. Bəs "Lili" həqiqətənmi qeydiyyatdan keçmədən satılır?
AQTA-nın aparıcı məsləhətçisi Səbinə Əsgərova deyir ki, məktəblilərin istifadə etdiyi içkilər digər ölkələrdən idxal yolu ilə daxil olduğu halda laborator analizlərə cəlb olunur: "Təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri normalara uyğundursa, qida təhlükəsizliyi sertifikatı ilə təmin edilərək dövriyyəyə buraxılmasına icazə verilir. Həmin içkilər yerli müəssisələrdə istehsal olunduğu halda isə müəssisələr qida təhlükəsizliyinə qeydiyyata alınır bundan sonra məhsulların dövriyyəyə buraxılmasına icazə verilir".
Gədəbəy üç nəfər dəm qazından zəhərləndi: Ölən var
Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.
Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bəy və gəlin toyda özlərini YANDIRDI - ANBAAN VİDEO
Türkiyədə qəribə toy mərasimi keçirilib.
Onların bu hərəkəti hər kəsi təəccübləndirib. Məlumata görə, bəy və gəlin fərqli foto çəkdirmək üçün bu addımı atıblar.
Görüntüləri təqdim edirik:
Zaqatala dağlarında itkin düşən hindistanlı turistin FOTOSU - YENİLƏNİB
Lent.az Zaqatala dağlarında itkin düşən hindistanlı turistin fotosunu əldə edib.
Həmin fotonu təqdim edirik:
Azərbaycanda itkin düşən hindistanlı turistin axtarışları davam etdirilir.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, mayın 17-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub:
"Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
Hazırda rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar. Nəticəsi barədə əlavə məlumat veriləcək".
saat 14:10
Hindistanlı turist Azərbaycan dağlarında itkin düşüb.
Hindistanlı turistin axtarışlarına Zaqatala rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb edilib.
İki gündür davam edən axtarışlar hələlik heç bir nəticə verməyib.
ABŞ əsgərləri Ukraynada DÖYÜŞƏCƏK?
ABŞ qoşunları Ukraynada döyüşməyəcək.
Onun sözlərinə görə, ABŞ qoşunları Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməyəcək. Kiribi bildirib ki, Amerika rəhbərliyinin bu məsələdə mövqeyi dəyişməyib.
"Prezident Co Bayden açıq şəkildə bildirib ki, ABŞ qoşunları Ukraynada döyüşməyəcək. Bu mövqe dəyişməyib", - deyə Kirbi brifinq zamanı deyib.
Bakıya dolu yağıb - VİDEO
Paytaxt Bakıya dolu yağıb.
Hazırda isə bir sıra qəsəbələrdə dolu səngisə də, yağış davam edir.
Həmin görüntüləri təqdim edirik:
"Qoca qartal" ləqəbli qazi Cavid Həsənov kimdir? - VİDEO
"Bayraqdar" verilişinin növbəti qonağı 44 günlük Vətən müharibəsi iştirakçısı, "Qoca qartal" ləqəbli qazi Cavid Həsənovdur.
C.Həsənov, 1988-ci il aprelin 23-də Zərdab rayonunda anadan olub. 2005-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətə başlayıb. Silahdaşları ona "Qoca qartal" deyir. 15 ildir ki, fasiləsiz xidmət edir. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
Daha ətraflı sujetdə:
Oxu.az
"Kuruluş Osman"da Şuşadan danışıldı
Türkiyənin reytinqli seriallarından biri "Kuruluş Osman"da növbəti dəfə Azərbaycanla bağlı səhnəyə yer verilib.
OLAY yazır ki, ekran işinin ötən həftəki bölümündə Burak Özçivitin canlandırdığı Osman bəy Şuşanın adını çəkir.
O, başına toplaşan əsgərlərinə "Şərqdəki Şuşa da bizimdir" sözlərini deyir.
Qeyd edək ki, serialda həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.
Rusiya və Gürcüstanla quru sərhədlər nə vaxt açılacaq? - AÇIQLAMA - VİDEO
"Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı veriləcək qərar çox uzaqda deyil. Epidemioloji vəziyyət nəzərə alınaraq bu barədə qərar açıqlanacaq".
Ekspert əlavə edib ki, quru sərhədlərinin açılması ilə yanaşı müəyyən mexanizmlər qoyulmalıdır: "Vaksin tələbi qoyulmaqla ölkəyə daxil olan şəxslərlə bağlı vəziyyətə nəzarət oluna bilər. Bu cür süzgəclərin olması vacibdir".
Cozef Bayden İlham Əliyevi təbrik edib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm.
Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik.
İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik.
Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq.
Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə edirəm".
Türkiyəyə səfər edən qazilərimiz Azərbaycan səfirliyində - FOTO
Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə Qaziləri Dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər etmiş qazilərimizlə görüş keçirilib.
Diplomatların, səfirlik nəzdindəki Hərbi attaşelik aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.
Səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd edib, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulayıb. Rəşad Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd edib.
Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini ifadə edib, dövlətin onlara qayğı və diqqətindən razılıq edib və təkliflərini səsləndiriblər.