Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi epidemiyasını müzakirə etmək üçün fövqəladə iclas çağırır.
TED.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Xəstəlik birbaşa fiziki təmas və hava damcıları ilə ötürülür və əsasən Afrikada yayılıb. Mütəxəssislərin sözlərinə görə, ondan ən çox uşaqlar təsirlənir.
Meymun çiçəyinin inkubasiya dövrü 5 gündən 21 günə qədərdir, simptomlara isə qızdırma, bel və əzələ ağrısı, titrəmə və yorğunluq daxildir. Ölüm nisbəti 4-22% arasında dəyişir.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.
<p style="text-align:;" justify;">“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamının 1-ci hissəsinə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.
<p style="text-align:;" justify;">Həmin bənddə qeyd edilirdi ki, “Universitet ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir”.
“Apple”ın tərtibatçıları şirkətin direktorlar şurasına istifadəçiyə həm virtual, həm də əlaqə reallıqda qalmağa imkan verəcək qarışıq reallıq qarniturunu təqdim ediblər. TED.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
“Bloomberg”in qeyd etdiyi kimi, belə bir təqdimatın keçirilməsi cihazın tezliklə əlçatan olacağı deməkdir. Ehtimallara görə, qarnitur 3 min dollar qiymətinə olacaq. Bu, ən son “iPhone”dan iki dəfə bahadır.
“Apple” təxminən 2015-ci ildən qarnituru üzərində işləyir. Şirkət heç bir planını açıqlamasa da, müvafiq ixtisaslı 2 min yeni işçi işə götürüb.
<p style="text-align:;" justify;">AMEA İnformasiya Texnologiyaları İnstitutu “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə “Industry 4.0” texnologiyalarına əsaslanan innovativ layihələr təqdim edəcək.
<p style="text-align:;" justify;">AMEA-dan TED.az-a bildirilib ki, institut tərəfindən sərgidə dəniz neft və qaz platformalarında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sistemi, vətəndaş məmnuniyyəti əsasında göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi, e-dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modeli, bulud texnologiyalarında böyük verilənlərin effektiv analizi və kiberhücumların aşkarlanması üsullarının işlənməsi, böyük həcmli verilənlərin intellektual analizi üçün paralelləşdirilmiş k-means alqoritmi ilə bağlı layihələrin təqdim olunması nəzərdə tutulur.
<p style="text-align:;" justify;">Sərgiyə təqdim olunacaq “Dəniz neft və qaz platformalarında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sistemi” layihəsində insan amili səbəbindən baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün əşyaların interneti və e-tibb həlləri əsasında dəniz neft platformalarında (DNP) çalışan işçilərin sağlamlıq vəziyyətinin davamlı distant monitorinqi sisteminin işlənib-hazırlanması konsepsiyası təklif edilir. Konsepsiyaya əsasən, DNP-nin personalı mahiyyətinə görə müxtəlif növ informasiya hasil edən daşınan Əşyaların interneti qurğuları ilə təchiz olunan bioloji obyekt kimi çıxış edir. Konsepsiyanın əsas ideyası neftçilərin sağlamlığının idarə edilməsinə insan-mərkəzli yanaşmanı tətbiq etməklə onların təhlükəsizliyini artırmaqdır.
<p style="text-align:;" justify;">Bu sistem məsafədən sağlamlığın monitorinqinə, DNP-də baş verən ştatdankənar vəziyyətlər haqqında sahil tibb və təhlükəsizlık xidmətinin real zamanda məlumatlandırılmasına, hər bir situasiyaya uyğun avtomatik və ya həkim, təhlükəsizlik üzrə mütəxəssis cəlb olunmaqla real zamanda qərarların hasil olunmasına və operativ olaraq əks əlaqə ilə DNP-yə ötürülməsinə imkan yaradır. Həmçinin insan faktorunu aradan qaldırmaqla səhv (subyektiv) qərarların qəbulunun qarşısının alınmasına, insan resurslarının qısa, orta və uzun müddətdə idarə olunması üçün fərdi buludlarda onların rəqəmsal əkizinin formalaşmasına, rəqəmsal əkizlərə görə neftçilərin sağlamlığının hansı istiqamətdə dəyişməsi tendensiyasını formalaşdırmağa və strateji qərarların qəbul olunmasına şərait yaradır.
<p style="text-align:;" justify;">Sərgidə AMEA üçün ayrılmış pavilyonda yer alacaq digər layihə “Vətəndaş məmnuniyyəti əsasında göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi” adlanır. Layihədə vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsinə dair mövcud yanaşmalar analiz olunub, e-xidmətlərin qiymətləndirilməsi meyarları tədqiq edilib və dövlət xidmətlərinin keyfiyyətini xarakterizə edən meyarlar müəyyənləşdirilib. Çoxmeyarlı qiymətləndirmə modeli əsasında e-xidmətlərin ranqlaşdırılması üçün ən pis hal metodundan istifadə edilib. Ədədi eksperimentdə vətəndaşların rəyi əsasında xidmətlər qiymətləndirilib və ən pis hal metodu tətbiq olunaraq ranqlaşdırılıb.
<p style="text-align:;" justify;">Qeyd edək ki, təklif olunan yanaşma keyfiyyət və əlyetərlilik meyarları nəzərə alınmaqla e-xidmətləri çoxmeyarlı qiymətləndirməyə imkan verir.
<p style="text-align:;" justify;">Festival çərçivəsində təşkil olunacaq sərgidə təqdimatı planlaşdırılan “E-dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modeli” layihəsi e-demoqrafiya verilənləri əsasında demoqrafik göstəricilərin analizini nəzərdə tutur.
<p style="text-align:;" justify;">Layihə çərçivəsində “Jupyter Notebook” 6.1.4. platformasında xaricdə təhsil almış məzunların demoqrafik xarakteristikaları analiz edilib. FIN vasitəsilə hər bir fərd haqqında reyestrlərdəki məlumatlar inteqrasiya olunaraq götürülmüş dataset əsasında eksperiment aparılıb və göstəricilərə görə alınmış nəticələr qrafik şəkildə vizuallaşdırılıb.
<p style="text-align:;" justify;">Bu analizlərin köməyilə əhalinin sosial vəziyyəti, iş şəraiti, məşğulluq səviyyəsi, gəliri və s. haqqında tədqiqatlar aparmaq mümkündür. Tədqiqatlarda aparılan analizləri daha geniş aspektdə müxtəlif sahələr üzrə tətbiq etmək olar.
<p style="text-align:;" justify;">“Bulud texnologiyalarında böyük verilənlərin effektiv analizi və kiberhücumların aşkarlanması üsullarının işlənməsi” layihəsində isə fərdi məlumatların məxfiliyi qorumaqla analizi üçün avtoenkoderlərə əsaslanan dərin təlim metodu təklif edilib. Üsulun əsas məqsədi şəxsin fərdi məlumatları içərisindən sensitiv məlumatların tapılması və onların qeyri-sensitiv məlumatlara transformasiya olunmasıdır.
<p style="text-align:;" justify;">Məlum olduğu kimi, pilotsuz uçuş aparatlarının (PUA) effektiv aşkarlanmasını təmin etmək üçün daha böyük həcmdə verilənlər tələb olunur. Bu aşkarlanmanın buludların üzərindən həyata keçirilməsi böyük üstünlüklər əldə etməyə imkan verir. Tədqiqat işində PUA-ların aşkarlanması üçün səs siqnallarının analizinə əsaslanan maşın təlimi və dərin təlim üsulları təklif edilib. Təklif olunan yanaşmaların effektivliyi açıq verilənlər bazaları üzərində sınaqdan keçirilib və mövcud metodlarla müqayisədə üstün nəticələr əldə edilib.
<p style="text-align:;" justify;">Bununla yanaşı, bulud texnologiyalarına inteqrasiya olunmuş sənaye idarəetmə sistemlərində toplanan neft quyularının aylıq debit verilənləri əsasında neft hasilatını yüksək dəqiqliklə proqnozlaşdıra bilən “Deep Learning” metodu işlənib. Neft hasilatı üzrə zaman sıralarının proqnozlaşdırılması üçün dərin neyron şəbəkə arxitekturalarının birləşdirilməsi əsasında iyerarxik arxitekturalı hibrid model təklif olunub. Bu modelin effektivliyinin qiymətləndirilməsi elmi tədqiqatlar üçün açıq, yeddi neft mədənindən beş il müddətində toplanmış verilənlər bazası üzərində test edilib.
<p style="text-align:;" justify;">İnstitut tərəfindən sərgiyə təqdim olunacaq digər bir layihə – “Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün paralelləşdirilmiş k-means alqoritmi” adlanır. Layihə çərçivəsində təklif olunan alqoritm kompüterlərin yaddaş və hesablama resursları çərçivəsində böyük həcmli verilənləri analiz etmək imkanına malikdir. Real verilənlər dəsti üzərində aparılmış eksperimentlər göstərib ki, təklif olunan alqoritm k-means alqoritminə nəzərən dəfələrlə sürətli işləyir və kifayət qədər stabil nəticə nümayiş etdirir.
<p style="text-align:;" justify;">Bu gün Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən xəbər verilib.
<p style="text-align:;" justify;">Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın ÜST-nin beynəlxalq təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd edərək, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.
<p style="text-align:;" justify;">Səhiyyə naziri Teymur Musayevin moderatorluğu ilə baş tutan videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə təşkil olunub.
<p style="text-align:;" justify;">Teymur Musayev 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşmasını diqqətə çatdırdı. O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü dedi: “Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bundan əlavə, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib”.
<p style="text-align:;" justify;">Öz çıxışlarında Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsini yüksək qiymətləndirdilər. Onlar peyvəndlərin dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini Qoşulmama Hərəkatına üzv ölkələrin əhalisini qorumaq imkanından məhrum etdiyini diqqətə çatdırdılar.
<p style="text-align:;" justify;">Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verilib.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
<p style="text-align:;" justify;">Bildirilib ki, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.
<p style="text-align:;" justify;">Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
<p style="text-align:;" justify;">Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
<p style="text-align:;" justify;">Azərbaycanda indiyədək ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 52 nəfərdir.
<p style="text-align:;" justify;">Ölkədə son sutka ərzində 2 228, hazırkı dövrədək isə 6 867 409 test aparılıb.
19 may tarixində Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin (MEDİA) və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib.
TED.az xəbər verir ki, 40-a yaxın media nümayəndəsinin qatıldığı təlimdə Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Məhkəmə-Hüquq Şurasının, Mediasiya Şurasının rəhbər və məsul şəxsləri, Bakı şəhər Yasamal Rayon məhkəməsinin sədri və spiker-hakimlər iştirak ediblər.
Təlimin açılışında çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova ədliyyə orqanlarının və məhkəmələrin media ilə dialoqun, sosial media fəaliyyətinin gücləndirilməsi ilə bağlı ardıcıl işlərin görüldüyünü qeyd edib, Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyasına toxunaraq Medianın İnkişafı Agentliyi, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təlimin media nümayəndələri, həmçinin ədliyyə sahəsində mətbuata məsul əməkdaşlar və spiker-hakimlər üçün kommunikasiyanın daha effektiv həyata keçirilməsi baxımından faydasını vurğulayıb.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin başlıca hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da şəffaflaşdırılması işinə xidmət olduğunu bildirib. Bu münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna əhəmiyyətinin olduğunu deyən Natiq Məmmədli jurnalistlərin kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb.
Sonra əhalinin hüquqi maarifləndirilməsində Ədliyyə Nazirliyinin rolu, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə fəaliyyəti, məhkəmələrin müstəqilliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi və şəffaflıq, məhkəməyə qədər mübahisələrin həllində mediasiyanın rolu, media sahəsində qanunvericiliyinin prioritetləri, ədliyyə orqanlarında və məhkəmələrdə media ilə işin təşkili, bu sahədə kommunikasiya strategiyası və sosial media siyasəti ilə bağlı mövzularda məruzələr dinlənilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda media nümayəndələrinə təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.
<p style="text-align:;" justify;">"Canalys" analitikləri 2022-ci ilin birinci rübü üçün Şimali Amerikada smartfon tədarükü ilə bağlı hesabat dərc ediblər.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bəzi şirkətlər cüzi artım göstərsə də, "Google"-un payı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 380 faiz artıb.
<p style="text-align:;" justify;">Göstərilən dövr ərzində Şimali Amerikada təxminən 39 milyon cihaz tədarük edilib ki, bu da ötən ilin göstəricisindən 3,7% çoxdur. Geniş populyarlığına baxmayaraq, şirkət təchizat baxımından beşinci yerdə qərarlaşıb.
<p style="text-align:;" justify;">Siyahıya, gözlənilən kimi, 19% artımla "Apple" başçılıq edir. O, hesabat dövründə 19,9 milyon ədəd cihaz tədarük edib. İkinci yerdə 10,5 milyon qadcet satan "Samsung" qərarlaşıb. Lenovo 56% artım və 4 milyon smartfon tədarükü ilə üçüncü olub.
<p style="text-align:;" justify;">Avtomobil istehsalçısı "Ford" qəfil yanğın riskini artıran qüsur səbəbindən 39 min yolsuzluq avtomobilini geri çağıracaq.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir.
<p style="text-align:;" justify;">Qeyd olunur ki, şirkətə avtomobillərdə baş verən yanğınlarla bağlı 16 müraciət daxil olub. Hazırda "Ford" problem həll olunana qədər avtomobilləri açıq havada, binalardan uzaqda saxlamağa çağırır.
<p style="text-align:;" justify;">Avtomobil istehsalçısı bildirib ki, mühərrikdə alovlanma avtomobil hərəkətdə olarkən, park edilərkən və hətta avtomobil işləmədiyi zaman da baş verə bilər. Şirkət hələ də bu problemi necə həll edəcəyini bilmir. Yanğınlar zamanı xəsarət alan olmayıb, yanan avtomobillərin əksəriyyəti icarə xidmətlərinə məxsus olub.
<p style="text-align:;" justify;">Geri çağırma 2021-ci il Ford Expedition və Lincoln Navigator modellərinə şamil ediləcək. "Ford" 310 min Super Duty F-250, F-350, F-450 və F-550 yük avtomobillərini nasaz hava yastığı probleminə görə geri çağırdığını da açıqlayıb.
<p style="text-align:;" justify;">"Ford" bu il digər avtomobil istehsalçılarından daha çox avtomobili geri çağırıb. Şirkət 30 dəfə avtomobillərin geri çağırdığını elan edib və bu, 3,5 milyon avtomobilə şamil olunub.
<p style="text-align:;" justify;">İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
<p style="text-align:;" justify;">Müdafiə Nazirliyindən TED.az-a verilən məlumata görə, ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
<p style="text-align:;" justify;">Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı (II cəhd) mayın 29-da keçiriləcək.
<p style="text-align:;" justify;">Dövlət İmtahan Mərkəzindən TED.az-a verilən məlumata görə, “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün <a href="http://https//www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8" style="box-sizing:;" border-box; text-decoration-line: none; color: rgb(63, 141, 205); -webkit-tap-highlight-color: transparent; margin: 0px; transition: all 0.3s ease 0s; padding-left: 5px; padding-right: 5px; line-height: 26px; width: 100%; display: inline !important;" target="_blank">www.e-gov.azlinkinə daxil olmaq lazımdır.
<p style="text-align:;" justify;">Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Mayın 29-da keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni <a href="https://eservices.dim.gov.az/brxv" style="background:;" 0px 0px;" target="_blank">çap edə bilərlər.
Bu barədə TED.az-a Mərkəzdən məlumat verilib.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Mayın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının video-konfrans rejimində iclası olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən TED.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.
İclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb. Əli Əsədov iclasda çıxış edərək əmin olduğunu bildirib ki, uzun illər ərzində müxtəlif səviyyələrdə yaranmış sıx əlaqələr, habelə birgə işin müsbət təcrübəsi bundan sonra da MDB çərçivəsində səmərəli əməkdaşlığa şərait yaradacaq.
Baş nazir dünyada indiki epidemioloji vəziyyətin post-pandemiya dövrünün tezliklə başlanacağını proqnozlaşdırmağa imkan verdiyini qeyd edərək Azərbaycanda COVID-19-la bağlı vəziyyəti müsbət qiymətləndirib. Pandemiyanın aradan qaldırılmasında vaksinasiya prosesinin mühüm rolunu vurğulayan Əli Əsədov qeyd edib ki, Azərbaycan 2021-ci ilin əvvəlindən vaksinasiyaya başlamış ilk ölkələrdən biri olub. Bildirilib ki, ölkədə iqtisadi canlanmanın aşkar əlamətləri müşahidə edilir, iqtisadiyyat bərpa olunmağa başlayıb. Cari ilin birinci rübündə iqtisadi artım 6,8 faiz təşkil edib.
Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib. Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. Baş nazir deyib: “Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.
Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib: “Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.
Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır. Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.
Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.
Bildirilib ki, 2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan Respublikası ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir.
Həminin qeyd edilib ki, üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur.
Əli Əsədov daha sonra əlavə edib ki, rəsmi Bakı hər iki məsələ üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini vacib hesab edir.
Vurğulanıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.
MDB Hökumət Başçıları Şurasının üzvləri işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən avtomobil və dəmir yollarının çəkilişi, beynəlxalq aeroportların tikintisi, bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üzrə genişmiqyaslı işlər barədə də məlumatlandırılıb.
Baş nazir Əli Əsədov iclas iştirakçılarını bir daha əmin edib ki, Azərbaycan bundan sonra da regionda sülhün möhkəmlənməsinə və tərəqqiyə töhfə verəcək.
Almaniyada 1955-ci il istehsalı olan “Mercedes-Benz 300 SLR” avtomobili rekord qiymətə - 135 milyon avroya satılıb.
TED.az xarici KİV-ə istinadla xəbər verir ki, “Sotheby's” satış evinin məlumatına görə, hərrac mayın 5-də Almaniyanın Ştutqart şəhərindəki “Mercedes-Benz” muzeyində baş tutub.
Nadir nəqliyyat vasitəsi dünyada indiyədək satılan ən bahalı avtomobil olub. Onun qiyməti öncəki rekordun sahibi 1962-ci ildə istehsal olunan və 2018-ci ildə 48,4 milyon dollara satılan “Ferrari 250 GTO” avtomobilinin qiymətini 90 milyon avro üstələyib.
Təşkilatçıların sözlərinə görə, əldə olunan vəsait hesabına bütün dünya üzrə ekologiya elmi sahəsində təhsil alan və tədqiqat işləri ilə məşğul olan gənclərə təqaüd verəcək “Mercedes-Benz Fondu” qurulacaq.
“Mercedes-Benz 300 SLR” avtomobili 1955-ci ildə Rudolf Ulenhautun rəhbərlik etdiyi kompaniyanın yarış departamenti tərəfindən hazırlanan iki prototipdən biridir. Sürəti saatda 290 kilometrə çatan nəqliyyat vasitəsi həmin dövrdə istehsal edilən ən sürətli avtomobillərdən biri olub.
Kanada Çinin Huawei Technologies və ZTE Corp texnologiya şirkətlərinin 5G avadanlıqlarının istifadəsini qadağan etmək qərarına gəlib.
TED.az xəbər verir ki, Kanada Çinin Huawei və ZTE şirkətlərinin 5G avadanlıqlarının istifadəsini qadağan etməyi planlaşdırdığını açıqlayıb.Kanadanın qərarı Çinlə diplomatik gərginliyə görə gecikib.Kanadanın sözügedən qərarı ilə Five Eyes adlı kəşfiyyat şəbəkəsinin bütün üzvləri Huawei Technologies və ZTE Corp-un 5G avadanlıqlarının istifadəsini qadağan edəcək.
Five Eyes şəbəkəsinin digər üzvləri olan ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya daha əvvəl Huawei və ZTE avadanlıqlarını qadağan etmişdi. Kanadanın sənaye naziri Fransua-Philippe Şampan Ottavada jurnalistlərə "Biz Huawei və ZTE-ni 5G şəbəkələrimizdən çıxarmaq niyyətindəyik. Bu avadanlığı quraşdıranlar onun istifadəsini dayandırmalı və bu gün elan etdiyimiz planlara uyğun olaraq onu çıxarmalı olacaqlar," - deyə bildirib.
Şampan bəyan edib ki, şirkətlər 2024-cü ilin iyun ayına qədər Huawei və ZTE-yə məxsus 5G avadanlıqlarından istifadəni dayandırmalı olacaqlar. 4G avadanlıqlarından istifadə edən şirkətlər 2027-ci ilin sonuna qədər bu avadanlıqdan istifadəni dayandırmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.
TED.az xəbər verir ki, həmin yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.
Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli yolda layihə üzrə 380 metr istinad divarının inşası da aparılır.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası yararsız qruntun çıxarılması, genişləndirmə işləri icra olunur, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlər və yol üzərində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Artıq 24 suötürücü borunun, 4 yeraltı keçidin, 12 ədəd kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Hazırda layihədə nəzərdə tutulan yolun 0.2, 6.1, 37 və 63-cü kilometrlik hissəsində avtomobil körpülərinin inşası davam edir, körpülərdə svay və betonlanma işləri icra olunur.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Bütün yollar Qarabağa aparır...
<p style="text-align:;" justify;">WhatsApp ani mesajlaşma və səsli rabitə xidməti daim yeni funksiyalar əlavə edir. Sistematik olaraq yenilənən və populyar olan messencer təkcə qanunsevər istifadəçilər üçün deyil, həm də xidmətdən müxtəlif növ saxtakarlıq sxemlərini həyata keçirmək üçün istifadə edən təcavüzkarlar üçün daha cəlbedici ünsiyyət vasitəsinə çevrilir.
<p style="text-align:;" justify;">Kaspersky mütəxəssislərinin bildirdiyinə görə, messencerin populyarlığının artması fırıldaq sxemlərinin sayının artması ilə birbaşa bağlıdır. Təcavüzkarlar qurbanla əlaqəni rəsmi saytlardan, məsələn, şəxsi satış elanlarının yerləşdirilməsi və ya birgə səfərlərin təşkili xidmətlərindən şəxsi söhbətlərə köçürmək üçün çox vaxt WhatsApp-dan istifadə edirlər. Bu hallarda istifadə edilən sxemlər kifayət qədər standartdır: onlar fişinq keçidi göndərə, SMS-lə gələn birdəfəlik şifrəni əldə etməyə cəhd edə və ya istifadəçiləri başqa hərəkətləri yerinə yetirməyə inandıra bilərlər.
<p style="text-align:;" justify;">Aşağıda digər sxemlər də qeyd olunub.
<p style="text-align:;" justify;">Məsələn, fırıldaqçılar messencerdən kommersiya şirkətləri ilə onların müştəriləri arasında əlaqə vasitəsi kimi istifadə edə bilərlər. Belə ki, təcavüzkarlar Covid-19 pandemiyasından istifadə edərək, özlərini müştərilərin çatdırılma xidmətlərində tez-tez problemlərlə üzləşdiyi onlayn mağazaların nümayəndələri kimi təqdim ediblər. Onlar gömrük xərclərini ödəməyi və ya bağlamanın çatdırılması üçün əlavə ödəniş etməyi tələb edərək müxtəlif dillərdə sorğular göndəriblər. Eyni zamanda, mesaja əlavə edilmiş linklərə klikləmək və ya göndərilən faylları açmaq zərərli proqramların cihaza yüklənməsinə və ya fişinq saytlarına keçidə yol aça, nəticədə bank kartı məlumatlarının və digər şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.
<p style="text-align:;" justify;">Təcavüzkarlar həmçinin WhatsApp-da çatdırılma ünvanlarının tapılmadığı iddia edilən bağlamaların “uduşa qoyulduğu” saytların yaradılması ilə bağlı saxtakarlıq sxemindən istifadə edə bilərlər. Bu cür saytlar məzmunu məlum olmayan “uduşlara” mərc qoymağı təklif edə bilər. Ancaq kampaniyanın sonunda qalib həm pulunu itirir, həm də əliboş qalır.
<p style="text-align:;" justify;">“İstifadəçilərə ayıq-sayıq olmağı, rəsmi mənbələri yoxlamağı tövsiyə edirik və unutmayın ki, əgər bir şey həqiqət ola bilməyəcək qədər yaxşı görünürsə, bu, çox güman ki, saxtakarlıqdır. Bütün cihazlara, o cümlədən, mobil cihazlara aktual fişinq və spam resurslarınına malik təhlükəsizlik həlli quraşdırmaqda fayda var”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
<p style="text-align:;" justify;">Fırıldaqçıların tələsinə düşməmək üçün bir neçə əsas qaydaya əməl etmək lazımdır:
<p style="text-align:;" justify;">hətta şəxsən tanıdığınız şəxslərdən də şübhəli mesajlar alarkən diqqətli olun;
<p style="text-align:;" justify;">linklərə keçid etməzdən əvvəl yazı xətalarını və ya digər şübhəli uyğunsuzluqları yoxlayın: əgər link şübhə doğurursa, saytın ünvanını axtarış sisteminə daxil etmək və hər simvolu müqayisə etmək lazımdır;
<p style="text-align:;" justify;">şübhəli linkləri yaymayın, çünki fişerlər insanların dostları tərəfindən göndərilənlərə daha çox güvəndiklərini anlayaraq, istifadəçilərdən tez-tez öz kontakt siyahısı ilə zərərli link paylaşmağı xahiş edirlər;
<p style="text-align:;" justify;">asan qazanc təkliflərindən, uduşlar haqqında bildirişlərdən, nəyisə pulsuz təqdim edən vədlərdən ehtiyatlı olun;
<p style="text-align:;" justify;">əksər dələduzluq resurslarını avtomatik bloklayan etibarlı təhlükəsizlik həlli quraşdırın.
<p style="text-align:;" justify;">Azərbaycan xaricdən idxal etdiyi dizel mühərrikli minik avtomobillərin həcmini 30% artırıb.
<p style="text-align:;" justify;">Bu barədə TED.az-ın əldə etdiyi rəsmi statistik rəqəmlər deyir.
<p style="text-align:;" justify;">2022-ci ilin birinci rübündə Azərbaycan xaricdən 4 919 ədəd dizel ilə işləyən minik avtomobil idxal edib. Bunların idxal dəyəri 26.87 mln. dollar olub.
<p style="text-align:;" justify;">İllik müqayisədə mühərrik həcmi 1 500 sm-kuba qədər olanların sayı 4% azalaraq 1 607 ədədə ( idxal dəyəri 5.76 mln. dollar), mühərrikinin həcmi 1500-2500 kub sm olanların sayı 59.4% artaraq 3213 ədəd ( 29.43 mln. dollar), mühərrikinin həcmi 2500 kub sm-dən çox olanların sayı isə 14% artaraq 99 ədəd (4.4 mln. dollar) olub.
<p style="text-align:;" justify;">Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
<p style="text-align:;" justify;">Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.
<p style="text-align:;" justify;">Qeyd olunub ki, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb: "Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib. Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək.
<p style="text-align:;" justify;">Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək".
<p style="text-align:;" justify;">Şuşada xeyli sayda silah-sursat aşkarlanıb.
<p style="text-align:;" justify;">Bu barədə TED.az- a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
<p style="text-align:;" justify;">Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.
<p style="text-align:;" justify;">Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 “Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1 220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.