"Barselona" Çempionlar Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da 1/8 finala növbəti 3 vəsiqənin sahibi müəyyənləşib.

Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda baş tutub. Növbəti raunda vəsiqəni təmin etmiş Almaniya "Bavariya"sı ikinci yer uğrunda mübarizə aparan İspaniya "Barselona"sını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda "Benfika" Portuqaliyada qrupda heç bir iddiası qalmayan Ukraynanın "Dinamo" (Kiyev) komandasını 2 cavabsız qolla məğlub edib. Bu nəticələrdən sonra "Benfika" 1/8 finala, "Barselona" isə Avropa Liqasının pley-offuna yollanıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən İngiltərənin "Mançester Yunayted" klubu evdə İsveçrə "Yanq Boyz"u ilə heç-heçə edib. İtaliyada "Atalanta" və İspaniya "Vilyarreal"ı arasındakı oynanılmalı olan qarşılaşma isə güclü qar səbəbindən təxirə salınıb. Bu səbəbdən qrupda 1/8 finala 2-ci vəsiqənin sahibi hələ dəqiqləşməyib. Əvəzində isə "Yanq Boyz"un qrup sonuncusu olması rəsmiləşib.

G qrupunda Avstriya "Zaltsburq"u evdə İspaniya "Sevilya"sına, Fransanın "Lill" klubu isə Almaniyada "Volfsburq"a qalib gələrək, növbəti mərhələyə adlayıblar. "Sevilya" yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

Bunadək Fransanın PSJ, İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala adlayıb.

E qrupu

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

Qollar: Roman Yaremçuk, 16, Jilberto Junior Moraes, 22

00:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:0

Qollar: Tomas Müller, 34. Leroy Sane, 43. Camal Musiala, 62

Xal durumu: "Bavariya" - 18, "Benfika" - 8, "Barselona" - 7, "Dinamo" - 1.

F qrupu

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:1

Qollar: Meyson Qrinvud, 9 - Fabian Rider, 42

00:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:0 (TƏXİRƏ SALINIB)

Xal durumu: "Mançester Yunayted" - 11 (6 oyuna), "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 5 (6).

G qrupu

00:00. "Zaltsburq" (Avstriya) - "Sevilya" (İspaniya) - 1:0

Qol: Noa Okafor, 50

Qırmızı vərəqə: Joan Jordan Moreno, 64 ("Sevilya")

00:00. "Volfsburq" (Almaniya) - "Lill" (Fransa) - 1:3

Qollar: Renato Şteffen, 89 - Burak Yılmaz, 11. Conatan Devid, 72. Eyncel Qomes, 78

Xal durumu: "Lill" - 11, "Zaltsburq" - 10, "Sevilya" - 6, "Volfsburq" - 5.

H qrupu

21:45. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

Qol: Moyze Kin, 18

21:45. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85 Romelu Lukaku, 62

Xal durumu: "Yuventus" - 15, "Çelsi" - 13, "Zenit" - 5, "Malmö" - 1.

Mənbə:
0
267
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar