"Çelsi" Piterdə son saniyədə qələbəni əldən verdi

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun daha 2 oyunu keçirilib.

Axar.az xəbər verir ki, hər iki görüş H qrupunda baş tutub.

1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliya "Yuventus"u evdə İsveç "Malmö"sü ilə, İngiltərənin "Çelsi" klubu isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımdan önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib. Nəticədə "qoca sinyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.

"Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

"Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

"Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

Mənbə:
0
176
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar