İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 39-a çatıb - FOTO

"Ölkə.Az"ın məlumatına görə, təbii hadisə nəticəsində 105 sakin zərər çəkib. Eyni zamanda 23 nəfər ağır yaralanıb. Hazırda zərərçəkənlərə tibbi yardım göstərilir.

Fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatını davam etdirir. Rəsmi orqanlar 12 nəfərin itkin düşdüyü bildirib.

Xatırladaq ki, Lumajang rayonunda 3 676 metr yüksəklikdə yerləşən vulkan dekabrın 4-də püskürüb. Təbii hadisə ilə əlaqədar təxminən 3 700 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Vulkan püskürməsi zamanı ümumilikdə 3 minə yaxın ev və 24 məktəb binasına ziyan dəyib.

Mənbə:
0
183
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar