Maldiv adalarında “Omikron” ştamına ilk yoluxma qeydə alınıb 

Maldiv adalarında “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

 

Bu barədə TED.az TASS-a istinadən xəbər verir.

 

Virus noyabrın 27-də CAR-dan gəlmiş turistdə aşkarlanıb.

 

İndi Maldiv hökuməti yeni ştamın yayılması ilə əlaqədar Zimbabve, Namibiya, Mavriki, Lesoto, Botsvana, Esvatini və CAR-dan gələn əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Bu ölkələrdən qayıdan Maldiv vətəndaşları PCR test verməli və ölkədə 2 həftə karantin rejimində qalmalıdırlar.

 

Xatırladaq ki, 540 min nəfərlik əhaliyə malik Maldivdə indiyədək 92 min yoluxma halı qeydə alınıb. Yoluxmuş şəxslərdən 255 nəfəri ölüb. Ölkədə 364 min nəfər tam peyvənd olunub.

Mənbə:
0
37
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar