Almaniyada orta təbəqə "əriyir" - ARAŞDIRMA

"Bertelsman Fondu"nun araşdırmasına görə, Almaniyada orta təbəqəyə mənsub əhali sayı azalır və orta gəlirli insanlar üçün yoxsulluq riski artır.

Cebhe.info xəbər verir ki, son dövrlər Almaniyada orta təbəqəyə aid əhalinin sayı azalır və yoxsulluq riski getdikcə artır.

"Bertelsman Fondu"nun Güteslohda ictimaiyyətlə paylaşdığı araşdırma bu nəticəni ortaya çıxarıb. Fondun 1995-2018-ci illəri əhatə edən araşdırmasına görə, Almaniya əhalisinin tərkibində orta təbəqənin payı 6 faiz bəndi azalaraq 64 faizə düşüb. Müəlliflər qeyd ediblər ki, mənfi tendensiyanın qarşısını almaq üçün əmək bazarındakı maneələr aradan qaldırılmalıdır.

"Orta təbəqə “əriyir”?" sualının nəticələrini ictimaiyyətlə paylaşan araşdırma 1995-2018-ci illəri əhatə edir və “korona” böhranının təsirlərini araşdırır. Müvafiq olaraq, tək yaşayan və 2018-ci ilə qədər aylıq xalis gəliri 1500-4000 avro olan və ya iki uşağı, 3000-8000 avro gəliri olan cütlüklər orta təbəqədən sayılır.

"Bertelsman Fondu"nun araşdırması, orta təbəqənin aşağı hissəsində riskin artdığını ortaya qoyub. Bunun əksinə olaraq, 4 il ərzində orta təbəqənin yüksəlmək imkanı daha 10 faiz bəndi azalaraq 30 faizə düşüb.

Fond qeyd edib ki, maliyyə böhranı ilə “korona” böhranı arasındakı dövrdə iqtisadiyyat hər il 2 faiz artsa da, işsizlik seqmentin vəziyyətində yaxşılaşma müşahidə olunmayıb. 2014-2017-ci illər arasında bu qrupdakı insanların 22 faizinin əmək qabiliyyətli yaşda olmasına baxmayaraq, onların daha aşağı gəlirli qrupa düşdüyü, yoxsul və ya yoxsulluq təhlükəsi altında olduğu bildirilib.

"Bertelsman Fondu"nun araşdırmasına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 24 ölkəsi arasında yalnız İsveç, Finlandiya və Lüksemburqda orta təbəqə Almaniyadan daha çox "əriyib". Bundan xüsusilə gənclərin əziyyət çəkdiyi qeyd edilib.

1955-1964-cü illərdə doğulanların 70 faizi iş həyatına başladıqdan sonra orta gəlir qrupuna daxil olmağı bacardığı halda, 1983-1996-cı illər arasında doğulanlar arasında bu nisbətin 60 faiz olduğu qeyd edilib. Xüsusilə, 25-35 yaş arasında olan, orta təhsil və ya peşə təhsili olmayan, orta gəlir qrupuna yüksələnlərin nisbəti 1995-ci ildən bəri 67 faizdən 40 faizə enib.

Tədqiqat hesabatının müəllifləri qeyd ediblər ki, mənfi tendensiyanın aradan qaldırılması üçün Avstriyada olduğu kimi peşə təhsili zəmanəti verilməli, karyerasına başlayanlar sonrakı peşə təhsili və ya karyera dəyişikliyi üçün həvəsləndirilməlidir.

Bildirilib ki, az maaşlı müvəqqəti işlərdə çalışanlar bu cür təlimlərdən yararlana və bir qurum daxilində vəzifədə irəli çəkilə bilməzlər. Bu, orta təbəqədə özünə yer əldə etmək imkanını aradan qaldırıb. Orta təbəqədə olan işçilərin yalnız dörddə biri part-time işləyir, aşağı gəlir qrupunda isə bu nisbət 43 faizdir.

Tədqiqat hesabatının müəllifləri qeyd ediblər ki, “qadınların işinin həcmi və keyfiyyəti” də təkmilləşdirilməlidir.

"Bertelsman Fondu"ndan Valentina Consiglio deyib ki, orta təbəqədə olmaq üçün ailədə ikinci yaxşı maaş alan adam olmalıdır. Əksəriyyəti qadınlar olan "baxıcılıq" sektorunda da iş şəraiti və əməkhaqqı yaxşılaşdırılmalıdır.

Nigar Abdullayeva

 

Mənbə:
0
399
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar