Gürcüstanda nəqliyyatda "yaşıl pasport" tələb ediləcək?

Gürcüstan hökuməti ictimai nəqliyyatda “yaşıl pasport” sistemindən istifadə şərtlərini müzakirə edir.

Cebhe.info gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə "Birinci kanal"a müsahibəsində Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Yekaterina Tikaradze bildirib.

Bildirək ki, “COVID pasportu” və ya “yaşıl pasport” vətəndaşın COVID statusu haqqında məlumatların daxil edildiyi elektron sənəddir.
Dekabrın 1-dən Gürcüstanda belə bir keçid sənədi olmadan qida obyektlərinə, əyləncə mərkəzlərinə, kinoteatrlara, teatrlara, muzeylərə, konsert salonlarına, kazinolara, SPA mərkəzlərinə, mehmanxanalara, idman zallarına, qış kurortlarına və kanat yollarına getmək olmaz

“Biz "yaşıl pasport"ların nəqliyyatda necə istifadə oluna biləcəyi ilə bağlı intensiv məsləhətləşmələr aparırıq ki, onları daha idarəolunan edə bilək. Yalnız bundan sonra biz hansı tövsiyələri verəcəyimizi və gələcəkdə nəqliyyatla bağlı hansı qaydaları formalaşdıracağımızı biləcəyik”, - Tikaradze bildirib.

Eyni zamanda, o, "COVID pasportu"nun etibarlı olduğu müəssisələrin siyahısının təsadüfi olmadığını qeyd edib.

"Nəqliyyata gəlincə, mən razıyam ki, nəqliyyatda müəyyən risklər var, amma onu da qeyd etmək lazımdır ki, tənzimləmələr təkcə qaydalar xatirinə tətbiq oluna bilməz. Hər bir tənzimləmənin olması vacibdir ", - deyə Səhiyyə Nazirliyinin rəhbəri əlavə edib.

Qeyd edək ki, Gürcüstanda da vətəndaş tam peyvənd kursundan sonra və ya koronavirusdan sağalması haqqında sənəd təqdim etdikdən sonra “yaşıl” və ya təhlükəsiz status ala bilər. Həmçinin, "yaşıl pasport" müvəqqəti olaraq əldə edilə bilər, yəni PCR testinə mənfi cavab verildikdən sonra 72 saat ərzində, həmçinin ekspress testdən keçdiyi təqdirdə bir gün ərzində "yaşıl pasport"almaq olar.

Sevinc Tapdıqqızı

Mənbə:
0
344
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar