Riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması asanlaşıb 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanını daha da asanlaşdırıb.

 

TED.az xəbər verir ki, indiyədək vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı​ www.e-taxes.gov.az​ saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/​ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.

Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar