“Rusiya regionun bütün kommunikasiyalarını ələ keçirmək istəyir!” - Şərh

"Putin regiona əlavə hərbi qüvvə gətirmək istəyir. Lakin məsələ ondadır ki, sülhməramlı adı altına gətiriləcək yeni qüvvənin Qarabağa, yoxsa Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilmək istənildiyi məlum deyil”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında siyasi analitik, politoloq Turab Rzayev deyib. Onun sözlərinə görə, Rusiya prezidentinin son çıxışında sülhməramlı kontingentinin genişləndirilməsi vacibliyini vurğulaması məhz bu məqsədə xidmət edir:

"Rusiya Zəngəzur dəhlizinə və Ermənistanın cənub sərhədlərinə nəzarət etmək istəyir. Rusiya İrandan Ermənistana, oradan isə Gürcüstana keçən kommunikasiyalara nəzarət etmək niyyətindədir. Rusiya Prezidentinin Təhlükəsizlik Şurasının iclası zamanı söylədikləri də bunu bir daha təsdiqləyir".

Turan Rzayev

0
2982
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar