Spiker müxalifətçi deputatı məhkəməyə verir

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Hayastan” blokunun deputatı Areqnaz Manukyanı məhkəməyə verəcək. Ermənistan mediasının yazdığına görə, bu barədə o, parlamentdə bildirib. Bundan əvvəl Manukyan Simonyanı 2020-ci ilin iyulunda qardaşının direktor olduğu “Euroasfalt” yol tikinti şirkətinə tenderləridə qalib gəlməyinə şərait yaratmaqda və büdcə hesabına varlanmaqda ittiham edib. O, Manukyanın dediklərini yalan adlandırıb və deputatları konstruktiv meydanda qalmağa çağırıb. Xatırladaq ki, bir müddət əvvəl “Hetk” nəşri Simonyanın kiçik qardaşı Karlen Simonyanın rəhbərlik etdiyi “Euroasfalt” şirkətinin Aparanda icmadaxili yolların tikintisi üzrə tenderin qalibi olduğunu yazmışdı. Müqavilənin ümumi dəyəri 287 milyon dram (təxminən 140 min dollar) təşkil edir.

0
2637
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar