Visiontv.az xəbər verir ki, 20 məscidin imam, 19 məscidin isə imam müavini vəzifəsi boşdur. Həmin məscidlər aşağıdakılardır:
1. Suraxanı rayonu, "Fatimeyi-Zəhra" məscidi - imam vəzifəsi
2. Suraxanı rayonu, Bülbülə qəsəbə məscidi - imam müavini vəzifəsi
3. Səbail rayonu, "Həzrət Məhəmməd" məscidi - imam vəzifəsi
4. Yasamal rayonu, "İlahiyyat" məscidi - imam vəzifəsi
5. Şirvan şəhəri, "Cümə" məscidi - imam vəzifəsi
6. Şirvan şəhəri, "İmam Zeynalabdin" məscidi - imam vəzifəsi
7 Şirvan şəhəri, "Həzrət Əbülfəz" məscidi - imam vəzifəsi
8. Abşeron rayonu, Mehdiabad qəsəbə məscidi - imam vəzifəsi
9. Xırdalan şəhəri, "Cümə" məscidi - imam vəzifəsi
10. Zaqatala rayonu, Çobankol kənd məscidi - imam müavini vəzifəsi
11. Zaqatala rayonu, Faldarlı kənd məscidi - imam müavini vəzifəsi
12. Zaqatala rayonu, Lahıc kənd məscidi - imam müavini vəzifəsi
13. Qax şəhəri, "Mərkəzi Cümə məscidi - imam vəzifəsi
14. Ağdaş rayonu, Ləki qəsəbə məscidi - imam vəzifəsi
15. Lənkəran rayonu, Lüvəsər kand mascidi - imam müavini vəzifəsi
16. Lənkəran rayonu, İstisu qəsəbə məscidi - imam müavini vəzifəsi
17. Astara rayonu, Lovayn kənd məscidi - imam müavini vəzifəsi
18 Astara rayonu, Şuvi kənd məscidi - imam müavini vəzifəsi
19. Biləsuvar rayonu, İsmətli kənd məscidi - imam müavini vəzifəsi
20. Biləsuvar rayonu, "Cümə" məscidi - imam vəzifəsi
21. Cǝlilabad şəhəri, "Cümə" məscidi imam mūavini vəzifəsi
22. Xaçmaz şəhəri, "Təzə şəhər" məscidi - imam müavinı vəzifəsi
23. Xaçmaz rayonu, Xudat kənd məscidi - imam müavini vəzifəsi
24. Göyçay rayonu, Aşağı Qaraməryəm kənd məscidi - imam müavini vəzifəsi
25. İmişli şəhəri, "Məşədi Həbib" məscidi - imam vəzifəsi
26. İmişli şəhəri, "Cümə" məscidi - imam müavini vəzifəsi
27. İsmayıllı rayonu, "Məhəmmədiyyə" məscidi - imam vəzifəsi
28. Qobustan şəhəri, "Cümə" mescidi - imam müavini vəzifəsi
29. Quba şəheri, "Ağməscid” məscidi - imam vəzifəsi
30. Quba rayonu, Ağbil kənd mascidi - imam müavini vəzifəsi
31. Ağcabədi rayonu, Avşar kənd məscidi - imam müavini vəzifəsi
32. Oğuz rayonu, Kərimli kənd mascidi - imam vəzifəsi
33. Siyəzən şəhəri, "Cümə" məscidi -imam vəzifəsi
34. Yardımlı şəhər məscidi - imam vəzifəsi
35 Masallı rayonu, Təzəkənd kənd məscidi- imam müavini vəzifəsi
36. Masallı rayonu, Ağakişibəyli kənd məscidi-imam müavini vəzifəsi
37. Daşkəsən şəhəri, "Cümə" məscidi - imam vəzifəsi
38 Neftçala şəhəri, "Sahib əz-Zaman" məscidi - imam vəzifəsi
39. Şəmkir rayonu, Düyərli kənd məscidi - imam vəzifəsi
Müsahibə Komissiyasının üzvləri də təyin olunub. Komissiya üzvləri aşağıdakılardır:
Sədr - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov
Üzvlər:
Mehman İsmayılov - Dini Qurumlarla İs üzrə Dövlət Komitəsin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Cahandar Əlifzadə - Dini Qurumlarla İs üzrə Dövlət Komitəsin Dini qurumlarla iş üzrə söbəsinin müdiir
Nahid Məmmədov - Dini Qurumlarla İs üzrə Dövlət Komitəsin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri
Elnarə Kərimova - Dini Qurumlarla İs üzrə Dövlət Komitəsin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri
Mirniyaz Mürsəlov - Dini Qurumlarla İs üzrə Dövlət Komitəsin təbeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun prorektoru
Əhməd Niyazov - Dini Qurumlarla İs üzrə Dövlət Komitəsin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov Visiontv.az-a bildirib ki, mayın 26-dan 29-dək 4 gün boyunca "Bakı Kristal Holl" və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festifalı keçiriləcək: "Fesfifalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib. Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 May metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, içtimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır.
Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik".
Orxan Kərimov
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, İzmir mərkəzli 27 vilayətdə keçirilən əməliyyatlar zamanı 60 şübhəlidən 44-ü həbs edilib.
Aparılan araşdırmalar nəticəsində dövlət çevrilişinə cəhddən sonra vəzifədən uzaqlaşdırılan 29-u vəzifədə olan 37 əsgər və 23 hərbi məktəb tələbəsi barəsində həbs-qətimkan tədbiri seçilib.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda təşkilati sənədlər ələ keçirilib.
İlahə Əliyeva
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq, onlara ulu Nizami yurdu barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə tarixən elm və mədəniyyət mərkəzi hesab edilib. Şəhər tarixi məkanları, muzeyləri və parkları ilə daim buraya gələn qonaqlarda xoş təəssürat yaradır. Azərbaycanla Türkiyə arasında mövcud olan tarixi dostluq və qardaşlıq əlaqələrindən danışan şəhər rəhbəri qurulan əməkdaşlıqların mədəni sahədə də inkişaf etdiyini qeyd edib.
Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin baş direktorunun müavini Üzeyir İlbak səmimi görüşə görə Niyazi Bayramova təşəkkürünü bildirib. O qeyd edib ki, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi, o cümlədən Dərnəyin Ərzurum şöbəsi Azərbaycan, xüsusilə də Gəncə şəhəri ilə müəyyən əlaqələr qurub.
Belə ki, 2018-ci ildə Ərzurumun azad edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümləri ilə əlaqədar olaraq bir sıra tədbirlər təşkil edib. Bu tədbirlərdə Gəncə şəhərinin də mədəniyyət nümayəndələri iştirak ediblər. Bununla yanaşı, ötən il Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Gəncə Dövlət Universiteti ilə birlikdə “Nizami Gəncəvi və Yunus Emre” adlı onlayn elmi-praktik konfrans keçirib. Üzeyir İlbak qeyd edib ki, səfərin məqsədi Ərzurum və Gəncə ilə mədəni əlaqələrin genişləndirilməsidir.
Qeyd edək ki, qonaqlar gün ərzində Gəncə şəhərinin bir sıra gəzməli-görməli yerlərinə baş çəkərək, şəhərin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Binnət İsmayılov
Visiontv.az
Visiontv.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sınaq uçuşları Dənizkənarı bulvar ərazisində həyata keçirilir.
Uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.
Qeyd edək ki, 26 – 29 may tarixlərində Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyi, prezident Rəcəb Tayyib Ərdoğanın Milli Kosmos Proqramı çərçivəsində müəyyən edilən “Türkiyə Kosmos Səyahəti və Elm Missiyası”nı işə saldığını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada, Ərdoğanın Nazirlər Kabineti iclasından sonra açıqladığı layihənin təfərrüatları açıqlanıb.
Açıqlamada rabitə və yer müşahidə peykləri ilə kosmos sahəsində mühüm imkanların əldə edildiyi bildirilib və Türkiyənin insanlı kosmik missiyalarla daxili və milli imkanlarını genişləndirəcəyi qeyd edilib.
İlahə Əliyeva
1 milyon alçaq bütün zamanların və insanların ən pullu adamlarıdır, onlar bütün dünyanı bir şirkət kimi idarə etmək, hamıya və hər şeyə nəzarət etmək istəyirlər. Onların göstərişi və istəyi ilə müharibələr başlayır, sülhlər bağlanır, epidemiyalar yayılır, qırılan qırılır, sağ qalan sağ qalır. Biznesin ən gəlirli sahələri – silah, narkotik, qızıl və insan alveri onların əlindədir, pul qoyub, pul götürürlər. Onlar dünyada hər şeyi sata və ala bilərlər. Təbii ki, tək bacarmazlar, onlara 10 milyon axmaq dəstək verir.
10 milyon axmaq müxtəlif formalı və məzmunlu hərbçilərdir, silahlı qüvvələrdir. Onlar aparıcı dünya dövlətlərinin ordularında xidmət edirlər. Təbii ki, onların sayı daha çoxdur. Amma yalnız 10 milyonu real gücə malikdir və mənsub olduqları dövlətə, hökumətə, milli maraqlara deyil, dünyaya ağalıq edən həmin 1 milyon alçağın maraqlarına xidmət edirlər. Əvəzində onlara hamını soymaq, hamını cəzalandırmaq, hamıdan yaxşı yaşamaq və hər cür məsuliyyətdən yaxa qurtarmaq səlahiyyəti verilir. Təbii ki, bütün bunlar onların işi deyil, onlara 100 milyon qorxaq kömək edir.
100 milyon qorxaq bürokratlardır, deputatlardır, biznes adamlarıdır və onlara xidmət edən mətbuatdır. Doğrudur, bunlar insanları birbaşa soymurlar, talamırlar, cəzalandırmırlar və qırmırlar. Amma soyanlara, talayanlara və qıranlara hüquqi, siyasi və maddi dəstək verirlər, çünki onların süfrəsinin artıqlarını yeyirlər. Biz qloballaşmanın regional maketini həmişə Rusiyada müşahidə etmişik və edirik. Rusiya da dünyaya ağalıq etmək istəyir, alınmayanda, öz dünyasını yaratmaq niyyətini gizlətmir. Hazırda Rusiya Ukraynaya qarşı ədalətsiz, şərəfsiz və talançı müharibə aparır. Dünyanın yarısı bu müharibəyə qarşıdır. Amma siz Rusiyanın bürokratlarına, deputatlarına, biznes adamlarına və rəsmi mətbuatına baxın. Göz qarşısında gedən müharibəni danırlar və Ukrayna xalqının soyqırımını “faşistlərə və nasistlərə qarşı xüsusi əməliyyat” adlandırırlar. Doğrudan da, utanmasan, oynamağa nə var ki...
100 milyon qorxağın günahsız insanları soyanlara, talayanlara və qıranlara dəstək verməsini biz 30 ildən çox davam edən və müharibəyə çevrilən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində də görmüşük. Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal etmişdi, 100 minlərlə günahsız insanı qaçqına və məcburi köçkünə çevirmişdi. Amma həmin 1 milyon alçaq, 10 milyon axmağın dəstəyi və 100 milyon qorxağın köməyi ilə bu müharibəni “erməni xalqının azadlıq müharibəsi” adlandırırdı və işğala məruz qalmış Azərbaycanı cəzalandırırdı...
Qalib ARİF
visiontv.az
Visiontv.az xəbər verir ki, iclas Audiovizual Şuranın inzibati binasında baş tutur. İclasda İTV-nin yeni baş direktoru seçiləcək, artıq gizli səsvermə keçirilib və namizədlərin təklifləri dinlənilib.
Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.
Visiontv.az xəbər verir ki, dövlət başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib.
Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub.
Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.
Dövlətimizin başçısı, eyni zamanda, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini də qeyd edib.
Prezident İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.
Azərbaycan və Türkiyə Prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Müdafiə Nazirliyindən Visiontv.az-a verilən xəbərə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Qaraheybət" Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.
Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.
Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.
Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.
Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.
Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib. Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.
Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.
Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
Visiontv.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də yazıb.
“Mən dayanıqlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirəm”, - o vurğulayıb.
Borrell Aİ-nin regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcəyini qeyd edib.
APA
1. Danışıqlar Azərbaycanın təqdim etdiyi 5 prinsip çərçivəsində aparılıb. Qarabağın statusundan söhbət belə getməyib, heç müzakirə olunmayıb.
2․ "Dağlıq Qarabağ" və "Qarabağ münaqişəsi" terminləri danışıqlar lüğətindən çıxarılıb.
3. Anklavlar məsələsi kifayət qədər çaşqın, gizli şəkil alıb, dəhliz məsələsinə isə aydınlıq gətirilib. Gorus-Qafan yolunun 21 km-lik hissəsindən Ermənistanın yük daşımalarından problemsiz istifadə etməsi qərarlaşdırılıb. Analoji addım Krəki, Bağanis Ayrım, Yuxarı Əskipara istiqamətində də atılacaq. Yəni, həmin kəndlər Azərbaycana veriləcək, orada da Azərbaycan tərəfi gömrük postu quracaq, lakin erməni maşınlarına maneə yaradılmayacaq.
4. Qərb Rusiyanın nəinki danışıqlardan, ümumiyyətlə, Qafqazdan çıxarmaq istəyir. Bölgədəki rus sülhməramlılarına isə mandat verilməyəcək.
5․Qərb, Türkiyə və Azərbaycan Ermənistanın daxili siyasi həyatında dəyişikliklərə qədər Nikol Paşinyandan bütün güzəştləri almağa tələsir. Sülh danışıqları, sərhədlərin müəyyən edilməsi məsələsində dəqiq qrafik işlənilib və sürətlə həyata keçiriləcək.
6. “Xalqları sülhə hazırlamaq” isə o deməkdir ki, tezliklə Ermənistanda bu şüarları eşidəcəyik: “Torpaqları verək, sülh içində yaşayaq”, “Qarabağı təslim et, sülh içində yaşa”, “Türk bizim qonşumuzdur, ruslar bizə həmişə mane olub”, “Azərbaycanın sərhəddini aç, yaxşı yaşa”, "Ermənistan güclənəcək”.
Fikrət Fərəməzoğlu
visiontv.az
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Visiontv.az
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaqlar.
Yəni komissiyada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avakyan və Aram Quqarats, Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan, MTX-nin departamentlərdən birinin rəhbəri D.Sanamyan və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafik Xidmətinin rəisi Sergey Petrosyan yer alacaqlar.
Visiontv.az
Visiontv.az xəbər verir ki, tədbirdə Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları o cümlədən media nümayəndələri iştirak etmişdir.
Proqram zamanı, Malayziya ilə Azərbaycan Respublikası arasında münasibətlərə rəmzi töhfə vermək üçün Milli parkın ərazisində müvafiq olaraq 700-ə yaxın balıq körpələri suya buraxılıb.
Malayziya İctimai Diplomatiya və Maarifləndirmə Proqramının bir hissəsi kimi, proqram insanlar arasında daha çox əlaqəni təşviq etmək, o cümlədən Malayziya ilə Azərbaycan Respublikası arasında davamlı dostluq və yoldaşlığı qeyd etmək məqsədi daşıyır. Bu dostluq birliyi vasitəsilə insanlar arasında daha çox anlayışlılığa və mədəni dəyərlərin daha yaxşı qiymətləndirilməsinə nail olmaq olar.
1980-ci ildə yaradılmış MTƏP Malayziyanın inkişaf təcrübəsini və biliyini digər inkişaf etməkdə olan ölkələrlə bölüşmək yolu ilə Malayziyanın Cənub-cənub əməkdaşlığına sadiqliyini əks etdirir. Yarandığı gündən bəri 144 ölkədən 34000-dən çox iştirakçı təklif olunan müxtəlif proqramlardan faydalanmışdır.
Bu günə kimi Azərbaycandan 172 MTƏP Məzunu var. Malayziya MTƏP proqramlarında iştirak etmək üçün Azərbaycandan daha çox dövlət qulluqçusunu qəbul etmək istərdi. Ümid olunur ki, MTƏP Azərbaycanlı məzunları Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin böyüməsinə, inkişafına və tərəqqisinə müvəffəq olacaq və töhfə verəcəkdir.
Proqram həmçinin 22 may 2022-ci ildə ildönümü qeyd edilən Beynəlxalq Bioloji Müxtəliflik Günü (BBG) ilə əlaqədar olaraq “Bütün canlılar üçün ortaq gələcək qurmaq” mövzusu altında keçirilmişdir.
Biomüxtəliflik planetimizin canlı toxumasıdır və bir sıra Davamlı İnkişaf Məqsədlərinə cavab olaraq qalır. Milli Müxtəliflik İndeksinin (MMİ) açıqladığı məlumatlara görə, Malayziya Dünya Bioloji Müxtəliflik Reytinqində 12-ci yerdə qərarlaşıb.
1992-ci ildə Rio Sammitində Malayziya ümumi ərazisinin ən azı yarısının meşə örtüyü altında saxlamaq öhdəliyi götürmüşdür. 2016-cı ildən Malayziyanın Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) monitorinqi və hesabatı üçün idarəetmə strukturunun yaradılmasından sonra ölkədə 1859 hektar deqradasiyaya uğramış ərazi yenidən bərpa edilmişdir. Bu gün ölkə ərazisinin 55,3 faizi və ya 18,27 milyon hektarı təbii meşə örtüyü altında qalır.
Təşkil olunan tədbir təbiətin və ekoloji tarazlığın qorunmasına dair anlayışlılığı və məlumatlılığı artırmaq məqsədi ilə Beynəlxalq Bioloji Müxtəliflik Gününün (BBG) qeyd olunmasında təşəbbüs kimi çıxış edir.
Visiontv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.
Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
- Azərbaycanın indiyə qədər enerji və beynəlxalq təhlükəsizliyə töhfələrini yüksək qiymətləndirir;
- Azərbaycanın Ukraynaya enerji və humanitar yardımıni və suverenliyinə dəstəyini qeyd edir;
- Azərbaycanla Ermənistan arasında danışıqların intensivləşdirməyin vacibliyini vurğulayaraq öz köməyini təklif edir;
- Azərbaycan ilə Ermənistan arasında iqtisadi və nəqliyyat əlaəqlərinin qurulmasının vacibliyini qeydərək köməyini təklif edir;
- Şərqi Avropa, Cənubi Qafqaz regionlarında və dünyada yaranmış vəziyyətin suverenlik və müstəqilliyinə təhdid yaradacağı təqdirdə ABŞ-ın Azərbaycana dəstək verəcəyini;
- Nəhayət, ABŞ-ın Azərbaycanla əlaqələri genişləndirmək niyyətini ifadə edir.
- AZƏRBAYCAN-LİTVA: “GÜCLÜ SİYASİ MÜNASİBƏTLƏRƏ”Ə SÖYKƏNƏN “STRATEJİ TƏRƏFDAŞLIQ”
- "AZƏRBAYCANIN ENERJİ RESURSLARINA EHTİYAC HEÇ VAXT OLMADIĞI QƏDƏR ARTACAQ"
– Gitanas Nauseda: “AZƏRBAYCANIN QLOBAL İQTİSADİYYATDA OYNADIĞI ROL DAHA DA ARTACAQ”
- LİTVA AVROPA İTTİFAQINA GİRİŞ QAPISI KİMİ
– ERMƏNİSTANIN BİR-BİRİNƏ ZİDD TƏKLİFLƏRİ VƏ BƏYANATLARI
Ermənistanın təklif etdiyi 6 prinsipin 2-si – 3-cü və 6-cı bəndləri Moskva, Soçi və Brüsseldə qəbul olunmuş Birgə Bəyanatlar və kommunikeyə ziddir.
Ermənistanın elan etdiyi “6 prinsip”in 3-cüsü, yəni Dağlıq Qarabağın son statusu ilə bağlı tələb, elə həmin prinsiplərdən 4-cüsünə ziddir. Beləki, Ermənistanın 4-cü maddədə istinad etdiyi 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarında Dağlıq Qarabağ və onun statusu haqda hər hansı müddəa və şərt yoxdur. Həm də bu tələb nəinki Üçtərəfli Bəyanatlara və Brüssel kommyunikesinə ziddir, eyni zamanda onların həyata keçirilməsi qarşısında maneə yaratmaqdır. Ermənistan rəhbərliyinin irəli sürdüyü 3-cü prinsip, 4-cü prinsipin tətbiqini de-fakto mümkünsüz edir.
İkincisi, Ermənistanın səsləndirdiyi “prinsiplər”də Brüssel kommunikesinə ümumiyyətlə istinad edilmir, Brüssel danışıqları xatırlanmır. Bu da rəsmi Yerevanın geosiyasi manevr cəhdlərindən xəbər verir. Ermənistan Brüssel danışıqlarını inkar etməklə guya Moskvaya tərəf meylini nümayiş etdirir.
Ancaq, 6-cı bənddə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət olunmasını təklif edir. Halbuki, geosiyasi manevr baxımından bu Ermənistanın Moskvanın vasitəçiliyindən və eyni zamanda da Moskvada və Soçidə Rusiyanın vasitəçiliyi ilə imzalanmış Üçtərfəli bəyanatlardan imtina anlamına gəlir. Eyni zamanda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə əldə olunmuş razılıqlardan imtina deməkdir. Nəhayət, Yerevanda bilirlər ki, Ermənistana görə üş həmsədrin bir araya gəlməsi praktik olaraq mümkünsüzdür və həmsədr ölkələrin nizamala üzrə təmsilçilərinin rəsmi statausu artıq dəyişib.
Beləliklə, Ermənistənın irəli sürdüyü təkliflər danışıqların Brüssel və Moskvada keçirilmiş hər iki platformasını rədd edib, yeni, mövcud olmayan MQ platformasının irəli sürülməsidir. Yəni faktiki olaraq Ermənistan Şarl Mişelin də, V.Putinin də cəhdlərini heçə çıxaran təkliflər irəli sürür.
Beləliklə, Ermənistanın irəli sürdüyü təkliflər:
- Üçtərəfli birgə bəyanatlara ziddir;
- Brüssel danışıqlarına ziddir;
- Ermənistanın MQ ilə bağlı təklif Rusiya və Brüsselin vasitəçiliyini şübhə altına alır;
- Danışıqların dondurulmasına xidmət edir.
Bu məqamda ciddi təhlil olunmalı, cavab verilməli, çox mühüm 2 sual meydana çıxır: 1. Ermənistan MQ-nun de-fakto mövcud olmadığını bildiyi halda nə üçün ona belə tez-tez istuinad edir və danışıqları MQ platformasına keçirmək təklifi irəli sürür? Bu sualın cavabı yalnız prosesini uzatmaq, onu dalana salmaq və sülh sazişini imzalamamaq ola bilər. MQ-nun de fakto mövcud olmaması, eyni zamanda hətta həmsədrlərin biraraya gəlməsinin mümkün olduğu halda belə ötən 30 ildə ciddi nəticəyə gələ bilməməsi sübut edir ki, Ermənistanın məqsədi prosesi dalana salmaqdır. Belə olan təqdirdə ikinci mühüm sual ortaya çıxır: prosesi dalana salmaqda Ermənistanın məqsədi nədir və hansı planları qura bilər?
visiontv.az
Yerli tibb təşkilatları bildiriblər ki, ilk "meymun çiçəyi" halları Danimarka və Şotlandiyada müəyyən edilib.
Belə ki, Danimarka Serum İnstitutu belə bir diaqnozun Qran-Kanariya adasından səfərdən qayıdan kişiyə qoyulduğunu bildirib. Xəstənin yüngül simptomları var və evdə təcrid olunur. Danimarka Xəstələrin Təhlükəsizliyi Agentliyi onun kiminlə əlaqə saxladığını araşdırır:
"Ümumiyyətlə, danimarkalıların narahat olacağı heç bir şey yoxdur. lakin problem ondadır ki, ilk dəfə olaraq xəstəliyin Afrikadan kənarda daha geniş yayıldığını görürük. Buna görə də, nə qədər insanın yoluxmuş ola biləcəyini əvvəlcədən proqnozlaşdıra bilmərik”.
Şotlandiya sakininin "meymun çiçəyi"nə yoluxması barədə məlumatı isə Şotlandiya İctimai Səhiyyə Agentliyi.
"Şotlandiyada bir fərddə "meymun çiçəyi" xəstəliyi təsdiqlənib. O, vəziyyətə uyğun müalicə alır, o cümlədən təmasları araşdırılır", - agentlik bildirib.
Onlar əlavə ediblər ki, Britaniya Səhiyyə Agentliyi, Uels və Şimali İrlandiyanın İctimai Səhiyyə Agentlikləri ilə birlikdə Krallıqda potensial və təsdiqlənmiş "meymun çiçəyi" hallarına nəzarət etmək üçün işləyirlər.
İlahə Əliyeva
visiontv.az
Bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Ukrayna ilə belə bir mübadilənin müzakirəsi ehtimalı var.
Diplomat bu məsələ ilə bağlı əlavə məlumat verməyib.
visiontv.az