Qax rayonunda avtomobil aşıb.
Oxu.Az-ın məlumatına görə, hərəkətdə olan VAZ-2106 avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Sürücü Hüseynli Hüseyn Azər oğlunun sərnişinləri - 1998-ci il təvəllüdlü Tural Rəşidov və 1993-cü il təvəllüdlü Rövşən Əhmədli xəsarət alıblar.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır
Şirvanda çöl ərazidə meyit tapılıb.
APA xəbər verir ki, səhər saatlarında Şirvan şəhərinin kənarında yerləşən dəmir yolu stansiyası yaxınlığında Şirvan sakini, 17 yaşlı Balayev Əli İxtiyar oğlunun meyiti aşkar edilib.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.
Hüquq-mühafizə orqanların tərəfindən araşdırma aparılır.
Rusiya Hərbi Dəniz Qüvvələrində yeganə aviadaşıyıcı “Admiral Kuznetsov” təmir üçün Severomorskdakı zavoda yanaşıb.
Bu barədə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının baş direktoru Aleksey Raxmanov məlumat verib.
Maraqlıdır ki, əvvəllər aviadaşıyıcının dörd qaz turbin aqreqatından yalnız birinin təmiri barədə elan edilmişdi. Lakin sonradan məlum oldu ki, bu, bütün dörd vahid üçün tələb olunur.
Bildirilir ki, təmir işləri mayın 14-15-də həyata keçirilməli idi. Lakin güclü küləklə əlaqədar əməliyyatın daha əlverişli hava şəraitinə qədər təxirə salınması qərara alınıb.
Xatırladaq ki, “Admiral Kuznetsov” Rusiya Hərbi Dəniz Qüvvələrinin Suriya sahillərində uzaq dəniz zonasının operativ formalaşdırılması çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirib. Görünür, elə həmin vaxt zədələnib.
Çin dünyanın ən çox avtomobil istehsal edən ölkəsi statusunu özündə saxlayır. Ölkədə kifayət qədər bahalı modellərlə yanaşı ucuz avtomobillər də istehsal olunur. Lakin çinlilər “kopyalamaq” xüsusiyyətlərinə sadoq qalırlar.
Avtosfer.az-ın xəbərinə görə, bu günlərdə çin şirkətlərindən biri “Bugatti”nin oxşarını düzəldib. Lakin Fransada istehsal edilən orijinalla Çinin təqlidi arasında çox ciddi uçurum var. Fransada istehsal olunan avtomobil məhdud sayda olub qiyməti 3 milyon dollara yaxındır. İstismar xərci də öz yerində.
Çinli istehsalçı isə “Shandong Qilu Fengde” modelini cəmi 7 000 dollara təqdim edir. Avtomat ötürücülü elektromobilin maksimal sürəti 60 km/saatdır. Bir dolumla 150 km qət etmək mümkündür.
Vüqar Yaşaroğlu
Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditinin nəticələri məlum olub.
Avtosfer.az xəbər verir ki, audit zamanı məlum olub ki, nazirlik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər əsasında federasiyalara ayrılmış vəsaitlər üzərində inzibatçılıq demək olar ki, tətbiq edilməyib, vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılıq təmin olunmayıb. Belə ki, bağlanmış müqavilələr çərçivəsində federasiyalar tərəfindən təsdiqedici və əsaslandırıcı sənədlər bəzi hallarda ümumiyyətlə təqdim olunmayıb, bir sıra hallarda isə düzgün tərtib edilməyib, bəzi hallarda isə təqdim edilmiş sənədlər əsaslı olmayıb. Qeyd edilənlər, eyni zamanda Nazirliyin debitor borclarının da məbləğinin artımına təsir göstərib. Olimpiya və idman komplekslərinin daxilolmalarla bağlı istifadə imkanlarının tam və düzgün reallaşdırılmaması, eləcə də icarə haqlarının aşağı səviyyədə müəyyənləşməsi əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla idman komplekslərinin fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmin edilməsinə səbəb olub. Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsinə yol verilib, layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi əlavə vəsait istifadəsinə şərait yaradıb, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Nazirlik tərəfindən ictimai birliklər arasında qrant müsabiqələrinin mövzusu olan məsələlərin satınalma müqavilələri vasitəsilə icra edilməsi, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılması hallarına yol verilib. (Apa)
Ötən illə müqayisədə bazarda satışa çıxarılan məhsullarda qiymət fərqinin yüksəldiyi hiss olunur.
Avtosfer.az-ın məlumatına görə, alıcılar deyirlər ki, bu il məhsulların qiyməti xeyli yüksəkdir. Onların sözlərinə görə, bəzi məhsullar arasında hətta 1-2 manat fərq var. Satıcılar ötən illə müqayisədə bu il qiymətlərin fərqli olmasını məhsul qıtlığı ilə əlaqələndirir. Onlar deyirlər ki, qiymətlərin "cib yandırması" alıcı qüvvəsinə də ciddi təsir edir. Satıcılar düşünürlər ki, bostan məhsulları satışa çıxandan sonra qiymətlərin ucuzlaşması gözlənilir.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yollarının (RAI) rəhbərliyi arasında görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Avtosfer.az-a bildiriblər ki, görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib. Bununla yanaşı, İranın Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Şəmkirdə bıçaqlanma hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Qurban Abbasov mübahisə zəminində 3 bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə isə onun dostu şübhəli bilinir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ödənişli olması nəzərdə tutulan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi istiqamətində yeni yolun tikintisi davam edir.
Avtosfer.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, uzunluğu 150 kilometr olan yolda işlər bu ilin sonunda başa çatdırılacaq. Ödənişli yola yük avtomobilləri məhdudiyyətlə buraxılacaq. Bu məqsədlə yolun giriş və çıxışlarında zəruri infrastruktur yaradılır. Yoldan istifadə tariflərinin cari ilin sonuna qədər açıqlanacağı gözlənilir. Ödənişli yola paralel olan Bakı-Quba yolunun təmiri də davam edir. Anar Nəcəflinin sözlərinə görə, köhnə yol Sumqayıtdan başlayaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində genişləndirilir. Bu yolda da təmir işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Sabirabadda 6 il əvvəl istismara verilmiş yol hazırda yarasız vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, söhbət Sabirabadın Moranlı, Sərxanbəyli və Surxaykənd kəndləri də daxil olmaqla, 12 yaşayış məntəqəsini birləşdirən yoldan gedir. Rayon mərkəzindən 50 km-dək məsafədə yerləşən bu kəndlərin 22 min nəfərdən çox sakini illərdir yolsuzluqdan əziyyət çəkirlər. Bu yolun açılışı 2016-ci ilin dekabr ayında baş tutub. Üzərindən cəmi bir neçə il keçdikdən sonra yolun asfalt örtüyü dağılaraq yararsız vəziyyətə düşüb. Yolun bərbad vəziyyətdə olması sakinlərin həm əlavə vaxt sərf etməsinə, həm də maddi itkiyə səbəb olur. Sakinlər deyirlər ki, yolun sıradan çıxmasında iritonnajlı maşınların da rolu az olmayıb. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sözügedən yolun yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramına salınıb və bununla bağlı vəsait ayrılan kimi işlərə başlanacaq.
Son zamanlar şagirdlərin elə məktəblərin yanındakı mağazalardan aldığı bu buzlu içkilərlə yəqin ki, hər birimiz rastlaşmışıq. “Lili” adlanan bu şirələri istənilən kiçik marketdən çox ucuz qiymətə almaq mümkündür. Buzlu formada satılan bu içkilər uşaqlarda boğaz gəlməsinə və yüksək hərarətə səbəb olur.
Avtosfer.az xəbər verir ki, elə uşaqların özləri də bu şirələri içdikdən sonra xəstələndiklərini söyləyirlər. Həkimlər isə deyir ki, uşaqların qida rasionuna salınması mütləq olan məhsullarla yanaşı, onların birmənalı şəkildə uzaq durmalı olduğu məhsullar da var. Pediatr Günay Rəsulova deyir ki, bu cür ucuz, kimyəvi qatqılardan ibarət içkilər isə birbaşa xəstəlik mənbəyidir: “Bu “Lili”lər uşaqların boğazı üçün stress faktorudur. Gizli yatan infeksiyaların baş qaldırmasına səbəb olur. Nəticədə uşaqlarda boğaz ağrısı və qızdırma yaranır”. Qida üzrə ekspert Ağa Salamov da deyir ki, yetkinlik yaşına çatmayan şəxslərin bu içkilərdən istifadə etməsi heç də müsbət hal deyil: “Aromalı, rəngli içkilərin tərkibində fosfor turşuları olur. Fosfor turşusu da birbaşa olaraq yetkinlik yaşına çatmayanlarda sümük inkişafının qarşısını alır. Yaşlılarda isə sümük əriməsinə səbəb olur. Eyni zamanda, bu içkilərin tərkibində süni şəkərlərdən, rəngləndiricilərdən və qida qatqı boyalarından istifadə olunur ki, bu da orqanizmə zərərsiz ötüşmür. Yetkinlik yaşına çatmayan gənclərə bu cür içkilər satmaq düzgün deyil və bunun qarşısı təcili alınmalıdır“. Araşdırmamız zamanı məlum oldu ki, sən demə, şirənin üzərində qeyd olunan ştrix kod da saxta imiş. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu içki ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxlu zənglər daxil olur: “Şirə adlandırılan bu mayenin əslində heç bir natural şirə ilə əlaqəsi yoxdur. Üzərindəki ştrix kod da saxtadır. Azərbaycanda qeydiyyata alınmayıb, amma Azərbaycan prefiksi göstərilən ştrix kod qoyulub. Buraxılma müddəti ilə son yararlılıq müddəti arasındakı məsafə də çoxdur”. “Yeyinti məhsulları haqqında” Qanuna əsasən, istehlakçılar Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməlidirlər. Bəs “Lili” həqiqətənmi qeydiyyatdan keçmədən satılır? AQTA-nın aparıcı məsləhətçisi Səbinə Əsgərova deyir ki, məktəblilərin istifadə etdiyi içkilər digər ölkələrdən idxal yolu ilə daxil olduğu halda laborator analizlərə cəlb olunur: “Təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri normalara uyğundursa, qida təhlükəsizliyi sertifikatı ilə təmin edilərək dövriyyəyə buraxılmasına icazə verilir. Həmin içkilər yerli müəssisələrdə istehsal olunduğu halda isə müəssisələr qida təhlükəsizliyinə qeydiyyata alınır bundan sonra məhsulların dövriyyəyə buraxılmasına icazə verilir“. Gördüyünüz kimi, sualımız konkret olsa da, heç cür dəqiq cavab ala bilmədik. Burdan da belə bir şübhə yarandı ki, uşaqlarımızın çox ucuz qiymətə alıb, bəhbəhlə içdiyi “Lili”nin harda istehsal edildiyindən, nədən hazırlandığından, marketlərdə necə peyda olduğundan AQTA-nın xəbəri yox imiş. Halbuki “Lili”nin yaratdığı təhlükədən az qala bütün valideynlər, hətta uşaqlar da xəbərdardır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Tofiq Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov müdafiə etdiyi şəxsin verilmiş ittihamla əlaqəsi olmadığını bildirib. O, müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib. Prosesdə hökm oxunub. Hökmdə təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi elan olunub. Tofiq Qurbanov bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, Tofiq Qurbanov polis tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib.
Jurnalist Qadir İbrahimli dəfn edilib.
Avtosfer.az xəbər verir ki, jurnalist doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb. Dəfn mərasimində mərhum jurnalistin yaxınları, media nümayəndələri iştirak edib. Jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilib. Avosfer.az vida mərasimindən çəkilən videonu təqdim edir:
Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında “qeyri məqbul” alan, lakin ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməyə icazə verilir.
Avtosfer.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, mtahandan “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq. Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” qiymət alan abituriyentlər iştirak edə bilərlər.
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qeydə alınıb. “Opel” markalı avtomobil “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes Gelandewagen” aşıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hadisə yerinə yol polisinin əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən götürülüb.
Dağlar qoynunda yerləşən Oxud Şəkinin ən qədim və səfalı kəndlərindən biridir. Kənd gözəl təbiəti ilə göz oxşasa da, nə buraya qonaq gəlmək, nə də bu mənzərəni seyr etmək istəyən var.
Sakinlər deyirlər ki, çay yolundan istifadə etmək onlar üçün daha münasibdir. Lakin yaz vaxtı suyun artması bu yoldan istifadəyə də maneə yaradır. Oxud kənd icra nümayəndəsi bir çox qurum əməkdaşı kimi məsələnin yaxın vaxtlarda həll olunacağına ümid edir. Onun sözlərinə görə, yolun asfaltlanması məsələsi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Kəndə 6 km-lik asfalt örtüyü salınması planlaşdırılır. Şəki-Oxud avtomobil yolunun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, kəndin yolunun yenidən qurulması Dövlət Proqramı çərçivəsində maliyyə vəsaiti ayrıldıqdan sonra həyata keçiriləcək.
Bakıda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən Pərviz Məmmədovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, Mərdəkandakı avtobus dayanacağında iki gəncin məktəbin damına bomba qoyulması barədə danışdıqlarını eşidib, yaxınlıqdakı taksofondan polisə zəng vurduğunu deyib. Prokurorun həmin məlumatın doğruluğuna əmin olmadan niyə belə bir addım atması barədə sualına təqsirləndirilən şəxs "Əvvəl həbsdə olmuşdum, çıxandan sonra iş, məşğuliyyət tapa bilmirdim. Baxanım, arxa duranım da yox idi. Fikrimdən keçirdi ki, qayıdım yenə türməyə”, cavabını verib.
Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Pərviz Məmmədov 7 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Pərviz Məmmədov DİN-in “102” Xidmətinə zəng edərək 181 saylı orta məktəbin damına bomba qoyulduğunu deyib. Hadisə yerinə gələn polis əməkdaşları məktəbin damında bomba olmadığını görəndən sonra zəngin haradan gəldiyini və zəng edən şəxsin kimliyini müəyyənləşdiriblər.
Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti "Ryanair" sərnişinlərin və ekipajın mayın 16-dan etibarən maskadan məcburi istifadəsini ləğv edib.
Avtosfer.az xəbər verir ki, bəzi Avropa İttifaqı ölkələrində ictimai nəqliyyatda maskadan isitifadə məcburidir. Bu qayda uçuşlara da dəlalət edir.
Hələ də ictimai nəqliyyatda maskaların məcburi taxılmasını tələb edən Aİ ölkələrinin siyahısı:
Avstriya,
Almaniya,
Yunanıstan,
İspaniya,
İtaliya.
Kipr,
Latviya,
Litva,
Lüksemburq,
Malta,
Hollandiya,
Portuqaliya,
Fransa,
Çexiya Respublikası,
Estoniya.
Turizmplus.az
İstanbulda yoldaşları ilə küçədə oynamaq üçün yolu keçmək istəyən balaca uşağın üstündən avtomobil keçib. Xoşbəxtlikdən, uşaq xəsarət almadan xilas olub.
Hadisə Mövlana rayonunda baş verib. Avtomobilin sürücüsü uşağı görməyib və hərəkətinə davam edib. Uşaq isə gözlənilmədən avtomobilin altına girib. Sonra isə sağ-salamat ayağa qalxaraq digər uşaqların yanına gedib.
Baş verənlərdən təəccüblənən uşağın yaxınları qaçaraq onun yanına gəliblər. Xəsarət alıb-almadığını yoxladıqdan sonra qucaqlarına alaraq evə aparıblar.
oxu.az
Dünən təqdim edilən yenilənmiş BMW 3 Series sedan və universalı, vahid şüşə altında birləşdirilmiş iki günəşliksiz ekranı alan yeganə model olmayıb. Eyni interyer tərtibatı G42 kodlu 2 Series kupesində də olacaqdır! Özü də, bu modelin kifayət qədər yeni olmasına baxmayaraq: yığcam kupenin debütündən heç bir il keçməyib, onun satışlarına isə, yalnız 2021-ci ilin sonunda başlanılıb.
İkinci seriyada da “üçlükdə” olduğu kimi cihazlar panelinin ölçüsü 12,3 düym, media sisteminin sensorlu ekranının isə 14,9 düymdür. İqlimə nəzarət sisteminin ayrıca idarəetmə panelindən tamamilə imtina olunub: indi bütün idarəetmə multimedia sisteminin “dərinliklərində” yerləşir.
Yeni, artıq səkkizinci nəslin iDrive sisteminin özü bulud xidmətləri ilə işləmək üçün təkmilləşdirilmiş funksionallığa malikdir. Transmissiyanın coystikinin əvəzinə indi miniatür selektor var, üstəlik, ötürmələr qutusunun sükanaltı “ləçəkləri” standart təchizata daxildir.
Eyni zamanda, G42 ailəsi iki yeni modifikasiya ilə tamamlanıb. Modifikasiya çeşidində 184 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərriklə təchiz edilmiş 220i versiyanın əvəzinə, 156 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlük” ilə təchiz edilmiş baza BMW 218i kupesi peyda olub
Baza kupesi səkkiz pilləli “avtomata” və arxa ötürməyə malikdir. 218i versiyası 100 km/saat sürətlənməyə 8,7 saniyə sərf edir.
3,0-litrlik “turboaltılığı” (374 at qüvvəsi, 500 Nm) olan BMW M240i top versiyası indi təkcə tam ötürmə ilə deyil, həm də arxa ötürmə ilə təklif olunur. Səkkiz pilləli “avtomat” ilə təchiz edilmiş arxa ötürməli drift kupesi ilk “yüzlüyü” 4,7 saniyəyə toplaya bilər. Tam ötürməli kupe bu işə 4,7 saniyə sərf edir.
Yeni interyeri almış kupelərin istehsalına iyul ayında başlanılsa da, onları artıq sifariş etmək olar. Almaniyada baza BMW 218i kupesinin satış qiyməti 39 400 avrodan başlayır.
autograph.az
Bu, təqdimatı iyun ayının 1-də keçiriləcək beşinci nəsil Lexus RX krossoverinin ilk tizeridir. Bu elan gözlənilməz olsa da, modelin təkamülü plan üzrə gedir, çünki dördüncü nəsil krossover yeddi ildir ki, satışdadır: hazırkı RX modeli 2015-ci ildə debüt edib və 2019-cu ildə planlaşdırılmış restylinqdən keçib.
Təəssüf ki, gələcək Lexus RX modeli ilə bağlı etibarlı məlumat yoxdur. Şirkət yalnız modelin dizaynının əhəmiyyətli dərəcədə dəyişdiriləcəyini vəd edir və məntiqlə onun GA-K modul platformasında (TNGA arxitekturasının) inşa edəcəyini gözləmək olar.
Modifikasiya çeşidində ilkin benzin versiyasının, hibrid variantın və plagin hibridin (ilk dəfə) olacağı gözlənilir. Üstəlik, 3,5-litrlik V6 atmosfer mühərrikinin əvəzinə kapotun altında 2,4-litrlik “turbodördlük” peyda olacaqdır - belə əvəzləmə artıq Toyota Highlander krossoverində baş verib.
Lakin növbəti nəsildə uzunbazalı Lexus RX L modeli olmayacaqdır: onun yerini üç oturacaq cərgəsi olan ayrıca Lexus TX modeli tutacaqdır. TX modelinin debütü 2023-cü ildə keçirilməlidir.
autograph.az