Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP - PrEP) adlı pilot layihənin icrasına başlayıb.
Bununla əlaqədar İİV-ə yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilib. Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.
Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur.
İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.
<div class="kvgmc6g5" cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 24-25 may 2022-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Avstriya Texnologiyalar İnstitutu, Avstriya Kompüter Cəmiyyəti, Biotibbi Mühəndislik Cəmiyyəti, Unit Trol və “Siemens Helathiness” təşkilatı tərəfindən təşkil olunan 16-cı illik “Sağlamlıq İnformatikası Rəqəmsal Sağlamlıqla görüşür” konqresində iştirak edir.
Aztibb.az xəbər verir ki, 2007-ci ildən etibarən ildə bir dəfə keçirilən konfransın işinə müxtəlif ölkələrin dövlət və səhiyyə sektorlarından 300-dən çox nüfuzlu elm adamları, professorlar və tibb işçiləri qatılıb. Açılışda bildirilib ki, COVID-19 pandemiyası dövründə "dHealth-2020" və "dHealth-2021" konqreslərinin onlayn keçirilməsinə baxmayaraq, dünyada yaranmış vəziyyət rəqəmsal sağlamlıq dünyasını əvvəlkindən daha aktual edib.
Qeyd edilib ki, builki konqresdə İKT və səhiyyə sahələrindən olan ekspertlər və innovatorlar rəqəmsal sağlamlığı daha da yaxşılaşdırmaq məqsdilə bir araya gəliblər. Hazırda rəqəmsal səhiyyə bir tərəfdən, çox populyar və sürətlə inkişaf edən bir sahə olsa da, digər tərəfdən çox mürəkkəb və risklidir. Son vaxtlar dünyanın qabaqcıl ölkələrində teletibb, xəstələr üçün mobil proqramlar və süni intellekt sistemləri kimi sahələr fəal inkişaf edir.
 <div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Beynəlxalq konqresin proqramına səhiyyə xidmətinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə “Sağlamlıq İnformatikası Rəqəmsal Sağlamlığa cavab verir” şüarı altında keçirilən təcrübə və nəzəriyyədən seminarlar, mühazirələr və elmi təqdimatlar daxil edilib. İki gün müddətində davam edən konfransda “Rəqəmsal Sağlamlıq”, “Böhran vəziyyətində səhiyyədə qlobal qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi”, “Ürək telereabilitasiyası”, “Rəqəmsal Terapevtlik” və digər mövzularda təqdimatlar edilir.
<div class="kvgmc6g5" cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">"Bəzən "ayaq üstə, xəbərsiz infarkt keçirənlər" haqqında eşidirik. Bu, reallıqdır".
 <div dir="auto" style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verərək bildirib ki, sinənin orta nahiyəsi, çiyinlər və qollara vuran ağrı, təzyiq hissi, daha öncə yaşanmamış narahatlıq - infarktın əlamətləri ola bilər. Yəni "ayaq üstə, xəbərsiz infarkt keçirmək" həqiqətdir. "Səssiz infarkt" heç bir əlamət olmadan ölümə belə gətirib çıxara bilər:
"Aparılan tədqiqatların nəticəsi olaraq kəskin ürək tutmalarının az qala yarısının (45%-i) sakit və ya hiss edilməyən “Sakit infarkt” (SMI – Silent myocardial infarction) olaraq meydana gəldiyi müəyyən edilmişdir".
 <div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Həkim əlavə edib ki, bu kimi səbəblərdən rutin ürək müayinələrindən keçmək həyati vacibdir. 
Qeydiyyatda olan talassemiyalı pasiyentlərin sayı və müalicələri ilə bağlı görülən işlər açıqlanıb.
Bu, “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də yer alıb.
Hesabatda bildirilir ki, “Talassemiya ilə mübarizə tədbirlərinin maliyyə təminatı” tədbirləri çərçivəsində 2021-ci ildə 3611-ə yaxın qeydiyyatda olan pasiyentlərin müayinə və müalicələri təmin olunub. 1530-a yaxın talassemiyalı pasiyentin xelator preaparatları ilə tam təmin olunub, 462 nəfərdə HLA tipləndirilməsi təşkil edilib, talassemiyanın profilaktikası məqsədi ilə nikah öncəsi müayinələr aparılıb, aylıq orta hesabla 24961 müayinələr həyat keçirilməsi üçün reaktivlərlə təchiz olunub.
Eləcə də 16 talassemiyalı pasiyentə sümük iliyinin transpantasiyası həyata keçirilib. Proqram büdcəsi üzrə dəmir xelatorları, reaktivlər, sümük ilyi transplantasiyası üçün spesifik dərman vasitələri və sərfiyyat malları alınıb.
Bunun üçün 2021-ci ildə 21,6 milyon manat vəsait xərclənib.
Azərbaycanda 2500-dən artıq xəstə bədxassəli xəstəlik diaqnozu ilə qeydiyyatdadır.
Hesabatda bildirilir ki, onlardan 300-ü uşaqdır.
“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində 2021-ci ildə 6,6 milyon manat xərclənib, onkohematoloji dərman vasitələri alınıb.
Xırdalan şəhərində peşəkar tibbi heyəti olan və yüksək səviyyədə laborator xidmət göstərən "Central Clinic" fəaliyyətə başlayıb. 
Aztibb.az xəbər verir ki, həmin klinikada çalışan, tanınmış həkim-terapevt Müşfiq Bəbirov bu barədə məlumat verib. 
 <div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q">Qeyd edək ki, M.Bəbirov Azərbaycan Tibb Universitetinin "Müalicə profilaktika" fakültəsini bitirib. 2006-2008-ci illərdə N.Tusi Klinikasında Uroloq şöbəsində asistent vəzifəsində çalışıb. 2008-2009-cu illərdə Sabunçu Xəstəxanası Hemodializ şöbəsində internatura keçib.
2012-2014-cü illərdə o, "MediClub" klinikasında, 2014-2019-cu illərdə "SOS İnternational" klinikasında, 2019-cu ildən isə yenidən "MediClub" klinikasında həkim-terapevt kimi fəaliyyət göstərib. 
M.Bəbirov 2020-ci ildə Almaniyada intensiv terapiya şöbəsində təcrübə kursunda iştirak edib. O, "American Heart Association" tərəfindən rəsmi olaraq tanınan BLS və ACLS (ürək-ağciyər reanimasiyası) sertifikatına layiq görülüb. 
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə 1-2 iyun tarixlərində skolioz, kifoz, lordoz və digər qamət pozulması, onurğa əyrilikləri olan uşaqlar üçün peşəkar həkim, yüksək ixtisaslı fizioterapevt, reabilitoloq, idman zədələnmələri üzrə mütəxəssis, osteopat dr. Pərvin Əkbərov tərəfindən ödənişsiz konsultasiya elan edilir. 
Aztibb.az xəbər verir ki ödənişsiz müayinədən faydalanmaq üçün öncədən qəbula yazılmağınız mütləqdir.
Əlaqə və ətraflı məlumat üçün:
+99450 500 65 25
+99450 500 65 15
 <a class="oajrlxb2" g5ia77u1 qu0x051f esr5mh6w e9989ue4 r7d6kgcz rq0escxv nhd2j8a9 nc684nl6 p7hjln8o kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x jb3vyjys rz4wbd8a qt6c0cv9 a8nywdso i1ao9s8h esuyzwwr f1sip0of lzcic4wl gpro0wi8 py34i1dx" tabindex="0" href="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.reabilitasiya.az%2F%3Ffbclid%3DIwAR27vVEQasLixrAEC5mh6eEo00soX5U1uSIvIcZ63C26etzhTQVX7fvCP-Q&h=AT2VdJj5VnUVCqiDOLQQRlwf90v6ZWjX5bZpZFzoQCw_O8ZYxcMXXkFV9oOPmj39_0obnabN6zvsAoIGAuWwegmfwaONq04s1bYCDXTmVFDO19bl2klCiSk27AtieUrI&__tn__=-UK-R&c[0]=AT2kss7YZU04_aFLlV5vKUj9_JMuvH770UFaWHSnc0oa-r2HzOGjMc-Sz_ZYgzyL3KTKk1TX-Z-_5JTKPz7W4meZdKr2UPw_BvOlRldFu9iDHfBDXVR1TnJRqNlKu3EBlqt7grlZdHal5j4TQYnmYj65DYvVnwIPghcqlojgjxqQnsngKO9WicXR8B0" target="_blank" rel="nofollow" noopener">www.reabilitasiya.az
Bütün dünyada 2009-cu ildən mayın 25-i Dünya Qalxanabənzər Vəzi Günü (World Thyroid Day) kimi qeyd edilir.
Günün təsis olunma təşəbbüsü qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tiroid Assosiasiyası (European Thyroid Association) tərəfindən irəli sürülüb. Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd olunmağa başlayıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.
Tibbi statistikaya əsasən dünya əhalisinin üçdə biri bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxmini 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsindən isə təxmini 10-30 faiz insan əziyyət çəkir.
Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir–maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir.
Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod insan orqanizminin fəaliyyəti üçün önəmli elementdir.
Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.
Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən "Ford" markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub. Hadisə zamanı Goranboy rayon sakinləri: - 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il təvəllüdlü), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Aydan Sultanova Kliniki Tibbi Mərkəzin Nevrologiya şöbəsinin həkim-nevroloqu vəzifəsinə təyinat alıb.
Bu barədə Aztibb.az-a Mərkəzdən bildirilib.
Qeyd olunub ki, Aydan Sultanova 14 oktyabr 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. 2007-2013-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2013-2017-ci illərdə Uşaq Nevroloji Xəstəxanasında Nevrologiya üzrə rezidentura keçib.
O, 2018-2022-ci illərdə Müharibə Veteranları Xəstəxanasında həkim-nevroloq vəzifəsində çalışıb. 2015-ci il “Nevrologiyanın aktual problemləri”, “Beyin qan dövranının xroniki pozulması”, 2017-ci ildə isə “Nonepileptik tutmalar” elmi praktiki seminarlarının iştirakçısı olub.
Koreya Xalq Demokratik Respublikasında qızdırma simptomları olan şəxslərin sayı 3 milyonu keçib.
Bu barədə Koreya Mərkəzi teleqraf Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, artıq 2,74 milyon nəfər xəstəlikdən sağalıb, 323 min nəfər müalicə olunur. Xəstəlikdən ölənlərin ümumi sayı 68-dir. Sutka ərzində bu xəstəlikdən ölən olmayıb.
Siqaret çəkilməsi nəticəsində yaranan xəstəliklər dünyada xəstəliklərin inkişafının risk faktoruna görə dördüncü pillədədir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər on nəfərdən biri siqaretin səbəb olduğu xəstəliklərdən vəfat edir.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin meneceri Nərmin Azadovanın dediyinə görə, Mərkəz cəmiyyəti siqaret bəlasından qurtarmaq üçün mütəmadi olaraq maarifləndirmə işləri aparır: “Ölkəmizdə tütünün satışı və istehlakı kifayət qədərdir. Ən təhlükəlisi də odur ki, son vaxtlar lazımi mübarizə tədbirləri həyata keçirilsə də, məktəblilər və yeniyetmələr arasında tütündən istifadə halı daha çox artmaqdadır. Mərkəzdə yaradılan “Qaynar xətt”ə həftənin beş günü istənilən hər kəs müraciət edərək psixoloji dəstək və lazımi tövsiyələr ala bilərlər”.
Onun verdiyi məlumata görə, 2018-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən mobil tətbiq yaradılıb. Hər kəs həmin tətbiqi yükləyə və bununla da qənaət olunan vaxtı, pulu, tütünün zərərlərini və ondan imtina yollarını aydın şəkildə öyrənə bilər”.
İnkarolunmaz faktdır ki, siqaret çəkən öz sağlamlığı ilə yanaşı, ətrafdakılara da zərər vurur. Müsahibimiz bu barədə danışarkən bildirib ki, dünyada 8 milyon nəfər tütünün səbəb olduğu xəstəliklər nəticəsində həyatını itirir və bunun bir milyonu passiv tütün çəkənlərdir. Bu da o deməkdir ki, tütündən istifadə edənlər təkcə öz sağlamlığını deyil, ətrafdakıların da sağlamlığını təhlükəyə atmış olurlar. Siqaretin zərərli təsiri onu çəkənlərə nə qədərdisə, ətrafda olanlara ondan da artıqdır.
Təbii ki, siqaretdən ən tez və real qurtuluş yolu hər kəsin öz iradəsidir. Heç bir psixoloji dəstək, heç bir dərman vasitəsi insan iradəsi qədər güclü deyil. Ona görə də siqaret çəkən hər kəs öz iradəsini ortaya qoyaraq bu zərərli vərdişdən imtina etməli, nə özünün, nə də ətrafında olanların sağlamlığını təhlükə ilə üzbəüz qoymamalıdır.
<p style="text-align:;" justify;">ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatı meymunçiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb.
 <p style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, bu barədə "Lancet" elmi nəşri yazır.
 <p style="text-align:;" justify;">"Həmkarlarımız meymunçiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq", - Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.
 <p style="text-align:;" justify;">O, qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - brincidofovir və tekovirimat müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılmışdır.
Tekovirimat insan çiçək virusunun replikasiyasını dəf etməyi bacardığı halda, brincidofovir isə o qədər də effektiv vasitə olmadığı üzə çıxıb. Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymunçiçəyi də tekovirimat preparatı ilə müalicə olunacaq.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə Rusiyada istehsal edilən vaksinlərin Azərbaycanda istifadəsinin təşkili məsələlərinə dair müzakirələr aparılıb.
Müzakirələr zamanı bildirilib ki, Rusiya Federasiyasından respublikamıza geniş çeşiddə baytarlıq preparatları, o cümlədən vaksinlər idxal edilir. Respublikada əsasən qarayara, dabaq, nodulyar dermatit, qoyunçiçəyi, brusellyoz, quduzluq və s. kimi heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmələr dövlət büdcəsi vəsaitləri hesabına təmin edilir. Ölkəyə idxal edilən bütün baytarlıq preparatlarının, o cümlədən vaksinlərin keyfiyyət və təhlükəsizlik sınaqları keçirilir.
Görüşdə dövlət reyestrinə daxil edilmiş Rusiya Federasiyasının istehsalı olan baytarlıq preparatları barədə də məlumat verilib. Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyinin və “Rosselxoznadzor”un aidiyyəti qurumları və tədqiqat laboratoriyaları ilə işgüzar əlaqələr mövcuddur və bu sahədə birgə səmərəli fəaliyyət aparılır.
İkitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla əlaqədar fikir mübadiləsi edilib.
Azərbaycanda koronavirusa 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 49 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 793, bu günə qədər isə ümumilikdə 6 877 141 test icra olunub
<div class="kvgmc6g5" cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Məlum olduğu kimi, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi elektron sistem vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektləri öz “Şəxsi kabinet”lərindən Asan İmza vasitəsilə müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə etmək imkanına malikdirlər.
 <div dir="auto" style="text-align:;" justify;">Lakin son zamanlar özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar AQTA-nın rəsmi loqosunu öz reklam vasitələrində və elektron səhifələrində yerləşdirməklə, guya AQTA ilə əlaqəli şəkildə fəaliyyət göstərmək və müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə yanlış təəsürat yaratmağa çalışırlar.
Aztibb.az xəbər verir ki, AQTA bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması, prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və neqativ hallara şərait yaradır.
 <div class="cxmmr5t8" oygrvhab hcukyx3x c1et5uql o9v6fnle ii04i59q"> <div dir="auto" style="text-align:;" justify;">Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək şərtilə, sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq təşkilatlara müraciət ediləcəkdir.
“Sağlam Həyatın Təbliği” İctimai Birliyi fevralın 1-dən “Fərqliliyin fərqinə varmadan birgə yürüyək” adlı layihənin icrasına başlayıb.
Aztibb.az-ın məlumatına görə, birlikdən verilən xəbərə görə, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
Bildirilib ki, 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud olan autizm və daun sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətləri göstərilib və onların valideynləri ilə maarifləndirici təlimlər keçirilib.
Qeyd olunub ki, layihənin icrası iyunun 1-də başa çatır və layihənin məqsədlərinə uyğun olaraq 50 nəfər autizm və daun sindromlu uşaqlara reabilitasiya keçirilib, onların ailələri ilə görüşlər təşkil olunub, problemləri mütəxəssislər tərəfindən dinlənilib və problemlərin həll olunması üçün müvafiq dövlət qurumlarına yönləndirilib.
<div dir="auto" style="text-align:;" justify;">Aİ-ÜST birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriyalar üzrə eksperti Radu Kojokaru 1 saylı Sumqayıt şəhər xəstəxanasının kliniki laboratoriyasında biotəhlükəsizlik idarəetmə sisteminin və risklərin azaldılması tədbirlərinin qiymətləndirilməsini həyata keçirib.
 <div dir="auto" style="text-align:;" justify;">Aztibb.az xəbər verir ki, ÜST eksperti milli təlimatların Laboratoriyalarda biotəhlükəsizlik üzrə yeni ÜST bələdçisinə (4-cü buraxılış) uyğun olaraq yenilənməsini, işçi heyəti üçün təhlükəli tullantıların və materialların toplanması, seqreqasiyası, inaktivasiyası və zərərsizləşdirilməsinə dair əlavə təlimlərin keçirilməsini, iş yerində bioloji risklərin müəyyən edilməsi və azaldılmasını, habelə mövcud risklərə uyğun şəkildə fərdi qoruyucu vasitələrdən rasional istifadəni tövsiyə edib.
 <div dir="auto" style="text-align:;" justify;">Dayanıqlı laboratoriya şəbəkəsi yaranan və təkrarən ortaya çıxan qlobal sağlamlıq təhlükələrinin müəyyən edilərək aradan qaldırılmasının əsasını təşkil edir. ÜST Azərbaycanın laboratoriya potensialının gücləndirilməsinə dəstək olmağa davam edəcəkdir.
<p style="text-align:;" justify;">Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
 <p style="text-align:;" justify;">Seminarın açılışında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxış edib. O bildirib ki, hospital yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə yoluxanların müalicəsi ilə məşğul olsa da, COVID-19-un müalicəsinə həsr edilmiş onlayn konfrans və vebinarlarda transplantologiya, pediatriya və ginekologiya sahələrində infeksiyanın müalicəsində olan aktual məsələləri müzakirə edib. O, allergik xəstəliklərə həsr olunan seminar iştirakçılarını müzakirə və sual-cavab sessiyalarında fəal iştirak etməyə çağırıb.
 <p style="text-align:;" justify;">Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın moderatorluğu ilə keçirilən beynəlxalq elmi seminarda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan ekspertlərin 4 məruzəsi təqdim olunub. Astana Tibb Universitetinin allerqologiya, hematologiya və endokrinologiya üzrə uşaq xəstəlikləri kafedrasının assistenti Oksana Usenova "Allergiyanın müasir diaqnostikası: skrininqdən molekulyar səviyyəyə qədər", Moskva şəhər Diplomdan sonrakı Təhsil Akademiyasının Kliniki immunologiya və allerqologiya kafedrasının professoru Yuri Smolkin "Klinik praktikada molekulyar allerqodiaqnostikanın üstünlükləri", Əməkdar həkim, “Makrobioz” Klinikasının baş direktoru Faizə Əliyeva “Allergik xəstəliklərin profilaktikasına inteqrasiya yanaşmaları” və həmin klinikanın həkim-diyetoloqu Emil Hidayətli “Allergik hallarda iltihab əleyhinə pəhrizin effektivliyi” mövzusunda çıxış ediblər.
 <p style="text-align:;" justify;">Təqdimatlarda allergik xəstəliklərin dəqiq diaqnostikasının müasir üsulları, düzgün terapevtik müdaxilələrin seçilməsi, o cümlədən pəhriz saxlanılan zaman qida məhdudiyyətlərinin seçilməsinə yanaşmalar barədə ətraflı məlumat verilib.
Mayın 23-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ödənişsiz hematoloji müayinə kampaniyası təşkil edilib.
Türkiyənin Acibadem Universitetinin professoru Dr. Ant Uzay və hematoloq Dr. Şəhla Şabanova tərəfindən bütün növ hematoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin ödənişsiz qəbulu həyata keçirilib.