Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, yeni “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq.
Agentlik sədri əlavə edib ki, əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.
“Övladlarımı itirmək qorxusu ilə yaşanan hər dəqiqəm ömrümə bir zərbə vurdu”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana yaşadığı ağır günlərdən bəhs edərkən deyib.
O, qayınanası, tanınmış müğənni Mətanət İsgəndərli ilə barışığın yalan olduğunu deyən inanlara da səslənib:
“Çox insanlar barışmağımızın gerçək olmadığını yazırdı. Onu demək istəyirəm ki, mən yalanı sevmirəm və hər şey doğrudur. Biz artıq bir yerdəyik. Bütün hadisələr də mənim həyatımda aldığım ən böyük zərbə idi. Çox şükür ki, artıq bu çətin yollar arxada qaldı. Analar, sizlərin dualarınız sayəsində balalarımı geri qaytardım. Var olun”.
O, Mətanətin ifası zamanı lentə aldığı görüntünü də paylaşıb.
Qeyd edək ki, Mətanət İsgəndərli də açıqlamasında gəlini ilə barışdığını və bütün söz-söhbətlərə son qoyulduğunu bildirib.
Cəvahir
“Azərbaycanla Avropa İttifaqı arasında hüquqi zəminin yaradılması əməkdaşlıq və tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) peşə təhsilinin təşviqi məqsədilə cənub bölgəsinə təşkil olunan mediaturda çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqlar davam etməkdədir:
“Sazişin imzalanması qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün hüquqi zəmin yaradacaq. Bu olduqca vacibdir. Çünki hüquqi zəminin yaradılması əməkdaşlıq və tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırır. Onu da qeyd edim ki, nəzərdə tutulan ikitərəfli saziş bugünkü peşə təhsilinə həsr olunan layihə ilə müəyyən şəkildə uzlaşır.
Avropa İttifaqının Azərbaycandan ixrac edilən çox sayda məhsulların əsas satış bazarı olduğunu nəzərə alsaq, məhsulların icarə obyektinə çıxarılması baxımından həmin sazişin böyük əhəmiyyəti var. Nəzərdə tutulan saziş Azərbaycanın digər bazarlara çıxışına da müsbət təsir edəcək”.
Gülşən Şərif
“Paşinyan hakimiyyətdən getməyəcək”.
Araz Əlizadə bildirib ki, mitinqlərin arxasında elə Paşinyanın özü var:
“Moskva və Avropa Birliyi Paşinyana təsir edir ki, sülh müqaviləsi bağlasın. O isə sülh müqaviləsi bağlamaq istəmir. Paşinyan bu cür mitinqlər edərək göstərir ki, xalq onu sülh müqaviləsi imzalamağa qoymur.
Paşinyan Putinə də, Şarl Mişelə də deyəcək ki, xalq istəmir, xalqın iradəsinin əleyhinə gedə bilməz”.
Səxavət Məmməd
Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən Gəncə Apellyasiya Məhkəməsində baş verib.
Məlum olub ki, Gəncənin Kəpəz rayon sakinləri olan Sevil Qənbərova (ad və soyad şərtidir) 2001-ci ildə həmyerlisi İkramla ailə həyatı qurub və onların 4 övladı olub. Lakin cütlük 2018-cu ildə boşanıb. Həmin vaxt məhkəmə uşaqların 4-nün də atasında qalmasına qərar verib. Daha sonra Sevil Apellyasiya Məhkəməsinə üz tutub. Lakin Gəncə Apellyasiya Məhkəməsi də uşaqların da rəyini nəzərə alaraq onların ataları ilə qalmasına qərar verib.
Bundan sonra Sevil Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb. Bu dəfə apellyasiya instansiyası uşaqlardan ikisinin anasına verilməsinə qərar verib. Həmin vaxt məhkəmənin gözləmə zalında Sevil və bacısı ilə onun keçmiş qayınanası arasında münaqişə baş verib. Sevilin övladlarının atasında qalmaq istəməsi, nənələrinin tərəfini tutmaları onu daha da özündən çıxarıb. O, keçmiş qayınanasına hücum edərək ona təpiklə zərbə endirib, həmçinin barmaqlarını onun barmaqlarına keçirərək 3 barmağını sındırıb və əlindəki “Redmi 7” markalı telefonla yaşlı qadının başına və qarnına zərbələr endirərək ona xəsarətlər yetirib.
Gəlinin qayınanasına xəsarətlər yetirməsinə görə Gəncənin Nizami rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb və cinayət işinin materialları rayon Məhkəməsinə göndərilib. Münaqişəli şəxslər bu dəfə döyülmə faktına görə məhkəmədə üz-üzə gəliblər.
Məhkəmədə döyülən qadın keçmiş gəlininin həbs edilməsini tələb edib. Şahid kimi çıxış edən təqsirləndirilən şəxsin övladları da analarının əleyhinə ifadə verib.
Nizami rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 38 yaşlı Sevil Qənbərovaya həbs olunmasa da, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət cihazı olan qolbaq taxılıb.
Həmin gün evdən tamam başqa məqsədlə çıxmışdım. Musiqili Teatrda gənc rejissor Ərtoğrul Kamalovun səhnələşdirdiyi “Psix” tamaşasının ikinci premyerasına gedirdim. Nizami küçəsindən keçərkən uzun müddətdir sosial şəbəkələrdə videolarını gördüyüm pantomim sənətçisinin maraqlı çıxışı diqqətimi çəkir və ayaq saxlayıb onu izləyən izdihama qoşuluram. Bir-birinin ardınca üç səhnəcik, marağın və heyrətin yerə kilidlədiyi onlarla tamaşaçı… Onu yaxından tanımaq istəyimə mane ola bilmirəm və izdihamı yarıb iti addımlarla istedadlı gəncə yaxınlaşıram. Özümü təqdim edərək çay içməyi təklif edirəm. Təklifimi məmnunluq və sevinclə qarşılayır. Ancaq işinin yarım saat sonra bitəcəyini bildirir. Tərs kimi də tamaşanın başlamağına yarım saat qalıb. Tərəddüd etdim bir qədər, amma Fərhadın Azərbaycanda qonaq olduğunu biləndən sonra düşündüm ki, dostum Ətoğrul məni bu dəfəlik də bağışlayar(ilk premyerada da işim çıxdığı üçün iştirak edə bilməmişdim). Fərhadla maraqlı söhbətdən həm özümü, həm də oxucuları məhrum etmək olmazdı. Fərhad Qılınc küçələrdə bir kəlimə danışamadan yazdığı səhnələri nümayiş etdirir. Tamaşanı sözləri ilə deyil bədən dili ilə çatdıraraq insanları həm güldürür, həm düşündürür, həm də kövrəldir.
İlk insanların hərəkətləri qədər qədim olan pantomim sənətini icra edən və bunu dünya küçələrinə daşıyan Fərhad Qılıncla pantomim sənətindən, həyat hekayəsindən, dünyada başına gələnlərdən danışdıq.
– Bir az səni tanıyaq. Kimdir Fərhad Qılınc. Nə vaxtdan başlayıb pantomimlə dünya macəran?
– Ankarada olduqca mühafizakar bir ailənin ilk övladıyam. 13 yaşımdan bəri küçə sənəti ilə məşğulam. Orta təhslliyəm. Nə lisey oxudum, nə universitet bitirdim. Əslində sənətlə ilk tanışlığım 9 yaşımda olub. 9 yaşımda həvəskar olaraq rəqslə məşğul olmağa başladım. 13 yaşımda artıq küçələrə açılmağa başldım. Hazırda 27 yaşım var. Təxminən 16 yaşımdan dünyanı gəzirəm. 15 yaşımda ilk dəfə “Mənimlə rəqs edərsənmi?” adlı televiziya yarışmasına qatıldım. Ara-sıra müğənnilərin kliplərində rol aldım. Qısa müddət də olsa teatr səhnəsində oynadım. Amma bunların heç biri məni xoşbəxt etmirdi. Çünki mənim istədiyim əsla pul qazanmaq, şöhrət olmaq deyildi. Türkiyənin 81 bölgəsini gəzib bitirdikdən sonra düşündüm ki, artıq dünya turuna çıxmaq lazımdır. Dünya turuna çıxdıqda mən istədiyimi tapdım. Müxtəlif ölkələrin küçələrində sənət göstərmək məni həddindən artıq xoşbəxt edir. Özümü bir yerə aid hiss etmirəm.
– Mühafizakar bir ailədə doğulduğunu söylədin. Ailən kiçik yaşlarından təhsildən yayınıb küçələrdə rəqs edib, tamaşa göstərməni necə qarşıladı?
– Əlbəttə ki, ənənəvi türk ailələri kimi normal qarşılamadılar. Hələ də elədir vəziyyət. Onlar hər zaman övladlarının indikindən fərqli bir gələcəyinin olmasını, oxumasını, sığortalı bir işdə çalışmasını istəyirdilər. Onların fikrincə mənim çox səfil və pis bir həyatım var(gülür). Hələ də deyinirlər. “Gəl səni sığortalı işə qoyaq, evlən oğul-uşağa qarış” deyirlər. Özümü hələ də onlara ifadə edə bilmirəm, məni anlamırlar. Nəyi bacardığımı görürlər. 13 yaşımdan olardan bir qəpik pul almadan özümü yetişdiridiyimi, televiziya proqramlarına çıxdığımı, insanların mənə münasibətini görürlər. Amma orda da qalır. Fikirləri dəyişmir.
-Dünya turu səni bir növ xilas edib deyə bilərik?
– Türkiyədə də ailəmlə ayrı evlərdə yaşayırıq. Allahdan çox az görüşürük. 16 yaşımda Türkiyədən çıxdım 20 yaşımda Türkiyəyə qayıtdım. 20 yaşımda yenidən dünya turuna çıxdım. 4 il gəzdim və 4 il sonra Ankaraya qayıtdım bir il qaldıqdan sonra yenidən yola çıxdım. Yollarda böyümüşəm deyə bilərəm(gülür).
-Pandemiya dövründə nə etdin harda idin?
– Pandemiya dövrünü Ankarada keçirtdim. Amma küçə sənətini nümayiş etdirməkdən bir gün belə qalmadım. Hazırda mənim Türkiyədə küçəyə çıxma qadağasını pozduğum üçün dövlətə 48 min lirə borcum var. Küçədə heç kim olmasa belə çıxıb sənət göstərirdim.
-İlk getdiyin ölkə hara olub və hazırda neçənci ölkədəsən?
-İlk getdiyim ölkə Macarıstan olub. Hazırda fotolarla isbatlaya bildiyim 27-ci ölkədəyəm. Bundan əvvəl mobil telefonum, sosial şəbəkə hesabım olmadığı üçün əvvəl gəzdiyim ölkələrdən fotolar, qeydlər yoxdur. Ümumilikdə 40-a yaxın öllkədə olmuşam.
-Mobil telefondan istifadə etmədiyini dedin. Bu olduqca qəribə səsləndi.
-Bunun fərqindəyəm. Heç vaxt mobil telefondan istifadə etməmişdim. Texnologiya, sosial media məni heç bir şəkildə cəzb etməyib. Təxminən dörd ay olar ki, mobil telefon almışam və İnstagram hesabı açmışam.
-Maraqlıdır bəs getdiyin ölkələrdə telefon, internet olmadan necə qala bilirdin. Nəticədə tanımadığın ölkələrdir və azma riskin yüksəkdir.
-Getdiyim ölkələrdə azmamaq üçün fotoaparatımla keçdiyim küçənin adlarının yazıldığı lövhələrin şəkilini çəkirdim. Azdığım zaman yerli əhaliyə göstərirdim o şəkildə yolu tapırdım. İngilis və ispan dillərini bilirəm bu mənim bir çox ölkələrdə köməyimə çatır.
– Küçə sənəti ilə məşğul olan insanların ruh halı tam olaraq anlaşılmır. Məsələn çox insan elə başa düşür ki, küçə sənəti ilə məşğul olanların məqsədi sadəcə pul qazanmaqdır. Sənin üçün küçə sənəti ilə məşğul olmaqda məqsəd nədir?
-Bu işlə məşğul olmaqda məqsədim heç vaxt pul qazanmaq olmayıb. Pul mənim üçün sadəcə bir yerdən, digər yerə getmək üçün vasitədir. Mən küçələrdə toplanan pullarla ev, ya da maşın ala bilmərəm. Bu mümkün deyil. Uzaq başı yemək yeyərəm, bir hosteldə qalaram, təyyarə bileti alaram. Toplanan pul ilə qaldığım ölkədə yaranan xərclərimi təmin edirəm vəssalam.
– Orta təhsilli olduğunu söylədin. İstedadını ali təhsil ilə birləşdirib daha da təkmilləşdirmək haqqında düşünmədinmi heç?
-Heç vaxt düşünmədim. Belə bir arzum olmadı. Mənim üçün universitet sadəcə vaxt itkisidir. Oxuduğum müddətdə hardan baxsan 5-6 il itirirəm və mən düşündüm ki, bu zaman ərzində daha çox ölkə gəzib, daha çox mədəniyyətlərlə tanış ola bilərəm. Yeni inanlar tanıyaram, sənətçilərlə birlikdə olaram.
– Çox oxuyan yox çox gəzən çox bilər məsəlindən yola çıxmısan bir sözlə.
-Eynən. Bir məsələ də var. Axı mənim normal insanlar kimi dünyəvi hədəflərim yoxdur. Bu işin təhsilini alsam nə olacaq, almasam nə olacaq.
– Dünyada ən çox tanınan pantomim sənətçiləri Marsel Marso, Çarli Çaplin, Lorel ve Hardi səssiz kino dövründən bu növün ilk təmsilçiləri olaraq qəbul olunur. Amma buna baxmayaraq pantomim geniş kütlələrə xitab edən bir sənət növünə çevrilə bilməyib. Küçə sənətinə pantomimlə başlamaq fikri necə yarandı?
– Doğrudur pantomim istər Türkiyədə, istərsə də dünyada çox yayılmış bir sənət növü deyil. Məsələn 80 milyonluq Türiyədə bu işlə 3-5 nəfər peşəkar məşğul olan sənətçi ya var, ya yoxdur. İstanbulda bir dənə pantomim teatrı var idi onu da bağladılar. Pantomim deyildiyi zaman insanların ağlına ancaq kloun gəlir. Uşaqlara xitab olunan bir sənət növü düşünülür.
Ona görə də mən səhnəciklərimi bir az daha dramatik qurmağa, isanlara o hissləri səssiz şəkildə çatdırmağa çalışıram. Çünki pantomimin təkcə komediya tərəfini deyil, dram tərəfini də inkşaf etdirmək lazımdır.
-İnsanların uca səslə deyə bilmədiklərini sən səssiz deyirsən. Çətin deyilmi?
– Əslində daha asandır. Mən dünyanı gəzirəm və dillərini bilmədiyim xalqlarla qarşılaşıram. Pantomim bu baxımdan ən ideal sənət növüdür. Çünki sən insanlara danışmadan nə demək istədiyini çatdıra bilirsən. Bu çox möhtəşəm bir şeydir. Sənin dilini bilməyən insanlar saatlarla dayanıb sənə baxır, gülür, kövrəlir. Pantomim sənətinin gücü bu mənada inanılmazdır. Amma mim sənəti kənardan gördüyün kimi asan sənət deyil. Səbr və uzun müddət əmək istəyir.
-Səhnəciklərin ssenarilərini özün yazırsan çox güman. Belə çıxır ki, yazarlıq qabiliyyətin də var?
– Ədəbiyyatı çox sevirəm. Bəli səhnəciklərin ssenariləri mənə məxsusdur. Oxumaq qədər yazmağı da sevirəm. Hətta şeir kitabım var. Kitab oxumağı çox sevirəm. Əsla kitabları seçmirəm. Çünki mənim üçün ədəbiyyatda bəlli bir kriteriya yoxdur. Əlimə nə düşsə oxuyuram. Mütəmadi olaraq yollarda olduğum və tək səfər etdiyim üçün bu bir müddət sonra darıxdırıcı ola bilir. Kitablar mənim yol yoldaşım olur bu məqamda. Təbiət olaraq həssas və kövrək insanam. Ona görə də daha çox poeziyaya yaxınam.
-Fərhad bu qədər ölkə gəzmisən. Ən çox pulu hansı ölkədə qazanmısan?
-Pula çox əhəmiyyət vermədiyim üçün hansı ölkədə daha yaxşı qazandığımı sinifləndirmək istəmirəm. Amma Çexiya, Almaniya, İtaliya və Azərbaycanda sənətə maraq olduğu üçün sanki bir qədər daha çox qazanmışam kimi gəlir mənə. Pulun mənə təyyarə bileti yemək və getdiyim ölkələrdə tələbatlarımı qarşılamaqdan başqa verə biləcəyi heç bir şey yoxdur. Getiyim ölkələrdən ən çox qazancım hörmət, sevgi olur.
“Hindistanda son puluma çiçək alıb satdım”
-Müxtəlif ölkələrdə, müxtəlif mədəniyyətlərlə tanış olursan. Bu əlbəttə möhtəşəm bir şeydir. Amma çətinliklər də olmamış deyil. Nəticədə tanımadığın ölkədə dilini bilmədiyin insanların arasına düşürsən və başına hər an xoşagəlməz hadisələr gələ bilər. Səyahət etdiyin ölkələrdə başına gələnlərdən danışaq bir az.
– Əlbəttə çox olur. Ən çox çətinlik çəkdiyim ölkələrdən biri Hindistan olub. Hindistanda heç cür tamaşa göstərə bilmirdim. Bunun səbəbi də küçələrdə işimi görə biləcəyim uyğun, təmiz bir məkanın olmaması idi. İnsanlar küçələrdən ayaqyolu kimi istifadə edirlər. Hər tərəf natəmiz idi. O insanların mənim göstərdiyim sənətdən nə isə anlaması mümkün deyildi. Hindistan turum çox da uğurlu olmamışdı. Cibimdə qalan sonuncu 30 dollara çiçək alıb satmağa başladım. O şəkildə digər ölkəyə keçmək üçün az miqdarda pul qazana bildim. Qazandığım pul o qədər az idi ki, ancaq avtobus bileti almağa çatdı.
“Əl edib saxlatdırıb mindiyim maşın oğurluq çıxdı”
Vetnamda başqa bir məkana getmək üçün yolda əl edib yol maşını saxlatdırmışdım. Sən demə maşını oğurlayıblar. Bir neçə dəqiqə sonra gördüm maşının arxasınca polislər gəlir. Məni maşını oğurlayanlarla birlikdə polis bölməsinə apardılar. Oğrular da mənim maşını əl edib saxlatdırdığımı demirlər. Çünki maşını oğurlayanlar dörd nəfərdir və cəza dörd nəfər arasında yox, beş nəfər arasında bölünsün və onlara az cəza düşsün deyə mənim təsadüfən maşını saxlatdırıb mindiyimi demirlər. Dillərini bilmədiyim üçün mən də özümü ifadə edə bilmirəm. Təxminən iki saat yarım Vetnamda nəzarətxanada qaldım. Sonra çantamı gətirmələrini xahiş etdim. Pasportumu göstərdikdən sonra məni buraxdılar. Amma o gün yaşadığım qorxu bir ömür boyu mənə bəs etdi (gülür).
“Meksikada narkobaronlar tərəfindən qaçırılacaqdım”
Meksikada narkobaronlar tərəfindən qaçırılacaqdım az qala. Hadisə belə baş vermişdi; küçədə tamaşa göstərdiyim zaman gördüm məni izləyirlər. Gözlədilər işim bitəndən sonra məni izləməyə davam etdilər. Dalanların birində məni tutub sıxışdırdılar. Üsütümə silah çəkdilər. Pul istəyirdilər təbii ki. Mənim də çantamın həmişə gizli cibi olur. Az pulu üstdə saxlayıram, çox pulu həmin gizli cibdə qoruyuram. Az-çox bilirəm nə var, nə yox. Bilirəm ki, az pulu göstərsəm buraxacaqlar məni. Çantamı açdım pulu göstərdim. Bir pula baxdılar, bir mənə. Gördülər pul azdı məni itələyib çıxıb getdilər.
-Azərbaycanda özünü necə hiss edirsən. Burda insanların reaksiyası necə təsir bağışlayır sənə?
– Azərbaycan gəzdiyim ölkələrin içində özümü ən rahat hiss və təhlükəsiz hiss etdiyim yeganə ölkədir. Normal şərtlərdə getdiyim ölkələrdə 1-2 həftədən çox qalmıram. Amma 2 ay olacaq Azərbaycandayam və burda olmaqdan xoşbəxtəm.
-Fərhad nə zamana kimi davam edəcək tənha səfərlərin. Evlənmək haqında düşünürsənmi?
-Mənim kimi bir insanla kiminsə evlənmək istəyəcəyini düşünmürəm açığı (gülür). Amma istəmirəm də deyil. Çünki tənhalıq çox çətindir. Təsəvvür edin İtaliyadasan çox gözəl bir qəhvə içirsən, dadlı bir pizza yeyirsən, gözəl məkanlarda olursan, amma onu heç kimlə paylaşa bilmirsən.
-Dünya turun davam edir. Gələcəyə dair bir planların nədir?
-Mənim düşündüyüm şeyin reallaşması imkansız kimi görünür. Gələcəkdə ən böyük arzum səyahət edən bir sirkimin olmasıdır. At arabaları ilə, səyahətə çıxacağım bir komandamın olmasıdır ən böyük xəyalım. Hər getiyimiz ölkədə karnavallar təşkil etmək istərdim. Bunu etmək üçün mənə sponsor lazımdır. On il də pul toplsam bunu edə bilmərəm. Nsbətən real görünən arzum isə bütün ölkəni gəzib Çarli Çaplin kimi tanınmaqdır. Bu daha əlçatan görünür (gülür).
-Gündə neçə saat tamaşa göstərirsən. Küçə sənəti ilə məşğul olmağın ən çətin tərəfi nədir?
– 8 saat. Getdiyim ölkələrdə hava şəraiti dəyişir. Bir ölkədə +50 dərəcədə günün altında küçədə tamaşa göstərirəmsə, başqa bir ölkədə – 10, -20 dərəcə şaxtada, başıma qar yağa-yağa tamaşa göstərirəm. Bu işin ən çətin tərəfi də odur.
-Səncə Azərbayan digər ölkələrə nisbətən bahalı bir ölkədir?
-Azərbaycanda həyat burda yaşayan insanlara görə bahalıdır. Məsələn mən hazırda hosteldə qalıram. Hər günə 5 manat ödəyirəm. Yemək- içmək deyərkən gün ərzində 30-40 manat xərcim olur. Bir də boyalarım bitir. Boyalar çox bahalıdır. 30-40 manatdır qrim boyaları. Dörd gündən bir bitir almalıyam.
-Söhbətimizdən belə anladım ki, sən dövrün dərvişisən. Belə bir dünyada yaşamaq sənin üçün nə qədər çətindir?
-Əgər normal insanlar kimi yaşasaydım mənim üçün dəlixana olardı bu dünya. Səhər 8-də işə gedib, axşam 6-a kimi işləyib evə gələn, həftədə iki dəfə istirahət günümü ancaq evdə yataraq keçirən, kreditlə ev, maşın alıb bütün ömrüm boyu işləyib onların kreditini ödəyib, 60-70 yaşıma çatanda da pensiyaya çıxan insan olmayacağıma görə bu halım mənim işimə yarayır. Həyatımın bu şəkildə bitməsini istəməmişəm heç vaxt. 60 yaşımdan sonra pensiya alsam nə olar, almasam nə olar. Mənim üçün bu gün əhəmiyyətlidir. Normal insanlar kimi yaşamağı düşünmədiyim üçün dünya mənim üçün bir az daha gözəlləşir deyə bilərəm(gülür).
-Hədəfdə hansı ölkələr var. Burdan hara gedəcəksən məsələn?
-Asiya turuna başlamağı düşünürəm. Burdan Tailanda gedəcəm.
Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, mükafatı AFFA prezidenti Rövnəq Abdullayev verib.
Abdullayev Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.
Aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrahpaşa xəstəxanasında reanimasiya şöbəsindədir.
“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”,- deyə Aygün Həsənoğlu qeyd edib.
Xatırladaq ki, İstanbulda, Fatih bölgəsində mayın 23-də iki qrup arasında atışma nəticəsində biri polis olmaqla yeddi nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.
Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə başından güllə yarası alıb.
1969-cu ildə Sumqayıtda anadan olmuş Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb. Lakin onu aktyor kimi qəbul etməyiblər.
Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda, həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.
“Ötən koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib”.
“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da bu məbləğ kifayət etməyib:
“Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib”.
Bu bizim uşaqlıq oyunlarımızın yazılmamış qaydası idi. Bəzən bizim hamımızın toplamından fiziki cəhətdən bir xeyli üstün, nəhəng biri və ya biz balacalardan yaşda xeyli böyük biri peyda olardı. Min əziyyətlə, yüz zülümlə düzəltdiyimiz oyun meydançasına girib, özünün üstünlüyünü göstərircəsinə elan edərdi:
“Bu dəqiqə buranı dağıdıram”. Ardınca da, bizim soruşmağa cürət etmədiyimiz “Axı niyə?” sualının cavabını verən şərtini açıqlayardı: “Ya da ki, mən də oynayacağam!”. Bizim yenə də ağzımızı açıb etiraz etməyə, “Axı bu oyun meydançası bizim üçündür. Axı biz səninlə oynaya bilmərik, sənin olduğun komanda bizə bircə dəqiqədə qalib gələcək axı…” deməyə cəsarətimiz olmazdı. Heç bu cəsarətə vaxtımız da olmazdı, çünki “nəhəng adam” özü məsələnin həll yolunu tapardı:
“- Siz hamınız bir, mən tək!”
Böyüdük… Tənqidlər gördük, kimin kiməsə təhqirlərini eşitdik, dava-şavalarda, ya eləcə, dava-şavasız edilən söyüşlərin şahidi olduq. Yaşa dolduq, yaşlandıq. Di gəl hələ də, uşaqlığımızdakı “nəhəng adam” travmasından qurtula bilmədik. Bütün eşitdiyim, şahidi olduğum, bildiyim sözləri üst-üstə qoysam, yenə də dünyanın ən ağır kəlməsi sandığım o cümlənin altında əzilər! Bircə dəfə xatırlamağım bəs edir ki, uşaqlığımdakı bütün mənfi yaşantılarım gözlərim önündən film kimi keçsin. Mənim üçün dünyanın ən ağır cümləsidir bu: “ Siz hamınız bir, mən tək…”
Yenə neçə gündür beynimin ta ortası öz-özünə “cızığa düşmüş val kimi” təkrar edir bu cümləni. Səksənirəm, diksinirəm. Əzilirəm…
Neçə gündür gözlərimi hər yumanda, hər açanda, hər yumub-açanda bir cüt göz mənə baxır. Rəngini bilmədiyim bir cüt göz. Rəngini bilmək üçün diqqətlə baxmağa cürət etmədiyim bir cüt göz. Hələ iki yaşı bitməmiş, həyata doğru dürüst “salam verməmiş” bir balanın gözləri. Bu qədər gözəl baxan, bu qədər saf körpə gözləri məni niyə narahat edir ki?
Bu körpə mənim uzaqdan-uzağa tanıdığım, həmyerlimin övladıdır. Bütün övladlar kimi, gəlişi ilə öz ailəsinə, qohumlarına sevinc gətirib, xoşbəxtlik bəxş edib bu körpə. Di gəl, artıq siz də anladınız, bu xoşbəxtliyin ömrü uzun çəkməyib. Körpənin səhhətində baş qaldıran narahatlıqların çarəsini axtaran gənc ailə qardaş Türkiyənin ən gözəl şəhəri İstanbulda öz həyatının ən böyük faciəsini tapıb. Uşaq nadir xəstəliklərdən birinə yaxalanıb. Müalicəsi çox çətin və həddən artıq məsrəflidir.
Qısacası, “ilik nəqli” lazımdır deyiblər, hocalar. Hansı ki, nəyinki bizim ölkədə, heç müasir Avropa ölkələrində belə bu xəstəliyə tutulan insana təkcə öz ailəsinin maddi gücü yetmir. Belə xəstələr yardımla, dəstəklə qurtarılır. Əgər söhbət Avropadan gedirsə, əlbəttə ki, dövlətin yardımı, sığortanın dəstəyi ilə. Amma uzaq getməyək, hadisə bizdə baş verir, Azərbaycanda.
Kor-peşman Vətənə dönən ailə möcüzə gözləməkdə, maddi dəstək axtarışındadır. Qohumlara hay salınıb, dostlara xəbər verilib. Ellilər, həmvətənlər yada düşüb. Vatsap profilləri, Feysbuk qrupları, xeyriyyə cəmiyyətləri xəbərdar olunub. Elə mənim özümə də xəbər beləcə çatıb. Nəticə?
Məbləğ böyükdür. Böyük deyəndə ki, bizim üçün, ailə üçün böyükdür. Təqribən 150-170 min manatdan söhbət gedir. Kiminçünsə bir qonaqlıq, əzizinə alacağı bir hədiyyə pulu. Di gəl bu qədər adamla, bu qədər tanışla, elliylə, qohumla bu rəqəmin heç onda biri də yığıla bilmir.
Və sizcə, bu vəziyyətdə olan körpənin valideynlərinin, yaxınlarının ilk ağlına kim gəlir? Düz tapdınız. Əlbəttə ki, Xoşqədəm. Deyəcəksiniz ki, bəs Zaur? Yox əşşi, sonuncu dəfə bütün rəqiblərinə göz dağı verib 4 milyona yaxın rəqəmi toplayan Zaur əfəndi belə kiçik məbləğlər üçün heç xəyala belə gəlmir. “Kişini xırda işlərlə məşğul etmək düzgün olmaz”. Ailənin kömək istədiyi, təmas etdiyi, ağız açdığı insanlar işində onlarla ziyalı, biznesmen, iş adamı və sairə var. Di gəl ki, onlar da pulu bir başa verməz axı. Verəcəksə efirdə, kameralar aracılığıyla, adı çəkilib alqışlanaraq verər.
Bu dərdi dinləyəndən, o körpənin gözlərini görəndən yol axtarıram. Düşünüb, daşınıram. Dağı-arana, aranı-dağa daşıyıram. Yüzlərlə ziyalı gəlir gözüm önünə. Yazıçı, şair, jurnalist, alim, həkim, iş adamı… Beynimdə hamını bir yerə yığıram. Düşünürəm ki, böyük bir komanda düzəldək, əl-ələ verək, çalışaq. Ömründən hər günü gün gedən, hər keçən dəqiqə ilə ömrü azalan körpə balamızı xilas etmək üçün köməklik edək. Elə bu vaxt haradansa Xoşqədəm xanım peyda olur. Mənim xəyal dünyamdakı alimlər, yazıçılar, ziyalılar bir anda balacalaşır, bapbalaca adamlara dönür. Hörmətli Xoşqədəm xanım bizə yuxarıdan baxıb acı təbəssümlə deyir: “SİZ HAMINIZ, MƏN TƏK! Dİ GƏLİN!”
Qurduğum xəyal uşaqlıqda qurduğumuz oyun meydançası kimi bircə anda dağılır. Ortada tək-tənha qalıram. Düşünürəm… Kişinin qızı yalan demir a, bizim cəmimizin görə bilməyəcəyimizi o təkcə görür. Deyilənə görə yekə bir siyahısı var, o siyahıya düşməyin özü ümiddir, xoşbəxtlikdir. O, edir. O, bacarır!
Bəs biz? Biz bir insan ömrünə toxuna bilərikmi? Ey içi mən qarışıq, Zauru, Xoşqədəmi bəyənməyən insanlar. Ey yenə də içi mən qarışıq, ölkə televiziyasına baxmıram deyən, yerli televiziyaları bəyənməyən dostlar. Biz bircə körpənin ölümə gedən yolunu həyata tərəf çevirə bilərikmi? Bilirəm, deyəcəksiniz ki, bunu biz yox, sığorta etməlidir. Deyəcəksiniz ki, Səhiyyə Nazirliyi məsələyə əl qoymalıdır, filankəslər filan cür etməlidir. Mən də bilirəm onları. Sığortaya da, Səhiyyə Nazirliyinə də, lazımi orqanlara da müraciət olunub. Hamısının xəbəri var. Elə onların da, “Hamısı bir, Xoşqədəm tək” olsa, yenə “Xoşqədəm udar” bilirsiniz…
Bax belə… Böyüdük, dünyaya qafa tutduğumuzu düşündük. Amma uşaqlığımızın ən böyük travması bizdən əl çəkmədi ki, əl çəkmədi. Hara əl atdıqsa, hara üz tutduqsa, qurduğumuz “oyun meydançasını” dağıdacağı ilə hədələyən bir nəhənglə baş-başa qaldıq. “Siz hamınız, mən tək”, deyib bizi sındırdılar. Uddular…
Sonda. Bu yazı bir həyat hekayəsidir. Yazıda bəhs etdiyim körpə də, onun ailəsi də həqiqətdir. Və yaşadığımız bu günlərdə o ailə o körpə naminə bütün varlığı ilə mücadilə aparır. Mənsə yazıda körpənin və ailənin adını çəkmədim. Bilirsiniz niyə? Yaxşılıq etmək istəyərkən, pislik etməkdən qorxdum. Qorxdum ki, işdi-şayət birdən tale üzlərinə gülsə, Xoşqədəm xanıma, lap elə Zaur bəyə bir yol tapa bilsələr, o adamlar bu yazıdan hirslənib, yəni mənə əsəbiləşib çarəsiz ailəni əliboş geri çevirməsinlər. Ümid onlara qalıb axı…
Hə, bir də ki, birdən kimsə kömək etmək istəsə, ailəni tapmaq məni tapmaq qədər asandır. Mən bircə dəqiqədə kömək etmək istəyəni o ailə ilə tanış etməyə hazıram.
Bir ümid…
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən “Report”a bildirilib ki, 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 25 may-3 iyun tarixlərində qeydiyyatdan keçməlidirlər.
Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki: https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=72
Bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30 aprel, 1 və 15 may tarixlərində imtahan verən abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər də qeydiyyatdan keçə biləcəklər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
12 iyun 2022-ci il tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edəcək abituriyentlər də qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayından əldə edə bilərsiniz.
Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
Qeyd olunub ki, ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçə bilərlər.
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (223, 224, 227, 323, 324, 327, 423, 424, 623, 627, 624 və 723-cü komissiyalar istisna olmaqla) ən azı 5 illik musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.
Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– şəhid ailəsinin üzvləri;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas olunub, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.
Yenicag.az xəbər verir ki, Qubanın Qrız və Xınalıq kəndinə qar yağıb.
Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.
Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında yerli idmançıya qalib gəlib.
Yenicag.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Nəbiyev ilk döyüşündə Canik Sahakyanı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi bu Avropa çempionatında iştirak etmir.
Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib.
Yenicag.az məlumatına görə, bu günə 1 rubl 0,0307 manata bərabərdir.
Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) müəyyən olunub.
Ermənistanda “Müqavimət” müxalif hərəkatının fəalları etiraz aksiyasını bu gün də davam etdirir.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, etirazçılar Baqramyan prospektində Prezident Sarayının əsas və xidməti girişini bağlayıblar.
Bu zaman polis və etirazçılar arasında toqquşma baş verib.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən etibarən ölkədə Baş nazir Nikol Paşinyanın və cari hökumətin istefası tələbilə etiraz aksiyası keçirir.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Yenicag.az-a Mərkəzdən bildirilib. Qeyd edilib ki, hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Tbilisi prospekti – şəhər və “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;
2. Alı Mustafayev küçəsi – “Velotrek”in qarşısından Ziya Bünyadov prospektinə qalxan yolda sıxlıq;
3. Rövşən Cəfərov küçəsi – 3 mkr dairəsindən 20 yanvar dairəsinə qalxan yolda sıxlıq;
4. Ziya Bünyadov prospekti – Müzəffər Həsənov küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;
5. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
6. Mustafa Kamal Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
7. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
8. Heydər Əliyev prospekti – “Koroğlu” metrostansiyasının yanından şəhər istiqamətində köməkçi yolda sıxlıq;
9. Şah İsmayıl Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
10. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq;
11. İstiqlaliyyət küçəsi – Azneft dairəsi istiqamətində sıxlıq;
12. Koroğlu Rəhimov küçəsi – ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində sıxlıq.
Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdalıq edib.
Yenicag.az xəbər verir ki, qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir.
“Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur”, – deyə açıqlamada qeyd olunub.